Bizə yazın

Baku

-°C

USD

-

Zaur İbrahimli: Paşinyanın qələbəsi sülh gündəliyinin və yeni regional reallığın qələbəsidir

Siyasət 08 İyun 2026, 09:10

1762

Ermənistanda tarixi 7 iyun parlament seçkilərinin Baş nazir Paşinyanın qələbəsi ilə başa çatması sülh gündəliyinin, sülh perspektivinin, bütün Cənubi Qafqazı əməkdaşlıq, açıq kommunikasiyalar coğrafiyasına transformasiyasını tamamlayacaq sülh təşəbbüslərinin qalibiyyətidir.

Citypost.az xəbər verir ki, bu fikirləri “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, politoloq Zaur İbrahimli bildirib.

"Ermənistan Baş nazirinin “Vətəndaş müqaviləsi” Partiyasının qələbəsi, Rusiya tərəfdarlarının qələbə çala bilməməsi, erməni cəmiyyətinin revanşistləri dəstəkləməməsi ilk növbədə və başlıca olaraq Azərbaycanın sülh təşəbbüsləri, sülh diplomatiyası ilə formalaşan yeni reallığın, yeni tarixin, köhnə, müstəmləkəçi, forpost tarixi üzərində qələbəsidir. Azərbaycanın, onun rəhbəri Prezident İlham Əliyevin böyük qətiyyəti, mübarizəsi, dəyanəti, məharəti sayəsində reallaşan, real nəticə verən sülh diplomatiyasının uğurudur. Bu diplomatiya Ermənistanda müasir, çağdaş tarixində ilk dəfə olaraq optimal, yeganə mümkün doğru yolu açmağa imkan verdi. Erməni cəmiyyəti artıq ikinci dəfə sülh gündəliyinə, müharibə əleyhinə səs verdi, birinci dəfə 2021-ci il 20 iyun seçkilərində Baş nazir Paşinyan 54% səs aldı. Bu gün Ermənistanda yerli vaxtla saat 06:30-a olan məlumata görə Ermənistan Mərkəzi Seçki Komissiyası bülletenlərin 55,95 faizi emal olunub. İlkin nəticələrə əsasən, hakim “Vətəndaş Müqaviləsi” Partiyası 50,86 faizlə liderlik edir.

Ermənistan cəmiyyəti bu seçimi etməklə revanşist ideyaları ən azı tarixin indiki mərhələsində aktual saymadığını nümayiş etdirdi. Baş nazir Paşinyan məhz fəal şəkildə sülh təşəbbüsləri ilə çıxış etməklə, cəsarətli şüarlar səsləndirəndən, Azərbaycanla, Türkiyə ilə kommunikasiyaların açılması təşəbbüsləri, ticarət başlanandan sonra onun elektoral dəstəyi sürətlə artmağa başladı. Erməni cəmiyyəti bu təşəbbüslərə, şüarlara, sülhə səs verdi. Bu düşüncə dəyişikliyi əsasən Azərbaycanın sülh diplomatiyası ilə möhkəmləndi, Azərbaycan Prezidentinin irəli sürdüyü təkliflərlə başlayan sülh gündəliyi uzun müddət davam edən güclü müqavimətdən sonra yeganə real doğru seçim kimi ilk olaraq erməni elitası tərəfindən, daha sonra isə cəmiyyət tərəfindən qəbul edildi, dərk olundu. Üç il əvvəl isə indiki hakim komanda tam fərqli mövqedən çıxış edirdi, ABŞ fərqli prizmadan yanaşırdı, Brüssel, Aİ ayrıcı xətlər çəkirdi. Yaxın keçmişə baxanda Azərbaycanın, Prezident İlham Əliyevin sülh uğrunda necə əzmlə mübarizə aparıdığı daha aydın görünür. Bütün təzyiqlərə, vədlərə baxmayaraq Azərbaycan rəhbərliyi real, dayanıqlı sülh perspektivini güzəştə, getmədi, sülh gündəliyini qorudu. Bu gün Paşinyan məhz Azərbaycanın qoruduğu, İrəli apardığı sülh gündəliyi ilə qalib gəlir. Əlbətdə zərərin yarısından qayıtmaq da xeyirdir, erməni cəmiyyəti sülhü seçməklə ilk növbədə öz müstəqil dövlətçiliyini qorumağı seçdi, vassal taleyindən imtina etdi. “Prioritet” Sosial iqtisadi Araşdırmalar Mərkəzi İB öz təhlillərində erməni cəmiyyətinin sülhü seçəcəyini, ən azı tarixin indiki mərhələsində bir daha vassallığa qayıtmaq istəməyəcəyini arqumentlərlə əsaslandırırdı və bildirirdi ki, seçkilərin nəticələri pozitiv dalğa yarada bilər. Azərbaycanın əsas gözləntisi seçkilərdən dərhal sonra Ermənistan rəhbərliyinin Qarabağ separatçılarının, bu cinayətkarların bütün tör-töküntülərinin rəsmi olaraq təmizlənməsidir. Xarici nümayəndəliklər bağlanmalıdır, bütün maliyyələşdirmə, dəstək göstərilməsi dayandırılmalıdır. Ermənistan hökumətinə məxsus bütün növ əmlak geri alınmalıdır, diasporaya açıq mesaj verilməlidir ki, Qarabağ separatçılarının, bu cinayətkarların tör-töküntülərinin hansısa formada dəstəklənməsi dövlətə, hakimiyyətə qarşı addım kimi qiymətləndiriləcək və adekvat reaksiya veriləcək. Bu, həmçinin erməni cəmiyyətinin real olara yeni tarixi səhfə açmaqda qərarlı olmasının bariz əlaməti olacaq.

Digər vacib məsələ, Zəngəzur dəhlizinin açılması ilə əlaqədar praktik addımlar atılması, sərhədlərin delimitasiya və demarkasiya işlərinin sürətlənməsi, sülh sazişinin imzalanması üçün konstitusiya islahatlarının həyata keçirilməsi, xaricdə ölkəmiz əlyehinə hər hansı ideoloji işin və aparılmasına dəstək verilməməsidir." - deyə Zaur İbrahimli bildirib.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

TÜRKPA ABŞ Konqresinin düzəlişinə etiraz etdi

Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Azərbaycana qarşı bir sıra iddiaları özündə əks etdirən düzəlişini Azərbaycan-Ermənistan arasında davam edən normallaşma prosesinə mənfi təsir göstərə biləcək addım kimi qiymətləndirib.Citypost.az xəbər verir ki, bu barədə TÜRKPA-nın Baş katibi Ramil Həsənin bəyanatında bildirilib.Qeyd olunub ki, TÜRKPA bu təşəbbüsün Azərbaycan ilə Ermənistan arasında Cənubi Qafqazda münasibətlərin normallaşdırılması və sülh quruculuğu istiqamətində fəal prosesin davam etdiyi bir dövrdə irəli sürülməsi ilə bağlı ciddi narahatlığını ifadə edib:"Bu kimi mühüm və həssas məsələlərə dair qanunvericilik qərarları faktların obyektiv qiymətləndirilməsinə və beynəlxalq hüququn prinsiplərinə əsaslanmalı, ayrı-ayrı lobbi qruplarının maraqları ilə formalaşdırılmamalıdır. TÜRKPA qanunverici...

25 İyul 2026, 12:33

Milli Məclis ABŞ-dakı qanun layihəsini pislədi

Azərbaycan Milli Məclisi (MM) ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin 2026-cı il iyulun 22-də qəbul etdiyi H.R. 9087 saylı qanun layihəsi ilə əlaqədar kəskin etiraz bildirib.Citypost.az xəbər verir ki, bu barədə parlamentin Mətbuat Xidməti məlumat yayıb.Qeyd edilib ki, parlament həmin sənəddə Azərbaycana qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edir. Beynəlxalq hüquq normalarına və prinsiplərinə kobud etinasızlığın bariz nümunəsi olan bu təşəbbüs Birləşmiş Ştatların Konqresindən erməni lobbisinin maraqları naminə Azərbaycan əleyhinə siyasi təzyiq aləti kimi istifadə etmək üçün göstərilən növbəti cəhddir.Bildirilib ki, qanun layihəsinin müəllifi, sabiq konqresmen Robert Menendesin siyasi xəttinin davamçısı konqresmen Bred Şerman erməni lobbi qrupları ilə...

24 İyul 2026, 17:28

Asif Əsgərov: Azərbaycanın nüfuzuna kölgə salmaq mümkün deyil

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Almaniyaya səfəri ölkələrimiz arasında siyasi dialoqun və əməkdaşlığın inkişafına xidmət edən mühüm diplomatik hadisədir. Bu səfər ölkəmizin beynəlxalq nüfuzunun, müstəqil xarici siyasətinin və etibarlı tərəfdaş mövqeyinin növbəti təsdiqidir. Almaniyada keçirilən yüksək səviyyəli görüşlər Azərbaycanın regional və beynəlxalq məsələlərdə artan rolunu bir daha nümayiş etdirdi.Bu sözləri Milli Məclisin deputatı Asif Əsgərov Citypost.az-a açıqlamasında bildirib.Asif Əsgərovun sözlərinə görə, təəssüf ki, ölkəmizin hər bir uğurunu gözü götürməyən bəzi radikal müxalif qruplar bu səfər zamanı da xaricdə qarayaxma kampaniyası aparmağa cəhd göstərdilər. Belə davranışlar Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirə, dövlətimizin müstəqil siyasətinə kölgə sala bilməz.Prezidentin köməkçisi Hikmət...

24 İyul 2026, 11:40

Əli Səlimov: Azərbaycanın Avropadakı mövqeyi möhkəmlənir

21 iyul 2026-cı il tarixində Prezident İlham Əliyevin Berlində Almaniya Kansleri Fridrix Merts ilə birgə mətbuata bəyanat zamanı səsləndirdiyi bu fikir iki ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərməklə yanaşı, Azərbaycanın son illərdə həyata keçirdiyi praqmatik və çoxşaxəli xarici siyasətin konkret nəticələrinin növbəti təzahürü kimi də qiymətləndirilməlidir. Berlin səfəri və imzalanan Strateji Gündəlik sənədi Azərbaycanın Avropanın aparıcı dövlətlərindən biri ilə münasibətlərini institusional əsasda daha da gücləndirdiyini nümayiş etdirir.Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun əsas xüsusiyyəti milli maraqlara söykənən balanslı və praqmatik yanaşmadır. Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi qarşıdurmaların, iqtisadi rəqabətin və enerji təhlükəsizliyi ilə...

24 İyul 2026, 11:31

Səlim Rəhimzadə: Almaniya ilə imzalanan sənədlər yeni perspektivlər yaradır

Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Belə ki, səfər çərçivəsində Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”ni imzaladılar. Həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanıb. Bu isə münasibətlərin yalnız siyasi müstəvidə deyil, iqtisadi, enerji, nəqliyyat və investisiya istiqamətlərində də institusional əsaslar üzərində inkişaf etdiriləcəyini nümayiş etdirdi. Almaniya Avropa İttifaqının aparıcı siyasi və iqtisadi gücü olmaqla yanaşı, Avropanın təhlükəsizlik, və xarici siyasət gündəliyinin formalaşmasında mühüm rol...

23 İyul 2026, 14:06

Mətanət Pirquliyeva: Almaniya ilə əməkdaşlıq yeni məzmun qazanır

Azərbaycan ilə Almaniya arasında münasibətlər son illərdə siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və regional sabitlik kimi mühüm istiqamətlər üzrə dinamik inkişaf edir. Almaniya Avropa İttifaqının aparıcı dövləti, Azərbaycan isə Cənubi Qafqazın əsas geosiyasi və enerji tərəfdaşı kimi qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelini formalaşdırmaqdadır. Prezident İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniyaya rəsmi səfəri və səfər çərçivəsində imzalanan sənədlər bu münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir.Səfərin əsas nəticələrindən biri "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin imzalanması oldu. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, artıq tərəflər strateji dialoqun başlanmasına nail...

23 İyul 2026, 09:40