Xəqani Cəfərli: Karaqanovun nüvə çağırışlarının arxasında Rusiyanın zəifləməsi qorxusu dayanır
Siyasət 02 İyun 2026, 10:05
3884
Politoloq Xəqani Cəfərli Rusiyanın tanınmış siyasi analitiklərindən biri hesab olunan Sergey Karaqanovun son açıqlamalarını şərh edib.
Citypost.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin fəxri sədri, tarix elmləri doktoru Sergey Karaqanov “Rusiya yeni dünya müharibəsində necə qalib gələ bilər” adlı məqaləsində yenidən nüvə silahından istifadəyə çağırış edib. Politoloq qeyd edib ki, son 35 ildə proqnozlarında səhv etmədiyini iddia edən Karaqanov Ukraynaya qarşı aparılan müharibədə natamam siyasətin Rusiyanın gücünü və ruhunu sarsıda biləcəyini bildirir və Rusiyanın təhlükəsizliyinin təmin olunmasının əsas şərti kimi “Kiyev rejimi”nin məhv edilməsini göstərir.
Xəqani Cəfərli vurğulayıb ki, Karaqanov nüvə silahından istifadənin qlobal nüvə müharibəsinə gətirib çıxaracağı ilə bağlı fikirləri ABŞ-ın maraqlarına xidmət edən yanaşma kimi qiymətləndirir və Rusiya hakimiyyətini bu düşüncədən imtina etməyə çağırır.
Politoloqun sözlərinə görə, Rusiyanın hərbi yolla Ukraynaya qalib gələ bilməyəcəyinin aydınlaşmasından sonra Karaqanov dəfələrlə nüvə silahından istifadənin zəruriliyini gündəmə gətirib. O xatırladıb ki, Karaqanovun ilk belə çağırışından sonra Rusiya Xarici və Müdafiə Siyasəti Şurasının bir qrup üzvü tərəfindən yayılan açıq məktubda nüvə müharibəsinin Rusiyanın gələcəyi üçün ağır nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edilmişdi.
X.Cəfərli bildirib ki, həmin xəbərdarlıqdan üç il keçməsinə baxmayaraq, Karaqanov nüvə ritorikasından geri çəkilməyib və bu ilin əvvəlindən etibarən bir neçə dəfə oxşar fikirlər səsləndirib. Politoloqun qənaətincə, bunun əsas səbəbi Rusiyanın hərbi meydanda üzləşdiyi çətinliklər və ölkənin gücünün sarsılması ilə bağlı narahatlıqlardır.
Həmçinin oxuyun
Xəqani Cəfərli qeyd edib ki, Rusiyanın dövlət radiosu olan “Radio Rossii”nin aparıcısı Kirill Fyodorov da Ukrayna ordusunun gücünü etiraf edən şəxslərdən biridir. Onun sözlərinə görə, Fyodorov Ukrayna Silahlı Qüvvələrinin potensialını yüksək qiymətləndirib və Belarusun müharibəyə qoşulacağı təqdirdə ciddi problemlərlə üzləşəcəyini bildirib.ABŞ dövlət katibi Marko Rubionun NBC News-a müsahibəsində Ukrayna Silahlı Qüvvələrini Avropanın ən güclü ordusu adlandırması da bu mövqeni gücləndirən amillərdəndir.
Politoloqun fikrincə, Ukrayna ordusu artıq təkcə döyüş meydanında deyil, Avropanın təhlükəsizlik arxitekturasında da mühüm rol oynayan qüvvəyə çevrilib. O hesab edir ki, Rusiyanın zəifləyə biləcəyi ilə bağlı narahatlıq təkcə Karaqanovda deyil, Kremlə yaxın dairələrdə də hiss olunur.
Yusif
Qeyd edək ki, məqalədə yer alan fikirlər politoloq Xəqani Cəfərlinin şəxsi mövqeyini əks etdirir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Deputat: Bakı–Bişkek münasibətləri strateji müttəfiqliyə yüksəldi
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı əldə olunan nəticələr təkcə iki qardaş ölkə arasında münasibətlərin növbəti inkişaf mərhələsi kimi qiymətləndirilməməlidir. Bu səfər, əslində, Azərbaycanın Mərkəzi Asiya istiqamətində formalaşdırdığı uzunmüddətli strateji xəttin məntiqi davamı və Türk dünyasında yeni siyasi-iqtisadi əməkdaşlıq modelinin daha da möhkəmlənməsinin göstəricisidir.Bu sözləri Citypost.az-a açıqlamasında millət vəkili Rövşən Muradov bildirib. Millət vəkilinin sözlərinə görə, Qırğızıstan ilə Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması Azərbaycan diplomatiyasının son illərdə qazandığı mühüm siyasi nəticələrdən biridir. Müttəfiqlik statusu dövlətlər arasında ən yüksək etimad səviyyəsini ifadə edir. Bu qərar göstərir ki, Bakı və Bişkek münasibətlərini artıq yalnız dostluq və qardaşlıq prinsipləri üzərində deyil, uzunmüddətli strateji...
31 İyul 2026, 16:43
Diplomatik korpusda yeni mərhələ – Zaur Şükürov danışdı
Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin diplomatik nümayəndəlikləri ilə bağlı bir sıra mühüm sərəncamlar imzalayıb.Citypost.az xəbər verdiyi kimi, dövlətimizin başçısı ölkəmizin Türkiyə və Özbəkistandakı diplomatik nümayəndəliklərinə yeni səfirlərin təyin edilməsi ilə bağlı sərəncamlar imzalayıb. Rəşad Məmmədov Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq, Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezidentin imzaladığı başqa bir sərəncamla Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın İtaliyada, eyni zamanda Malta və San Marinoda fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb. Dövlət başçısının sərəncamı ilə Rəşad Aslanov Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Rəşad Aslanov, həmçinin Azərbaycanın BMT-nin Ərzaq və Kənd...
31 İyul 2026, 15:44
Geosiyasətin aləti, yoxsa virtual təsəlli? İsrailin "Erməni Soyqırımı" kartı və İrəvanın dalandan çıxa bilməyən reallığı
Beynəlxalq münasibətlər sistemində bəzi qərarlar var ki, onlar mənəvi dürüstlükdən və ya tarixi ədaləti bərpa etmək istəyindən deyil, sırf anlıq siyasi konyukturadan və geosiyasi qisas maraqlarından doğur. İsrail dövlətinin onilliklər boyu masada dondurduğu 1915-ci il hadisələrini rəsmən "soyqırımı" olaraq tanıma addımları da məhz bu qəbildəndir. Bu məsələ ətrafında yaranan səs-küy, xüsusən də İsrail Nazirlər Kabinetinin bu istiqamətdə qəbul etdiyi qərarlar beynəlxalq mətbuatda böyük rezonans doğursa da, soyuq analitik ağılla baxdıqda çox fundamental bir sual ortaya çıxır: Bu qərarın indiki situasiyada Ermənistana real, praqmatik xeyri nədir? Böyük güclərin maraqlar toqquşmasını, regionun coğrafi şərtlərini və Bakı-Ankara xəttinin sarsılmaz mövqeyini nəzərə alaraq, bu diplomatik...
31 İyul 2026, 11:44
Azər Allahverənov: Azərbaycan dili tarixi zəfərimizin rəmzidir
Bir millətin yer üzündəki izi yalnız qurduğu binalar və ya fəth etdiyi torpaqlarla ölçülmür, əsl iz xalqın min illər boyu süzülüb gələn yaddaşının ifadəsi olan ana dilində gizlənir. Azərbaycan dili bizim üçün sadəcə bir ünsiyyət vasitəsi deyil, o, xalqın ruhunu yaşadan müqəddəs bir enerji, Dədə Qorqudun hikmətindən süzülüb gələn mənəvi xəzinədir. Bu dil hər bir azərbaycanlının daxili dünyasında toxunmuş bir dastandır ki, onun hər hecasında əcdadlarımızın keçdiyi keşməkeşli yolların əksi duyulurTarixi inkişaf prosesində Azərbaycan dili ağır sınaqlardan keçmişdir. Əsrlər boyu ərəb və fars dillərinin güclü təsiri altında yazı dili kimi qalsa da, türkcə xalqın danışıq dili olaraq yaşamış, lakin uzun...
31 İyul 2026, 10:06
Ədalət Verdiyev: SEPAH təbliğatla məşğuldur
Hərbi ekspert Ədalət Verdiyev İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-yə məxsus F-35 qırıcısını məhv etməsi ilə bağlı yaydığı məlumatı şərh edib.Citypost.az xəbər verir ki, ekspert bildirib ki, SEPAH bu dəfə ABŞ-yə məxsus F-35 qırıcısını vurduğunu iddia etsə də, bununla bağlı nə görüntü, nə də hər hansı müstəqil təsdiq mövcuddur. Ekspert qeyd edib ki, müharibənin ilk günlərində Küveytdə dost atəşi nəticəsində iki F-16 təyyarəsinin vurulduğunu ilk dəfə ABŞ özü açıqlamışdı. Həmçinin, Əli Xameneinin ölümü barədə məlumatı əvvəlcə İsrail, daha sonra isə ABŞ yaymışdı.Ədalət Verdiyevin sözlərinə görə, İran öz itkiləri ilə bağlı məlumatları daim gizlədir, bir çox hallarda isə həqiqətə uyğun...
31 İyul 2026, 09:22
Vüqar Rəhimzadə: Orta Dəhliz Azərbaycanın strateji üstünlüyüdür
Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji, nəqliyyat layihələri ölkələri, xalqları bir araya gətirərək hər zaman xalqlar və dövlətlər arasında yeni körpülərin qurulmasına, bağlantıların yaradılmasına geniş imkanlar təqdim edir. Prezident İlham Əliyevin elə bir çıxışı, mətbuata elə bir müsahibəsi yoxdur ki, Azərbycanın malik olduğu üstünlüklər sırasında xüsusi yer tutan coğrafi mövqeyindən, ondan səmərəli istifadəsindən, ən əsası tranzit imkanlarından bəhs etməsin. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan regional daşımalar layihələrinin bir çox hallarda fəal iştirakçısı və təşəbbüskarıdır. Şərq-Qərb və Şimal-Cənub daşımalar dəhlizləri Azərbaycandan keçir və qonşularımızla, həmçinin qonşularımızın qonşuları ilə yaxşı münasibətləri bizə bütün iştirakçılara fayda gətirən çox...
30 İyul 2026, 22:05