Bizə yazın

Baku

-°C

USD

-

Gülmək insanı öldürə bilər – nadir, amma mümkün  FAKT

Maraqlı 23 Mart 2026, 11:53

240

Gülüş adətən sağlamlıq üçün faydalıdır. O, stresi azaldır, oksigen təminatını yaxşılaşdırır və ürəyə müsbət təsir göstərir.

Citypost.az xəbər veirr ki, lakin ekspertlər xəbərdarlıq edirlər ki, bəzi hallarda gülmək təhlükəli ola bilər.

Uzun və yüksək intensivlikli gülüş nəfəs almağı çətinləşdirə və tənəffüs problemləri olan insanlarda ölümə səbəb ola bilər. Həmçinin, ürək və beyin damar xəstəlikləri olan insanlarda gülüş infarkt və ya beynə qan sızması riskini artırır.

Tarixdə belə nadir hadisələr də qeydə alınıb. Məsələn, eramızın 3-cü əsrində yunan filosofu Xrizib, gördüyü bir hadisəyə gülməkdən həyatını itirmişdi.

Beləliklə, gülüş əksər halda faydalıdır, amma həddindən artıq uzun və güclü gülüş bəzi hallarda riskli ola bilər.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Dünyada kişilər yox olsa nə olar? – Maraqlı faktlar  

Əgər kişilər birdən-birə yox olsaydı, bu, həyatın müxtəlif sahələrində ciddi fəsadlar yarada bilər. Məhz bu səbəbdən dünyada bəzi sistemlər kişilərin iştirakına güvənir və onların yoxluğu böyük problemlərə səbəb ola bilər.Enerji sistemi iflic ola bilər – Orta hesabla 3 gün sonra elektrik şəbəkəsi demək olar ki, sıradan çıxacaq. Mühəndis və texniki ustaların təxminən 83%-i kişilərdir və transformatorların, elektrik stansiyalarının texniki baxımı onların iştirakı ilə həyata keçirilir.Su və kanalizasiya dayanar – Filtrlər, nasos stansiyaları və kollektorlar daimi texniki xidmət tələb edir. Bu sistemlər gündəlik təmir olunmasa, su təchizatı və kanalizasiya fəaliyyətini dayandıracaq.Nəqliyyat sistemi çöker – 48 saat ərzində bütün nəqliyyat dayanacaq. Pilotların...

23 Mart 2026, 11:55

Tsunami necə yaranır və nə qədər güclüdür?  

Tsunami adi dəniz dalğası deyil. O, okeanın dibində baş verən güclü geoloji proseslərin nəticəsidir. Əsasən zəlzələlərdən yaranır. Yer qabığı böyük təktanik plitələrdən ibarətdir və bu plitələr daim hərəkətdədir. Bəzən plitələr bir-birinə ilişir, uzun müddət enerji toplayır və kritik həddə çatanda qəfil qırılır. Bu zaman okeanın dibində ani hərəkət milyonlarla ton suyu yerindən tərpədir və nəhəng dalğalar yaranır.Citypost.az-ın məlumatına görə, Tsunami dalğalarının fərqi ondadır ki, onların uzunluğu yüzlərlə kilometr ola bilər. Açıq okeanda hündürlük cəmi 1–2 metr olur və gəmilər bunu hiss etmir, amma sürəti saatda 700–800 kilometrə çatır – yəni təyyarə sürətinə yaxın! Sahilə yaxınlaşdıqca suyun dərinliyi azalır, sürət düşür,...

20 Mart 2026, 15:43

Beyin niyə bəzən insanlara “tanış” gəlir?  

Bəzən küçədə, avtobusda və ya marketdə birinə baxanda “bu adam haradansa tanış gəlir” hissi hamımızın başına gəlir. Ən maraqlısı isə odur ki, çox vaxt biz bu tanışlığı konkret xatırlaya bilmirik.Citypost.az xəbər verir ki, Nevroloqlar bildirirlər ki, bunun səbəbi beyində üzləri tanıyan xüsusi sistemdir. Qicgah nahiyəsində yerləşən bu sahə üz cizgilərini avtomatik analiz edir. Beyin yeni gördüyü üzü yaddaşda olan minlərlə üzlə saniyələr içində müqayisə edir. Əgər qaşların forması, göz aralığı və üz quruluşu kiməsə oxşayırsa, beynimiz tanışlıq siqnalı verir.Psixoloqlar bunu xatirəsiz tanışlıq hissi adlandırırlar. Bu, bir az da dejavü hissinə oxşayır: insan bir vəziyyəti əvvəllər yaşamış kimi hiss edir, amma...

20 Mart 2026, 11:33

Həbsxanada ixtira olunan diş fırçası: Tarixi necə başladı? 

Müasir diş fırçasının maraqlı tarixi var. Ağız gigiyenası insan üçün əsrlər boyu vacib olub, qədim sivilizasiyalar da bunun sağlamlığın əsas təminatı olduğunu anlayırdı. Citypost.az-ın məlumatına görə, diş fırçasına bənzər ilk alətlər eramızdan əvvəl 3500-cü ilə, qədim Babilə aid olub – uc itilənmiş budaqlar dişlər arasını təmizləmək üçün istifadə olunurdu. Yunanlar və romalılar isə daha çox lələkdən istifadə edirdilər.Müasir diş fırçasına oxşayan alət isə 15-ci əsrdə Çində donuz tükü ilə hazırlanıb. Lakin kommersiya məqsədli diş fırçası zavodda deyil, həbsxanada ixtira olunmuşdu. İngilis William Addis həbsxanada olarkən duz və küllə ilə isladılmış təmizlik vasitəsindən razı qalmayıb, sümük üzərində deşiklər açaraq ora donuz...

19 Mart 2026, 11:53

Niyə gündəlik xırda məlumatları tez unudurduq? 

Beyin tədqiqatçıları bildirirlər ki, insan yaddaşı hər zaman bütün məlumatları eyni dərəcədə saxlamır. Citypost.az-ın məlumatına görə, gündəlik, əhəmiyyətsiz və rutin məlumatlar tez unudula bilər, çünki onların həyati əhəmiyyəti nisbətən azdır və beynimiz onları dərhal uzunmüddətli yaddaşa köçürmür.Əksinə, güclü emosiyalarla bağlı hadisələr – məsələn, sevinc, qorxu, sevgi və ya sürpriz – daha yaxşı yadda qalır. Bunun səbəbi emosional yaddaşın güclü olmasıdır: beyin emosional məqamları daha dərin sinir şəbəkələrinə yerləşdirir, beləliklə, həmin hadisələr uzun müddət xatırlanır və daha ətraflı yadda qalır. Ekspertlər vurğulayırlar ki, yaddaşın bu fərqliliyi təbiət tərəfindən “prioritetləşdirmə” mexanizmi ilə bağlıdır: beyin həyati və emosional əhəmiyyət daşıyan məlumatlara daha çox...

19 Mart 2026, 10:36

Pişiklər niyə arxası üstə düşmür? – ELMİ izah  

Cəmiyyətdə geniş yayılmış fikrə görə, pişiklər sanki möcüzəvi şəkildə hər zaman ayaqları üstə düşür. Mütəxəssislər isə bildirirlər ki, bu hadisə heç də sehr deyil, tamamilə elmi əsaslara söykənən bioloji və fiziki mexanizmlərin nəticəsidir.Citypost.az xəbər verir ki, alimlərin izahına görə, pişiklərdə “Düzəlmə refleksi” adlanan xüsusi mexanizm mövcuddur. Bu proses zamanı daxili qulaqda yerləşən vestibulyar sistem heyvanın bədəninin məkan daxilində vəziyyətini dərhal müəyyən edir. Beyin saniyənin çox kiçik bir hissəsində siqnal verərək bədənin çevrilməsini təmin edir.Pişiklərin uğurlu şəkildə çevrilə bilməsinin əsas səbəblərindən biri də onların son dərəcə elastik onurğa quruluşudur. Bədənlərinin ön və arxa hissələri müstəqil şəkildə hərəkət edə bildiyi üçün heyvan...

18 Mart 2026, 17:05