Bizə yazın

Baku

-°C

USD

-

Siyasi şərhçi: İran Güney Azərbaycandan bəhanə kimi istifadə edir

Siyasət 28 İyul 2026, 11:08

356

İran Azərbaycana qarşı münasibətləri növbəti mərhələyə daşıyaraq, faktiki olaraq ölkəmizə informasiya müharibəsi elan edib. Bu gedişat göstərir ki, İranın Azərbaycanla bağlı müəyyən planları var. Bu niyyətləri pərdələmək üçünsə "Cənubi Azərbaycan" anlayışından bəhanə kimi istifadə edir.İran tərəfi AzTV-ni və digər kanallarımızı efirdə "Güney Azərbaycan" ifadəsinin işlədilməsinə görə ittiham edir. Halbuki Azərbaycan heç bir halda İranın ərazi bütövlüyünə hörmətsizlik etmir. Azərbaycanın Güney Azərbaycan haqqında danışması onun konstitusiya hüququdur; dünyadakı bütün azərbaycanlıların hüquq və azadlıqları qorunmalı, onların milli kimliyinin inkişafına dəstək verilməlidir.

Bu sözləri Beynəlxalq münasibətlər üzrə tədqiqatçı, siyasi şərhçi Əziz Əlibəyli Citypost.az-a açıqlamasında bildirib.

Əziz Əlibəylinin sözlərinə görə. buna baxmayaraq, Azərbaycan İranın suverenliyinə hər zaman hörmətlə yanaşıb. Lakin unutmaq olmaz ki, İran Qarabağ müharibəsi dönəmində Ermənistana açıq dəstək verdi, torpaqlarımızın işğal olunmasında, ata-baba yurdlarımızın darmadağın edilməsində dolayısı ilə iştirak etdi. İllər öncə Qarabağdan məcburi köçkün düşmüş soydaşlarımızın düşərgələrinə "humanitar yardım" adı altında gələrək şiəlik təbliğatı apardılar, insanların ağır vəziyyətindən istifadə edib onları dini ideologiya ilə zəhərləməyə çalışdılar.Bu gün isə İran ABŞ və İsrail ilə yaşadığı gərginlik fonunda münaqişənin miqyasını böyütməyə çalışır. Bölgədə müharibəyə cəlb edilməmiş ölkə qalmasın prinsipi ilə xaos yaratmaq, bununla da Vaşinqton və Təl-Əvivə təzyiq göstərmək niyyətindədir.

Ekspert bildirib ki, Azərbaycan İranın ərazi bütövlüyünü tanıdığını bəyan etdiyi halda, Tehran rejiminin nümayəndələri ölkəmizə "Aran Respublikası" və ya "Bakı Cümhuriyyəti" deyə müraciət edirlər. İran millət vəkilləri və SEPAH-a bağlı şəbəkələr Azərbaycanın suverenliyinə açıq hörmətsizlik nümayiş etdirirlər. "Bakı Cümhuriyyəti" ifadəsini işlətmək Azərbaycanın digər torpaqlarını tanımamaq deməkdir.Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda da İran beynəlxalq müstəvidə "bu ad bizimdir" deyərək kampaniya aparırdı. Amma unudurlar ki, son min ildə İran adlanan coğrafiyanı məhz Azərbaycan sülalələri — Səlcuqlular, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar və Qacarlar idarə edib.İran Azərbaycan Respublikasını rusların, ateistlərin və ya sionistlərin yaratdığı "süni dövlət" kimi qələmə verməyə çalışır. Lakin İranın özünün nə qədər süni bir yapıya malik olduğu onun etnik tərkibində, dövlətçilik modelində və yürütdüyü siyasətdə aydın görünür.

Ə. Əlibəyli əlavə edib ki, Azərbaycan harada yaşamasından asılı olmayaraq — istər İranda, istər İsraildə, istərsə də Ermənistanda — bütün soydaşlarının hüquqlarını müdafiə etmək məcburiyyətindədir. İran Azərbaycanı ittiham etməzdən əvvəl öz tarixinə baxmalıdır; o tarixdə azərbaycanlıların silinməz möhürü var.Bu gün Azərbaycan ədəbiyyatında Güney Azərbaycan mövzusu qırmızı xətdir. Biz tariximizdən Bəxtiyar Vahabzadəni, Səməd Behrəngini, Məhəmmədhüseyn Şəhriyarı, Məmməd Arazı, yoxsa " İki bölünməkdən elə qorxmuşam, Çöpü də ikiyə bölmərəm daha." deyən Söhrab Tahirimi silməliyik? Bu cür yanaşmanın da bir həddi olmalıdır.Azərbaycanı hədəf almaqda İranın ana geosiyasi məqsədi sıxışdırılıb çıxarıldığı Qafqaza yenidən qayıtmaqdır. Xəzər dənizini hərbi risk zonasına çevirdikləri kimi, münaqişəni Cənubi Qafqaza da sıçratmaq, Azərbaycana ideoloji, dini və mənəvi basqı etmək istəyirlər.Lakin unudurlar ki, Azərbaycan Respublikası strateji mövqeyi, müstəqil xarici siyasəti və son hərbi-siyasi qələbələri ilə bölgənin ən güclü aktyorudur. İranın bu təxribatçı siyasəti ən çox onun özü üçün təhlükəlidir. Çünki İranda yaşayan milyonlarla azərbaycanlı — Güney Azərbaycan faktoru — Azərbaycan Respublikasının haqlı mövqeyini dəstəkləyir və müdafiə edir. 

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabiq deputatdan İrana SƏRT sözlər : Güclü kəşfiyyatınız olsaydı...

Sabiq deputat Etibar Əliyev İran İslam Respublikasının Kəşfiyyat Nazirliyinin AZTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsinə münasibət bildirib.Citypost.az xəbər verir ki, Etibar Əliyev sosial şəbəkə hesabında paylaşdığı açıqlamada İranın bu qərarını tənqid edib. O, bildirib ki, əgər İranın kəşfiyyatı həqiqətən güclü və peşəkar olsaydı, İsrail ölkənin yüksək rütbəli generallarını və tanınmış nüvə fiziklərini yaşadıqları evlərdə öldürə bilməzdi.Sabiq deputat əlavə edib ki, ictimaiyyət nümayəndələri indiyədək AZTV-ni Azərbaycanın əleyhinə çıxış edən İranın bəzi deputat və siyasətçilərinə kifayət qədər sərt cavab vermədiyinə görə dəfələrlə tənqid ediblər.Əli...

28 İyul 2026, 11:57

Akif Aşırlı: İran yenə Azərbaycana qarşı düşmənçilik edir

İran Azərbaycanın dövlət müstəqilliyinə, suveren hüquqlarına , ərazi bütövlüyünə üzdə dost , arxada düşmən münasibətini həmişə açıq formada  göstərib. 1990 - cı illərdən üzübəri bütün dövürlərdə bunu xalqımız da, dünya da görüb və görür. Xəzərin hüquqi statusundan başlayaraq  hər iki Qarabağ savaşında İranın Ermənistana hərbi , mənəvi- siyası dəstəyi və düşmən ölkəyə nəfəslik  verməsi bir kimsəyə qaranlıq qalmadı.Bu sözləri Şərq qəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlı Citypost.az-a açıqlamasında bildirib.Akif Aşırlının sözlərinə görə, yenə də İran qonşu ölkədən özünə düşmən yaratmaqla məşğuldur. İndi də düşmən obrazında Az TV - dir. Bəlli olur ki, İranın   Kəşfiyyat Nazirliyi  Azərbaycan Respublikasının dövlət televiziyası ...

28 İyul 2026, 11:45

Əziz Əlibəyli: İran bəzi qüvvələr vasitəsilə Azərbaycanı hədəfə alır

SEPAH həddini aşdı - Azərbaycanı İran cəhənnəminə daxil etmək üçün Ukrayna dornlarını böhtan kimi istifadə edirAzərbaycanla İran arasında baş verən hadisələr diqqət cəlb etməkdədir. Xüsusilə də Amerika Birləşmiş Ştatları–İran müharibəsi fonunda Azərbaycan öz bitərəfliyini elan etməsinə baxmayaraq, İranda müəyyən qüvvələr anti-Azərbaycan təbliğatı aparmaqdadırlar. Bu xüsusda diqqət çəkən əsas məsələlərdən biri ötən gün İran Kəşfiyyat Nazirliyi tərəfindən Azərbaycanın aparıcı kanallarının, o cümlədən ölkənin birinci kanalı AzTV-nin qeyri-qanuni elan edilməsi oldu.Bu sözləri Beynəlxalq münasibətlər üzrə tədqiqatçı Əziz Əlibəyli Citypost.az-a açıqlamasında bildirib.Əziz Əlibəylinin sözlərinə görə, bunu guya onların anti-İran və Güney Azərbaycanla bağlı təbliğat aparması ilə əsaslandırırlar. Buna cavab olaraq Azərbaycan tərəfi Media İnkişaf...

28 İyul 2026, 10:31

Politoloq: "Xəzər dənizi faktiki olaraq müharibə zonasına çevrilib"  

Politoloq Elxan Şahinoğlu Xəzər dənizində təhlükəsizlik məsələləri ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, politoloq  bildirib ki, Türkmənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Xəzər dənizində gəmilərə qarşı hücumların yolverilməz olduğu vurğulanıb."Türkmənistan Xəzəryanı dövlət və BMT tərəfindən tanınmış daimi neytral statusa malik ölkə kimi vurğulayır ki, Xəzər sülh, razılıq və mehriban qonşuluq dənizidir", – deyə Türkmənistan XİN-in bəyanatında bildirilib.Politoloqun sözlərinə görə, reallıq isə fərqlidir:"Təəssüf ki, reallıq fərqlidir. Xəzərə sahil dövlətləri olan Azərbaycan, Qazaxıstan və Türkmənistanın istəyindən asılı olmayaraq Rusiya–Ukrayna və ABŞ–İran müharibələri davam etdikcə Xəzər dənizi hövzəsi də müharibə zonası sayılacaq. Çünki, sahil dövlətlərinin illər öncə Xəzərlə bağlı əldə etdikləri razılaşmanın...

27 İyul 2026, 13:20

Ekspert: İranın Ukraynaya irad bildirməyə haqqı yoxdur

Hərbi ekspert Ədalət Verdiyev Xəzər dənizində Rusiyaya silah və hərbi avadanlıq daşıdığı bildirilən İran gəmisinin Ukrayna tərəfindən vurulması ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, ekspert bildirib ki, Xəzər dənizində Rusiyaya silah və hərbi avadanlıq daşıyan İran gəmisinin Ukrayna tərəfindən vurulması, istənilən prizmadan tamamilə doğru addımdır. Bu zərbəyə görə İran rəsmiləri tərəfindən Ukraynaya qarşı verilən bəyanat isə heç bir əhəmiyyət daşımır. Kobud şəkildə desək, İranın Ukraynaya qarşı son bəyanatı boşboğazlıqdan başqa bir şey deyil. Çünki, İran artıq bir neçə ildir ki, Ukrayna cəbhəsində Şimali Koreya ilə birlikdə Rusiyanı tam miqyasda silah və avadanlıq ilə dəstəkləyir.Ədalət Verdiyevin sözlərinə görə, odur ki,...

27 İyul 2026, 12:16

Ədalət Verdiyev:Separatçı rəmzlər Azərbaycanı qıcıqlandırmağa hesablanıb

Hərbi ekspert Ədalət Verdiyev Ermənistanda keçirilən tədbirlərdə separatçı rejimin rəmzlərindən istifadə olunmasına münasibət bildirib.Citypost.az xəbər verir ki, ekspertin sözlərinə görə, Ermənistan paytaxtında keçirilən tədbirlərdə separatçı rejimin rəmzlərindən istifadə olunması Azərbaycan dövlətini qıcıqlandırmaq məqsədi daşıyır.Ekspert qeyd edib: "Acı və məğlub taleyinizi mənasız əski parçası ilə daha da qəlizləşdirməyin."Ədalət Verdiyev vurğulayıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana verdiyi sözlərə, o cümlədən separatçı rejimin rəmzlərindən istifadə olunmayacağına dair öhdəliklərə əməl etməlidir.Turan...

27 İyul 2026, 10:48