Bizə yazın

Baku

-°C

USD

-

İtaliyalı futbol məşqçiləri İsrailin yarışlardan uzaqlaşdırılmasını tələb edir

İdman 20 Avqust 2025, 20:34

5635

İtaliyalı futbol məşqçiləri İsrailin beynəlxalq yarışlardan uzaqlaşdırılmasını tələb ediblər.

CityPost.az xəbər verir  ki,İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, İtaliya Məşqçilər Assosiasiyası (AIAC) İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravinaya məktub yazaraq Qəzza adından tədbir görülməsi və İsrailin beynəlxalq yarışlara müvəqqəti qadağa qoyulması üçün FİFA və UEFA-ya müraciət etməsini istəyib.

Fələstin xalqı adından hərəkətə keçmə təşəbbüsünü elan edən AIAC bu tələbi “yalnız simvolik bir hərəkət deyil, həm də Renzo Ulivierinin rəhbərlik etdiyi birliyin paylaşdığı mənəvi imperativə cavab verən zəruri seçim” kimi qiymətləndirib.

Assosiasiyanın vitse-prezidenti Roberto Perondi, "Dünya alov içindədir. Fələstinlilər kimi bir çox insan əziyyət çəkir. Laqeydlik qəbuledilməzdir", deyə qeyd edib.

Futbol üzrə İtaliya milli komandası 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsində sentyabrın 8-də və oktyabrın 14-də İsraillə qarşılaşacaq.

Nigar

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan millisinin üzvü Polşa klubundan ayrıldı 

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşanın “Moto” klubundan ayrılıb.Citypost.az xəbər verir ki, bu barədə Lyublin təmsilçisinin rəsmi saytı məlumat yayıb.26 yaşlı hücumçunun klubla müqaviləsinin müddəti bitib və o, azad agent kimi komandanı tərk edib.Mövsümün əvvəlində Polşanın digər klubu “Radomyak”dan “Motor”a keçən Renat burada 22 oyun keçirsə də, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

29 May 2026, 09:37

Azərbaycanın çimərlik güləşi millisi Avropa çempionu olub 

Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə U-17 Avropa çempionatı keçirilibCitypost.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, qitə birinciliyində millinin 4 üzvü fəxri kürsüyə qalxıb.60 kqA qrupunda Elcan Həsənov həmyerlimiz Əlirza Heybətliyə (2:1), serbiyalı Nikola Petroviçə (3:0) və yunanıstanlı İoannis Kesidisə (4:1), 1/4 finalda moldovalı Viktor Vdoviyə (3:0), yarımfinalda ukraynalı Denis Vitkoya (3:0) və finalda daha bir ukraynalı Kiril Naqirniyə (4:0) qalib gələrək Avropa çempionu olub.Əlirza Heybətli komanda yoldaşına uduzduqdan sonra yunanıstanlı İoannis Kesidislə (4:1) serbiyalı Nikola Petroviçi (3:0) üstələsə də, 1/4 finalda gürcüstanlı Tariel Saataşviliyə (1:3) uduzub.70 kqRəşad Əliyev A qrupunda serbiyalı Andrey Rayaçiçə (5:0), moldovalı Pavel Mavrodinə (3:1),...

28 May 2026, 09:18

“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib 

“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.Citypost.az-a mətbuat xidmətindən bildirilib ki, 21 yaşlı sol cinah müdafiəçisi Rüfət Abbasovla 3 illik müqavilə bağlanıb.O, “3” nömrəli formanı geyinəcək.Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan, 2015-ci ildə "Neftçi" akademiyasına qoşulan Abbasov əsas komandaya 2021/22 mövsümündə cəlb edilib, 2 rəsmi oyun keçirib. Son iki mövsümdə “Şamaxı” klubunun formasını geyinmiş Rüfət U-21 milli komandasında 17 matçda meydana ...

27 May 2026, 17:48

Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off oyunu reallaşacaq 

Bu gün futbol üzrə Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off oyunu baş tutacaq.Citypost.az xəbər verir ki, "Şimal" və "Qaradağ Lökbatan" arasında təşkil olunacaq həlledici görüş Şamaxı şəhər stadionunda reallaşacaq.Matç 16:00-da başlayacaq."Şimal" başa çatan mövsümdə I Liqanı 11-ci, "Qaradağ Lökbatan" isə II Liqanı 2-ci pillədə bitirib.

27 May 2026, 14:33

"Kəpəz" Rəhman Hacıyevlə müqavilənin müddətini uzadıb 

"Kəpəz" klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.Citypost.az xəbər verir ki, bu barədə kluv məlumat yayıb."Sarı-göylər" Rəhman Hacıyevlə 1+1 illik yeni sözləşmə imzalayıb.Xatırladaq ki, cinah yarımmüdafiəçisi bu ilin yanvarında komandaya qoşulub. O, başa çatan mövsümdə 16 oyuna 2 qol vurub. "Kəpəz" daha əvvəl Dioqo Verdaska ilə müqavilənin müddətini uzadıb.

27 May 2026, 13:16

"Şamaxı" futbolçusu Rüfət Abbasovla vidalaşdı

"Şamaxı" futbolçusu Rüfət Abbasovla yollarını ayırıb.Bu barədə Citypost.az-a klubdan məlumat verilib.21 yaşlı müdafiəçi ilə başa çatan müqavilənin müddəti yenilənməyib.

26 May 2026, 09:41