Rəsmi Bakı Paşinyana cavab verib
Siyasət 11 Fevral 2025, 11:43
4071
Ermənistan baş nazirinin 10 fevral 2025-ci il tarixində “Armenpress”də dərc olunmuş məqaləsində Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşdığı və Qərbi Azərbaycan İcmasının məqsədləri ilə bağlı iddiaları, eləcə də bir çox digər əsassız fikirləri reallığı təhrif etmək və dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır.
Citypost.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyanın “Armenpress”də yayımlanmış məqaləsindəki iddialarına cavab olaraq deyib.
"Maraqlıdır ki, hərbi potensiala sahib olmaq hüququnu müdafiə edən baş nazir 30 illik hərbi işğaldan əlavə, Üçtərəfli Bəyanata əsasən üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, 44 günlük müharibə bitdikdən sonra üç il ərzində Azərbaycan ərazisində ağır silahlarla təchiz edilmiş on mindən çox hazırlıqlı silahlı birləşməni saxlayan ölkəni təmsil edir.
44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanın hərbi xərcləri təqribən üç dəfə artaraq 2021-ci ildə təxminən 600 milyon dollardan 2024-cü ildə 1,6 milyard dollara çatıb. Üstəlik, bu yaxınlarda imzalanmış hərbi müqavilələrə əsasən, Ermənistan əsasən Azərbaycanın ərazilərinə uzaq məsafəli zərbələr endirə biləcək hücum silahları əldə etməkdədir.
Ermənistan Konstitusiyasında və hüquqi aktlarında davam edən ərazi iddialarını, həmçinin revanşizmin artması faktını nəzərə alaraq, Ermənistanın hərbi potensialının artırılmasının əsaslandırılması qeyri-səmimidir və Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir.
Bundan əlavə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Qaçqınların Statusu haqqında Konvensiya və digər mühüm beynəlxalq aktlarda təsbit edilmiş qayıdış hüququna əsaslanaraq əsas məqsədləri qovulduqları torpaqlara təhlükəsiz və ləyaqətlə qayıdış olan Qərbi Azərbaycan İcmasının fəaliyyəti və məqsədləri haqqında Ermənistanın iddiaları tamamilə əsassızdır. Ermənistan baş nazirinin müxtəlif bəhanələrlə, o cümlədən İcmanın bəyan edilmiş məqsədlərinin yanlış təfsir edilməsi ilə bu hüququ danması, bir daha bu ölkənin siyasətinin bir vaxtlar azərbaycanlıların ölkə əhalisinin əsas hissəsini təşkil etdiyi Ermənistanda hazırda azərbaycanlıların olmamasına gətirib çıxaran qəddarlığının səviyyəsini nümayiş etdirir.
Həmçinin oxuyun
Təəssüf ki, Ermənistan baş nazirinin 2022-ci il Praqa görüşünə, 1991-ci il Almatı Bəyannaməsinə, sülh sazişi layihəsinin Ermənistanın həqiqətən Azərbaycana qarşı heç bir iddiasının olmadığını və olmayacağını təsbit etmək üçün nəzərdə tutulan bəndlərinə istinadlar məhz cənab Paşinyan tərəfindən bir neçə ay sonra, 2023-cü ilin sentyabrında Azərbaycan ərazilərindəki qondarma rejimin “müstəqilliyi” ilə bağlı təbrik mesajı göndərilən zaman, habelə Ermənistanın Konstitusiyasında yer alan ərazi iddialarına və Almatı Bəyannaməsinə qoşulan zaman edilmiş qeyd-şərtlərə göz yumması nəticəsində heçə endirilib.
Hətta bu gün də müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesini alqışlamaq əvəzinə, bu məhkəməni “səhnələşdirilmiş” adlandıran Ermənistan onilliklər ərzində səbəb olduğu yaraları sağaltmaqda və bu prosesin üzə çıxara biləcəyi həqiqətlə üzləşməkdə maraqlı deyil.
Üstəlik, Ermənistan öhdəliklərinin yerinə yetirilməsi, o cümlədən Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması sahəsində əməli addımlar atmaq əvəzinə, diqqəti bu prosesdən yayındırır. Bu istiqamətdə, praktiki addımlarla irəliləmək əvəzinə, Ermənistanın mahiyyətcə əhəmiyyəti olmayan təkliflər irəli sürməsi anlaşılmazlıqlara gətirib çıxarır və reallıqları təhrif edir.
Baş nazirin canfəşanlıqla irəli sürdüyü silahlara nəzarət mexanizmlərinin yaradılmasına gəldikdə isə, 30 ildən artıq müddətdə Ermənistanın özünün iştirak etdiyi silahlara nəzarət mexanizmlərini kobud şəkildə pozduğu və deqradasiya etdiyi, hərbi texnika və silahlarının böyük hissəsini beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlətdiyi, onları bizim ərazilərimizdə qanunsuz yerləşdirdiyi yaxşı məlumdur. Beynəlxalq müqavilələrə bu cür yanaşma Ermənistanın mövqeyinin qeyri-səmimiliyi barədə nəticə çıxarmağa imkan verir.
Biz qətiyyətlə Ermənistanı sülhə nail olmaq perspektivlərini sarsıdan bəyanat və hərəkətlərdən imtina etməyə çağırırıq", - XİN rəsmisi vurğulayıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Parlamentin Komissiyası Naxçıvanla bağlı bəyanat qəbul etdi
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı Komissiyası Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikası ərazisindən olunan PUA hücumlarına dair Bəyanat qəbul edib. Citypost.az məlumatına görə, bəyanatda deyilir:“2026-cı il martın 5-də Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən partlayan döyüş başlığı ilə təchiz edilmiş pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar həyata keçirilib.PUA-lardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasını zədələyib, digəri isə Babək rayonunun Şəkərabad kəndində orta məktəb binasının yaxınlığına düşüb. Hücumlar zamanı dörd nəfər mülki şəxsin xəsarət aldığı müəyyən edilib.Muxtar Respublikanın yeganə beynəlxalq hava qapısı olan Hava Limanının və mülki infrastrukturun hədəfə alınmasını beynəlxalq hüququn norma və prinsiplərinin...
06 Mart 2026, 18:25
Tamilla Qulami: İranın təxribatı Azərbaycan-Türkiyə əlaqələrinə təzyiqdir
Ümid Partiyası sədrinin müavini, siyasətçi Tamilla Qulami Citypost.az-a açıqlamasında bildirib ki, İranda hakimiyyətdə yaranan boşluq və idarəetmə sistemindəki problemləri əsasən Sepah qüvvələri öz nəzarətinə götürüb. O qeyd edib ki, Sepah qüvvələri 1979-cu ildən bəri İranın “İslam İnqilabı Keşikçiləri” adı altında ölkəni xarici düşmənlərdən qorumağa çalışırlar, lakin bu zaman daxildə digər millətlərə və qonşu dövlətlərə qarşı düşmən mövqeyi sərgiləyirlər.T. Qulami xatırladıb ki, tarix boyu Azərbaycan da bu siyasətin hədəfi olub və İran, xüsusilə Birinci və İkinci Qarabağ müharibələrində Ermənistana dəstək verib. Onun sözlərinə görə, İran özünü müsəlman dövləti kimi təqdim etsə də, beynəlxalq siyasətdə bəzən müsəlman olmayan dövlətləri müdafiə edib.Siyasətçi əlavə...
06 Mart 2026, 14:19
Aqil Ələsgər: Naxçıvana hücum SEPAH-ın təxribatıdır
Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən dron hücumu ilə bağlı Citypost.az-aaçıqlama verən siyasi şərhçi Aqil Ələsgər bildirib ki, bu hadisə İran daxilində xüsusilə İnqilab Keşikçiləri Korpusu – SEPAH daxilində fəaliyyət göstərən anti-Azərbaycan qüvvələrin növbəti təxribatı kimi qiymətləndirilməlidir.Onun sözlərinə görə, hazırkı vəziyyətdə İranda real hakimiyyət balansı ciddi şəkildə dəyişib və faktiki olaraq SEPAH təkcə hərbi strukturlara deyil, həm də ölkənin siyasi qərarlarına təsir edən əsas gücə çevrilib.Aqil Ələsgər qeyd edib ki, formal olaraq SEPAH ali dini rəhbərə bağlı hesab olunsa da, mövcud vəziyyətdə bu struktur faktiki olaraq İranın daxili və regional siyasətində əsas söz sahibinə çevrilib.Siyasi şərhçinin fikrincə, SEPAH daxilində uzun...
06 Mart 2026, 14:07
Elnarə Akimova: Azərbaycana təzyiq etmək mümkün deyil
Naxçıvana düşən dron təkcə hərbi insident deyil, regionda gedən böyük geosiyasi proseslərin bir epizodu kimi qiymətləndirilməlidir.Bunu Milli Məclisin deputatı Elnarə Akimova Citypost.az-a açıqlamasında deyib. Deputat bildirib ki, Naxçıvan Azərbaycanın sadəcə coğrafi parçası deyil, dövlətin qürurunun, iradəsinin və strateji mövqeyinin simvoludur. Onun sözlərinə görə, tarix boyu müxtəlif təzyiqlərlə üzləşən bu torpaq heç vaxt boyun əyməyib və buna görə də Naxçıvana düşən hər bir mərmi və ya dron Azərbaycanın dövlətçiliyinə yönəlmiş hücum kimi qəbul olunmalıdır.Elnarə Akimova qeyd edib ki, mövcud vəziyyət yalnız hərbi insident kimi dəyərləndirilməməlidir. Onun sözlərinə görə, Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə Azərbaycanın strateji enerji qovşağı və geosiyasi körpü...
06 Mart 2026, 11:58
VI "Yüksəliş" müsabiqəsinin qeydiyyat başladı
Bu gündən VI "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib.Citypost.az xəbər verir ki, bu barədə "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev müsabiqə ilə əlaqəli keçirilən brifinqdə məlumat verib.Onun sözlərinə görə, ötən beş il müddətində müsabiqə iştirakçı sayının artımı ilə yanaşı, həm də keyfiyyət göstəriciləri üzrə əhəmiyyətli irəliləyiş əldə edib, müxtəlif sahələri təmsil edən minlərlə namizəd üçün obyektiv qiymətləndirmə və inkişaf mühiti yaradıb:"Builki müsabiqə üçün qeydiyyat aprelin 16-na kimi davam edəcək. Qeydiyyat "Yüksəliş" müsabiqəsinin rəsmi internet səhifəsi olan "yukselish.az" vasitəsilə həyata keçirilir".Qeyd olunub ki, qeydiyyat mərhələsi bitənədək yaşı 21-dən 51-dək olan, ali təhsilli, ən az 2 il idarəetmə təcrübəsinə malik Azərbaycan...
06 Mart 2026, 11:58
Nadir Azəri: İran unudur ki, qarşısında Azərbaycan dayanır
“Cənub qonşumuz İran uzun illərdir, əslində isə əsrlərdir Azərbaycana qarşı cinayətkar, terrorçu və xain əməllərini davam etdirir. Hələ müstəqilliyimizin ilk illərində baş verən proseslərdə də İranın müəyyən rollar oynadığı məlumdur. Burada söhbət Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının talan olunması prosesində İranın bu və ya digər formada iştirakından gedir. Eyni zamanda 44 günlük Vətən müharibəsi dövründə də İran müxtəlif yollarla Azərbaycan Ordusunun uğurlarına mane olmaq cəhdləri göstərmişdi. Lakin bu cəhdlər nəticəsiz qaldı”.Bunu Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.Onun sözlərinə görə, postmüharibə dövründə isə bütün dünya Azərbaycanın yaratdığı yeni reallıqlara uyğun...
06 Mart 2026, 11:30