Bizə yazın

Baku

-°C

USD

-

Nadir Azəri: Seçkinin nəticələri Cənubi Qafqazın gələcəyi üçün mühüm əhəmiyyət daşıyır  

Siyasət 08 İyun 2026, 10:11

5934

“Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri göstərir ki, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə müxalifət üzərində inamlı qələbə qazanıb. Həm ekzit-poll nəticələri, həm də ilkin rəsmi məlumatlar bu qənaətə gəlməyə əsas verir ki, söhbət təkcə müxalifətin deyil, həm də Rusiya yönümlü siyasi qüvvələrin məğlubiyyətindən gedir”.

Bu fikirləri Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.

O, qeyd edib ki, bu qələbə iki mühüm məqam baxımından diqqət çəkir: “Birincisi, seçkilərdə iştirak edən seçicilərin sayının beş il əvvəlki seçkilərlə müqayisədə artmasıdır. İkincisi isə səs verənlərin 50 faizdən çoxunun məhz Nikol Paşinyanın partiyasına etimad göstərməsidir. Beləliklə, seçkilərin nəticələri Paşinyana hökuməti təkbaşına formalaşdırmaq və siyasi kursunu növbəti mərhələyə daşımaq imkanı verir”. 

Bildirilib ki, bu seçkilərin nəticələri təkcə Ermənistanın daxili siyasi həyatı üçün deyil, həm də qlobal proseslər və Cənubi Qafqaz regionunun gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır: “Bu seçkilərdə, əslində, Qərblə Rusiya arasında siyasi mübarizə gedirdi. Ermənistan daxilində isə bu qarşıdurma özünü sülh tərəfdarları ilə müharibə tərəfdarları arasındakı mübarizə şəklində göstərirdi. Revanşist qüvvələr bütün cəhdlərinə, Rusiyanın müxtəlif vasitələrlə proseslərə təsir göstərmək istəklərinə, Kreml dairələrinin Paşinyan və onun komandasına yönəlmiş siyasi təzyiqlərinə baxmayaraq revanşistlər, belə deyək ki, Rusiyanın adamları məğlub oldular. Bu məğlubiyyət həm də Ermənistan cəmiyyətinin artıq müharibələrdən, ölkənin güclərin alətinə çevrilməsindən yorulduğunu nümayiş etdirdi. Yəni, seçkilərin nəticələri erməni xalqının bundan sonrakı mərhələdə Ermənistanın normal, sabit və inkişaf edən dövlət kimi formalaşmasında maraqlı olduğunu göstərir. Ümumiyyətlə, bütün hallarda, Ermənistan xalqının bu seçimi, yəni Nikol Paşinyana verdiyi dəstək Cənubi Qafqazən gələcəyi üçün, yəni regionda davamlı sülhün, sabitliyin və iqtisadi inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz bundan sonra xarici imperialis güclərin istəyinə uyğun deyil, region xalqlaırnın və dövlətlərinin istəyinə uyğun inkişaf etmək şansı qazanır. Təbii ki, Paşinyan və komandası seçkidən əvvəl sərgilədiyi mövqeni seçkidən sonra da sərgiləyərsə...”

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

TÜRKPA ABŞ Konqresinin düzəlişinə etiraz etdi

Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Azərbaycana qarşı bir sıra iddiaları özündə əks etdirən düzəlişini Azərbaycan-Ermənistan arasında davam edən normallaşma prosesinə mənfi təsir göstərə biləcək addım kimi qiymətləndirib.Citypost.az xəbər verir ki, bu barədə TÜRKPA-nın Baş katibi Ramil Həsənin bəyanatında bildirilib.Qeyd olunub ki, TÜRKPA bu təşəbbüsün Azərbaycan ilə Ermənistan arasında Cənubi Qafqazda münasibətlərin normallaşdırılması və sülh quruculuğu istiqamətində fəal prosesin davam etdiyi bir dövrdə irəli sürülməsi ilə bağlı ciddi narahatlığını ifadə edib:"Bu kimi mühüm və həssas məsələlərə dair qanunvericilik qərarları faktların obyektiv qiymətləndirilməsinə və beynəlxalq hüququn prinsiplərinə əsaslanmalı, ayrı-ayrı lobbi qruplarının maraqları ilə formalaşdırılmamalıdır. TÜRKPA qanunverici...

25 İyul 2026, 12:33

Milli Məclis ABŞ-dakı qanun layihəsini pislədi

Azərbaycan Milli Məclisi (MM) ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin 2026-cı il iyulun 22-də qəbul etdiyi H.R. 9087 saylı qanun layihəsi ilə əlaqədar kəskin etiraz bildirib.Citypost.az xəbər verir ki, bu barədə parlamentin Mətbuat Xidməti məlumat yayıb.Qeyd edilib ki, parlament həmin sənəddə Azərbaycana qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edir. Beynəlxalq hüquq normalarına və prinsiplərinə kobud etinasızlığın bariz nümunəsi olan bu təşəbbüs Birləşmiş Ştatların Konqresindən erməni lobbisinin maraqları naminə Azərbaycan əleyhinə siyasi təzyiq aləti kimi istifadə etmək üçün göstərilən növbəti cəhddir.Bildirilib ki, qanun layihəsinin müəllifi, sabiq konqresmen Robert Menendesin siyasi xəttinin davamçısı konqresmen Bred Şerman erməni lobbi qrupları ilə...

24 İyul 2026, 17:28

Asif Əsgərov: Azərbaycanın nüfuzuna kölgə salmaq mümkün deyil

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Almaniyaya səfəri ölkələrimiz arasında siyasi dialoqun və əməkdaşlığın inkişafına xidmət edən mühüm diplomatik hadisədir. Bu səfər ölkəmizin beynəlxalq nüfuzunun, müstəqil xarici siyasətinin və etibarlı tərəfdaş mövqeyinin növbəti təsdiqidir. Almaniyada keçirilən yüksək səviyyəli görüşlər Azərbaycanın regional və beynəlxalq məsələlərdə artan rolunu bir daha nümayiş etdirdi.Bu sözləri Milli Məclisin deputatı Asif Əsgərov Citypost.az-a açıqlamasında bildirib.Asif Əsgərovun sözlərinə görə, təəssüf ki, ölkəmizin hər bir uğurunu gözü götürməyən bəzi radikal müxalif qruplar bu səfər zamanı da xaricdə qarayaxma kampaniyası aparmağa cəhd göstərdilər. Belə davranışlar Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirə, dövlətimizin müstəqil siyasətinə kölgə sala bilməz.Prezidentin köməkçisi Hikmət...

24 İyul 2026, 11:40

Əli Səlimov: Azərbaycanın Avropadakı mövqeyi möhkəmlənir

21 iyul 2026-cı il tarixində Prezident İlham Əliyevin Berlində Almaniya Kansleri Fridrix Merts ilə birgə mətbuata bəyanat zamanı səsləndirdiyi bu fikir iki ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərməklə yanaşı, Azərbaycanın son illərdə həyata keçirdiyi praqmatik və çoxşaxəli xarici siyasətin konkret nəticələrinin növbəti təzahürü kimi də qiymətləndirilməlidir. Berlin səfəri və imzalanan Strateji Gündəlik sənədi Azərbaycanın Avropanın aparıcı dövlətlərindən biri ilə münasibətlərini institusional əsasda daha da gücləndirdiyini nümayiş etdirir.Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun əsas xüsusiyyəti milli maraqlara söykənən balanslı və praqmatik yanaşmadır. Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi qarşıdurmaların, iqtisadi rəqabətin və enerji təhlükəsizliyi ilə...

24 İyul 2026, 11:31

Səlim Rəhimzadə: Almaniya ilə imzalanan sənədlər yeni perspektivlər yaradır

Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Belə ki, səfər çərçivəsində Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”ni imzaladılar. Həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanıb. Bu isə münasibətlərin yalnız siyasi müstəvidə deyil, iqtisadi, enerji, nəqliyyat və investisiya istiqamətlərində də institusional əsaslar üzərində inkişaf etdiriləcəyini nümayiş etdirdi. Almaniya Avropa İttifaqının aparıcı siyasi və iqtisadi gücü olmaqla yanaşı, Avropanın təhlükəsizlik, və xarici siyasət gündəliyinin formalaşmasında mühüm rol...

23 İyul 2026, 14:06

Mətanət Pirquliyeva: Almaniya ilə əməkdaşlıq yeni məzmun qazanır

Azərbaycan ilə Almaniya arasında münasibətlər son illərdə siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və regional sabitlik kimi mühüm istiqamətlər üzrə dinamik inkişaf edir. Almaniya Avropa İttifaqının aparıcı dövləti, Azərbaycan isə Cənubi Qafqazın əsas geosiyasi və enerji tərəfdaşı kimi qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelini formalaşdırmaqdadır. Prezident İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniyaya rəsmi səfəri və səfər çərçivəsində imzalanan sənədlər bu münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir.Səfərin əsas nəticələrindən biri "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin imzalanması oldu. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, artıq tərəflər strateji dialoqun başlanmasına nail...

23 İyul 2026, 09:40