Aritmiyası olanlara idman etmək olarmı? – Kardioloqdan vacib açıqlama
Tibb 02 Oktyabr 2026, 09:30
488
Ürək ritmində pozğunluq yaşayan insanların bir çoxu fiziki aktivlikdən uzaq durmağa çalışır. Xüsusilə səyirici aritmiyası olan pasiyentlər arasında idmanın ürəkdöyünməsini artıracağı, aritmiya tutmalarını çoxaldacağı və vəziyyəti ağırlaşdıra biləcəyi ilə bağlı narahatlıqlar geniş yayılıb. Lakin mütəxəssislər bildirirlər ki, düzgün seçilmiş və nəzarət altında həyata keçirilən fiziki aktivlik bəzi pasiyentlər üçün əksinə, ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər.
Kardioloq Üzeyir Rəhimov Citypost.az-a açıqlamasında səyirici aritmiyası olan şəxslərdə fiziki aktivliyin mümkün təsirlərindən danışıb.
Həkim bildirib ki, uzun müddət həm pasiyentlər, həm də bəzi hallarda həkimlər səyirici aritmiyası olan insanların idmanla məşğul olmasına ehtiyatla yanaşıblar. Bunun əsas səbəbi fiziki yükün ürəkdöyünməsini sürətləndirərək aritmiya tutmasına səbəb ola biləcəyi ilə bağlı narahatlıqdır. Lakin son dövrdə aparılan araşdırmalar bu məsələyə daha fərqli yanaşmağa əsas verir.
“Bilirsiniz ki, həm həkimlər, həm də xəstələr, xüsusilə də səyirici aritmiyası olan insanlara idman etdirməkdən çəkinirlər ki, pisləşə bilərlər. Bu yaxınlarda tam da bu sualla bağlı Norveçdən bir çalışma yayımlandı. Bu çalışmada səyirici aritmiyası olan təxminən 300 pasiyent iştirak edib. Onlar iki qrupa bölünüblər. Bir qrup bir il ərzində müəyyən edilmiş proqram üzrə fiziki məşqlər edib, digər qrup isə nəzarət qrupu olub və xüsusi idman proqramına cəlb edilməyib”, – deyə kardioloq qeyd edib.
Onun sözlərinə görə, bir il sonra aparılan müqayisə zamanı fiziki aktivlik proqramında iştirak edən pasiyentlərdə səyirici aritmiya tutmalarının daha az müşahidə olunduğu və ürək-damar vəziyyətində müəyyən müsbət dəyişikliklərin olduğu görülüb.
“Bir il sonrasında bunları müqayisə ediblər. Müqayisə nəticəsində səyirici aritmiya tutma ehtimalı idman edənlərdə 45 faiz daha az olub. Xəstəxanaya yatış halları da daha aşağı olub və onların ürəkdöyünmə tezliyi azalıb”, – deyə Ü.Rəhimov bildirib.
Kardioloq vurğulayıb ki, burada əsas məsələ sadəcə idman etmək deyil, fiziki yükün düzgün seçilməsidir. Aritmiyası olan hər bir insan üçün eyni məşq proqramının uyğun olduğunu düşünmək düzgün deyil. Fiziki aktivliyin növü, intensivliyi və müddəti pasiyentin ümumi sağlamlıq vəziyyətinə, ürəyin funksional imkanlarına, aritmiyanın xüsusiyyətlərinə və yanaşı xəstəliklərə uyğun müəyyənləşdirilməlidir.
Mütəxəssisin sözlərinə görə, səyirici aritmiyası olan şəxslər fiziki aktivliyə aşağı intensivlikdən başlamalı və yükü tədricən artırmalıdırlar. Birdən-birə yüksək intensivlikli məşqlərə keçmək ürəyə əlavə yük yarada bilər.
Həmçinin oxuyun
“Amma burada diqqət ediləcək əsas məsələ hansı idmanların seçilməsidir. Həftədə beş saatdan çox idman tövsiyə edilmir. Yüksək intensivlikli, zalda ağır çəkilərlə edilən məşqlərin də həftədə 60-90 dəqiqədən artıq olması tövsiyə edilmir”, – deyə həkim bildirib.
Üzeyir Rəhimov yarış xarakterli idman növlərinə də xüsusi diqqət çəkib. Onun sözlərinə görə, səyirici aritmiyası olan şəxslərin yüksək fiziki və emosional gərginlik tələb edən yarışmalı idman növlərinə başlaması məqsədəuyğun deyil. Belə məşqlər zamanı ürək döyüntüsünün kəskin sürətlənməsi və orqanizmin stressə məruz qalması aritmiya baxımından əlavə risk yarada bilər.
“Yarışmalı idmanlar olmaz və idman aşağı sürətdən başlayıb tədricən artırılmalıdır”, – deyə kardioloq vurğulayıb.
Mütəxəssis qeyd edib ki, səyirici aritmiyası olan şəxslər fiziki aktivliyi tamamilə dayandırmaq əvəzinə, ilk növbədə həkim müayinəsindən keçməli və öz vəziyyətlərinə uyğun məşq proqramı müəyyənləşdirməlidirlər. Xüsusilə uzun müddət fiziki aktivlik etməyən, yanaşı ürək-damar xəstəlikləri olan və ya tez-tez aritmiya tutmaları yaşayan şəxslərin özbaşına intensiv məşqlərə başlaması düzgün yanaşma hesab edilmir.
Ümumilikdə isə müntəzəm və düzgün planlaşdırılmış fiziki aktivlik sağlam həyat tərzinin mühüm hissəsidir. Aritmiyası olan şəxslərdə də əsas məqsəd hərəkətsiz qalmaq deyil, ürəyin vəziyyətinə uyğun təhlükəsiz fiziki yük seçməkdir. Bunun üçün məşqlərin intensivliyi və müddəti fərdi şəkildə müəyyənləşdirilməli, fiziki aktivlik zamanı yaranan qeyri-adi ürəkdöyünmə, sinə ağrısı, başgicəllənmə, güclü nəfəs darlığı və ya halsızlıq kimi əlamətlərə laqeyd yanaşılmamalıdır.
Həkimlər bildirirlər ki, səyirici aritmiya diaqnozu fiziki aktivliyin avtomatik olaraq qadağan edilməsi demək deyil. Lakin idmana başlamazdan əvvəl pasiyentin vəziyyəti qiymətləndirilməli və məşq proqramı həkim nəzarəti ilə müəyyənləşdirilməlidir.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Boyun və qoltuqaltında qaralma nəyin əlamətidir? – Endokrinoloqdan xəbərdarlıq
Bədəndə, xüsusilə boyun, qoltuqaltı və qasıq nahiyələrində dərinin tündləşməsi və qaralması bir çox insan tərəfindən sadəcə kosmetik problem kimi qəbul edilir. Lakin bəzi hallarda dəridə yaranan bu dəyişikliklər orqanizmdə gedən metabolik proseslərlə bağlı ola bilər. Mütəxəssislər bildirirlər ki, boyun nahiyəsində və dəri büküşlərində müşahidə olunan müəyyən tip qaralmalar insulin müqavimətinin əlamətlərindən biri kimi ortaya çıxa bilər.Endokrinoloq Hidayət Məmmədzadə Citypost.az-a açıqlamasında bildirib ki, tibbdə akantoz nigrikans adlandırılan bu vəziyyət xüsusilə boyun, qoltuqaltı, qasıq və digər dəri büküşlərində tündləşmiş, bəzən isə qalınlaşmış dəri sahələri ilə özünü göstərə bilər.Mütəxəssisin sözlərinə görə, akantoz nigrikans cəmiyyətdə geniş yayılmış insulin müqavimətinin xarici əlamətlərindən biri ola bilər....
02 Oktyabr 2026, 08:30
40 yaşdan sonra sümük sağlamlığına diqqət artırılmalıdır – Endokrinoloqdan VACİB XƏBƏRDARLIQ
40 yaş insan həyatında mühüm mərhələlərdən biridir. Bu dövrdə orqanizmdə yaşla əlaqədar bir sıra dəyişikliklər baş verir və xüsusilə qadınlarda menopauzaya keçid dövrünün ilk əlamətləri özünü göstərə bilər. Məhz buna görə 40 yaşdan sonra sağlamlığın qorunması, düzgün qidalanma və fiziki aktivlik daha ciddi şəkildə diqqətdə saxlanılmalıdır.Endokrinoloq Hidayət Məmmədov Citypost.az-a açıqlamasında bildirib ki, bu yaş dövründə xüsusilə qadınlarda sümük sağlamlığına diqqət artırılmalıdır. Onun sözlərinə görə, perimenopauza dövrünə yaxınlaşdıqca orqanizmdə baş verən hormonal dəyişikliklər sümük sıxlığına da təsir göstərə bilər.Həkim qeyd edib ki, osteoporoz yaş artdıqca inkişaf edə bilən və uzun müddət heç bir ciddi əlamət verməyən xəstəliklərdən biridir. Bu səbəbdən insan...
01 Oktyabr 2026, 10:30
CRP yüksək çıxıbsa, bu, mütləq infeksiya demək deyil – Həkimdən AÇIQLAMA
Laborator analizlər zamanı bəzi göstəricilərin normadan yüksək çıxması insanlarda ciddi narahatlıq yarada bilər. Xüsusilə C-reaktiv zülalın (CRP) yüksək olması bir çox şəxsdə avtomatik olaraq orqanizmdə infeksiyanın olduğu düşüncəsini formalaşdırır. Bəzi hallarda isə insanlar yalnız analiz nəticəsinə əsaslanaraq özbaşına antibiotik qəbul etməyə başlayırlar. Mütəxəssislər bildirirlər ki, bu yanaşma düzgün deyil. CRP-nin yüksəlməsi müxtəlif səbəblərlə əlaqəli ola bilər və yalnız bu göstəriciyə əsasən konkret xəstəlik və ya bakterial infeksiya diaqnozu qoymaq mümkün deyil.Doktor Elvin Abdullayev Citypost.az-a açıqlamasında CRP göstəricisinin nə ifadə etdiyini və yüksək nəticə aşkarlandıqda nələrə diqqət edilməli olduğunu izah edib.Həkimin sözlərinə görə, CRP – C-reaktiv protein və ya C-reaktiv zülal...
01 Oktyabr 2026, 09:30
“Hemoglobin normaldırsa, qan azlığım yoxdur” demək olmaz – Həkimdən vacib xəbərdarlıq
Qan azlığı, xüsusilə də dəmir çatışmazlığı ilə bağlı problemlər geniş yayılmış sağlamlıq məsələlərindən biridir. Lakin bir çox insan qan analizinin nəticələrində hemoglobin göstəricisinin normal olduğunu gördükdə orqanizmdə dəmir çatışmazlığının olmadığını düşünür. Halbuki mütəxəssislərin fikrincə, yalnız hemoglobin göstəricisinə əsaslanaraq dəmir çatışmazlığını istisna etmək düzgün deyil.Doktor Mehdi Babaşov Citypost.az-a açıqlamasında bildirib ki, orqanizmdə dəmir ehtiyatlarının azalması ilə hemoglobinin aşağı düşməsi eyni vaxtda baş verməyə bilər. Bu səbəbdən insanın hemoglobini normal olduğu halda belə, dəmir deposunun tükənməsi prosesi artıq başlamış ola bilər.Həkimin sözlərinə görə, dəmir çatışmazlığı müəyyən mərhələlərlə inkişaf edir. İlk mərhələdə qanda dövr edən dəmirin miqdarı azalmağa başlayır. Daha sonra orqanizmdə dəmirin...
01 Oktyabr 2026, 08:30
Yeni doğulan körpənin üzündə ağ nöqtələr və səpkilər niyə yaranır? – Pediatrdən AÇIQLAMA
Yeni doğulan körpələrin üzündə və bədəninin müxtəlif nahiyələrində xırda səpkilərin, qırmızı nöqtələrin və ya ağ rəngli kiçik qabarcıqların yaranması valideynləri çox vaxt narahat edir. Xüsusilə ilk dəfə valideyn olanlar körpənin dərisində hər hansı dəyişiklik gördükdə bunu xəstəlik əlaməti kimi qəbul edə bilərlər. Halbuki yeni doğulmuşlarda bəzi dəri səpkiləri kifayət qədər yayğındır və xüsusi müalicə tələb etmədən öz-özünə keçə bilir.Pediatr Nihad Abdullayev Citypost.az-a açıqlamasında bildirib ki, yeni doğulan körpənin üzündə yaranan bəzi səpkilər fizioloji xüsusiyyət daşıya bilər və valideynlərin ilk növbədə panikaya düşməməsi vacibdir. Onun sözlərinə görə, xüsusilə toksik eritema kimi tanınan səpkilər yenidoğulmuş dövründə tez-tez müşahidə olunur və əksər hallarda...
30 Sentyabr 2026, 11:18
Hamiləlikdə bunları etməyin – Ginekoloqdan GƏLƏCƏK ANALARA XƏBƏRDARLIQ
nGinekoloq Firuzə Hüseynova Citypost.az-a açıqlamasında bildirib ki, hamiləlik zamanı ən çox yol verilən səhvlərdən biri həkim məsləhəti olmadan müxtəlif preparatlardan istifadə etməkdir. Qadın hamilə qalmamışdan əvvəl qəbul etdiyi dərmanı hamiləlik dövründə də özbaşına davam etdirməməli, eyni zamanda “vitamindir, zərəri olmaz” düşüncəsi ilə müxtəlif əlavələr qəbul etməməlidir. Çünki dərmanların və bəzi əlavələrin tərkibində olan maddələr hamiləliyin müxtəlif mərhələlərində fərqli təsir göstərə bilər. Tibbi mənbələr də hamiləlik zamanı reseptlə və ya reseptsiz alınan dərmanlardan istifadə etməzdən əvvəl həkim, mama və ya əczaçı ilə məsləhətləşməyi tövsiyə edir.“Bəzən qadınlar ağrıkəsiciləri, vitaminləri və ya müxtəlif qida əlavələrini adi vasitə kimi qəbul edirlər. Amma hamiləlik dövründə...
30 Sentyabr 2026, 10:18