Tural İrfan: Qondarma dini cərəyanlar xarici layihədir
Siyasət 05 İyun 2026, 09:54
6582
Ölkəmizdə də fəaliyyət göstərdiyi bildirilən və özünü ilkin mərhələdə təriqət və ya din kimi təqdim edən qondarma dini təşkilatların arxasında xarici qüvvələrin dayandığı iddia olunur.
Bu barədə Citypost.az-a açıqlamasında Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi və dinşünas Tural İrfan danışıb.
Onun sözlərinə görə, sözügedən təşkilatın lideri ABŞ tərəfindən təsis olunduqlarını etiraf edib. Tural İrfan bildirib ki, həmin cərəyanın üzvləri qiblənin İordaniyanın Petra şəhərində yerləşdiyini iddia edir, yeni “Quran” anlayışını irəli sürür və digər dini təhrifləri təbliğ edirlər.
Dinşünasın fikrincə, bu cür ideyalar müsəlmanlar üçün ortaq və bölünməz hesab olunan dini dəyərlərin zəiflədilməsinə xidmət edir. O qeyd edib ki, həmin cərəyanın yaranması ABŞ-ın İraqa müdaxiləsindən sonrakı dövrə təsadüf edir və regionda dini parçalanmaları dərinləşdirmək məqsədi daşıyır.
Tural İrfan hesab edir ki, regionda yeni geosiyasi müdaxilələr baş verəcəyi təqdirdə daha radikal dini qrupların və məzhəblərin meydana çıxması ehtimalı artır. O, bəzi xarici qüvvələrin Yaxın Şərqdəki gərginlikdən faydalanmağa çalışdığını və dini ziddiyyətlərin körüklənməsinin təhlükəli nəticələr doğura biləcəyini vurğulayıb.
Həmçinin oxuyun
Siyasi şərhçi əlavə edib ki, tarix boyu müxtəlif məzhəb və təriqətlərin müəyyən siyasi məqsədlər üçün xarici güclər tərəfindən dəstəkləndiyi və ya idarə olunduğu barədə iddialar mövcud olub. Onun sözlərinə görə, radikal vəhhabilik nümunəsi də bu kontekstdə tez-tez müzakirə edilən məsələlərdən biridir.
Tural İrfan dini və ideoloji təsirlərə qarşı cəmiyyətin maarifləndirilməsinin vacibliyini qeyd edərək, ənənəvi dini dəyərlərin qorunmasının əhəmiyyətini vurğulayıb.
Yusif
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Zahid Oruc: “Torpaq məsələsində yeni mərhələ başlayır”
Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımızın mülkiyyət hüquqlarının qorunması, daşınmaz əmlakın elektron reyestrinin yaradılması, qiymətləndirmə sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması və şəffaflığın artırılması istiqamətində mühüm qərarlar qəbul olunur.Bu sözləri Citypost.az-a açıqlamasında millət vəkili Zahid Oruc bildirib.Zahid Oruc bildirib ki, ikinci oxunuşda müzakirəyə təqdim olunan qanun layihəsi dövlət mülkiyyətində olan əmlakın (o cümlədən, dövlət torpaqlarının) qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan əmlakla, o cümlədən torpaq sahələri ilə dəyişdirilə bilməsinin hüquqi əsaslarını yaradır.Onun sözlərinə görə, həm Torpaq Məcəlləsinə təklif olunan 90-cı maddənin 1.1-ci hissəsi, həm də Mülki Məcəlləyə irəli sürülən 155.5-ci əlavəyə görə dövlət və vətəndaşlar arasında qarşılıqlı razılıq əsasında daha çevik əmlak...
13 İyul 2026, 13:42
İlham Əliyev: Azərbaycanı dəstəkləyənlər Rusiyada cəzalandırıldı
Mixail Qusman Azərbaycan xalqının layiqli oğludur.Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.“Özünün də dediyi kimi, təxminən 40 il Rusiyada "ezamiyyətdə" olub, amma bu illər ərzində Azərbaycanla əlaqəsini heç vaxt kəsməyib. O, həmişə bizimlə olub, uğurlarımıza sevinib, çətin günlərimizdə bizimlə birlikdə narahatlıq keçirib.İkinci Qarabağ müharibəsi zamanı faktiki olaraq cəbhə bölgəsində yaşayır, oradan reportajlar hazırlayırdı. Bu, onun xarakterini, xalqına və Vətəninə bağlılığını nümayiş etdirirdi. O, eyni zamanda informasiya blokadasının yarılmasına da ciddi töhfə verdi”, - dövlət başçısı qeyd edib.Prezident İlham Əliyev qeyd edib ki, Mixail Qusman burada müəyyən mənada zərər çəkənlərin adından çıxış edir: “Keçən...
13 İyul 2026, 12:15
Prezidentdən Rusiya ilə münasibətlərə dair AÇIQLAMA
Azərbaycan-Rusiya münasibətləri tam şəkildə normallaşıb.Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda Rusiya ilə münasibətlərə dair suala cavabında bildirib.“Bir daha qeyd etmək istəyirəm ki, biz Rusiya ilə münasibətlərə böyük dəyər veririk. Rusiya Federasiyasının rəsmi şəxslərinin, o cümlədən Prezident Putinin ölkələrimiz arasında münasibətlərin müsbət dinamika ilə inkişaf etməsinə dair bəyanatlarını da görmüşük. Müəyyən çətinliklərdən danışdınız. Bəli, onların hamısını bilirik. Ancaq əsas odur ki, həmin mərhələ artıq arxada qalıb. Mən deyərdim ki, münasibətlər tam şəkildə normallaşıb. Müxtəlif səviyyələrdə təmaslar davam edir. Həm hökumətlər səviyyəsində, həm hökumətlərarası komissiyanın həmsədrləri arasında, həm Xarici İşlər nazirlikləri, həm də Prezident administrasiyaları...
13 İyul 2026, 11:17
İlham Əliyev: Avropa Şurası ilk addımı atmalıdır
“Azərbaycan Avropa Şurasını tamamilə tərk etsə belə, ölkədə bunu demək olar ki, heç kim hiss etməyəcək”.Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.“2023-cü ilin sentyabrına qədər Azərbaycan Avropa Şurası Parlament Assambleyasında heç vaxt hər hansı sanksiya ilə üzləşməmişdi. Məhz 2023-cü ilin sentyabrında biz öz qanuni özünümüdafiə hüququmuzdan istifadə edərək ərazimizi separatçıların qalıqlarından azad etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycanı cəzalandırmaq qərarına gəldi. 2024-cü ilin yanvarında isə Assambleya Azərbaycan nümayəndə heyətinin mandatını müzakirəyə çıxardı və nümayəndə heyətini səsvermə hüququndan məhrum etdi.Bu, guya insan hüquqları məsələləri ilə bağlı idi. Lakin məsələ bununla əlaqəli olsaydı, bu...
13 İyul 2026, 10:02
Xəqani Cəfərli: Lindsi Qremin ölümü siyasi mənzərəni üzə çıxardı
Ukranya və İsrailin qızğın tərəfdarı, Rusiya və İranın qatı əleyhidarı senator Lindsi Qremin (Lindsey Olin Graham) qəfil ölümü çoxsaylı konspiroloji fikirlər doğurub. MAGA hərəkatının öncül bloggeri Laura Loomer, Weatherman Fondunun prezidenti, general Kett Kelloqun qızı Megan Mobbs, Fox News şərhçisi Mark Thiessen senator Lindsi Qremin qəfil ölümündə Rusiyanın əlinin olduğunu bildirirlər. ABŞ-dakı Rusiyapərəst qüvvələr senatorun qəfil ölümündə Ukraynanın iştirak etdiyi fikirini yaymağa çalışırlar. Senator Lindsi Qremin ölümündə İranın əlinin ola biləcəyi haqqında da fikirlər var. Bütün bunlara görə respublikaçıların nüfuzlu təmsilçiləri senatorun ölümünün səbəblərini araşdırmağa və Rusiyanın bu hadisədə iştirak edib-etmədiyinə aydınlıq gətirilməsini istəyirlər. Konspiroloji fikirləri şərh etməyi sevmədiyim üçün, senator Lindsi...
13 İyul 2026, 10:00
İlham Əliyev: Türkiyə və Azərbaycan ən yaxın iki dövlətdir
Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan iki dövlətdir.Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.“Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan iki dövlətdir. Siyasi, iqtisadi, enerji, nəqliyyat əlaqələri və insanlar arasında münasibətlərin səviyyəsinə baxsanız, yəqin ki, dünyada bir-birinə Türkiyə və Azərbaycan qədər yaxın, bir-birini bu qədər dəstəkləyən və dost olan başqa iki ölkə tapmaq çətindir. Bu, xalqlarımız və dövlətlərimiz üçün böyük sərvətdir. Biz birlikdə daha güclüyük. Bu, həm də regional sabitlik və əməkdaşlıq, o cümlədən bayaq toxunduğum nəqliyyat bağlantıları baxımından mühüm amildir. Eyni zamanda, təhlükəsizliyin təmin olunmasında da mühüm rol oynayır....
13 İyul 2026, 09:31