Bizə yazın

Baku

-°C

USD

-

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ 

Cəmiyyət 01 Oktyabr 2026, 16:45

383

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-ü səhərədək davam edəcək.

Citypost.az Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enərək, 3-ü gecə 14-16, gündüz 16-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 2-dən 5-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-Aran, Quba-Qusar, Dağlıq Şirvan bölgəsinin bəzi rayonlarında yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, 2-si axşam və 3-də bəzi yerlərdə yağıntıların güclənəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin, eyni zamanda Naxçıvan MR-nın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Azneft” küləkli hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib

Gözlənilən qeyri-sabit və küləkli hava şəraiti ilə əlaqədar SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.“Azneft”dən  Citypost.az-a verilən məlumata görə, təhlükəli işlərin icrası məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması məqsədilə qabaqlayıcı tədbirlər görülüb. Bütün tədbirlər əvvəlcədən müəyyən edilmiş təhlükəsizlik prosedurlarına uyğun həyata keçirilir.Bütün sahələrdə müvafiq maarifləndirmə aparılır və mövcud vəziyyət nəzarətdə saxlanılır.

01 Oktyabr 2026, 17:21

Fırtına sükutdan sonra baş verir...   

Bəzi adamlar insanlar arasındakı müqayisəni israrla qüsurlu hesab edirlər. Fəqət, bəşəriyyət hələ ki, oxşar və fərqli cəhətləri, yaxud birinin o birisindən üstünlüyünü müəyyənləşdirmək üçün, müqayisədən dəqiq qarşılaşdırma, tutuşdurma tapa bilməyib. Bu dəfə sizə bütün müqayisələrdən alnıaçıq, üzüağ çıxan bir insan haqqında danışmaq istəyirəm.Şair, yazıçı, jurnalist, "Kredo" qəzetinin baş redaktoru- Əli Rza Xələflidən. Amma gəlin əvvəlcə onun ömür yoluna səyahət edək. O, 1953-cü ilin dekabr ayının 7-si Cəbrayıl rayonunun Xələfli kəndində dünyaya gəlsə də, doğum şəhadətnaməsində bu tarix oktyabrın 1-i kimi göstərilib. 1975-ci ildə indiki Pedaqoji Universitetin filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirib. Əvvəlcə doğulduğu rayonun Şahvəli, Tatar və Aşağı Xələfli...

01 Oktyabr 2026, 16:52

Dünyadan xəbərsiz yaşayan ailə - Sibir meşələrinin dərinliyində ağır həyat

Sibir meşələrinin dərinliklərində, insanların illərlə ayaq basmadığı yerlərdən birində zaman sanki dayanıb. Ucsuz-bucaqsız tayqanın içərisində kiçik bir daxma illər boyu öz sirrini qoruyub. Bu daxmada yaşayan ailə üçün şəhərlər, yollar, qəzetlər, radio və televizorlar çox uzaqda qalıb. Onlar meşənin sərt qanunlarına uyğun yaşayıb, öz dünyalarını qurub və böyük dünyanın başına gələn hadisələrdən xəbərsiz qalıb.Bu qeyri-adi hekayənin qəhrəmanları Lıkov ailəsi olub. Ailənin bu qədər uzaq bir əraziyə çəkilməsinin arxasında dini inanclar dayanıb. Karp Lıkov və ailəsi köhnə dini ənənələrə bağlı olub. Sovet hakimiyyətinin ilk onilliklərində ailə tədricən yaşayış məntəqələrindən uzaqlaşıb və nəhayət, Sibir tayqasının dərinliklərində məskunlaşıb. Onlar sivilizasiyadan uzaqlaşdıqca xarici dünya ilə əlaqələri də...

01 Oktyabr 2026, 16:38

Eyyub Hüseynov: “İstehlakçılar almadıqları məhsula görə pul ödəyirlər”

“Təxminən, 10 ilə yaxındır Azərbaycanda marketlərdə rəflərdəki qiymətlə kassada çıxan qiymətin fərqli olması halları geniş yayılıb. Market şəbəkələrində müasir texnologiyalar tətbiq olunduqca, istehlakçı hüquqlarının rəqəmsal texnologiyalar vasitəsilə pozulması halları da sanki paralel olaraq artır. Bu, geniş yayılmış istehlakçı problemidir və süni qiymət artımı kimi qiymətləndirilə bilər”.Citypost.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a  Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov deyib.O bildirib ki, bəzən alıcının götürmədiyi məhsullar da çekə yazılır: “İstehlakçı belə hallarla qarşılaşdıqda kassada çekə diqqətlə baxmalıdır. Əgər məhsulun daha yüksək qiymətə satıldığını görərsə, dərhal marketə qayıtmalı, məhsulun rəfdəki qiymətinin şəklini çəkib göstərməlidir. Adətən, bu zaman “bağışlayın, bilməmişik” deyirlər və...

01 Oktyabr 2026, 15:55

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri keçirilib 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə dəstəyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) koordinasiyası ilə həyata keçirdiyi “Mina və partlayıcı sursatların təhlükəsinə qarşı mübarizəyə dəstək” qrant layihəsi çərçivəsində yekun maarifləndirmə təlimləri Xankəndi şəhərində təşkil olunub.Citypost.az xəbər verir ki, layihə çərçivəsində Qarabağ Universitetində təhsil alan tələbələr üçün ümumilikdə 2 təlim keçirilib. Təlimlərdən öncə açılış nitqi ilə çıxış edən layihə rəhbəri Xudaverdi Quliyev işğaldan azad edilmiş ərazilərdə qayıdış, məskunlaşma və təhsil prosesinin davam etdiyi bir dövrdə əhali, xüsusilə gənclər arasında mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə işlərinin xüsusi əhəmiyyət daşıdığını bildirib....

01 Oktyabr 2026, 15:36

Oktyabrda səyyar "ASAN xidmət"in fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb 

Oktyabrın 1-29-da Beyləqanda, Siyəzəndə, İsmayıllıda, Yevlaxda, Lökbatanda və Xırdalanda, 1-7-də Cəbrayılda, 1-14-də Samuxda və Lerikdə, 12-29-də Füzulidə, 16-29-də Göygöldə və Yardımlıda vətəndaşlara səyyar xidmət göstəriləcək.Bu barədə "Report"a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.Bildirilib ki, səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.Cəbrayıl, Füzuli, Lerik, Beyləqan və Yardımlıda fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobuslarında isə iş qrafiki saat 11:00- dan 17:00-dək nəzərdə tutulub....

01 Oktyabr 2026, 15:28