AQTA: Kütləvi zəhərlənməyə görə Kürdəmirdəki restoran bağlanıb
Cəmiyyət 01 Oktyabr 2026, 19:15
584
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb.
Bu barədə Citypost.az-a agentlikdən məlumat verilib.
Bildirilib ki, məclisdə istifadə olunan qida məhsulları toy sahibi tərəfindən restorana təqdim edilib.
Araşdırma zamanı istehlaka təqdim olunan qida məhsullarından, restoranda qida ilə təmasda olan işçilərin əllərindən, bundan əlavə mətbəxdə olan səthlərdən, alət və avadanlıqlardan yaxma nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib.
Həmçinin oxuyun
Araşdırma yekunlaşanadək "Günəş" restoranının fəaliyyəti məhdudlaşdırılıb.
Xatırladaq ki, Kürdəmir rayonunda toyda zəhərlənən şəxslərin sayı 91 nəfərə çatıb. Ötən gün toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı Kürdəmir rayon prokurorluğu tərəfindən araşdırma
aparılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
DYP-dən sürücülərə hava ilə bağlı XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.Bu barədə Citypost.az-a idarədən məlumat verilib.Bildirilib ki, oktyabr ayının 2-dən etibarən ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə aşağı enəcəyi, fasilələrlə yağıntıların olacağı, bəzi yerlərdə yağışın leysan xarakterli intensiv, eləcə də küləyin ayrı-ayrı vaxtlarda güclənəcəyi gözlənilir.Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitində gözlənilən dəyişikliklərlə əlaqədar sürücüləri xüsusilə diqqətli olmağa çağırıb:"Yağıntılı hava şəraitində yol örtüyünün sürüşkənləşməsi, görünüş məsafəsinin azalması və güclü küləyin nəqliyyat vasitələrinin idarə olunmasına təsiri qəza riskini artıra bilər. Bu səbəbdən sürücülər sürət həddini mövcud yol və hava şəraitinə uyğun seçməli, ara məsafəsini artırmalı,...
01 Oktyabr 2026, 19:58
DOĞUM GÜNÜ MƏLUM OLMAYAN VAQİF
Günlərin bir günü, Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində, özünün dediyinə görə nar və heyvanın yetişdiyi payız aylarında anadan olsa da, doğum tarixi şəhadətnaməsində avqustun 1-i qeyd olunan Vaqif: “Şəhadətnaməni almaq bir neçə ildən sonra yada düşdü deyə, anam doğum tariximi dəqiq xatırlamadı, avqust ayı şərti olaraq yazılıb”dedi və biz - Tərcümə Mərkəzinin yığcam yaradıcı heyəti Vaqifin doğum tarixini ümumi razılıqla oktyabrın 1-inə təsdiqlədik...Yəqin elə belə də olmalı idi... Hava ilə yeriyib küləklərin içi ilə uçan, yağışlardan asılıb, damlalarla göyə dırmaşan bu şəffaf adamın doğum günü də küləyin axını, havanın, yağışın rəngi kimi şəffaf və ələgəlməz olmalı idi. Poeziyası usanmaz...
01 Oktyabr 2026, 19:25
Azərbaycanlı hərbçi Ermənistan ərazisinə keçib
Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan hərbçisinin Ermənistan ərazisinə keçdiyini iddia edir. Citypost.az Ermənistan mediasına istinadən xəbər verir ki, Azərbaycan hərbçisi Sünik vilayətinin Şaki yaşayış məntəqəsində aşkar edilərək saxlanılıb.Ermənistan MTX bildirib ki, hadisənin təfərrüatları Azərbaycan tərəfinə təqdim olunub. (Modern.az)
01 Oktyabr 2026, 19:00
Azərbaycanda deputat mandatdan məhrum edildi
Bu gün Çingiz Həsənlinin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.Citypost.az xəbər verir ki, iclasda əvvəlcə Komissiyanın 11 dekabr 2025-ci il tarixli iclasının protokolu təsdiq olunub.Sonra VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Abdullayev Qəzənfər İsmayıl oğlunun deputat mandatından məhrum edilməsinə köməklik göstərilməsi barədə ərizəsinə baxılıb. Ali Məclisin deputatı Abdullayev Qəzənfər İsmayıl oğlunun müraciəti qanunvericiliyə uyğun qaydada Mərkəzi Seçki Komissiyasında araşdırılıb və onun mandatından məhrum edilməsi üçün qanuni əsasın olduğu müəyyənləşib.Mərkəzi Seçki Komissiyası Abdullayev Qəzənfər İsmayıl oğlunun ərizəsini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun müvafiq...
01 Oktyabr 2026, 18:55
“44” bədii filmi bu tarixdən kinoteatrlarda!
Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov “44” bədii filminin “Vətənə sevgi” adlı 8/12 tizerini təqdim edib.Modern.az xəbər verir ki, A. Ələkbərov həmin videonu instaqram hesabında paylaşıb.“Oktyabrın 15-dən ölkənin bütün kinoteatrlarında!”, - paylaşımda qeyd olunub.
01 Oktyabr 2026, 18:20
Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verilir
Azərbaycan Dəmir Yolları (ADY) beynəlxalq istiqamətdə artan sərnişin tələbatının qarşılanması və səyahət imkanlarının genişləndirilməsi məqsədilə Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reyslər təyin edir.Citypost.az-a ADY-dən verilən məlumata görə, 1 noyabr 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək.Reyslərin artırılması nəticəsində sərnişin yerlərinin sayı 386-dan 564-ə çatdırılacaq. Bu isə 50 faizə yaxın artım deməkdir.Yeni reyslərin istifadəyə verilməsi sayəsində sərnişinlər üçün daha aşağı büdcəli səyahət imkanları təqdim ediləcək. Belə ki, əlavə reyslərdə standart sinif (əvvəlki plaskart vaqonlar) üzrə biletlərin qiyməti 36 AZN-dən başlayır. Yeni aşağı büdcəli səyahət seçimi ilə sərnişinlər 30 faiz daha ucuz qiymətə səyahət edə biləcəklər. Marşrut üzrə...
01 Oktyabr 2026, 18:15