Bizə yazın

Baku

-°C

USD

-

Eyyub Hüseynov: “İstehlakçılar almadıqları məhsula görə pul ödəyirlər”

Cəmiyyət 01 Oktyabr 2026, 15:55

500

“Təxminən, 10 ilə yaxındır Azərbaycanda marketlərdə rəflərdəki qiymətlə kassada çıxan qiymətin fərqli olması halları geniş yayılıb. Market şəbəkələrində müasir texnologiyalar tətbiq olunduqca, istehlakçı hüquqlarının rəqəmsal texnologiyalar vasitəsilə pozulması halları da sanki paralel olaraq artır. Bu, geniş yayılmış istehlakçı problemidir və süni qiymət artımı kimi qiymətləndirilə bilər”.

Citypost.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a  Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, bəzən alıcının götürmədiyi məhsullar da çekə yazılır: “İstehlakçı belə hallarla qarşılaşdıqda kassada çekə diqqətlə baxmalıdır. Əgər məhsulun daha yüksək qiymətə satıldığını görərsə, dərhal marketə qayıtmalı, məhsulun rəfdəki qiymətinin şəklini çəkib göstərməlidir. Adətən, bu zaman “bağışlayın, bilməmişik” deyirlər və məhsulu endirimli, yəni rəfdə göstərilən qiymətə satırlar. İstehlakçı həmin kassa çekini mütləq saxlamalı və dövlət qurumuna müraciət etməlidir ki, məsələ ilə bağlı yoxlama aparılsın.Bu, kifayət qədər geniş yayılmış istehlakçı problemidir. Bəzən istehlakçının almadığı məhsulların da kassa çekinə əlavə edilməsi hallarına rast gəlinir. Digər hallarda isə marketlərin meyvə-tərəvəz bölməsində bir məhsulun qiyməti əvəzinə başqa məhsulun qiyməti tətbiq olunur”.

AİB sədri özü də belə hallarla qarşılaşdığını bildirib:“Mən şəxsən şəhərin mərkəzində yerləşən bir marketdə bir il ərzində 100 manatadək belə hallarla rastlaşmışam. Azad İstehlakçılar Birliyinə daxil olan şikayətləri ümumiləşdirsək, Azərbaycanda istehlakçılar bir il ərzində almadıqları məhsullara görə təxminən 500 milyon manat ödəyirlər. Bu, kifayət qədər böyük rəqəmdir. Ona görə də istehlakçılar tələsmədən kassada aldıqları məhsulların qiymətini və çekdə qeyd olunan məlumatları yoxlamalıdırlar. Marketlərdə tətbiq olunan üsullardan biri də məhsulların skan edildikdən sonra kassanın sonuna qoyulmamasıdır. Məhsulların bir hissəsi, xüsusilə şokolad və digər kiçik məhsullar ayrıca saxlanılır. İstehlakçı da bütün məhsulların skan edildiyinə və çekdə düzgün qeyd olunduğuna diqqət etməlidir”.

O,  endirimlərlə bağlı problemlərin də geniş yayıldığını deyib:“Qiymətlə bağlı hər hansı aldatma halı ilə qarşılaşan istehlakçılar 012-599-76-00 telefon nömrəsi ilə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə məlumat verə bilərlər. Endirimlərlə bağlı da istehlakçı hüquqlarının pozulması halları geniş yayılıb. Bəzən endirimdə olan və endirimdə olmayan məhsulları bir-birinin yanında yerləşdirirlər. Vətəndaş da həmin məhsulun endirimdə olduğunu düşünərək götürür. Kassada məhsul skan ediləndə isə ona endirim tətbiq olunmadığı bildirilir.Bəzən, məsələn, konfetlərin üzərinə sarı rəngli “endirim” nişanı qoyulur, lakin məhsul kassada adi qiymətə hesablanır. Səbəb kimi isə “yadımızdan çıxıb” və digər izahlar verilir. Belə halların sayı kifayət qədər çoxdur”.

E.Hüseynov hesab edir ki, istehlakçı hüquqları ilə bağlı qanunvericilik də yenilənməlidir:“Ərzaq məhsullarının qaytarılması ilə bağlı da müəyyən problemlər var. Ərzaq məhsulunun yararlılıq müddəti keçməyibsə və məhsul istifadə olunmayıbsa, onun geri qaytarılması mümkündür. Lakin istehlakçı məhsulu açmadan onun keyfiyyətsiz olduğunu müəyyən edə bilməz. Bu da qanunvericilikdə olan boşluqlardan biridir.Ümumiyyətlə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun 1995-ci ildən qüvvədədir və həmin vaxtdan ciddi şəkildə yenilənməyib. Halbuki bazar dəyişib, yeni texnologiyalar və yeni satış üsulları yaranıb.Azərbaycan tarixində ilk dəfə Milli Məclisdə deputat Əli Məsimli istehlakçı hüquqlarından danışaraq “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun yenilənməsini gündəmə gətirib. Bu, istehlakçı hüquqlarının parlament səviyyəsində müzakirəyə çıxarılması baxımından mühüm addımdır. Qanun mütləq yenilənməli və istehlakçılar bazarın əsas subyekti kimi tanınmalıdır”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri keçirilib 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə dəstəyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) koordinasiyası ilə həyata keçirdiyi “Mina və partlayıcı sursatların təhlükəsinə qarşı mübarizəyə dəstək” qrant layihəsi çərçivəsində yekun maarifləndirmə təlimləri Xankəndi şəhərində təşkil olunub.Citypost.az xəbər verir ki, layihə çərçivəsində Qarabağ Universitetində təhsil alan tələbələr üçün ümumilikdə 2 təlim keçirilib. Təlimlərdən öncə açılış nitqi ilə çıxış edən layihə rəhbəri Xudaverdi Quliyev işğaldan azad edilmiş ərazilərdə qayıdış, məskunlaşma və təhsil prosesinin davam etdiyi bir dövrdə əhali, xüsusilə gənclər arasında mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə işlərinin xüsusi əhəmiyyət daşıdığını bildirib....

01 Oktyabr 2026, 15:36

Oktyabrda səyyar "ASAN xidmət"in fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb 

Oktyabrın 1-29-da Beyləqanda, Siyəzəndə, İsmayıllıda, Yevlaxda, Lökbatanda və Xırdalanda, 1-7-də Cəbrayılda, 1-14-də Samuxda və Lerikdə, 12-29-də Füzulidə, 16-29-də Göygöldə və Yardımlıda vətəndaşlara səyyar xidmət göstəriləcək.Bu barədə "Report"a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.Bildirilib ki, səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.Cəbrayıl, Füzuli, Lerik, Beyləqan və Yardımlıda fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobuslarında isə iş qrafiki saat 11:00- dan 17:00-dək nəzərdə tutulub....

01 Oktyabr 2026, 15:28

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sahibkarı məhkəməyə verdi 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi sahibkar Cavidan Avşarovu məhkəməyə verib.  Citypost.az xəbər verir ki, Plat.az-ın əldə etdiyi məlumata görə, iddiaçı 10 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi məhkəməyə müraciət edərək 2017-ci ildə torpaq sahəsinin icarə müqaviləsinin ləğv edilməsini, Hacıkənd meşəbəyliyinin 3-cü kvartalında yerləşən ümumilikdə 0,70 hektar meşə fondu torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq ona təhvil verilməsini və torpaq vergisi üzrə yaranmış 2 520 manat məbləğində borcun Cavidan Avşarovdan tutulmasını istəyib.İş materiallarından məlum olub ki, tərəflər arasında 2017-ci ildə torpaq sahəsinin icarə müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, Hacıkənd meşəbəyliyinin 3-cü kvartalında yerləşən, ümumilikdə 0,70...

01 Oktyabr 2026, 14:55

Ramiz Mehdiyevin gəlininin keçmiş bankı ləğv edildi

Əsas səhmdarı Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva olmuş “Bank BTB”nin hüquqi varisi — “T-Kredit” bank olmayan kredit təşkilatının (BOKT) lisenziyası ləğv edilib.Citypost.az  xəbər verir ki, qərar qurumun İdarə Heyətinin 29 sentyabr 2026-cı il tarixli iclasında qəbul olunub.“T-Kredit”in lisenziyası təşkilatın öz müraciəti əsasında ləğv edilib. BOKT-a bu il iyulun 28-də verilmiş BKT-51 nömrəli lisenziya beləliklə, təxminən iki ay sonra qüvvədən düşüb.Qeyd edək ki, “T-Kredit” “Bank BTB”dən sonra yaradılmış ayrıca kredit təşkilatı deyil, bankın yenidən təşkili nəticəsində onun hüquqi varisi olub. Mərkəzi Bank martın 5-də bankın BOKT-a çevrilməsinə əvvəlcədən razılıq verib, iyulun 27-də isə “Bank BTB”nin bank lisenziyasını ləğv edərək hüquqi varisinə...

01 Oktyabr 2026, 14:40

Bakıda AQEM-in Media Forumu keçirilib 

Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda Birinci AQEM Media Forumu keçirilib.Citypost.az xəbər verir ki, forum Media və Yayım Şurasının təşkilatçılığı ilə baş tutub.Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, AQEM-in Baş katibi Kayrat Sarıbay, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov və digər qonaqlar iştirak ediblər.Tədbirdə rəsmi açılış hissəsi və iki panel müzakirə keçirilib.Forumun açılış mərasimində və panellərdə çıxışlar zamanı media sahəsində əməkdaşlığın genişləndirilməsi, etimadın gücləndirilməsi və qütbləşmiş dünyada medianın rolu ilə bağlı fikir mübadiləsi aparılıb....

01 Oktyabr 2026, 14:22

Nizami rayonunun bir hissəsində suyun verilişində fasilələr olacaq 

Sabah Bakının Nizami rayonunun bəzi ərazilərinin suyun verilişində fasilələr olacaq.Bu barədə Citypost.az-a  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.Bildirilib ki, magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlı saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq.

01 Oktyabr 2026, 14:19