Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanlı şoumen aliment davasında qalib gəldi

Dünya 02 Oktyabr 2026, 09:15

500

Azərbaycan əsilli rusiyalı şoumen Timur Rodrigezin (Timur Kərimov) keçmiş həyat yoldaşı Anna Devoçkinaya ödədiyi alimentlə bağlı məhkəmə işi yekunlaşıb.

Citypost.az axsam-a istinadən xəbər verir ki, Moskva Şəhər Məhkəməsinin mülki işlər üzrə kollegiyası sənətçinin keçmiş həyat yoldaşına aliment ödənilməsi ilə bağlı əvvəlki məhkəmə qərarını dəyişdirməyib.

Beləliklə, Moskvanın Presnenski Rayon Məhkəməsinin 29 yanvar 2026-cı il tarixli qərarı qüvvədə saxlanılıb. Həmin qərarla Timur Rodrigezin Anna Devoçkinaya aliment ödənilməsi barədə sazişin ləğv edilməsi ilə bağlı tələbi təmin olunub.

Qeyd edək ki, şoumen keçmiş həyat yoldaşının aliment sazişini ləğv etdirməyə nail olsa da, 2025-ci ilin dekabrında oğullarının alimentini azaltmaq istədiyi məhkəmədə uduzmuşdu.

Timur Rodrigez və Anna Devoçkina 2007-ci ildə ailə qurublar. Cütlüyün bu nikahdan iki oğlu var. Ayrılığın səbəbi ilə bağlı Annanın şoumenin xəyanətlərinə eyham vurduğu bildirilsə də, Rodrigez bu iddiaları rədd edib. Bundan qısa müddət sonra sənətçi yeni sevgilisi Katya Kabakla ictimaiyyət qarşısına çıxmağa başlayıb.

Rodrigez və Kabakın 2023-cü ilin payızından münasibətdə olduğu bildirilir. 2025-ci ilin mayında şoumen Anna Devoçkina ilə 16 illik evliliyinə rəsmən son qoyub. Həmin vaxt Anna xaricdə olub və Timur telefon danışığı zamanı ona ayrıldıqlarını bildirib.

Rodrigez və Kabak bu ilin iyununda ailə qurublar.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

CNN: Kuşnerin şirkəti İsrailin hərbi təchizatçılarına yatırımlardan dolayı gəlir əldə edib

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə qeyri-rəsmi elçisi Cared Kuşnerin sahibi olduğu “Affinity Partners” investisiya şirkətinin İsrailin hərbi təchizatçılarına sərmayə qoyan “Phoenix Financial” şirkətində böyük payı olduğu üzə çıxıb. CNN-in araşdırmasına görə, “Phoenix” İsrail ordusuna məhsul və avadanlıq tədarük edən ən azı 9 şirkətə 456 milyon dollardan çox sərmayə qoyub.Bu şirkətlər arasında İsrailin ən böyük müdafiə sənayesi şirkəti “Elbit Systems” də var. “Phoenix”in bu şirkətdəki payının dəyəri ən azı 265 milyon dollar qiymətləndirilir. “Affinity Partners” həmin şirkətlərdə birbaşa paya malik deyil, lakin “Phoenix”in investisiyalarından əldə etdiyi gəlirlər Kuşnerin şirkətinin “Phoenix”dəki payının dəyərinə təsir göstərə bilər.Citypost.az CNN-ə istinadən xəbər verir...

02 Oktyabr 2026, 09:49

Almaniyada gölün dibində 10500 illik tikili izləri tapılıb

Almaniyanın Saksoniya-Anhalt bölgəsindəki Arenzsee gölünün dibində təxminən 10 500 il yaşı olan taxta tikili qalıqları aşkar edilib. Citypost.az “Phys.org”a istinadən xəbər verir ki, tapıntılar Mərkəzi Avropada əkinçiliyin yayılmasından minlərlə il əvvəl burada insanların müxtəlif tikililərdən istifadə etdiyini göstərə bilər.Arxeoloqlar 20 metr dərinlikdə yaxşı qorunmuş taxta hissələr, o cümlədən kəsilmə izləri olan 1,6 metrlik sütun və 1,3 metrlik taxta parçası tapıblar. Ərazidə həmin dövrə aid daş alətlər və heyvan sümükləri də aşkarlanıb.Tikililərin hansı məqsədlə istifadə edildiyi hələ məlum deyil. Alimlər onların daxma və ya digər yaşayış strukturlarının qalıqları ola biləcəyini ehtimal edirlər. Tapıntının mühüm tərəfi odur ki, onlar Mərkəzi Avropada ilk...

02 Oktyabr 2026, 09:43

Peruda 1000 illik mumiyalar tapıldı: Yeni sirr üzə çıxdı

Perunun cənubunda qədim məbədin yaxınlığında aşkar edilən dörd mumiya Naska və Vari sivilizasiyaları arasındakı münasibətlərə dair yeni suallar yaradıb. Alimlər hesab edirlər ki, Varilərin Naska ərazilərinə yayılması yalnız hərbi fəthlə deyil, yerli əhali ilə əməkdaşlıq və mədəni mübadilə ilə də bağlı ola bilər.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Mumiyalar 2022-ci ildə Huaca del Loro arxeoloji kompleksində, Vari məbədinin yaxınlığında aşkar edilib. Cəsədlərin dizləri sinəyə çəkilmiş vəziyyətdə dəfn olunması qədim Peruda geniş yayılmış dəfn adətlərinə uyğun gəlsə də, onların digər məzarlardan kənarda və min ildən artıq toxunulmamış qalması arxeoloqların diqqətini çəkib.Tədqiqatçılar mumiyaların kompüter tomoqrafiyasını aparıb, DNT və izotop analizləri üçün...

02 Oktyabr 2026, 09:40

Fransada kütləvi etirazlara görə 400-dən çox lisey bağlanacaq

Fransada oktyabrın 1-də keçirilən kütləvi etiraz aksiyaları və baş verən iğtişaşlardan sonra oktyabrın 2-də 400-dən çox liseydə əyani dərslər keçirilməyəcək.Citypost.az xəbər verir ki, Bunu Fransanın milli təhsil naziri Eduar Jeffre “France 2” telekanalının efirində bildirib.Nazirin sözlərinə görə, 400-dən bir qədər çox təhsil müəssisəsi bağlanacaq və həmin məktəblərdə dərslər distant formada keçiriləcək.Jeffre etirazlar zamanı aqressiv nümayişçilərin zorakı hərəkətlərini və dövlət müəssisələrinə qarşı hücumları pisləyib. Onun sözlərinə görə, həftənin əvvəlindən etiraz aksiyaları zamanı 170 yuxarı sinif şagirdi və 65 təhsil müəssisəsi əməkdaşı xəsarət alıb.Nazir lisey şagirdlərinin etiraz hərəkatının aqressiv qrupların təsiri altına düşməsindən təəssüfləndiyini bildirib və həmkarlar ittifaqları, eləcə də tələbə təşkilatları...

02 Oktyabr 2026, 08:16

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb.Citypost.az APA-ya istinadən xəbər verir ki, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etirazı ona çatdırılıb.İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Britaniya səfiri İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt-Rəvənçi tərəfindən çağırılıb.Görüşdə İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Britaniya hökumətinin İrana qarşı törətdiyi çoxsaylı qanun pozuntularına görə beynəlxalq məsuliyyətini xatırladıb.Təxt-Rəvənçi xüsusilə ABŞ və İsrailin İrana qarşı hərbi təcavüzünün hazırlanması və həyata keçirilməsi üçün Britaniyanın nəzarətində olan hərbi bazaların və imkanların istifadəyə verildiyini bildirib.“Britaniya hökumətinin son vaxtlar Fayerford aviabazasında təxribat hazırlığı bəhanəsi...

01 Oktyabr 2026, 20:35

Rusiya səfiri Moldova XİN-ə çağırılıb

Sentyabrın 30-da üç pilotsuz uçuş aparatının Moldovanın hava məkanını pozması ilə bağlı Rusiyanın Kişinyovdakı səfiri Oleq Ozerov Xarici İşlər Nazirliyinə çağırılıb.APA xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb.Moldova XİN hava məkanının pozulmasını pisləyib və bu cür halların ölkə vətəndaşlarının təhlükəsizliyinə birbaşa təhdid yaratdığını bildirib.Nazirlik Rusiya Federasiyasını Ukraynaya hücumları və Moldovanı təhlükəyə atan hərəkətləri dərhal dayandırmağa çağırıb.

01 Oktyabr 2026, 18:35