Bizə yazın

Baku

-°C

USD

-

Qulamhüseyn Əlibəyli: Fransa geosiyasi maraqlarını önə çəkir

Siyasət 15 İyul 2026, 10:30

303

Fransız jurnalist Jan-Mişel Brün öz məqaləsində qeyd edir ki, Fransa hökumətinin Azərbaycan-Ermənistan münasibətlərinə və Qarabağ məsələsinə yanaşması rasional səbəblərdən deyil, daxili siyasi maraqlardan qaynaqlanır. Bu  siyasətin arxasında heç bir rasional və məntiqli səbəb yoxdur. Əsas motiv Fransada təxminən 800 min erməninin yaşaması və onların əsasən Paris, Lion və Marsel kimi böyük şəhərlərdə məskunlaşmasıdır. Fransa hökuməti və siyasi partiyalar bu məsələyə daha çox seçki prizmasından yanaşır. Onlar nə Ermənistan, nə də Azərbaycan xalqını düşünür. Onları maraqlandıran tək məsələ seçkilərdə səs qazanmaqdır.

Bu fikirlər ilk baxışdan bir qədər emosional və məsələyə sadələşdirilmiş yanaşma tərzi kimi qiymətləndirilə bilər. Belə ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən və Avropanın əsas dövlətlərindən biri olan Fransanın Güney Qafqaz siyasətinin ölkə seçicilərinin çox az bir hissəsini təşkil edən erməni diasporu tərəfindən yönləndirildiyi həm təəccüblü və həm də bir o qədər də inandırıcı olmayan kimi görünür. Lakin bu fikir ümumi şəkildə faktiki vəziyyəti əks etdirir və reallığa daha çox yaxındır.

Məsələ bundan ibarətdir ki, demokratik rejimlərdə, o cümlədən Fransada müəyyən bir qrupun hakimiyyətə və onun siyasətinə təsir imkanları həmin qrupun üzvlərinin sayı ilə və bu sayın seçicilərin  ümumi sayına nisbəti ilə müəyyən olunmur. Yəni  siyasi təsir qruplarının faktiki imkanlarını yalnız rəqəmlərlə qiymətləndirmək düzgün deyil və heç də həmişə əhalinin sayına proporsional olmur. Yaxşı təşkilatlanmış, fəal və siyasi cəhətdən səfərbər olan azsaylı seçici qrupu, o cümlədən diaspor və lobbi qrupu milyonlarla passiv seçicidən daha böyük təsir gücünə malik ola bilir. Başqa sözlə, seçici qruplarının siyasi həyata və proseslərə  təsir gücünün  mənbəyi sadəcə say deyil. Bu məsələdə mühüm olan seçicinin və qrupun  coğrafiyası, təşkilatlanma səviyyəsi, institusional əlaqələri, siyasi fəallığı və uzun illər ərzində formalaşdırılmış etimad kapitalıdır.

Göstərilən amillər nəzərə alınmaqla, erməni lobbisi bu gün Fransanın ən uğurlu təşkilatlanmış və çevik etnik icmalarından biridir və onun təsir gücü məhz bu xüsusiyyətlərdən qaynaqlanır. Fransanın mövcud seçki sistemi də bu məsələdə az əhəmiyyət kəsb etmir və erməni lobbisinin ciddi təsirini mümkün edən əsas amillərdən biridir.

Fransa parlamentinin aşağı palatası olan Milli Məclisə seçkilər  ümumi seçki hüququ əsasında birmandatlı dairələr üzrə iki turlu majoritar sistemlə keçirilir. Bu sistemdə seçicilərin bütün ölkə üzrə deyil, konkret dairədə səs çoxluğunu qazanmaq lazımdır. Parlamentin yuxarı palatası olan Senat departamentlər üzrə müxtəlif  seçki sistemləri əsasında birbaşa olmayan seçkilər vasitəsilə seçki kollegiyası adlanan xüsusi qurum tərəfindən seçilir. Seçki kollegiyasının tərkibində müvafiq departamentin, həmin departamentin tərkibinə daxil olan bölgələrin və kommunaların bələdiyyə üzvləri çoxluq təşkil edir. Yəni hər 2 palataya seçkilərdə ölkə əhalisinin ümumi sayı deyil müəyyən dairələrdə cəmləşməsi həlledici rol oynayır. 

Fransadakı erməni icmasının əsas hissəsi Paris və ətrafı, Lion, Marsel və  başqa iri şəhərlərdə yaşayır və regional və yerli siyasi həyatda fəal iştirak edir. Bu şəhərlərin merləri ənənəvi olaraq ölkənin ən nüfuzlu siyasətçiləri sırasında yer alırlar. Bu da bir reallıqdır ki, seçkilər dövründə siyasətçilərin əksəriyyəti qlobal geosiyasi maraqlara deyil, rəqiblərinə nisbətən daha çox səs toplayaraq qalib gəlməyə üstünlük verirlər. Belə bir şəraitdə siyasətçilərin fəal şəxslərə, o cümlədən etnik icmaların dəstəyinə daha çox ehtiyacı olur. Erməni diasporu da ilk növbədə məhz bu səviyyədə təsir göstərir.

Beləliklə, Fransada erməni icmasının üstünlüyü yalnız siyasi fəallığında və uzun illər ərzində formalaşdırdığı institusional əlaqələrdir. Fransada fəaliyyət göstərən erməni təşkilatları siyasi partiyalar, perspektivli siyasətçilər,  senatorlar, deputatlar, merlər, bələdiyyə üzvləri, media nümayəndələri ilə, universitet və akademik mərkəzlərlə davamlı işləyirlər. Həm də bu fəaliyyət yalnız seçkidən seçkiyə deyil, seçkilərarası dövrdə də fasiləsiz şəkildə aparılır. Nəticədə Ermənistanla bağlı hər hansı bir məsələ gündəmə gələndə artıq hazır münasibətlər şəbəkəsi mövcud olur.

Bununla belə, Fransanın Güney Qafqaz siyasətini yalnız erməni icması və diasporu amili ilə izah etmək də yanlışlıq olardı. Fransanın Güney Qafqaz siyasətinə təsir edən daha böyük geosiyasi faktorlar mövcuddur. Fransa ilk növbədə Avropa İttifaqında liderliyini möhkəmləndirmək və davamlı etmək istəyir. Rusiyanın zəiflədiyi şəraitdə Cənubi Qafqazda yeni siyasi balans formalaşdırmağa, Türkiyənin və Azərbaycanın  regiondakı nüfuzunun artmasını əngəlləməyə çalışır. Avropa İttifaqının genişlənmə siyasəti, enerji təhlükəsizliyi, regional kommunikasiya və bağlantl layihələri, İran faktoru və NATO daxilindəki maraqlar da bu siyasətin prioritetlərinə təsir göstərir. Ermənistan bu geosiyasi strategiyada Fransa üçün daha münasib tərəfdaş kimi görünür.

Eyni zamanda Fransanın yeni müstəmləkəçilik siyasətinin Azərbaycan tərəfindən ictimailəşdirilməsi və ifşası da bu ölkənin Güney Qafqaz siyasətinə təsir göstərən amillərdən biri kimi nəzərdə keçirilməlidir.

Qulamhüseyn Əlibəyli

Sabiq deputat, siyasi şərhçi

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tənzilə Rüstəmxanlı: “Bir millət, iki dövlət” prinsipi dəyişməzdir

Deputat Tənzilə Rüstəmxanlı 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyə xalqını təbrik edib.Citypost.az xəbər verir ki, paylaşımında 15 İyulun Türkiyə xalqının dövlətinə, demokratiyasına və milli iradəsinə sahib çıxdığı, birlik və həmrəyliyini bütün dünyaya nümayiş etdirdiyi tarixi gün olduğunu vurğulayıb.Deputat Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsini dərin ehtiram və rəhmətlə yad etdiyini, qəhrəman qazilərə isə sonsuz minnətdarlığını ifadə edib.Tənzilə Rüstəmxanlı qardaş Türkiyənin birliyinin, müstəqilliyinin və gücünün daim olmasını arzulayıb, Azərbaycan ilə Türkiyə arasındakı sarsılmaz qardaşlıq münasibətlərinin əbədi olacağına inandığını bildirib.Paylaşımını "Bir millət, iki dövlət!" şüarı ilə tamamlayan deputat dost və qardaş Türkiyə xalqına sülh, əmin-amanlıq və firavanlıq...

15 İyul 2026, 10:09

Kənan Rövşənoğlu: Yəmən yeni müharibə cəbhəsinə çevrilə bilər  

Jurnalist və siyasi şərhçi Kənan Rövşənoğlu son günlər Yəmən ətrafında baş verən hadisələrin regionda gərginliyin artdığını göstərdiyini bildirib.Citypost.az xəbər verir ki, onun sözlərinə görə, İrandan Yəmənə təyyarə reyslərinin artması və Səna Beynəlxalq Hava Limanının uçuş-enmə zolağının bombalanması bölgədə yeni qarşıdurma ehtimalını gücləndirir. Şərhçi qeyd edib ki, iddialara əsasən, İran husilərə raket və hərbi texnika göndərməyə çalışır.Kənan Rövşənoğlu hesab edir ki, tərəflər arasında kompromis imkanlarının azalması müharibə riskini artırır. Onun fikrincə, mümkün qarşıdurma zamanı ikinci cəbhə Yəməndə açıla və İran Hörmüz boğazı ilə yanaşı Bab əl-Məndəb boğazına da təsir göstərməyə cəhd edə bilər.Turan...

15 İyul 2026, 09:35

Vüqar Rəhimzadə: Azərbaycan Heydər Əliyev yolunda yeni zirvələr fəth edir

Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi rəhbərliyə başlamasından 57 il ötür. 1969-cu il iyulun 14-də Ümummilli Liderin Azərbaycana rəhbər seçilməsi ilə cəmiyyət həyatının bütün sahələrində tamamilə yeni dövr başladı, respublikamızda  böyük intibahın təməli qoyuldu. Dahi rəhbərin təşəbbüskarlığı, əzmkar fəaliyyəti tezliklə Azərbaycanı keçmiş İttifaqın inkişaf etmiş respublikaları sırasına çıxardı. 1969-cu ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına, milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək sözün əsl mənasında   həm də gələcək müstəqilliyin təmin olunmasına xidmət etdi. Bu fikir   daim sonsuz qürur hissi ilə vurğulanır ki, Ümummilli Liderin 1969-1982-ci illərdəki fəaliyyəti  böyük...

14 İyul 2026, 13:54

Deputat: Prezidentin Şuşa çıxışı xarici siyasətin prioritetlərini açıqladı

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Azərbaycanın xarici siyasətinin cari prioritetlərini və ölkəmizin beynəlxalq sistemdə özünü necə mövqeləndirdiyini əks etdirən strateji bir çıxış idi. Çıxışın ümumi məzmunu göstərir ki, Azərbaycan artıq yalnız regional proseslərdə iştirak edən dövlət deyil, eyni zamanda beynəlxalq gündəliyin formalaşmasına töhfə verən, müxtəlif platformalarda dialoqu təşviq edən və qlobal çağırışlara münasibət bildirən fəal aktor kimi çıxış edir.Bu sözləri Oxu24.com-a açıqlamasında millət vəkili Pərvanə Vəliyeva bildirib.P.Vəliyevanın sözlərinə görə, Prezidentin diqqət çəkdiyi əsas məqamlardan biri Azərbaycanın "orta güc dövləti" kimi artan roluna dair yanaşması idi. O, bu anlayışı yalnız iqtisadi və ya hərbi imkanlarla məhdudlaşdırmadı. Əksinə,...

14 İyul 2026, 13:27

Siyasətçi: 14 iyul Azərbaycanın inkişaf tarixində dönüş nöqtəsidir

14 iyul 1969-cu il Azərbaycan tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi xüsusi əhəmiyyət daşıyır. Həmin gün Ümummilli Lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında köklü dönüşün əsasını qoyub.Oxu24.com xəbər verir ki, bu fikirləri ictimai xadim, sabiq deputat Elnur Allahverdiyev bildirib.O qeyd edib ki, qısa müddət ərzində həyata keçirilən məqsədyönlü islahatlar Azərbaycanın hərtərəfli inkişafına güclü təkan verib. Yeni sənaye müəssisələri yaradılıb, kənd təsərrüfatı modernləşdirilib, elm və təhsil sahələrinə xüsusi diqqət ayrılıb, milli kadr hazırlığı prioritet istiqamətlərdən birinə çevrilib. Nəticədə Azərbaycan keçmiş ittifaqın ən dinamik inkişaf edən respublikalarından biri kimi tanınıb.Elnur Allahverdiyevin sözlərinə görə, Heydər Əliyevin uzaqgörən...

14 İyul 2026, 11:38

Səftər Rəhimli: Şuşa Qlobal Media Forumu intellektual platformaya çevrilib

Beynəlxalq münasibətlər tarixində elə platformalar var ki, onların dəyəri keçirilən tədbirin miqyası ilə deyil, formalaşdırdığı siyasi və intellektual diskursla ölçülür. IV Şuşa Qlobal Media Forumu da məhz bu qəbildən olan hadisələrdəndir.Şuşa bu dəfə təkcə coğrafi məkan deyil, qlobal informasiya axınının, siyasi dialoqun və geosiyasi müzakirələrin kəsişdiyi bir mərkəz kimi çıxış etdi. Müasir dövrdə informasiya artıq yalnız xəbərin ötürülməsi vasitəsi deyil; o, dövlətlərin yumşaq gücünün, diplomatik təsir imkanlarının və beynəlxalq legitimlik uğrunda mübarizəsinin mühüm elementidir. Bu baxımdan Şuşadan səslənən fikirlərin forumun keçirildiyi günlə məhdudlaşmayacağı, beynəlxalq media, ekspert dairələri və siyasi qərarvericilər arasında müzakirə mövzusu olacağı şübhə doğurmur.Forumun ən mühüm məqamı Prezident...

14 İyul 2026, 11:25