Bizə yazın

Baku

-°C

USD

-

Ofelya Şabanova: "O mahnımın sözlərini ərim yazıb"

Sənət aləmi 16 İyul 2026, 22:12

592

Müğənni Ofelya Şabanova "Tağı ilə Xəbər Magazin" verilişində şəxsi həyatı və yaradıcılığı ilə bağlı maraqlı açıqlamalar verib.

Citypost.az xəbər verir ki, ifaçı bildirib ki, repertuar seçimində həyat yoldaşının fikri onun üçün xüsusi önəm daşıyır. Ofelya Şabanovanın sözlərinə görə, məşhur "Sevgidə yoxdu qürur" mahnısının ərsəyə gəlməsində də həyat yoldaşının rolu olub.

Sənətçi qeyd edib ki, mahnının sözlərinin bir hissəsini həyat yoldaşı yazıb. Onun sözlərinə görə, əsərin musiqisi və əsas sözləri Azər müəllimə məxsus olsa da, ikinci kuplet həyat yoldaşının təklifi ilə hazırlanıb.

Ofelya Şabanova əlavə edib ki, bu mahnını böyük sevgi ilə ifa edir və əsərin dinləyicilər tərəfindən sevilməsi onu sevindirir.

Müğənni ailə münasibətlərindən də danışaraq bildirib ki, xaraktercə qürurlu insan olsa da, həyat yoldaşına qarşı heç vaxt qürur göstərmir.

Sənətçinin səmimi etirafları sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyicilər arasında müzakirələrə səbəb olub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Səma" Ansamblı dünya yarışında səhnəyə çıxıb

İstanbulda Dünya Xalq Rəqsləri Yarışması keçirilir. Tədbirdə Azərbaycan “Səma” Rəqs Ansamblı tərəfindən təmsil edilir.Citypost.az  xəbər verir ki, dünyanın 37 ölkəsindən 2 mindən çox rəqqası bir araya gətirən tədbirin qala gecəsi İstanbulun Cemil Topuzlu Harbiye Açıq Hava Teatrında keçirilib.Mədəniyyətin, dostluğun və qardaşlığın eyni səhnədə nümayiş olunduğu konsertdə müxtəlif xalqların adət-ənənələri və ortaq dəyərlər xalq oyunlarının dili ilə tamaşaçılara təqdim edilib.

16 İyul 2026, 08:33

Naxçıvan mədəniyyəti: Keçmişin mirası, gələcəyin strategiyası  

Mədəniyyət xalqın təkcə keçmişi deyil, həm də gələcəyini müəyyən edən strateji gücdür. Şəhər yolları təmiz ola bilər, amma onu tarixə çevirən mədəniyyətidir. Bir xalqı güclü iqtisadiyyat zənginləşdirə bilər, lakin onu millət kimi yaşadan mədəni yaddaşıdır. Naxçıvan isə məhz bu yaddaşın əsrlər boyu qorunub saxlandığı nadir Azərbaycan torpaqlarından biridir. Minilliklər boyu formalaşmış zəngin tarixi irs, qədim memarlıq nümunələri, teatr və musiqi ənənələri, muzeyləri, elmi və ədəbi mühiti bu diyarı Azərbaycanın mədəni xəritəsində fərqləndirən əsas amillərdəndir.Bilirik ki, mədəniyyət yalnız keçmişin mirası deyil, həm də gələcəyin düşüncə modelidir. Məhz buna görə də inkişaf etmiş dövlətlər mədəniyyətə təkcə incəsənət sahəsi kimi deyil, milli təhlükəsizlik,...

10 İyul 2026, 15:40

Azər Qismət: Mehriban Xanlarova teatra qaytarılmalıdır  

Tanınmış jurnalist Azər Qismət aktrisa Mehriban Xanlarovanın teatrdan uzaqlaşdırılması ilə bağlı fikirlərini bölüşüb.Jurnalist bildirib ki, yaradıcı kollektivlərdə fikir ayrılığı və emosional müzakirələr normal haldır və bunu adi istehsalat müəssisələri ilə müqayisə etmək düzgün deyil. O qeyd edib ki, dünya teatr təcrübəsində də yaradıcı şəxslərin fərqli davranışlarına daha həssas yanaşılıb.Azər Qismət yazıb ki, Lenkom teatrının Bədii rəhbəri və Baş rejissoru Mark Zaxarov aktyorlar Aleksandr Abdulov və Oleq Yankovskinin çətin xarakterinə baxmayaraq, onların sənətinə görə münasibətdə anlayış nümayiş etdirirdi.Jurnalist Mehriban Xanlarovanın heç kimə xəsarət yetirmədiyini, teatrın fəaliyyətini pozmadığını vurğulayaraq, onun sadəcə irad bildirdiyini qeyd edib. O hesab edir ki, bu cür məsələlər...

23 İyun 2026, 10:07

Bəhram Bağırzadədən Cabir İmanovun 50 illiyində duyğusal paylaşım

Əməkdar artist Bəhram Bağırzadə mərhum dostu Cabir İmanovun 50 illik yubileyi münasibətilə təsirli paylaşım edib.Citypost.az xəbər verir ki, o, sosial şəbəkə hesabında bildirib ki, bu gün Cabir İmanovun 50 yaşı tamam olacaqdı. Bəhram Bağırzadə dostunun vaxtsız itkisini dərin kədərlə xatırlayaraq, onun yoxluğunun hələ də qəbul edilməsinin çətin olduğunu qeyd edib.“Bu günü çox gözləmişdik. Bir araya gəlməyi, səni qucaqlamağı, xoş sözlər deməyi, birlikdə gülməyi və gözəl yubileyini qeyd etməyi arzulayırdıq. Amma tale başqa cür qərar verdi. Sənin aramızdan ayrılmağından bir ilə yaxın vaxt keçir”, – deyə o yazıb.Əməkdar artist vurğulayıb ki, zaman insanın ağrısını azaltmır, sadəcə onunla yaşamağı öyrədir. O, Cabir...

22 İyun 2026, 09:00

Şakira "Linkoln ilə Vəkil" serialının ulduzu ilə romantik münasibətə başlayıb?   

Şakira "The Lincoln Lawyer" serialının ulduzu Manuel Qarsiya-Rulfo  ilə görüşdə göründüyü zaman şəxsi həyatı ilə bağlı yeni şayiələr dalğasına səbəb olub  .Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, 48 yaşlı qlobal ulduz çərşənbə axşamı gecəsi 44 yaşlı meksikalı aktyorla birlikdə Qərbi Hollivuddakı məşhur Sunset Tower Otelindən çıxarkən görüntüləndikdən sonra romantik münasibətlər şayiələrinə səbəb olub.Və bu, sadəcə iki məşhurun ​​eyni anda səhnədən çıxması deyil. Cütlük eyni maşına minərkən paparassilər tərəfindən görüntülənib: Qarsiya-Rulfo maşın sürür, Şakira isə sərnişin oturacağında oturub.İkisi də bir-birinin yanında özlərini tamamilə rahat hiss edirdilər, dayanacaqda maşınlarını gözləyərkən zarafatlaşıb səmimi şəkildə gülümsəyirdilər.Qarsiya-Rulfo müğənni üçün otelin qapısını tutaraq əsl centlmen...

18 İyun 2026, 10:40

“Avroviziya” qalibi Bakıya gəlir 

“Avroviziya-2026”nın qalibi, bolqarıstanlı müğənni Dara Bakıya gəlir.Citypost.az Musavat.com-a istinadən xəbər verir ki, bu ilin ən çox danışılan ifaçılarından olan Dara beynəlxalq musiqi festivalı olan DREAM FEST 2026-da səhnəyə çıxacaq.Festival 23-26 iyul tarixlərində Bakının “Sea Breeze” sahilində keçiriləcək və dünyanın müxtəlif ölkələrindən tanınmış sənətçiləri bir araya gətirəcək.Dara bu il Avroviziya Mahnı Müsabiqəsində Bolqarıstana tarixi qələbə qazandıran “Bangaranga” mahnısını canlı ifa edəcək. Vyanada keçirilən finalda səsləndirilən mahnı həm münsiflər heyətindən, həm də tamaşaçılardan yüksək xal toplayaraq ölkəyə ilk “Avroviziya” qalibiyyətini gətirib....

17 İyun 2026, 17:37