Bizə yazın

Baku

-°C

USD

-

Firuz Mustafadan baş rejissor qərarına münasibət: “Teatrlara rejissorlar lazımdır”  

Sənət aləmi 27 Yanvar 2026, 12:20

140

Dramaturq, əməkdar incəsənət xadimi Firuz Mustafa dövlət teatrlarında baş rejissor ştatının ləğv olunması ilə bağlı sosial şəbəkə hesabında geniş status paylaşıb.

Mədəniyyət Nazirliyinin “Azərbaycanda dövlət teatrlarında baş rejissor ştatı ləğv edilib” açıqlamasına münasibət bildirən Firuz Mustafa bu qərarın mühüm və gərəkli olduğunu qeyd edib.

Onun sözlərinə görə, mətbuatda və sosial şəbəkələrdə məsələyə münasibət birmənalı deyil. Teatrın daxili proseslərinə az-çox bələd olan və onu sevən insanların bir qismi bu qərarı təəssüf və təəccüblə qarşılayıb. Lakin dramaturq vurğulayıb ki, zaman dəyişib, teatr dəyişib, tamaşaçı dəyişib və artıq köhnə kanonlar özünü doğrultmur.

Firuz Mustafa bildirib ki, teatrların “baş” və ya “ayaq” rejissora deyil, əsl rejissorlara ehtiyacı var. Onun fikrincə, ənənəvi baş rejissor postu bu gün özünü doğrultmur və təcrübə göstərir ki, bu post daha çox hakimiyyəti bir əldə cəmləmək məqsədi daşıyıb.

Dramaturq konkret misallar çəkərək qeyd edib ki, bəzi teatrlarda rejissor ştatlarının ləğvi, yaradıcılıq mühitinin boğulması və təkhakimiyyətlilik teatrın inkişafına ciddi zərbə vurub. O, müxtəlif dövrlərdə teatra rəhbərlik edən şəxslərin fəaliyyəti ilə bağlı ironik və tənqidi nümunələr də xatırladıb.

Firuz Mustafanın fikrincə, teatrlarda bir yox, bir neçə rejissor fəaliyyət göstərməli, sağlam yaradıcılıq mühiti və rəqabət formalaşmalıdır. O bildirib ki, bəzi baş rejissorların əsas məqsədi sənət yox, imkanlı və vəzifəli “müəlliflər” tapmaq, işbazlıqla məşğul olmaq və şəxsi problemlərini həll etmək olub. Bununla belə, dramaturq vurğulayıb ki, bu yanaşma bütün baş rejissorlara aid edilə bilməz.

Statusunun sonunda Firuz Mustafa qeyd edib ki, teatrlar canlanmalı, ətalətdən çıxmalı, rəqabət qanunlarına tabe olmalı, beynəlxalq festivallarda iştirak etməli və dünyaya açılmalıdır. Onun sözlərinə görə, teatrlar əzəmətli binaları və bahalı afişaları ilə deyil, hazırladıqları tamaşalarla tanınmalı və dəyərləndirilməlidir.

Dramaturq fikrini belə yekunlaşdırıb: “Teatrlara rejissorlar lazımdır…”

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Vasif Ayan Dəyanət Rzayevdən YAZDI

Prodüser Vasif Ayan mərhum dostu, tanınmış psixoloq Dəyanət Rzayevlə bağlı sosial şəbəkə hesabında paylaşım edib.Citypost.az xəbər verir ki, Vasif Ayan paylaşımında bildirib ki, Dəyanət Rzayevin vəfatından doqquz il keçməsinə baxmayaraq, onun itkisi hələ də onu tanıyan insanlar tərəfindən ağır qəbul olunur. O qeyd edib ki, zamanın hər şeyi yüngülləşdirdiyi deyilsə də, bu fikir Dəyanət Rzayevin yoxluğu ilə bağlı özünü doğrultmur.Prodüser mərhum psixoloqun yalnız peşəkar fəaliyyəti ilə deyil, həm də insani keyfiyyətləri ilə yadda qaldığını vurğulayıb. Onun səmimi, mehriban və pozitiv bir insan olduğunu, insanlara sözlə deyil, varlığı ilə təsir göstərməyi bacardığını bildirib.Paylaşımının sonunda Vasif Ayan mərhum dostunun ruhuna dualar edib.Qeyd...

27 Yanvar 2026, 10:31

Dövlət teatrlarında bədii rəhbər və baş rejissor vəzifələri ləğv edilib 

Azərbaycanda dövlət teatrlarında bədii rəhbər, baş rejissor və bu kimi bir sıra digər vəzifələr ləğv edilib.Citypost.az-ın verdiyi xəbərə görə  bu dəyişikliklər dövlət teatrlarının əsasnamələri, strukturu və ştat cədvəllərinin yenilənməsi əsasında baş verib.Belə ki, hazırkı idarəetmə quruluşundakı mövcud baş rejissor, bədii rəhbər və digər buna bənzər vəzifələr ləğv edilib. Onların əvəzində isə Yaradıcılıq, Tərtibat, Maliyyə və Marketinq əsaslı şöbələrin yaradılıb.

26 Yanvar 2026, 16:31

Dövlət teatrlarında idarəetmə mexanizmləri təkmilləşdirilib  

 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib.Citypost.az xəbər verir ki, Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb“Teatr və teatr fəaliyyəti haqqında” qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiqlənib. Qəbul edilən dəyişikliklər ötən ildən başlayaraq teatr rəhbərlərinin, sahə üzrə ekspert və mütəxəssislərin, eləcə də aidiyyəti komissiyaların iştirakı ilə müzakirə olunub.Yeni təsdiq edilmiş əsasnamələr teatrların fəaliyyətinin sistemləşdirilməsinə, idarəetmənin səmərəliliyinin artırılmasına və funksional vəzifələrin daha aydın şəkildə müəyyənləşdirilməsinə xidmət edir. Qəbul olunan qərarlar teatr müəssisələrinin dayanıqlı inkişafının təmin olunmasına, yaradıcı və inzibati fəaliyyətin keyfiyyətinin yüksəldilməsinə, həmçinin idarəetmə proseslərində şəffaflığın...

26 Yanvar 2026, 15:57

Aynur Dadaşova: "36 il keçsə də sevilirəm"  

Tanınmış müğənni Aynur Dadaşova Arb TV-nin Günaydın Azərbaycan verlişində 1991-ci ildə başlayan məşhur 7-17 müsabiqəsi barədə danışıb.Citypost.az xəbər verir ki, sənətçi bildirib ki, həmin verilişdən bu günə qədər tamaşaçı sevgisi onu daim ruhlandırır:"Bəli, o müsabiqədən Allaha şükürlər olsun ki, bugünkü günə qədər tamaşaçılar bizi sevir, bizi görəndə sevinir. Mən həmişə deyirəm ki, xoşbəxt müğənnilərdən biriyəm ki, illər keçsə də, 36 il keçsə də, tamaşaçıların sevgisi hələ də mənimlədir," – deyə Dadaşova bildirib.O həmçinin müsahibəsində öz karyerasının başlanğıc dövrünü xatırlayıb. Dadaşova qeyd edib ki, verilişə qatılmadan əvvəl Rəşid Behbudov adına Mahnı Teatrında Kamil Müəllim Vəzirovun rəhbərlik etdiyi ansamblda çalışıb və Nurlan...

26 Yanvar 2026, 12:10

Rəqsanədən həyat yoldaşına TƏBRİK:"Səssizliyinlə sığınacağımsan"

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovla bağlı instagram hesabından paylaşım edib.Citypost.az xəbər verir ki, sənətçi həyat yoldaşının doğum günü münasibətilə sosial şəbəkədə paylaşım edərək ona ünvanladığı səmimi sözləri izləyiciləri ilə bölüşüb.Rəqsanə İsmayılova paylaşımında həyat yoldaşını həyatının ən dəyərli hədiyyəsi adlandırıb, onun gücünü dayaq, səssizliyini isə sığınacaq kimi xarakterizə edib və doğum günü münasibətilə təbrik edib.Qeyd edək ki, müğənninin bu nikahdan iki övladı var. Bir müddət əvvəl cütlüyün ayrılması ilə bağlı yayılan məlumatlar daha sonra hər iki tərəf tərəfindən təkzib olunub və müxtəlif televiziya proqramlarında bu iddialara aydınlıq gətirilib....

26 Yanvar 2026, 08:10

Lalə Azərtaş atasından YAZDI:"Bu böyük sərvət üçün çox sağ ol"

Aparıcı Lalə Azərtaş atası ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, aparıcı atasının doğum günü münasibətilə sosial şəbəkə hesabında paylaşım edərək onu ürəkdən təbrik edib.Paylaşımda deyilir:“Əziz atam – Qabil Azərtaş. Ömrünüzün 74-cü səhifəsi sağlıq, sevgi və bərəkətli olsun. Zaman keçdikcə anlayırsan ki, valideyinin təmiz adı sənin ən böyük mirasındır. Bu böyük sərvət üçün çox sağ ol. Doğulduğun gün bir insan artmadı bu dünyaya, bir ömür arxalandığımız səbəb gəldi.Doğum günün mübarək olsun, ata. Sən varsan, biz tamamlanırıq.”*Turan...

26 Yanvar 2026, 08:00