Bizə yazın

Baku

-°C

USD

-

Tural İrfan: Yaxın Şərqdə baş verənlər müəyyən geosiyasi hesablamalardan xəbər verir  

Siyasət 08 İyun 2026, 08:05

1439

İranın İsrailə qarşı həyata keçirdiyi raket hücumları Yaxın Şərqdə gərginliyi daha da artırıb. Xarici media vasitələrinin məlumatına görə, İsrailin hava hücumundan müdafiə qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib, Baş nazir Benjamin Netanyahu isə təcili olaraq Təhlükəsizlik Kabinetinin iclasını çağırıb.

Citypost.az xəbər verir ki, məsələni şərh edən Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi və dinşünas Tural İrfan bildirib ki, bölgədə baş verən son hadisələr təsadüfi deyil və müəyyən geosiyasi hesablamaların mövcudluğundan xəbər verir.

Onun sözlərinə görə, İranın hücumları ilk baxışdan İsrailin Livandakı əməliyyatlarına cavab kimi qiymətləndirilsə də, proseslərin daha geniş siyasi kontekstdə təhlilinə ehtiyac var.

“İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin ‘Tehran bu gecə yanmalıdır’ bəyanatı qarşıdurmanın miqyasının genişlənə biləcəyini göstərir. Digər tərəfdən, ABŞ administrasiyasının son hadisələrə münasibəti də diqqət çəkir. Vaşinqtonun hücumların ondan xəbərsiz həyata keçirildiyini vurğulaması fərqli siyasi mesajlar kimi qiymətləndirilə bilər”, – deyə Tural İrfan bildirib.

Siyasi şərhçinin fikrincə, hadisələrin Ermənistan daxilində baş verən siyasi proseslərlə eyni dövrə təsadüf etməsi də diqqətdən kənarda qalmamalıdır.

“Ermənistanda keçirilən seçkilərdə Nikol Paşinyanın qələbə qazanması və regionda paralel şəkildə yeni təhlükəsizlik proseslərinin başlaması müəyyən geosiyasi hesablamaların mövcudluğunu göstərən amillər kimi dəyərləndirilə bilər”, – deyə o qeyd edib.

Tural İrfan hesab edir ki, Yaxın Şərqdə baş verən son hadisələrin inkişaf istiqaməti yalnız region ölkələri üçün deyil, bütövlükdə beynəlxalq münasibətlər sistemi üçün mühüm nəticələr doğura bilər.

Qeyd edək ki, İran və İsrail arasında qarşılıqlı hərbi əməliyyatların intensivləşməsi beynəlxalq ictimaiyyət tərəfindən ciddi narahatlıqla izlənilir. Hazırda tərəflərin atacağı növbəti addımlar regionun təhlükəsizlik gündəmini müəyyən edən əsas amillərdən biri hesab olunur.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

TÜRKPA ABŞ Konqresinin düzəlişinə etiraz etdi

Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Azərbaycana qarşı bir sıra iddiaları özündə əks etdirən düzəlişini Azərbaycan-Ermənistan arasında davam edən normallaşma prosesinə mənfi təsir göstərə biləcək addım kimi qiymətləndirib.Citypost.az xəbər verir ki, bu barədə TÜRKPA-nın Baş katibi Ramil Həsənin bəyanatında bildirilib.Qeyd olunub ki, TÜRKPA bu təşəbbüsün Azərbaycan ilə Ermənistan arasında Cənubi Qafqazda münasibətlərin normallaşdırılması və sülh quruculuğu istiqamətində fəal prosesin davam etdiyi bir dövrdə irəli sürülməsi ilə bağlı ciddi narahatlığını ifadə edib:"Bu kimi mühüm və həssas məsələlərə dair qanunvericilik qərarları faktların obyektiv qiymətləndirilməsinə və beynəlxalq hüququn prinsiplərinə əsaslanmalı, ayrı-ayrı lobbi qruplarının maraqları ilə formalaşdırılmamalıdır. TÜRKPA qanunverici...

25 İyul 2026, 12:33

Milli Məclis ABŞ-dakı qanun layihəsini pislədi

Azərbaycan Milli Məclisi (MM) ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin 2026-cı il iyulun 22-də qəbul etdiyi H.R. 9087 saylı qanun layihəsi ilə əlaqədar kəskin etiraz bildirib.Citypost.az xəbər verir ki, bu barədə parlamentin Mətbuat Xidməti məlumat yayıb.Qeyd edilib ki, parlament həmin sənəddə Azərbaycana qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edir. Beynəlxalq hüquq normalarına və prinsiplərinə kobud etinasızlığın bariz nümunəsi olan bu təşəbbüs Birləşmiş Ştatların Konqresindən erməni lobbisinin maraqları naminə Azərbaycan əleyhinə siyasi təzyiq aləti kimi istifadə etmək üçün göstərilən növbəti cəhddir.Bildirilib ki, qanun layihəsinin müəllifi, sabiq konqresmen Robert Menendesin siyasi xəttinin davamçısı konqresmen Bred Şerman erməni lobbi qrupları ilə...

24 İyul 2026, 17:28

Asif Əsgərov: Azərbaycanın nüfuzuna kölgə salmaq mümkün deyil

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Almaniyaya səfəri ölkələrimiz arasında siyasi dialoqun və əməkdaşlığın inkişafına xidmət edən mühüm diplomatik hadisədir. Bu səfər ölkəmizin beynəlxalq nüfuzunun, müstəqil xarici siyasətinin və etibarlı tərəfdaş mövqeyinin növbəti təsdiqidir. Almaniyada keçirilən yüksək səviyyəli görüşlər Azərbaycanın regional və beynəlxalq məsələlərdə artan rolunu bir daha nümayiş etdirdi.Bu sözləri Milli Məclisin deputatı Asif Əsgərov Citypost.az-a açıqlamasında bildirib.Asif Əsgərovun sözlərinə görə, təəssüf ki, ölkəmizin hər bir uğurunu gözü götürməyən bəzi radikal müxalif qruplar bu səfər zamanı da xaricdə qarayaxma kampaniyası aparmağa cəhd göstərdilər. Belə davranışlar Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirə, dövlətimizin müstəqil siyasətinə kölgə sala bilməz.Prezidentin köməkçisi Hikmət...

24 İyul 2026, 11:40

Əli Səlimov: Azərbaycanın Avropadakı mövqeyi möhkəmlənir

21 iyul 2026-cı il tarixində Prezident İlham Əliyevin Berlində Almaniya Kansleri Fridrix Merts ilə birgə mətbuata bəyanat zamanı səsləndirdiyi bu fikir iki ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərməklə yanaşı, Azərbaycanın son illərdə həyata keçirdiyi praqmatik və çoxşaxəli xarici siyasətin konkret nəticələrinin növbəti təzahürü kimi də qiymətləndirilməlidir. Berlin səfəri və imzalanan Strateji Gündəlik sənədi Azərbaycanın Avropanın aparıcı dövlətlərindən biri ilə münasibətlərini institusional əsasda daha da gücləndirdiyini nümayiş etdirir.Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun əsas xüsusiyyəti milli maraqlara söykənən balanslı və praqmatik yanaşmadır. Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi qarşıdurmaların, iqtisadi rəqabətin və enerji təhlükəsizliyi ilə...

24 İyul 2026, 11:31

Səlim Rəhimzadə: Almaniya ilə imzalanan sənədlər yeni perspektivlər yaradır

Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Belə ki, səfər çərçivəsində Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”ni imzaladılar. Həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanıb. Bu isə münasibətlərin yalnız siyasi müstəvidə deyil, iqtisadi, enerji, nəqliyyat və investisiya istiqamətlərində də institusional əsaslar üzərində inkişaf etdiriləcəyini nümayiş etdirdi. Almaniya Avropa İttifaqının aparıcı siyasi və iqtisadi gücü olmaqla yanaşı, Avropanın təhlükəsizlik, və xarici siyasət gündəliyinin formalaşmasında mühüm rol...

23 İyul 2026, 14:06

Mətanət Pirquliyeva: Almaniya ilə əməkdaşlıq yeni məzmun qazanır

Azərbaycan ilə Almaniya arasında münasibətlər son illərdə siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və regional sabitlik kimi mühüm istiqamətlər üzrə dinamik inkişaf edir. Almaniya Avropa İttifaqının aparıcı dövləti, Azərbaycan isə Cənubi Qafqazın əsas geosiyasi və enerji tərəfdaşı kimi qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelini formalaşdırmaqdadır. Prezident İlham Əliyevin 21 iyul 2026-cı il tarixində Almaniyaya rəsmi səfəri və səfər çərçivəsində imzalanan sənədlər bu münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir.Səfərin əsas nəticələrindən biri "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin imzalanması oldu. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, artıq tərəflər strateji dialoqun başlanmasına nail...

23 İyul 2026, 09:40