Şöhrət Eldəniz: “İranın generalı Azərbaycanla yuxarıdan danışa bilməz”
Siyasət 02 Oktyabr 2026, 08:50
465
Tehranda baş verən son görüş İran rejiminin mahiyyətini bir daha göstərdi. Özünü "general" adlandıran, əslində isə əli minlərlə günahsız insanın qanına batmış bir terror təşkilatının, SEPAH-ın üz qarası olan Möhsün Rezayi Azərbaycanın Baş nazirinin müavini ilə görüşərkən öz aləmində "üstünlük" nümayiş etdirməyə çalışdı.
Amma mən sizə bu alçağın kim olduğunu deyim.
Bu, murdar məxluq 40 ildir heç bir müharibədə bir döyüş belə qazanmayan, amma öz xalqını güllələməkdə, etirazçı qızları döyməkdə, zorlamaqda, Suriyada uşaqları bombalamaqda "qəhrəman" olan bir qurumun guya simvoludur.
Möhsün Rezayi İran-İraq müharibəsində yüz minlərlə iranlı gənci "insan dalğası" ilə minaya göndərib məhv edən, sonra isə həmin müharibənin ən böyük uğursuz məxluqu kimi kənara atılan bir "general"dır. Hərbi savadı sıfır, siyasi keçmişi isə tamamilə rüsvayçılıqdır. Prezident seçkilərində dəfələrlə xalq tərəfindən rədd edilib, təhqir olunaraq meydandan qovulubdur.
Bu gün Milli Təhlükəsizlik Şurasının katibi adı altında oturub Azərbaycan kimi bir dövlətə yuxarıdan aşağı baxmağa çalışan bu şəxs unudur ki, o, dünyanın əksər sivil dövləti tərəfindən terrorçu kimi tanınan bir qurumu təmsil edir. O qurum ki 10 illərdir İranda yaşayan millətlərin sərvətini talayan, narkotik qaçaqmalçılığı ilə məşğul olan, Livanda Hizbullah, Yəməndə husilər, İraqda Haşdi Şabi kimi terror qruplarını maliyyələşdirən beynəlxalq bir mafiyadır. İndi belə bir qurumun generalı durub Azərbaycanla "böyük dövlət" tonunda danışır. O Azərbaycan ki, 44 gündə İranın və Rusiyanın dayaq durduğu erməni ordusunu darmadağın etdi. Xankəndidə üçrəngli bayrağı sancdı. İran rejimi isə 50 ilə yaxındır ki, İsrailə xəritədən siləcəyik deyir, amma cavabında öz paytaxtında, gözləri qarşısında əziz xələf terrorçu qonaqlarını öldürüləndə belə səsini çıxara bilmir. Şahin Mustafayevlə görüşdəki o alçaldıcı poza, ayaq-ayaq üstə atmaq, yuxarıdan baxmaq əslində tərbiyəsizliyin, şərəfsizliyin və acizliyin göstəricisidir. Kompleksli adamlar belə edər. Güclü dövlətlər protokolla, hörmətlə davranar.
İran rejimi və onun Möhsün kimi tulaları bilməlidir ki, Azərbaycan artıq 90-cı illərin Azərbaycanı deyil. Sizin SEPAH-ınızın qorxutduğu ərəb ölkələrindən biri də deyil. Biz sizin sərhədinizdə sizin "təlim" adıyla gətirdiyiniz köhnə tanklarınızı elə sizin öz gözünüzə soxan, qarşılıq verib sizi sərhəddən qovan bir millətik. Biz sizin terror siyahınızda olan generallarınızın ucuz şoularını ciddiyə almasaq da unutmuruq da. Və bu əməlləri artıqlaması ilə sizin yadınıza salacaq gün elə də uzaqda deyil. O ki qaldı Möhsün Rezayi və onun kimilərə, bu "generallar" özlərindən əvvəlkilərin aqibətini yadlarına salsalar yaxşı olar. Azərbaycan dövləti isə bu cür terrorçu qurumların generallarına daim layiq olduğu yeri qapının ağzını göstərməlidir.
Şöhrət El-Dəniz
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Əziz Rzazadə Rezayinin bədən dilini şərh etdi
Jurnalist Əziz Rzazadə Baş nazirin müavini Şahin Mustafayevin İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi ilə görüşünü şərh edib.Citypost.az xəbər verir ki, Əziz Rzazadə görüş zamanı Rezayinin bədən dilinə diqqət çəkərək, onun üzündə təbəssüm olmadığını və salamlaşma zamanı əlini bir qədər geri çəkdiyini bildirib.“Baş nazirin müavini Şahin Mustafayevin bu dəfə ən maraqlı görüşü, məncə, Möhsün Rezayi ilə olub. İran Ali Milli Təhlükəsizlik Şurası katibinin bədən dilinə fikir verin, üzündə təbəssüm yoxdur. Həm də görüşərkən əlini bir qədər geri çəkir. Təmas barmaqların ucu qədərdir. Yəni tam etimadsızlıq!” – deyə jurnalist qeyd edib.Onun sözlərinə görə, görüşün sonrakı görüntülərindən də tərəflər arasında...
02 Oktyabr 2026, 09:12
Asif Nərimanlı: “Rezayinin hərəkəti qəsdli görünür”
Politoloq Asif Nərimanlı İranın Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayinin Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşü zamanı əl sıxması formasına münasibət bildirib.Citypost.az xəbər verir ki, Asif Nərimanlı qeyd edib ki, Rezayinin Mustafayevin əlini qəribə formada sıxması Azərbaycanda haqlı narazılığa səbəb olub:“Rezayinin hərəkəti – görüş zamanı Mustafayevin barmaq uclarını sıxması iki cür yozula bilər: məsafə saxlamaq, soyuqluğunu bildirmək, yaxud özünü, həm də ölkəsini qarşısındakından üstün göstərmək.Bu davranışın bilərəkdən edilmədiyini düşünmək olardı. Lakin belə görüşlərdə diplomatik etiket həssas olur. Digər tərəfdən, hərəkəti Rezayinin etməsi bunun Azərbaycana qarşı qəsdli olduğu fikrini ön plana çıxarır.SEPAH-ın keçmiş komandanı olmuş Rezayi İranda sərt xəttin tərəfdarıdır...
02 Oktyabr 2026, 09:03
Şəhla Cabbarlı: “Rezayinin hərəkəti diplomatik tərbiyəsizlikdir”
Araşdırmaçı-jurnalist Şəhla Cabbarlı İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayinin Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşü zamanı baş verən salamlaşma ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Şəhla Cabbarlı bildirib ki, görüş zamanı Rezayinin Şahin Mustafayevin əlini dartması diplomatik etikaya uyğun deyil.“İranın TŞ katibi Möhsün Rezayinin Şahin Mustafayevin əlini o formada dartması diplomatik tərbiyəsizlikdir. Başqa adı yoxdur. Bədən dili də ona heç bir üstünlük vermir”, – deyə o qeyd edib.Onun sözlərinə görə, rəsmi görüşlər zamanı dövlət nümayəndələri şəxsi münasibətlərindən asılı olmayaraq diplomatik protokol qaydalarına əməl etməlidirlər.“Sənin evinə qonaq gəlib, sənə gülümsəyərək yaxınlaşır və diplomatı o formada qarşılayırsan. Sən...
02 Oktyabr 2026, 08:54
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır
Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) 20-dən çox Avropa ölkəsinin nümayəndələrindən ibarət nümayəndə heyətini qəbul edib.APA xəbər verir ki, bu barədə Prezidentin köməkçisi “X”də bildirib.O qeyd edib ki, Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır və qarşılıqlı hörmət, bərabərlik və ortaq fayda prinsipləri əsasında inkişaf edir: “Son dövrdə yüksək səviyyəli təmaslar vasitəsilə siyasi dialoq intensivləşib, praktiki əməkdaşlıq isə əhəmiyyətli dinamika qazanıb.Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və regional bağlantılılıqda, xüsusilə Orta Dəhliz vasitəsilə oynadığı strateji rol Aİ–Azərbaycan münasibətlərinin mühüm...
01 Oktyabr 2026, 17:48
Toral Ağayev: “Sülh başqasının var olmaq haqqını qəbul etməkdən başlayır”
Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev ölkələr arasında yaranan gərginliklər fonunda millətlərə qarşı nifrət və ümumiləşdirilmiş təhqirlərlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Toral Ağayev bildirib ki, ölkələr arasında yaranan müvəqqəti gərginlikdən istifadə edərək başqa xalqlara qarşı ümumiləşdirilmiş təhqirlər və nifrət ifadə etmək yolverilməzdir.“Ölkələr arasında yaranan hər hansı müvəqqəti gərginliyi fürsət bilib başqa bir millətə qarşı ümumiləşdirilmiş təhqirlər və nifrət yağdırmaq həm mədəniyyətsizlikdir, həm də məsuliyyətsizlik”, – deyə o yazıb.Onun sözlərinə görə, ifrat millətçilik sülhə dözümsüz yanaşma ilə müşayiət olunur və bu cür düşüncə sahibləri tarixi hadisələrdən və mövcud ziddiyyətlərdən nifrətə haqq qazandırmaq üçün istifadə edə bilərlər.“İfrat...
01 Oktyabr 2026, 09:12
Nadir Azəri: “Azərbaycan əleyhinə kampaniyaya son qoyulmalıdır”
Azərbaycanla Türkiyə arasındakı qardaşlıq bağları bütün dünyaya nümunədir. Bu gün bu qardaşlıq dostlarımızı nə qədər sevindirirsə, düşmənlərimizi də bir o qədər narahat edir, yuxusunu ərşə çəkir. Təbii ki, düşmənlər də boş dayanmır və bu qardaşlığa ziyan vurmaq üçün min bir yola əl atırlar.Təəssüflər olsun ki, bəzən bu işdə düşmən dəyirmanına su tökənlər də olur. Elə Türkiyənin bəzi radikal siyasi qrupları tərəfindən aparılan Azərbaycan əleyhinə sosial media kampaniyası da bu qəbildəndir.Bu sosial media kampaniyası heç bir obyektiv tənqidə söykənmir. Və böyük ehtimal ki, bu çirkin dalğanın arxasında iki məqsəd durur: - Türkiyə-Ermənistan sərhədinin açılması prosesinə zəmin yaratmaq;- Türkiyənin daxili siyasi çəkişmələrində xal...
01 Oktyabr 2026, 09:02