“Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
Cəmiyyət 01 Oktyabr 2026, 17:53
389
Azərbaycan, Özbəkistan və Türkiyə respublikalarının hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində təşkil olunan tədbirdə iştirakçı və müşahidəçi ölkələrin müdafiə nazirləri, ordularının baş qərargah rəisləri, eləcə də digər yüksək vəzifəli qonaqlar iştirak ediblər.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov tədbir iştirakçılarını salamlayaraq təlimin gedişatı, tapşırıqları və yerinə yetirilmə ardıcıllığı barədə məlumat verib.
Tədbirdə çıxış edən Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler və Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Şuxrat Xalmuxamedov bu cür təlimlərin ölkələrimiz arasında dostluq və qardaşlığın artırılması, vahid güc formalaşdırılması baxımından əhəmiyyətini qeyd edib, hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıblar.
Təlimin planına uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif döyüş ssenariləri üzrə praktiki tapşırıqları, habelə müxtəlif taktiki epizodları icra ediblər.
Təlim sahəsində şəxsi heyətin zirehli nəqliyyat vasitələri ilə əməliyyat sahəsinə daşınması, yaşayış məntəqələrində döyüş, mina sahələrindən keçidlərin açılması, şərti terrorçuların mövqelərinə basqın və obyektlərin şərti düşməndən təmizlənərək ələ keçirilməsi, tankəleyhinə vasitələrlə zirehli texnikalarının məhv edilməsi fəaliyyətləri yerinə yetirilib.
Tapşırıqlar döyüş helikopterlərinin, zirehli texnikaların və artilleriya vasitələrinin atəş dəstəyi ilə qarşılıqlı fəaliyyət və uzlaşma şərtlərində icra olunub.
Bununla yanaşı, gəmiyə havadan PUA hücumunun qarşısının alınması, terrorçular tərəfindən ələ keçirilmiş dəniz özülünün, gəminin və girovların azad edilməsi, eləcə də adaya dəniz desantı çıxarmaqla terrorçuların bazasının məhv edilməsi üzrə fəaliyyətlər təqdim olunub.
Eyni zamanda, təlimin Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" və Bakı şəhərindəki "Qaraheybət" təlim mərkəzlərində, eləcə də Xəzər dənizinin ölkəmizə aid akvatoriyasına aid "Böyük Zirə" təlim sahəsində icra edilən tapşırıqlar onlayn rejimdə izlənilib.
21 sentyabr - 01 oktyabr tarixlərində keçirilən təlimin məqsədi iştirakçı ökələrin orduları arasında əməkdaşlığın genişləndirilməsi, şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və dostluq əlaqələrinin gücləndirilməsidir.
Müşahidəçilər tərəfindən təlimdə iştirak edən şəxsi heyətin peşəkarlıq səviyyəsi müsbət qiymətləndirib.
Sonda iştirakçılara hədiyyələr təqdim olunub, təlimdə fərqlənən bir qrup hərbi qulluqçular medallarla təltif edilib.
Qeyd edək ki, "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə yerli və xarici media nümayəndələri də iştirak ediblər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“44” bədii filmi bu tarixdən kinoteatrlarda!
Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov “44” bədii filminin “Vətənə sevgi” adlı 8/12 tizerini təqdim edib.Modern.az xəbər verir ki, A. Ələkbərov həmin videonu instaqram hesabında paylaşıb.“Oktyabrın 15-dən ölkənin bütün kinoteatrlarında!”, - paylaşımda qeyd olunub.
01 Oktyabr 2026, 18:20
Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verilir
Azərbaycan Dəmir Yolları (ADY) beynəlxalq istiqamətdə artan sərnişin tələbatının qarşılanması və səyahət imkanlarının genişləndirilməsi məqsədilə Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reyslər təyin edir.Citypost.az-a ADY-dən verilən məlumata görə, 1 noyabr 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək.Reyslərin artırılması nəticəsində sərnişin yerlərinin sayı 386-dan 564-ə çatdırılacaq. Bu isə 50 faizə yaxın artım deməkdir.Yeni reyslərin istifadəyə verilməsi sayəsində sərnişinlər üçün daha aşağı büdcəli səyahət imkanları təqdim ediləcək. Belə ki, əlavə reyslərdə standart sinif (əvvəlki plaskart vaqonlar) üzrə biletlərin qiyməti 36 AZN-dən başlayır. Yeni aşağı büdcəli səyahət seçimi ilə sərnişinlər 30 faiz daha ucuz qiymətə səyahət edə biləcəklər. Marşrut üzrə...
01 Oktyabr 2026, 18:15
Sentyabrda 757 piyada əleyhinə mina aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə sentyabr üzrə aylıq məlumat açıqlanıb.Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Citypost.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən ay 757 piyada əleyhinə mina, 151 tank əleyhinə mina, 4525 digər partlayıcı sursat aşkarlanıb.Bildirilib ki, 6667 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
01 Oktyabr 2026, 18:05
Əhməd İsmayılov RTÜK sədri ilə görüşdü
Türkiyənin Radio və Televiziya Qurumunun (RTÜK) sədri Mehmet Daniş Azərbaycan Media və Yayım Şurasının sədri Əhməd İsmayılovla görüşüb.Modern.az xəbər verir ki, görüş Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu çərçivəsində baş tutub.Tərəflər Türkiyə ilə Azərbaycan arasında media və yayımçılıq sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və qurumlararası əlaqələndirmənin gücləndirilməsini müzakirə ediblər.Görüşdə həmçinin dezinformasiya ilə mübarizə, rəqəmsal transformasiya, lisenziyalaşdırma, rəqəmsal media xidmətləri, media savadlılığı və uşaqların qorunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.Mehmet Daniş Əhməd İsmayılov və rəhbərlik etdiyi nümayəndə heyətini Türkiyəyə dəvət edib. Tərəflər qarşılıqlı səfərlərin...
01 Oktyabr 2026, 17:40
“Azneft” küləkli hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib
Gözlənilən qeyri-sabit və küləkli hava şəraiti ilə əlaqədar SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.“Azneft”dən Citypost.az-a verilən məlumata görə, təhlükəli işlərin icrası məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması məqsədilə qabaqlayıcı tədbirlər görülüb. Bütün tədbirlər əvvəlcədən müəyyən edilmiş təhlükəsizlik prosedurlarına uyğun həyata keçirilir.Bütün sahələrdə müvafiq maarifləndirmə aparılır və mövcud vəziyyət nəzarətdə saxlanılır.
01 Oktyabr 2026, 17:21
Fırtına sükutdan sonra baş verir...
Bəzi adamlar insanlar arasındakı müqayisəni israrla qüsurlu hesab edirlər. Fəqət, bəşəriyyət hələ ki, oxşar və fərqli cəhətləri, yaxud birinin o birisindən üstünlüyünü müəyyənləşdirmək üçün, müqayisədən dəqiq qarşılaşdırma, tutuşdurma tapa bilməyib. Bu dəfə sizə bütün müqayisələrdən alnıaçıq, üzüağ çıxan bir insan haqqında danışmaq istəyirəm.Şair, yazıçı, jurnalist, "Kredo" qəzetinin baş redaktoru- Əli Rza Xələflidən. Amma gəlin əvvəlcə onun ömür yoluna səyahət edək. O, 1953-cü ilin dekabr ayının 7-si Cəbrayıl rayonunun Xələfli kəndində dünyaya gəlsə də, doğum şəhadətnaməsində bu tarix oktyabrın 1-i kimi göstərilib. 1975-ci ildə indiki Pedaqoji Universitetin filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirib. Əvvəlcə doğulduğu rayonun Şahvəli, Tatar və Aşağı Xələfli...
01 Oktyabr 2026, 16:52