Bizə yazın

Baku

-°C

USD

-

“Xəyanəti bağışlayan qadın qəhrəmandır” -Vasif Məhərrəmli

Sənət aləmi 26 Oktyabr 2024, 14:42

7947

Əməkdar artist Vasif Məhərrəmli qadınlarla bağlı açıqlaması ilə gündəmə gəlib.

Cİtypost.az xəbər verir ki, “Xəbərin var?” verilişində qonaq olan müğənni kişi xəyanətindən söz açıb.

“Bizim mental dəyərlərimiz var. Bir qadın ərinin xəyanətini bağışlayırsa, qəhrəmandır. O qadın qəhrəman qadın sayılır. Ailəsini qorumaq, övladlarının gələcəyini, xoşbəxtliyini nəzərə alaraq bağışlayır. Bütün qohumlar da zəng edib başına and içir ki, halal olsun sənə” deyə, V.Məhərrəmli əlavə edib./Axşam.az

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Çingiz Abdullayev: Rasim Balayev Azərbaycan kinosunun əfsanəsi idi

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Xalq yazıçısı Çingiz Abdullayev Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı paylaşım edib.Citypost.azx xəbər verir ki, yazıçı  böyük sənətkarın təkcə yaxşı aktyor olmadığını, Azərbaycan kinosunun ən görkəmli simalarından biri olduğunu qeyd edib.Abdullayev Rasim Balayevin öz filmlərində iki dəfə rol aldığını xatırladıb və onun haqqında rejissor Zinəviy Royzmanın fikirlərinə istinad edib. Bildirilib ki, Royzman onu istənilən rolu yüksək ustalıqla canlandırmağa qadir aktyor kimi dəyərləndirirdi.Xalq yazıçısı Rasim Balayevin təvazökar və ləyaqətli bir insan olduğunu, sağlığında belə Azərbaycan kinosunun əfsanəsinə çevrildiyini vurğulayıb.“Bu itkini qəbul etmək çox çətindir. Allah rəhmət eləsin”, – deyə Çingiz Abdullayev bildirib.Yeganə...

30 Mart 2026, 10:04

Xatirə Süleymanova TƏLTİF olundu

Sumqayıt Dövlət Dram Teatrının aktrisası, əməkdar artist Xatirə Süleymanovaya mükafat verilib.Citypost.az xəbər verir ki, əməkdar artist Xatirə Süleymanova Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Teatr fədaisi" medalı ilə təltif edilib.Turan

30 Mart 2026, 09:39

Tanınmış aparıcıdan təsirli paylaşım: “Öləndə də Rasim Balayev kimi öləsən.”  

Aparıcı Murad Əzimzadə vəfat edən Xalq artisti Rasim Balayev ilə bağlı təsirli paylaşım edib.Citypost.az xəbər verir ki, Murad Əzimzadə sosial şəbəkə hesabında mərhum sənətkarın Azərbaycan mədəniyyətindəki yerindən və tamaşaçıların qəlbində yaratdığı dərin izdən bəhs edib. O, paylaşımında xüsusilə bu fikri vurğulayıb: “Öləndə də Rasim Balayev kimi öləsən.”Aparıcı qeyd edib ki, belə bir vida hər kəsə nəsib olmur. Onun sözlərinə görə, Rasim Balayevin vəfatı zamanı insanların kədərlənməsi, dualar etməsi və sənətkarın yaratdığı obrazlardan fraqmentlər paylaşması onun necə böyük sevgi qazandığını bir daha göstərir.Paylaşımda aktyorun canlandırdığı Nəsimi, Babək və Beyrək kimi obrazlar xüsusi qeyd olunub. Bildirilib ki, o, əbədiyyətə tək Rasim kimi...

30 Mart 2026, 08:40

Cahangir Novruz Rasim Balayevdən yazdı:"Tamaşaçıların qəlbində yaşayacaqsan"

Azərbaycan Respublikasının Xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov vəfat edən görkəmli aktyor, Xalq artisti Rasim Balayev ilə bağlı duyğulu paylaşım edib.Cahangir Novruzov sosial şəbəkə hesabında mərhum sənətkar haqqında yazaraq onun insani keyfiyyətlərini və sənətini yüksək qiymətləndirib. O bildirib ki, Rasim Balayev sadəliyi, səmimiyyəti və hər kəsə göstərdiyi hörmətlə seçilən nadir insanlardan biri olub.“Allah sənə qəni-qəni rəhmət eyləsin, Rasim. Gözəl insan, əvəzolunmaz sənətkar. Sadəliyin, həqiqi səmimiyyətin və sənətinlə sonsuza qədər sənət dostlarının və tamaşaçıların qəlbində yaşayacaqsan. Məkanın cənnət olsun, sənət dostum”, – deyə paylaşımda qeyd olunub.Qeyd edək ki, “Babək”, “Nəsimi”, “Beyrək” kimi yaddaqalan obrazları ilə tanınan aktyor...

30 Mart 2026, 08:34

Rasim Balayevin vəfat edib

Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Rasim Balayev vəfat edib.AZXEBER.COM-un əldə etdiyi məlumata görə, o müalicə aldığı Türkiyədə vəfat edib. Qeyd edək ki, 78 yaşlı Rasim Balayev bir müddət əvvəl səhhətində yaranmış problemə görə əməliyyat olunmuşdu.

29 Mart 2026, 13:45

Nəsibə Eldarova: “Gənclər Teatrı həyatımın möcüzəsidir”  

Əməkdar artist, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası, bağlanan Gənclər Teatrında çalışmış Nəsibə Eldarova “Gənclər” teatrının yaranmasının 37-ci ildönümü münasibətilə duyğusal paylaşım edib.Citypost.az xəbər verir ki, aktrisa bildirib ki, bu gün onun üçün xüsusi əhəmiyyət daşıyır: “Bu gün həm də ‘Gənclər’ teatrının ad günüdür. 37 il əvvəl belə bir möcüzə yaranmışdı... Həyatımın möcüzəsi... Bayramınız mübarək, əziz həmkarlar, sənət fədailəri. Dünyasını dəyişənlərə Allah rəhmət eləsin, yaşayıb yaradanlara can sağlığı, səbr və qüvvət versin...”Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət Gənclər Teatrı 1989-cu ildə Əməkdar incəsənət xadimi, rejissor Hüseynağa Atakişiyev tərəfindən yaradılıb. Hüseynağa Atakişiyev 2006-cı ildə vəfat edib.Onun vəfatından sonra teatr bir...

27 Mart 2026, 10:37