Bizə yazın

Baku

-°C

USD

-

Ekspert: Papanın mümkün Bakı səfəri regionda sülh prosesinə əlavə impuls verə bilər

Siyasət 11 Fevral 2026, 10:37

2044

Ötən gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Vatikanda Roma Papası XIV Leo ilə görüşüb. Pontifikin dəvəti ilə keçirilən audiensiyada Azərbaycandakı müxtəlif dini konfessiyaların rəhbərləri də iştirak edib. Papa bu səfəri sülh və birgəyaşayışın nümunəsi kimi yüksək qiymətləndirib.

Qeyd edək ki, bu görüş Azərbaycanla Vatikan arasında mövcud olan yüksək səviyyəli münasibətlərin növbəti təzahürü kimi qiymətləndirilir. Görüş zamanı dinlərarası dialoq, qarşılıqlı hörmət və regional sülh məsələlərinin müzakirə olunduğu bildirilir. Ekspertlərin fikrincə, belə təmaslar Azərbaycanın multikultural dəyərlərinin beynəlxalq müstəvidə təqdimatı baxımından da xüsusi əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı Citypost.az-a danışan araşdırmaçı jurnalist Kənan Rövşə oğlu bildirib ki, Roma Papasının Azərbaycana mümkün səfəri Cənubi Qafqazda sülh quruculuğu baxımından mühüm əhəmiyyət daşıya bilər.

Onun sözlərinə görə, indiyədək iki Roma Papası – 2002-ci ildə II İohan Pavel, 2016-cı ildə isə Papa Fransisk Azərbaycana səfər edib və hər iki səfər ölkəmiz üçün mühüm hadisə olub: “Əvvəlki səfərlər zamanı regionda münaqişə davam edirdi. Hazırda isə müharibə başa çatıb və xristian dünyasının liderinin Azərbaycana səfəri sülh prosesinə əlavə töhfə verə bilər”.

Kənan Rövşənoğlu vurğulayıb ki, Şeyxülislam Allahşükür Paşazadənin Papa ilə görüşündə müxtəlif dini konfessiya rəhbərlərinin iştirak etməsi Azərbaycandakı dini müxtəlifliyin və tolerantlıq mühitinin Vatikanda nümayişi kimi dəyərləndirilə bilər. Onun fikrincə, Vatikanla münasibətlərin inkişafı həm dini dialoq, həm də Azərbaycanın beynəlxalq imici baxımından müsbət əhəmiyyət daşıyır.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının icrası üzrə məsələlər müzakirə olunub 

Aprelin 15-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müşaviri Rebekka Neff və Ticarət və İnkişaf Agentliyinin (USTDA) nümayəndələri ilə görüşüb.XİN-dən Citypost.az-a  verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının icrasından irəli gələn məsələlər, o cümlədən enerji və ticarət məsələləri, regional bağlantılar və iqtisadi sərmayə sahələrində əməkdaşlıq müzakirə edilib.Tərəflər arasında nəqliyyat, rəqəmsallaşma, süni intellekt və s. potensial layihələr, bu istiqamətdə görülən işlər və özəl sektor nümayəndələrinin iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.Görüş zamanı Azərbaycanın regionun enerji təhlükəsizliyində mühüm rolu, Orta Dəhlizdə ticarət marşrutlarının şaxələndirilməsi, habelə Azərbaycanda...

15 Aprel 2026, 12:25

ABŞ-ın “kişi sözü” və ya İran üçün hazırlanmış İraq ssenarisi  

ABŞ-ın “kişi sözü” və ya İran üçün hazırlanmış İraq ssenarisiBoş-boşuna Hörmüz boğazında yeni hadisələr axtarmayın. Böyük ehtimalla, Hörmüz boğazında hələ uzun müddət diqqətə layiq hadisələr baş verməyəcək. Çünki ABŞ Hörmüz boğazını tamamilə blokadaya aldı və bundan sonra İranın ciddi şəkildə zəifləməsini gözləyəcək. Onun artıq müqavimət göstərmək qabiliyyətində olmadığını hiss edəndə isə sonuncu və həlledici hücuma keçib, məsələyə nöqtə qoyacaq. Eynilə 1990-2000-ci illərdə İraqda olduğu kimi.Məlumdur ki, ABŞ adına Körfəz müharibəsi dediyi İraqın işğalını iki mərhələdə həyata keçirdi. I Körfəz savaşı 1990-cı ildə İraqın Kuveyti işğalı ilə başladı. İddiaya görə, ABŞ-ın İraqdakı səfiri Aprel Qlaspinin işğaldan bir müddət əvvəl Səddam Hüseynlə...

15 Aprel 2026, 11:46

Turan Rzayev: İsrail–Livan danışıqlarında əsas mövzu “Hizbullah”dır

Politoloq Turan Rzayev İsrail və Livan nümayəndələri arasında Vaşinqtonda keçirilən danışıqlarla bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, politoloq bildirib ki, İsrail və Livan nümayəndələri arasında danışıqlar ABŞ Dövlət Departamentinin Vaşinqtondakı qərargahında baş tutub və 1993-cü ildən bəri ilk belə görüş kimi tarixi əhəmiyyət daşıyır. Görüşdə ABŞ Dövlət katibi Marko Rubio, Livanın ABŞ-dakı səfiri Nada Hamadeh, İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter, ABŞ-ın Livandakı səfiri Mişel İssa və Dövlət Departamentinin müşaviri Maykl Nidhem iştirak edib.T.Rzayev qeyd edib ki, İsrail Livanda “Hizbullah”a qarşı hərbi əməliyyatlar aparır və bu əməliyyatlar nəticəsində 165 uşaq və 87 tibb işçisi də daxil olmaqla azı 2089 nəfər həlak...

15 Aprel 2026, 11:34

Azər Həsrət: Xameneyinin Bakıda anım mərasimini doğru hesab etmirəm

Jurnalist Azər Həsrət İranın ali dini lideri Seyid Əli Xameneyinin xatirəsinin Bakıda 40 mərasimi ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, A.Həsrət bildirib ki, ABŞ-İsrail cütlüyünün öldürdüyü İranın ali dini rəhbəri Seyid Əli Xameneyinin xatirəsinin Bakıda 40 mərasimi ilə yad edilməsini şəxsən təqdir etmir və hesab edir ki, bunu ümumiyyətlə etməməliydik. Onun sözlərinə görə, yaşadığı dövrdə bir dəfə də olsun “Qarabağ Azərbaycandır” deməyən bu mollanın xatirəsi Azərbaycan milləti üçün əziz ola bilməz və olmamalıdır.A.Həsrət qeyd edib ki, lakin geosiyasi gerçəkləri nəzərə alaraq kimlərsə belə bir mərasim keçiribsə, buna bir az tolerant yanaşmaq olar. Onun fikrincə, mərasim olduqca sönük və maraqsız...

15 Aprel 2026, 11:05

Xalid Kazımlı: İranda real hakimiyyət seçilmiş prezidentdə deyil

Jurnalist Xalid Kazımlı İranda mövcud siyasi vəziyyətlə bağlı diqqətçəkən fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, iki il əvvəl keçirilən prezident seçkiləri zamanı Məsud Pezeşkianlə yanaşı Məhəmmədbağır Qalibaf da prezidentliyə iddialı olub. Lakin seçilmək şansını aşağı qiymətləndirən Qalibaf sonradan namizədliyini geri götürüb və nəticədə Pezeşkian prezident seçilib.X.Kazımlının fikrincə, hazırkı vəziyyətdə ölkədə real hakimiyyətin Qalibafın əlində cəmləndiyi iddia olunur. O qeyd edib ki, mövcud idarəetmə formasını legitim saymaq çətindir və bunu faktiki olaraq fərqli bir idarəetmə modeli kimi qiymətləndirib.Bu vəziyyət fonunda İranda demokratiya və qanunçuluqla bağlı səsləndirilən fikirlər mübahisə doğurur. Onun sözlərinə görə, ölkədə siyasi proseslərin gedişi ciddi suallar yaradır.X.Kazımlı...

15 Aprel 2026, 10:22

Xəqani Cəfərli: ABŞ–İsrail müdaxiləsi Türk dünyasının maraqlarına uyğundur

Politoloq Xəqani Cəfərli ABŞ və İsrailin İrana mümkün hərbi müdaxiləsinin təkcə Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün də strateji baxımdan əhəmiyyətli olduğunu bildirib.Citypost.az xəbər verir ki, politoloqun sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi və ya ehtimal olunan hərbi əməliyyatlar Azərbaycanın milli maraqları ilə yanaşı, Türküstan adlandırılan Mərkəzi Asiya və Doğu Türküstan regionunun maraqlarına da uyğun gəlir. Politoloq qeyd edir ki, bu proseslər regionda yeni geosiyasi reallıqlar yaradır.X.Cəfərli diqqətə çatdırıb ki, İsrail Hərbi Hava Qüvvələrinin Çin və İran əməkdaşlığı çərçivəsində inşa olunmuş və “Bir kəmər, bir yol” layihəsinin tərkib hissəsi sayılan dəmir yolu infrastrukturu obyektlərinə zərbələr endirməsi...

15 Aprel 2026, 10:05