FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 02 Oktyabr 2026, 09:14
526
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Citypost.az xəbər verir ki, müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gündən başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, intensiv yağış yağacağı, bəzi həssas yerlərdə lokal subasma, dağ çaylarında isə qısamüddətli sel və daşqın baş verəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.
Belə ki, intensiv yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından, habelə subasmadan qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır.
Həmçinin oxuyun
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil telefon, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.
Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan başqa, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezident YAP-ın VIII Qurultayında çıxış edir
Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilir.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə çıxış edir.
02 Oktyabr 2026, 09:55
Bu gün Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçiriləcək
Bu gün Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçiriləcək.Citypost.az xəbər verir ki, YAP-ın sonuncu – VII Qurultayı k2021-ci il martın 5-də keçirilib.Nizamnaməyə əsasən, qurultay 5 ildə bir dəfədən az olmayaraq çağırılır.Qurultayın müstəsna səlahiyyətlərinə sırasına partiya sədrinin seçilməsi, İdarə Heyətinin, Təftiş Komissiyasının və Veteranlar Şurasının say tərkibinin müəyyənləşdirilməsi, partiya sədrinin təqdimatı əsasında İdarə Heyəti və Təftiş Komissiyası üzvlərinin, həmçinin Veteranlar Şurasının üzvlərinin, sədrinin və sədr müavininin beş il müddətinə seçilməsi və vaxtından əvvəl vəzifələrindən azad edilməsi daxildir.Partiyanın Nizamnaməsinin qəbulu, Nizamnamıyı dəyişiklik və əlavələrin edilməsi da Qurultayın səlahiyyətləri sırasındadır.Qeyd edək ki, 1992-ci il noyabrın 21-də Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda keçirilən...
02 Oktyabr 2026, 09:53
Yasamal və Qaradağın bəzi ərazilərində işıq kəsiləcək
Bakının Yasamal və Qaradağ rayonlarının bəzi ərazilərində təmir işləri ilə əlaqədar bu gün, oktyabrın 2-də elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq.Citypost.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.Qeyd olunub ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Yasamal və Qaradağ rayonlarında bir sıra transformator məntəqələrində (TM) təmir işləri aparılacaq.Məlumata görə, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində yerləşən Abbas Mirzə Şərifzadə, Ayna Sultanova, İsfəndiyar Zülalov, Mirəli Seyidov, Ümid Əkbərov küçələri və Mətbuat prospektinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.Qaradağ RETSİ-nin xidmət ərazisinə daxil olan Buta qəsəbəsinin...
02 Oktyabr 2026, 09:30
Elməddin Behbud: “Əsgərimizin azad ediləcəyinə ümid edirəm”
Siyasi analitik, “Demokratik Azərbaycan Naminə” Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud Azərbaycan hərbçisi Nəsimi Musayevin Ermənistan ərazisində saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.Citypost.az xəbər verir ki, Elməddin Behbud qeyd edib ki, məlumatın Ermənistan mediasından götürülməsi həmin ərazinin adının təhrif olunmuş formada təqdim edilməsinə əsas verməməlidir.“Məlumatı Ermənistan mediasından əldə etmək toponimlərin adını da təhrif edilmiş formada yayımlamağa əsas vermir, dostlar. Əsgərimizin həbs olunduğu deyilən yer Cənubi Qafqazın qədim yaşayış məntəqələrindən olan Şəki kəndidir. 20-ci əsrin əvvəlinədək yalnız soydaşlarımızın yaşadığı, 1988-ci ilədək isə qarışıq məskunlaşmanın mövcud olduğu qədim türk yurdudur Şəki”, – deyə o bildirib.Behbud əlavə edib ki, Azərbaycan hərbçisinin...
02 Oktyabr 2026, 09:24
Etibar Əliyev: “UNEC istisna olmaqla vəziyyət çox acınacaqlıdır”
Elm və Təhsil naziri Emin Əmrullayev Prezidentin imzaladığı Sərancamın icra olunmamasının səbəblərini açıqlamlıdırAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərancamı ilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq olunub. Bu vacib Sərəncamın Milli prioritetlər sırasında "XXI əsrin tələblərinə uyğun təhsil" məqsədi kimi 2028-ci ilə qədər Dünyada TOP 800-lükdə təmsil olunan Azərbaycan universitetlərinin sayının 3-ə çatdırılması nəzərdə tutulub. Universitetlərin bir neçəsi hədəfə "çatmaq" üçün dünyada heç bir nufuzu olmayan "QS World University Rankings" və “UI GreenMetric" kimi yandaş reytinqlərə yol tapa bildilər. Xərclənən yüksək məbləğlərə rəğmən edilən simulyasiya barədə təhsil mütəxəssislərinin məlumatı var. Bu hərəkətlər Azərbaycan cəmiyyətini ələ salmağa...
02 Oktyabr 2026, 09:19
Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.Citypost.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər....
02 Oktyabr 2026, 08:48