Bizə yazın

Baku

-°C

USD

-

Evdə it saxlamağın sağlamlığa dair FAYDALARI

Maraqlı 23 Yanvar 2026, 15:26

1815

Son illər aparılan elmi araşdırmalar evdə it saxlamanın insan sağlamlığına və psixoloji durumuna müsbət təsir göstərdiyini sübut edir.

Citypost.az-ın xəbərinə görə mütəxəssislərin fikrincə, itlər təkcə sadiq dost deyil, eyni zamanda insanın gündəlik həyat keyfiyyətini artıran canlılardır.

Xəstəliklərin erkən aşkarlanmasına kömək edir

İtlərin qoxu alma qabiliyyəti olduqca güclüdür. Araşdırmalar göstərir ki, bəzi itlər insan orqanizmində yaranan şiş və digər anormallıqları erkən mərhələdə hiss edə bilir. Belə hallarda itlər sahibinə qarşı qeyri-adi davranışlar sərgiləyir, həmin nahiyəni tez-tez iyləyir və diqqət çəkməyə çalışır. Bu isə xəstəliyin vaxtında aşkarlanmasına yardımçı ola bilər.

Qan şəkərinə nəzarətdə rol oynayır

Xüsusilə diabet xəstələri üçün itlər mühüm dəstəkçi sayılır. Qan şəkərinin qəfil düşməsi zamanı bəzi itlər bunu hiss edərək sahiblərinə xəbərdarlıq xarakterli davranışlar göstərir. Bu, təhlükəli vəziyyətlərin qarşısının alınmasına kömək edir.

Depressiya və stressi azaldır

Mütəxəssislər bildirir ki, itlə ünsiyyət insanın psixoloji durumuna müsbət təsir göstərir. Onların yaydığı müsbət enerji, sevgi və diqqət hissi stressi azaldır, təkliyə qarşı mübarizədə mühüm rol oynayır. Araşdırmalara əsasən, it sahibi olan insanlar depressiyaya daha az meyilli olurlar.

Allergiyaya qarşı müqaviməti artırır

Erkən yaşlardan etibarən itlə böyüyən uşaqlarda allergik xəstəliklərin daha az müşahidə edildiyi bildirilir. Bu, immun sisteminin daha güclü formalaşması ilə əlaqələndirilir.

Hərəkətli həyat tərzinə təşviq edir

İt sahibləri gündəlik gəzintilər sayəsində daha aktiv həyat tərzi sürür. Bu da piylənmə riskini azaldır, ürək-damar sağlamlığını qoruyur. Mütəxəssislərin fikrincə, itlə müntəzəm gəzinti həm fiziki, həm də ruhi sağlamlıq üçün faydalıdır.

Qeyd edək ki, evdə it saxlamaq məsuliyyət tələb etsə də, onun insan həyatına qatdığı müsbət təsirlər bu məsuliyyəti dəyərli edir.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Həbsxanada ixtira olunan diş fırçası: Tarixi necə başladı? 

Müasir diş fırçasının maraqlı tarixi var. Ağız gigiyenası insan üçün əsrlər boyu vacib olub, qədim sivilizasiyalar da bunun sağlamlığın əsas təminatı olduğunu anlayırdı. Citypost.az-ın məlumatına görə, diş fırçasına bənzər ilk alətlər eramızdan əvvəl 3500-cü ilə, qədim Babilə aid olub – uc itilənmiş budaqlar dişlər arasını təmizləmək üçün istifadə olunurdu. Yunanlar və romalılar isə daha çox lələkdən istifadə edirdilər.Müasir diş fırçasına oxşayan alət isə 15-ci əsrdə Çində donuz tükü ilə hazırlanıb. Lakin kommersiya məqsədli diş fırçası zavodda deyil, həbsxanada ixtira olunmuşdu. İngilis William Addis həbsxanada olarkən duz və küllə ilə isladılmış təmizlik vasitəsindən razı qalmayıb, sümük üzərində deşiklər açaraq ora donuz...

19 Mart 2026, 11:53

Niyə gündəlik xırda məlumatları tez unudurduq? 

Beyin tədqiqatçıları bildirirlər ki, insan yaddaşı hər zaman bütün məlumatları eyni dərəcədə saxlamır. Citypost.az-ın məlumatına görə, gündəlik, əhəmiyyətsiz və rutin məlumatlar tez unudula bilər, çünki onların həyati əhəmiyyəti nisbətən azdır və beynimiz onları dərhal uzunmüddətli yaddaşa köçürmür.Əksinə, güclü emosiyalarla bağlı hadisələr – məsələn, sevinc, qorxu, sevgi və ya sürpriz – daha yaxşı yadda qalır. Bunun səbəbi emosional yaddaşın güclü olmasıdır: beyin emosional məqamları daha dərin sinir şəbəkələrinə yerləşdirir, beləliklə, həmin hadisələr uzun müddət xatırlanır və daha ətraflı yadda qalır. Ekspertlər vurğulayırlar ki, yaddaşın bu fərqliliyi təbiət tərəfindən “prioritetləşdirmə” mexanizmi ilə bağlıdır: beyin həyati və emosional əhəmiyyət daşıyan məlumatlara daha çox...

19 Mart 2026, 10:36

Pişiklər niyə arxası üstə düşmür? – ELMİ izah  

Cəmiyyətdə geniş yayılmış fikrə görə, pişiklər sanki möcüzəvi şəkildə hər zaman ayaqları üstə düşür. Mütəxəssislər isə bildirirlər ki, bu hadisə heç də sehr deyil, tamamilə elmi əsaslara söykənən bioloji və fiziki mexanizmlərin nəticəsidir.Citypost.az xəbər verir ki, alimlərin izahına görə, pişiklərdə “Düzəlmə refleksi” adlanan xüsusi mexanizm mövcuddur. Bu proses zamanı daxili qulaqda yerləşən vestibulyar sistem heyvanın bədəninin məkan daxilində vəziyyətini dərhal müəyyən edir. Beyin saniyənin çox kiçik bir hissəsində siqnal verərək bədənin çevrilməsini təmin edir.Pişiklərin uğurlu şəkildə çevrilə bilməsinin əsas səbəblərindən biri də onların son dərəcə elastik onurğa quruluşudur. Bədənlərinin ön və arxa hissələri müstəqil şəkildə hərəkət edə bildiyi üçün heyvan...

18 Mart 2026, 17:05

Solaxaylıqla bağlı maraqlı faktlar 

Solaxaylıq uzun illərdir həm elmi, həm də sosial baxımdan maraq doğuran mövzulardan biri olaraq qalır. Araşdırmalar göstərir ki, bu xüsusiyyət təkcə fərdi seçim deyil, müxtəlif amillərin təsiri ilə formalaşan mürəkkəb bir prosesdir.Citypost.az-ın xəbərinə görə, tarix boyu solaxay insanlara münasibət birmənalı olmayıb. Xüsusilə orta əsr Avropasında solaxaylıq bəzən mənfi xüsusiyyət kimi dəyərləndirilir, bu cür insanlar şübhə ilə qarşılanırdı.Statistik göstəricilər isə dünyada insanların təxminən 10 faizinin solaxay olduğunu ortaya qoyur. Yəni hər 10 nəfərdən yalnız biri sol əli ilə üstün fəaliyyət göstərir.Mütəxəssislər bildirirlər ki, solaxaylıq tam şəkildə genetik faktorlarla izah olunmur. Bu xüsusiyyətin formalaşmasında irsi amillərlə yanaşı, ətraf mühit və davranış faktorlarının...

18 Mart 2026, 14:11

Neft necə yaranır? - Maraqlı FAKT

Neftin mənşəyi ilə bağlı geniş qəbul olunan elmi versiyaya görə, bu təbii sərvət milyonlarla il əvvəl qədim dənizlərdə yaşamış mikroskopik canlıların qalıqlarından formalaşıb. Bu proses geologiyada üzvi mənşəli (biogen) nəzəriyyə kimi tanınır.Citypost.az xəbər verir ki, alimlərin fikrincə, qədim okeanlar və dənizlər fitoplankton və zooplankton kimi mikroskopik orqanizmlərlə zəngin olub. Bu canlılar öldükdən sonra onların qalıqları dəniz dibinə çökərək qum və lil təbəqələri ilə qarışıb. Zaman keçdikcə həmin təbəqələr üzərinə yeni çöküntülər yığılıb və milyon illər ərzində böyük təzyiq və yüksək temperatur təsiri altında kimyəvi dəyişikliklər baş verib.Nəticədə üzvi qalıqlar oksigensiz mühitdə tədricən mürəkkəb karbon birləşmələrinə çevrilib. Bu proses nəticəsində əvvəlcə...

18 Mart 2026, 14:01

“Cücəni payızda sayarlar” ifadəsinin mənası

“Cücəni payızda sayarlar” ifadəsinin mənşəyi və mənasıCitypost.az xəbər verir ki, “Cücəni payızda sayarlar” ifadəsi xalq arasında geniş istifadə olunan məcazi deyimlərdəndir. Ən çox yayılmış versiyaya görə, bu ifadə quşçuluqla məşğul olan kənd təsərrüfatı mühitində formalaşıb.Mütəxəssislərin izahına əsasən, yumurtadan yeni çıxan cücələr dərhal istifadə və ya gəlir mənbəyi hesab olunmurdu. Onların böyüməsi üçün müəyyən vaxt lazım idi. Cücələr əsasən isti aylarda yumurtadan çıxdığından, onlardan real fayda götürmək daha çox payız fəslində mümkün olurdu. Lakin bu müddətə qədər bütün cücələrin sağ qalacağına zəmanət yox idi — xəstəliklər, təbii səbəblər və digər təhlükələr onların bir hissəsinin məhv olmasına gətirib çıxarırdı.Bu səbəbdən kəndlilər nəticə...

17 Mart 2026, 12:04