Ədalət Verdiyev: SEPAH təbliğatla məşğuldur
Siyasət 31 İyul 2026, 09:22
2675
Hərbi ekspert Ədalət Verdiyev İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-yə məxsus F-35 qırıcısını məhv etməsi ilə bağlı yaydığı məlumatı şərh edib.
Citypost.az xəbər verir ki, ekspert bildirib ki, SEPAH bu dəfə ABŞ-yə məxsus F-35 qırıcısını vurduğunu iddia etsə də, bununla bağlı nə görüntü, nə də hər hansı müstəqil təsdiq mövcuddur. Ekspert qeyd edib ki, müharibənin ilk günlərində Küveytdə dost atəşi nəticəsində iki F-16 təyyarəsinin vurulduğunu ilk dəfə ABŞ özü açıqlamışdı. Həmçinin, Əli Xameneinin ölümü barədə məlumatı əvvəlcə İsrail, daha sonra isə ABŞ yaymışdı.
Ədalət Verdiyevin sözlərinə görə, İran öz itkiləri ilə bağlı məlumatları daim gizlədir, bir çox hallarda isə həqiqətə uyğun olmayan açıqlamalar verir. O xatırladıb ki, İran Prezidenti Məsud Pezeşkian da daha əvvəl dövlət televiziyasını ictimaiyyətə yalan məlumat verməkdə tənqid etmişdi. Ekspert əlavə edib ki, hazırda İran dövlət televiziyasında SEPAH-ın icazəsi olmadan ölkənin seçilmiş rəhbər şəxslərinin çıxışına imkan verilmir.
Ədalət Verdiyev bildirib ki, ABŞ isə son hücum zamanı buraxılan bütün İran raketlərinin zərərsizləşdirildiyini və F-35 təyyarələrinə ümumiyyətlə ziyan dəymədiyini açıqlayıb.
Həmçinin oxuyun
Ekspert daha sonra qeyd edib ki, SEPAH-ın müharibənin əvvəlindən bu günə qədər yaydığı məlumatlara inanılacaq olsa, İsraildə rəhbər şəxslər, aerodromlar və hərbi obyektlər, ABŞ-də isə gəmi, təyyarə və raket qalmamalı idi. O, istehzalı şəkildə əlavə edib ki, yaxın günlərdə SEPAH Tel-Əviv və Vaşinqton üzərində İran bayrağının dalğalandığını elan etsə, buna da təəccüblənməmək lazımdır.
Sonda Ədalət Verdiyev bildirib ki, regionda yalan məlumatlarla gündəmə gələn, dostluğu və düşmənçiliyi ilə bağlı qeyri-müəyyənlik yaradan, müsəlman ölkələri ilə strateji müttəfiqliyi olmayan, İslam dünyasına raket və dron hücumları həyata keçirən və dünya təhlükəsizlik sisteminə təhdid yaradan bir İran mövcuddur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Zahid Oruc: “Avropa Parlamentində ikili siyasət hökm sürür”
Prezident İlham Əliyevin 15 sentyabr 2026-cı ildə keçirilən beynəlxalq tədbirin rəhbər heyəti ilə görüşündə Avropa Parlamentinin fəaliyyətini kəskin tənqid etməsi və qurumu “korrupsiya yuvası” adlandırması ölkə başçısının siyasi manifesti adlandırıla bilər. Belə sərt və açıq ittihamın tarixi əsasları var. 1990-cı illərdən sonra soyuq müharibənin qalibi olan Qərbin Sovetlər birliyinə qarşı sənədlərdə demokratiya və hüquqi idealları reallıqda işğala məruz qalan bir Qafqaz ölkəsinin siyasi xəritədən silinməsinə yönələn deklarasiyalara çevrilmişdi.O dövrün tarixini bir daha vərəqlədikdə, nəinki Mixail Qorbaçov başda olmaqla sovet rəhbərliyi, o cümlədən, ABŞ dövlət katibi Ceyms Beyker və Avropa dövlətlərinin hökumət-parlament rəhbərləri açıq şəkildə azərbaycanlıları ermənilərə qarşı təcavüzdə ittiham edirdilər....
21 Sentyabr 2026, 10:21
Qulamhüseyn Əlibəyli: “Türk dünyasının inteqrasiyası yeni mərhələdədir”
Prezident İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur” fikri Bakının xarici siyasətində Türk dünyasının yerini dəqiq ifadə edir. Burada söhbət yalnız ortaq tarixdən, dildən və mədəniyyətdən deyil, getdikcə daha aydın görünən siyasi, iqtisadi və təhlükəsizlik birliyindən gedir.Ümumiyyətlə, Azərbaycanın bütövlükdə Türk Dövlətləri Təşkilatı və bu təşkilata daxil olan türk dövlətləri ilə münasibətlərini çoxvektorlu diplomatiya əsasında iki paralel istiqamətdə qurur: bir tərəfdən TDT-nin çoxtərəfli regional beynəlxalq təşkilat kimi güclənməsinə çalışır, digər tərəfdən isə üzv dövlətlərin ayrı-ayrılıqda hər biri ilə ikitərəfli münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəldir. Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla imzalanmış müttəfiqlik müqavilə və bəyannamələri, Qazaxıstan, Özbəkistan və...
21 Sentyabr 2026, 09:10
Jurnalistdən AYNA-ya sərt irad: “İnsanlar saatlarla avtobus gözləyir”
Əməkdar jurnalist, “OLAYLAR” qəzetinin əməkdaşı Süleyman İsmayılbəyli Bakının 20-ci sahə adlanan ərazisində ictimai nəqliyyatla bağlı problemə diqqət çəkib.Citypost.az xəbər verir ki, S.İsmayılbəyli bildirib ki, 20-ci sahədən Azneft dairəsinə cəmi bir avtobus marşrutu, 5 nömrəli avtobus işləyir. Onun sözlərinə görə, sərnişinlər işə getmək üçün avtobus gözlədiyi vaxt sürücünün avtobusun qapılarını bağlayaraq ərazidən uzaqlaşması vətəndaşların narazılığına səbəb olur.Jurnalist AYNA-nın fəaliyyətini tənqid edərək qeyd edib ki, xüsusilə Formula 1 yarışları zamanı nəqliyyatın təşkilində yaranan problemlər sakinlərin və digər vətəndaşların hərəkətini çətinləşdirir. O, 20-ci sahədən Azneft dairəsinə sərnişin axınının nəzərə alınaraq avtobusların sayının artırılmasının vacibliyini vurğulayıb.S.İsmayılbəyli hesab edir ki, vətəndaşların saatlarla 5 nömrəli avtobusu...
21 Sentyabr 2026, 09:05
Qulu Məhərrəmli: “Rusiya ciddi problemlərlə üzləşir”
Professor Qulu Məhərrəmli Rusiya-Ukrayna müharibəsində son vəziyyətlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki,Q.Məhərrəmli bildirib ki, son saatlarda cəbhədə və tərəflərin qarşılıqlı hücumlarında vəziyyət daha da kəskinləşib. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin ciddi siyasi, diplomatik və hərbi problemlərlə üzləşir.Professor qeyd edib ki, Ukrayna ordusunun Rusiyanın paytaxtı Moskva və ətraf ərazilərinə dronlarla yanaşı, ballistik raketlərlə də zərbələr endirməsi vəziyyəti daha da gərginləşdirib. O, son hücumların miqyasının dünya mediasında geniş müzakirə olunduğunu vurğulayıb.Q.Məhərrəmlinin sözlərinə görə, Moskva və ətrafında baş verən yanğın və dağıntılarla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. O iddia edib ki, hücumların hədəfi yalnız yanacaq bazaları olmayıb və Rusiya mediası...
21 Sentyabr 2026, 09:01
Müşfiq Cəfərov: “20 Sentyabr milli qürur günüdür”
Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir.1990-cı illərin əvvəllərindən Ermənistanın hərbi təcavüzü ilə üzləşən ölkəmizin beynəlxalq birliklər tərəfindən tanınmış və suveren Azərbaycan hakimiyyətinin coğrafi sərhədləri daxilində yerləşən ərazilərinin 20 faizinin işğal edildi.Bu ərazilər işğal edilsə də suveren Azərbaycan ərazisi olaraq qalırdı. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə vermirdi. Bu sözləri Citypost.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.Millət vəkilinin sözlərinə görə, 2023 cü...
20 Sentyabr 2026, 18:23
Rövşən Muradov: “20 Sentyabr dövlətçiliyimizin yeni mərhələsini əks etdirir”
20 Sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunması müasir Azərbaycan dövlətçiliyinin iki böyük mərhələsini vahid tarixi məntiqdə birləşdirir: torpaqların işğaldan azad edilməsi və qazanılmış suverenliyin real idarəçilik, təhlükəsizlik, məskunlaşma, təhsil, istehsal və ictimai həyat vasitəsilə möhkəmləndirilməsi. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncamla təsis olunan və 2026-cı ildə üçüncü dəfə qeyd edilən bu günün arxasında otuz illik işğalın ağır nəticələri, şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı və Azərbaycan xalqının sarsılmaz milli iradəsi dayanır. Buna görə 20 Sentyabr təqvim hadisəsindən daha geniş məna daşıyaraq dövlət hakimiyyətinin ölkənin bütün ərazisində tam və bölünməz şəkildə bərqərar olmasının siyasi...
20 Sentyabr 2026, 11:06