Politoloq şərhi: Davos görüşləri və dəyişən beynəlxalq sistem
Siyasət 26 Yanvar 2026, 10:47
217
Ötən həftə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu beynəlxalq siyasətin gələcəyinə dair mühüm mesajlarla yadda qaldı. Forum çərçivəsində baş tutan görüşlər, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən birbaşa təmaslar regional və qlobal proseslər baxımından diqqət mərkəzində oldu.
Davosda müzakirə olunan yeni təhlükəsizlik arxitekturası və imzalanmış sülh sazişi ilə bağlı politoloq Asif Nərimanlı mövcud prosesləri və Azərbaycanın bu proseslərdə rolunu Citypost.az-a şərh edib.
Politoloqun sözlərinə görə, Davosda Prezident İlham Əliyevlə Donald Trampın görüşü Azərbaycan–ABŞ münasibətlərinin hansı səviyyədə olduğunu aydın şəkildə göstərir. O xatırladıb ki, Bayden administrasiyası dövründə Vaşinqton–Bakı münasibətləri bir sıra səbəblərdən istənilən səviyyədə deyildi. Hazırda isə bu münasibətlər tamamilə yeni müstəvidə davam edir.
Asif Nərimanlı bildirib ki, əvvəlki illərdə bu tip görüşlərdə ABŞ-ni əsasən dövlət katibi və ya onun Avrasiya məsələləri üzrə köməkçisi təmsil edirdi. Bu fakt Amerikanın Cənubi Qafqaza yanaşmasını əks etdirirdi. İndi isə birbaşa ABŞ Prezidenti ilə Azərbaycan Prezidentinin görüşü baş tutur ki, bu da Vaşinqtonun Azərbaycana verdiyi önəmin göstəricisidir. Politoloqun fikrincə, Vaşinqtonda keçirilən son görüşdən sonra münasibətlər köklü şəkildə dəyişib və Davos görüşü həmin prosesin davamı kimi qiymətləndirilə bilər.
Müsahibədə Davosun əsas müzakirə mövzularından biri kimi Sülh Şurasının nizamnaməsinin formalaşdırılması xüsusi vurğulanıb. Politoloq hesab edir ki, bu təşəbbüs İkinci Dünya müharibəsindən sonra yaranmış beynəlxalq nizamın tədricən dəyişməsi prosesinin tərkib hissəsidir. Uzun illər beynəlxalq təhlükəsizlik sistemi əsasən BMT çərçivəsində formalaşdırılıb. Lakin hazırda yeni münasibətlər sistemi yaranır və ABŞ yeni qlobal təhlükəsizlik arxitekturasının qurulmasına çalışır. Bu prosesdə Sülh Şurasının əsas platformalardan biri olacağı bildirilir.
Asif Nərimanlının fikrincə, Sülh Şurası faktiki olaraq BMT-yə alternativ bir struktur kimi formalaşır. Köhnə və yeni nizam arasında müəyyən müddət qarşıdurmaların yaşanması mümkündür. Xüsusilə köhnə sistemin tərəfdarı olan Avropa ölkələri ilə yeni yanaşmanı dəstəkləyən qüvvələr arasında fikir ayrılıqları qaçılmazdır. Lakin beynəlxalq analitiklər artıq qəbul edirlər ki, köhnə qaydalar dəyişir və yeni bir sistem formalaşır.
Politoloq vurğulayıb ki, Azərbaycanın bu prosesdə iştirakı ölkənin gələcək qlobal proseslərdə daha aktiv rol alması baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra uzun müddət qlobal proseslərdə əsas təsir gücünə malik olmayıb. Lakin 2020-ci ildən sonra həm regional, həm də qlobal məsələlərdə Azərbaycanın rolu nəzərəçarpacaq dərəcədə artıb və dövlət siyasəti regional müstəvidən qlobal müstəviyə keçib.
Asif Nərimanlı qeyd edib ki, mövcud BMT sistemi Azərbaycanın bu potensialından tam istifadə etməsinə imkan vermirdi. Prezident İlham Əliyevin dəfələrlə BMT Təhlükəsizlik Şurasının tərkibinin dəyişdirilməsi və təşkilatda islahatların aparılması ilə bağlı çağırışları da məhz bu reallıqdan qaynaqlanır. Politoloqun fikrincə, BMT-nin hazırkı strukturu Azərbaycanın maraqlarına tam cavab vermir.
Bu baxımdan, əgər BMT dəyişmirsə, ona alternativ olaraq yaradılan yeni strukturlarda Azərbaycanın əsas oyunçu kimi iştirakı ölkənin qlobal siyasətdə rolunu daha da gücləndirə bilər. Müsahibədə bildirilib ki, Azərbaycan Sülh Şurasında bir sıra istiqamətlər üzrə mərkəz rolunu üzərinə götürə bilər. Xüsusilə dillərarası dialoq və multikulturalizmin təşviqi kimi sahələrdə Azərbaycanın böyük təcrübəsi var.
Politoloq onu da vurğulayıb ki, Amerikanın Azərbaycanın Sülh Şurasında təmsil olunmasında xüsusi marağı mövcuddur. Bir çox ölkə bu struktura sadəcə təmsilçiliyi genişləndirmək məqsədilə cəlb olunsa da, Azərbaycanın missiyası fərqlidir və Vaşinqton bunu açıq şəkildə görür.
Xüsusilə Qəzza məsələsinin həlli kontekstində Azərbaycanın birləşdirici rol oynaya biləcəyi qeyd olunub. Azərbaycanın həm İsrail, həm Fələstin, həm də Türkiyə və ərəb ölkələri ilə yaxın münasibətləri regional səviyyədə ortaq məxrəcə gəlmək baxımından mühüm üstünlük kimi dəyərləndirilib.
Müsahibədə Azərbaycanın indiyədək qlobal təhlükəsizliyə verdiyi töhfələr də xatırladılıb. 2020-ci il pandemiyası dövründə bir çox ölkə yalnız daxili problemlərinə fokuslandığı halda, Azərbaycanın qlobal həmrəyliyin gücləndirilməsi üçün təşəbbüslərlə çıxış etdiyi və BMT çərçivəsində mühüm qərarların qəbuluna nail olduğu vurğulanıb.
Sonda politoloq qeyd edib ki, Azərbaycan heç bir qütbün tərəfində yer almır və bütün əsas beynəlxalq oyunçularla balanslı münasibətlər qurur. Bu amil ölkəyə bir çox münaqişələrin həllində mərkəz rolunu oynamaq imkanı yaradır. Onun fikrincə, yeni qlobal təhlükəsizlik sistemi formalaşarsa, Azərbaycanın bu prosesdə iştirakı həm ABŞ üçün maraqlıdır, həm də ölkənin milli maraqlarına tam uyğundur və regional siyasətin qlobal müstəviyə daşınmasına real imkanlar açır.
Həmçinin oxuyun
Turan Etibaroğlu
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Azərbaycan regionda stabilliyin təminatçısı kimi çıxış edir " - Politoloq Davos görüşünü təhlil etdi
Davos İqtisadi Forumunda Azərbaycan Prezidentinin iştirakı və “Sülh Şurasının Nizamnaməsi”nin imzalanması ölkəmizin beynəlxalq mövqeyinin gücləndirilməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Politoloq Ramiz Alıyev bu addımı Azərbaycanın diplomatik və strateji maraqları kontekstində dəyərləndirib.Citypost.az-a açıqlama verən ekspert qeyd edir ki, bu sənəd Azərbaycanın post-münaqişə mərhələsində formalaşdırdığı yeni siyasi reallıqların qlobal səviyyədə qəbul olunmasını göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız regional sabitliyin təminatçısı deyil, eyni zamanda qlobal sülh təşəbbüslərində fəal iştirak edən məsuliyyətli və etibarlı dövlət kimi çıxış edir.Ramiz Alıyev vurğulayır ki, Nizamnamənin imzalanması Azərbaycanın beynəlxalq münasibətlər sistemində təşəbbüskar və normayaratma proseslərində iştirak edən aktor kimi mövqeyini möhkəmləndirir. Bu addım siyasi...
23 Yanvar 2026, 14:18
İlham Əliyev Davosda ABŞ-la bir platformada – politoloqdan TƏHLİL
Davos İqtisadi Forumu çərçivəsində “Sülh Şurasının Nizamnaməsi”nin imzalanması və Prezident İlham Əliyevin tədbirdə iştirakı Azərbaycanın beynəlxalq siyasi mövqeyinin möhkəmlənməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Forum çərçivəsində dövlət başçısının ABŞ Prezidenti Donald Trampla görüşü də diqqət mərkəzində olub. Mövzu ilə bağlı politoloq Turan Rzayev Citypost.az-a açıqlama verib.Politoloqun sözlərinə görə, Azərbaycanın Davos Forumunda iştirakı və ABŞ-ın təşəbbüsü ilə yaradılan Sülh Şurasının təsisçi üzvü qismində çıxış etməsi tarixi hadisədir. Onun fikrincə, bu təşəbbüsün məhz ABŞ tərəfindən Azərbaycana təklif olunması və Prezident İlham Əliyev tərəfindən məmnuniyyətlə qəbul edilməsi ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir.Turan Rzayev qeyd edib ki, Azərbaycan Sülh Şurasının təsisçi üzvlərindən biridir və bu,...
23 Yanvar 2026, 12:12
Arzuxan Əlizadə: Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə mümkün deyil
Davos İqtisadi Forumu çərçivəsində “Sülh Şurasının Nizamnaməsi”nin imzalanması beynəlxalq siyasi gündəmdə yeni müzakirə mövzusu yaradıb. Qlobal miqyasda təhlükəsizlik arxitekturasının dəyişdiyi, beynəlxalq institutların təsir imkanlarının zəiflədiyi bir dövrdə Azərbaycanın bu təşəbbüsə qoşulması ölkəmizin artan nüfuzunun və çoxfaktorlu xarici siyasət kursunun məntiqi davamı kimi qiymətləndirilir.Məsələ ilə bağlı açıqlama verən Azərbaycan İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Citypost.az bildirib ki, bu il yanvarın2 6-da ABŞ prezidenti Donald Trampın təşəbbüsü və sədrliyi ilə “Sülh Şurası” yaradılıb. Şuranın yaradılması ilə bağlı mesaj verilməklə yanaşı, eyni zamanda təxminən 60 ölkəyə bu platformaya üzv olmaqla bağlı rəsmi dəvətlər göndərilib.Deputatın sözlərinə görə, dəvət alan ölkələr sırasında...
23 Yanvar 2026, 10:35
İlham Əliyevlə Donald Tramp arasında Davosda geniştərkibli görüş keçirilib
Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında görüş keçirilib.Bu barədə Citypost xəbər verir
22 Yanvar 2026, 16:00
Politoloq:Kreml beynəlxalq nizama açıq mesaj verir
Rusiya xarici işlər naziri Sergey Lavrovun “kim güclüdürsə, o da haqlıdır” açıqlaması beynəlxalq ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. Bu bəyanatın beynəlxalq hüququn faktiki olaraq arxa plana keçdiyini göstərib-göstərmədiyi və Kremlin yeni mərhələli geosiyasi strategiyasının açıq mesajı olub-olmadığı sual doğurur. Mövzu ilə bağlı Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə Citypost.az - saytına açıqlama verib.Politoloqun sözlərinə görə, Sergey Lavrovun bu açıqlaması təsadüfi deyil və ABŞ-ın keçmiş prezidenti Donald Trampın analoji ritorikası ilə üst-üstə düşür:“Sergey Lavrov ‘kim güclüdür, o da haqlıdır’ prinsipi ilə, əslində, Donald Trampın beynəlxalq siyasətdə sərgilədiyi ritorikaya uyğun mövqe ortaya qoyur. Təbii ki, hazırda beynəlxalq siyasi nizamın deqradasiyasında əsas...
22 Yanvar 2026, 15:56
İlham Əliyev Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulması barədə sənədi imzalayıb
Prezident İlham Əliyev Davosda Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulması barədə sənədi imzalayıb.Citypost.az xəbər verir ki,imzalama mərasimində ABŞ Prezidenti Donald Tramp və onun Sülh Şurasına qoşulmaq üçün dəvətini qəbul edən ölkələrin liderləri iştirak edib.
22 Yanvar 2026, 14:43