Boyun və qoltuqaltında qaralma nəyin əlamətidir? – Endokrinoloqdan xəbərdarlıq
Tibb 02 Oktyabr 2026, 08:30
506
Bədəndə, xüsusilə boyun, qoltuqaltı və qasıq nahiyələrində dərinin tündləşməsi və qaralması bir çox insan tərəfindən sadəcə kosmetik problem kimi qəbul edilir. Lakin bəzi hallarda dəridə yaranan bu dəyişikliklər orqanizmdə gedən metabolik proseslərlə bağlı ola bilər. Mütəxəssislər bildirirlər ki, boyun nahiyəsində və dəri büküşlərində müşahidə olunan müəyyən tip qaralmalar insulin müqavimətinin əlamətlərindən biri kimi ortaya çıxa bilər.
Endokrinoloq Hidayət Məmmədzadə Citypost.az-a açıqlamasında bildirib ki, tibbdə akantoz nigrikans adlandırılan bu vəziyyət xüsusilə boyun, qoltuqaltı, qasıq və digər dəri büküşlərində tündləşmiş, bəzən isə qalınlaşmış dəri sahələri ilə özünü göstərə bilər.
Mütəxəssisin sözlərinə görə, akantoz nigrikans cəmiyyətdə geniş yayılmış insulin müqavimətinin xarici əlamətlərindən biri ola bilər. İnsanların bir qismi bu dəyişiklikləri yalnız estetik problem hesab etdiyi üçün ilk olaraq dermatoloqa müraciət edir. Lakin belə hallarda problemin yalnız dəri səviyyəsində qiymətləndirilməsi kifayət etməyə bilər.
“Boyun nahiyəsində və dəri büküşlərində olan qaralmalara tibbdə akantoz nigrikans deyirik. Bu, əhali arasında daha çox insulin müqavimətinin, insulin səviyyəsinin yüksəkliyinin gizli əlamətlərindən biri kimi qarşımıza çıxır. Akantoz nigrikans bəzən kosmetik defektlərə səbəb olaraq insanların həkimə müraciət etməsinə gətirib çıxarır. Boyun nahiyəsində, qoltuqaltında, qasıqda və digər dəri büküşlərində tünd rəngli qaralmalar insanları narahat edə bilər”, – deyə Hidayət Məmmədzadə bildirib.
Endokrinoloq qeyd edib ki, belə dəyişikliklərin müalicəsində əsas diqqət yalnız dəridəki qaralmanın aradan qaldırılmasına deyil, problemin yaranmasına səbəb olan metabolik faktorların müəyyənləşdirilməsinə yönəldilməlidir. Çünki insulin müqaviməti və maddələr mübadiləsindəki pozuntular davam etdiyi müddətdə dəri əlamətləri də uzun müddət qala bilər.
Onun sözlərinə görə, akantoz nigrikans müşahidə olunan şəxslərdə insulin müqavimətinin, qan şəkərinin və digər metabolik göstəricilərin qiymətləndirilməsi məqsədəuyğun ola bilər. Həkim müayinəsindən sonra pasiyentin vəziyyətinə uyğun olaraq əlavə laborator müayinələrə ehtiyac müəyyənləşdirilə bilər.
“Daha çox bunun müalicəsi daxildən başlanmalıdır. Yəni bu xəstələrin müalicəsi yalnız dəri həkimləri tərəfindən aparılmamalıdır. Endokrinoloq və metabolizma üzrə mütəxəssisin yanaşması vacibdir. Metabolik vəziyyət düzəldikcə bu ləkələr də tədricən solub yox ola bilər”, – deyə mütəxəssis vurğulayıb.
Həmçinin oxuyun
Həkim bildirib ki, dəridə belə dəyişikliklərin olması hər zaman şəkərli diabetin mövcudluğu anlamına gəlmir. Lakin akantoz nigrikans bəzi insanlarda insulin müqavimətinin və gələcəkdə metabolik problemlərin xəbərçisi ola bilər. Buna görə də xüsusilə qaralmalar yeni yaranıbsa, getdikcə artırsa və ya dəri qalınlaşması ilə müşayiət olunursa, səbəbin araşdırılması vacibdir.
Mütəxəssis əlavə edib ki, insulin müqaviməti uzun müddət heç bir ciddi şikayət yaratmadan davam edə bilər. Bu səbəbdən bədəndə yaranan xarici dəyişikliklərə diqqət yetirmək və onları yalnız kosmetik problem kimi qiymətləndirməmək lazımdır.
“Bədəninizdə bu cür ləkələr görürsünüzsə, xüsusilə boyun, qoltuqaltı və qasıq nahiyələrində tündləşmə müşahidə edirsinizsə, endokrinoloqa və ya metabolizma üzrə mütəxəssisə müraciət etməyinizi tövsiyə edirik. Əsas məqsəd yalnız ləkəni aradan qaldırmaq deyil, onun arxasında dayanan səbəbi müəyyənləşdirməkdir”, – deyə Hidayət Məmmədzadə qeyd edib.
Həkimin sözlərinə görə, sağlam qidalanma, fiziki aktivlik, artıq çəkinin azaldılması və metabolik göstəricilərin nəzarətdə saxlanılması insulin müqavimətinin idarə olunmasında mühüm rol oynaya bilər. Bununla belə, konkret müalicə və həyat tərzi dəyişiklikləri hər bir şəxsin sağlamlıq vəziyyətinə uyğun olaraq həkim tərəfindən müəyyənləşdirilməlidir.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
40 yaşdan sonra sümük sağlamlığına diqqət artırılmalıdır – Endokrinoloqdan VACİB XƏBƏRDARLIQ
40 yaş insan həyatında mühüm mərhələlərdən biridir. Bu dövrdə orqanizmdə yaşla əlaqədar bir sıra dəyişikliklər baş verir və xüsusilə qadınlarda menopauzaya keçid dövrünün ilk əlamətləri özünü göstərə bilər. Məhz buna görə 40 yaşdan sonra sağlamlığın qorunması, düzgün qidalanma və fiziki aktivlik daha ciddi şəkildə diqqətdə saxlanılmalıdır.Endokrinoloq Hidayət Məmmədov Citypost.az-a açıqlamasında bildirib ki, bu yaş dövründə xüsusilə qadınlarda sümük sağlamlığına diqqət artırılmalıdır. Onun sözlərinə görə, perimenopauza dövrünə yaxınlaşdıqca orqanizmdə baş verən hormonal dəyişikliklər sümük sıxlığına da təsir göstərə bilər.Həkim qeyd edib ki, osteoporoz yaş artdıqca inkişaf edə bilən və uzun müddət heç bir ciddi əlamət verməyən xəstəliklərdən biridir. Bu səbəbdən insan...
01 Oktyabr 2026, 10:30
CRP yüksək çıxıbsa, bu, mütləq infeksiya demək deyil – Həkimdən AÇIQLAMA
Laborator analizlər zamanı bəzi göstəricilərin normadan yüksək çıxması insanlarda ciddi narahatlıq yarada bilər. Xüsusilə C-reaktiv zülalın (CRP) yüksək olması bir çox şəxsdə avtomatik olaraq orqanizmdə infeksiyanın olduğu düşüncəsini formalaşdırır. Bəzi hallarda isə insanlar yalnız analiz nəticəsinə əsaslanaraq özbaşına antibiotik qəbul etməyə başlayırlar. Mütəxəssislər bildirirlər ki, bu yanaşma düzgün deyil. CRP-nin yüksəlməsi müxtəlif səbəblərlə əlaqəli ola bilər və yalnız bu göstəriciyə əsasən konkret xəstəlik və ya bakterial infeksiya diaqnozu qoymaq mümkün deyil.Doktor Elvin Abdullayev Citypost.az-a açıqlamasında CRP göstəricisinin nə ifadə etdiyini və yüksək nəticə aşkarlandıqda nələrə diqqət edilməli olduğunu izah edib.Həkimin sözlərinə görə, CRP – C-reaktiv protein və ya C-reaktiv zülal...
01 Oktyabr 2026, 09:30
“Hemoglobin normaldırsa, qan azlığım yoxdur” demək olmaz – Həkimdən vacib xəbərdarlıq
Qan azlığı, xüsusilə də dəmir çatışmazlığı ilə bağlı problemlər geniş yayılmış sağlamlıq məsələlərindən biridir. Lakin bir çox insan qan analizinin nəticələrində hemoglobin göstəricisinin normal olduğunu gördükdə orqanizmdə dəmir çatışmazlığının olmadığını düşünür. Halbuki mütəxəssislərin fikrincə, yalnız hemoglobin göstəricisinə əsaslanaraq dəmir çatışmazlığını istisna etmək düzgün deyil.Doktor Mehdi Babaşov Citypost.az-a açıqlamasında bildirib ki, orqanizmdə dəmir ehtiyatlarının azalması ilə hemoglobinin aşağı düşməsi eyni vaxtda baş verməyə bilər. Bu səbəbdən insanın hemoglobini normal olduğu halda belə, dəmir deposunun tükənməsi prosesi artıq başlamış ola bilər.Həkimin sözlərinə görə, dəmir çatışmazlığı müəyyən mərhələlərlə inkişaf edir. İlk mərhələdə qanda dövr edən dəmirin miqdarı azalmağa başlayır. Daha sonra orqanizmdə dəmirin...
01 Oktyabr 2026, 08:30
Yeni doğulan körpənin üzündə ağ nöqtələr və səpkilər niyə yaranır? – Pediatrdən AÇIQLAMA
Yeni doğulan körpələrin üzündə və bədəninin müxtəlif nahiyələrində xırda səpkilərin, qırmızı nöqtələrin və ya ağ rəngli kiçik qabarcıqların yaranması valideynləri çox vaxt narahat edir. Xüsusilə ilk dəfə valideyn olanlar körpənin dərisində hər hansı dəyişiklik gördükdə bunu xəstəlik əlaməti kimi qəbul edə bilərlər. Halbuki yeni doğulmuşlarda bəzi dəri səpkiləri kifayət qədər yayğındır və xüsusi müalicə tələb etmədən öz-özünə keçə bilir.Pediatr Nihad Abdullayev Citypost.az-a açıqlamasında bildirib ki, yeni doğulan körpənin üzündə yaranan bəzi səpkilər fizioloji xüsusiyyət daşıya bilər və valideynlərin ilk növbədə panikaya düşməməsi vacibdir. Onun sözlərinə görə, xüsusilə toksik eritema kimi tanınan səpkilər yenidoğulmuş dövründə tez-tez müşahidə olunur və əksər hallarda...
30 Sentyabr 2026, 11:18
Hamiləlikdə bunları etməyin – Ginekoloqdan GƏLƏCƏK ANALARA XƏBƏRDARLIQ
nGinekoloq Firuzə Hüseynova Citypost.az-a açıqlamasında bildirib ki, hamiləlik zamanı ən çox yol verilən səhvlərdən biri həkim məsləhəti olmadan müxtəlif preparatlardan istifadə etməkdir. Qadın hamilə qalmamışdan əvvəl qəbul etdiyi dərmanı hamiləlik dövründə də özbaşına davam etdirməməli, eyni zamanda “vitamindir, zərəri olmaz” düşüncəsi ilə müxtəlif əlavələr qəbul etməməlidir. Çünki dərmanların və bəzi əlavələrin tərkibində olan maddələr hamiləliyin müxtəlif mərhələlərində fərqli təsir göstərə bilər. Tibbi mənbələr də hamiləlik zamanı reseptlə və ya reseptsiz alınan dərmanlardan istifadə etməzdən əvvəl həkim, mama və ya əczaçı ilə məsləhətləşməyi tövsiyə edir.“Bəzən qadınlar ağrıkəsiciləri, vitaminləri və ya müxtəlif qida əlavələrini adi vasitə kimi qəbul edirlər. Amma hamiləlik dövründə...
30 Sentyabr 2026, 10:18
Sonsuzluqda kişi faktoru nə qədər rol oynayır? – Ginekoloqdan AÇIQLAMA
Sonsuzluq problemi ilə qarşılaşan cütlüklər arasında uzun illər formalaşmış yanlış təsəvvürlərdən biri də problemin əsas səbəbini yalnız qadınla əlaqələndirməkdir. Hamiləliyin baş verməməsi halında çox vaxt ilk olaraq qadın müayinələrə göndərilir, müxtəlif analizlər və müalicələr aparılır, kişi faktoru isə ikinci plana keçirilir. Halbuki sonsuzluq yalnız qadın sağlamlığı ilə bağlı məsələ deyil. Müasir tibbi yanaşmada həm qadının, həm də kişinin reproduktiv sağlamlığının paralel şəkildə qiymətləndirilməsi vacib hesab olunur.Məsələ ilə bağlı ginekoloq Mehriban Musayeva Citypost.az-a açıqlamasında bildirib ki, sonsuzluq problemlərinə baxdıqda kişi faktorunun da əhəmiyyətli yer tutduğu artıq daha çox qəbul edilir və bu istiqamətdə insanların maariflənməsi əvvəlki illərlə müqayisədə artıb.“Ümumiyyətlə, sonsuzluq problemlərinə...
29 Sentyabr 2026, 11:20