İranda ali dini liderlə bağlı gizli planın adı açıqlandı
Siyasət 21 İyul 2026, 10:00
710
Siyasi şərhçi, jurnalist Kənan Rövşənoğlu İranın xarici işlər naziri Abbas Əraqçinin açıqlamasına münasibət bildirib.
Citypost.az xəbər verir ki, jurnalist qeyd edib ki, Abbas Əraqçi müsahibəsində müharibədən əvvəl hökumət səviyyəsində müxtəlif ssenarilər üzrə müdafiə planlarının hazırlandığını açıqlayıb:"İranın xarici işlər naziri Abbas Əraqçi müsahibəsində deyib ki, müharibədən əvvəl hökumət iclasında müxtəlif ssenarilər üzrə müdafiə planları hazırlanıb. Bir plan da ali dini liderin öldürüləcəyi təqdirdə dövlətin fəaliyyət ilə bağlı olub."
Kənan Rövşənoğlu bildirib ki, həmin planın adının seçilməsi də simvolik məna daşıyır:"Maraqlıdır ki, bu planın adı 110 nömrəli plan qoyulub. 110 rəqəmi ilk baxışdan nəsə ifadə etməsə də, Əbcəd hesabı ilə 110 rəqəmi Əli sözünü ifadə edir. Yəni Əli planı. Bu həm də ali dini liderin adını bildirir. Onun arxasında isə dərin mənəvi izahlar var. İranlılar bu mistik və simvolik işarələri çox sevirlər."
Həmçinin oxuyun
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezident: Azərbaycan–Almaniya əməkdaşlığı bölgə üçün önəmlidir
Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır.Citypost.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix Merts ilə mətbuat konfransında deyib.Dövlətimizin başçısı qeyd edib: "Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcək".
21 İyul 2026, 16:02
İlham Əliyev: Azərbaycanın enerji resursları Almaniyanın təhlükəsizliyinə mühüm töhfə verir
"Azərbaycandan Ermənistana göndərilən neft və qaz məhsulları Ermənistanın enerji təhlükəsizliyinə çox mühüm töhfədir”.Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında deyib.Dövlət başçısı bildirib ki, Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin göndərilməsi də geniş vüsət alıb: “Biz çox tarixi dövr yaşayırıq. Azərbaycan Ermənistana sülh təklif etdi və müsbət cavab aldı. Bu sahədə Almaniya hökumətinin rolunu yüksək qiymətləndiririk"....
21 İyul 2026, 16:00
Rövşən Muradov: Berlin görüşü Azərbaycanın artan rolunu təsdiqləyir
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində Prezident Frank-Valter Ştaynmayerlə keçirdiyi görüş yalnız ikitərəfli diplomatik təmas kimi qiymətləndirilə bilməz. Avropanın təhlükəsizlik arxitekturasının yenidən formalaşdığı, enerji marşrutlarının dəyişdiyi və qlobal tədarük zəncirlərinin siyasi alətə çevrildiyi bir mərhələdə Almaniyanın Azərbaycanla ən yüksək səviyyəli siyasi dialoqu genişləndirməsi təsadüfi diplomatik addım sayıla bilməz. Bu sözləri Citypost.az-a açıqlamasında millət vəkili Rövşən Muradov bildirib.Millət vəkilinin sözlərinə görə, son üç ildə Avropa İttifaqının Cənubi Qafqaza münasibətində diqqətçəkən transformasiya müşahidə olunur. Əgər əvvəlki dövrdə regiona daha çox siyasi münaqişələr prizmasından yanaşılırdısa, hazırda iqtisadi təhlükəsizlik, enerji dayanıqlılığı, nəqliyyat bağlantıları və kritik logistika marşrutları prioritet mövqeyə yüksəlib. Bu dəyişiklik Azərbaycanın beynəlxalq...
21 İyul 2026, 15:34
Tənzilə Rüstəmxanlı: 20 İyul Türk dünyasının həmrəyliyinin simvoludur
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı 20 İyul – Barış və Azadlıq Bayramı münasibətilə Şimali Kipr Türk Cümhuriyyətinin xalqını təbrik edib.Deputat bildirib ki, 20 İyul Kıbrıs Türk xalqının azadlıq, təhlükəsizlik və milli iradəsinin rəmzinə çevrilmiş şərəfli bir tarixdir:"20 İyul – Kıbrıs Türk xalqının azadlıq, təhlükəsizlik və milli iradəsinin simvoluna çevrilmiş şərəfli bir tarixdir."Tənzilə Rüstəmxanlı bu əlamətdar gün münasibətilə qardaş Şimali Kipr Türk Cümhuriyyətinin xalqını təbrik edərək, şəhidlərin xatirəsini ehtiramla yad etdiyini bildirib:"Bu əlamətdar gün münasibətilə qardaş Şimali Kipr Türk Cümhuriyyətinin xalqını ürəkdən təbrik edir, bu müqəddəs mübarizədə canlarını fəda etmiş şəhidlərimizi dərin ehtiram və rəhmətlə anır, qazilərimizə sonsuz minnətdarlığımızı bildiririk."Deputat vurğulayıb...
21 İyul 2026, 10:39
Ekspert: Zaman gələcək, İran da reallığı qəbul edəcək
Hərbi ekspert Ədalət Verdiyev Ermənistan və İranla bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, hərbi ekspert bildirib ki, Vətən müharibəsindən sonra Ermənistanda reallıqların qəbul edilməsi prosesi başlayıb:"Ermənistan kütləvi informasiya vasitələri və məğlub ölkənin ictimaiyyəti, Vətən Müharibəsindən sonrakı dövrdə çılpaq həqiqətləri qəbul etməyə, "Hayastanın yalan üzərində qurulan cırtdan bir ölkə" olduğunu etiraf etməyə məcbur oldular."Ədalət Verdiyev hesab edir ki, gələcəkdə oxşar vəziyyət İran üçün də baş verə bilər:"Zaman gələcək, eyni çıxışları İran mediasında izləyəcəyik."Hərbi ekspert sonda qeyd edib ki, yalan və dezinformasiya üzərində qurulan fəaliyyətlərin uzunömürlü olması mümkün deyil:"Təcrübə göstərir ki, dezinformasiya, yalan və saxta təbliğat üzərində qurulan istənilən fəaliyyət tez ya...
21 İyul 2026, 10:16
Ədalət Verdiyevdən SEPAH-a sərt mesaj
Ədalət Verdiyev: "SEPAH generalları bəyanatlarında bir az ehtiyatlı və təvazökar olmalıdır"Hərbi ekspert Ədalət Verdiyev İran rəsmilərinin son açıqlamalarına münasibət bildirib.Citypost.az xəbər verir ki, ekspert qeyd edib ki, son aylarda İran generallarının səsləndirdiyi bəyanatlar diqqət çəkir:"Son aylar ərzində İran generallarının dəfələrlə kanalizasiya səviyyəli bəyanatlarının şahidi olmuşuq. Bu dəfə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları komandanının müavini Ruhullah Nuri SEPAH qüvvələrinin "ən yüksək hazırlıq səviyyəsində" olduğunu bildirərək, ABŞ-nin İran ərazisinə hər hansı sızmasının "elə ilk andaca zərərsizləşdiriləcəyi" ilə hədələyib."Ədalət Verdiyev bildirib ki, bu açıqlamalar fonunda SEPAH rəhbərliyinə bir sualı var:"Yaxın günlərdə ABŞ zərbələrinin növbəti hədəfi olmaq şansını itirməyən boşboğaz İran generalına...
21 İyul 2026, 10:08