O, rəhbər olmaq üçün doğulub... Elman Eldaroğlu yazır...
Söz adamı 14 May 2026, 08:56
2492
"Yardımlı Xeyriyyə Cəmiyyəti"nə rəhbərlik etdiyim vaxtlarda Yardımlı rayon Mərkəzi Xəstəxanasında çox olmuşam. Həmin vaxtlar hər il ramazan bayramında oraya həkim briqadaları apararaq cərrahiyyə əməliyyatlarına, müxtəlif xəstəliklərdən əziyyət çəkən onlarla yerli sakinin təmənasız şəfa tapmasında vasitəçi olmuşam. Onda mərkəzi xəstəxananın baş həkimi, hörmətli eloğlum Rasim Əkbərov, direktoru isə Mir Əbülfəz ağa idi. Haqqında söhbət açmaq istədiyim Ravil Qənbərov ilə isə tanışlığım olmayıb. Buna baxmayaraq, 2025-ci ildə Yardımlı rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilən Ravil bəy haqqında fikirlərimi sizinlə bölüşmək istəyirəm. Axı, mayın 14-ü Ravil Qənbərovun ad günüdür. Gənclərə diqqət göstərmək biz yaşlı nəslin borcudur...
Ravil bəy 1988-ci ilin may ayına düşən şənbə günlərinin birində dünyaya gəlib. Şənbə günü doğulan insanlar isə, astroloji və numeroloji inanclara görə, güclü xarakter xüsusiyyətlərinə sahib olurlar. Bu insanlar çox vaxt həyata qarşı ciddi, məsuliyyətli və qətiyyətli yanaşmaları ilə seçilirlər. Şənbə günü doğulanların əsas xüsusiyyətləri aşağıdakılardır: Qətiyyətli və səbirli olmaq. Yavaş, lakin sabit addımlarla məqsədlərinə doğru irəliləyirlər. Onlar çətinliklər qarşısında asanlıqla təslim olmurlar və sarsılmaz inad nümayiş etdirirlər. Məsuliyyətli adamlardır, gözəl rəhbər olurlar. Ailə və ya iş mühitində çox vaxt liderlik funksiyasını üzərlərinə götürməyi bacarırlar. Bəzi inanclara görə, şənbə günü doğulanlar ağır bir həyat karmasına sahib ola bilərlər, lakin bu yükə dözəcək gücə də sahibdirlər. Özünüinkişafa meyillidirlər. Bu insanların taleyi çox vaxt özünü inkişaf etdirmək və dünyada öz yerini tapmaq ətrafında fırlanır. Elə bu hədəflərinə görə də ciddi, intizamlı və bəzən qapalı xarakter göstərə bilərlər. Onların şüarı çox vaxt- "Mən nəzarət edirəm" və ya "Mən nail oluram" olur...
O ki qaldı, Ravil bəyin bu gün tamam olan 38 yaşına. 38 rəqəmi mələklərin numerologiya sistemində özünəinam, yaradıcılıq, özünüifadə, nikbinlik, sevinc və maddi bolluq rəmzi kimi qəbul olunur. Bu rəqəm həmçinin ətraf mühitdə harmoniya yaratmaq, sevgi və sülh mesajı çatdırmaq gücünə malikdir. Yəni 38 rəqəmindəki 3 (özünəinam, yaradıcılıq) və 8 rəqəmi isə (avtoritet, daxili güc, maddi uğur) rəqəmlərinin vibrasiyalarını özündə birləşdirir. Bu yaş insanlara cəsarət, həyata müsbət baxış və yaradıcılıq potensialını reallaşdırmaqda dəstək olur. Həm maddi uğur qazanmaq, həm də daxili sülhü tapmaq üçün bir işarə sayılır. Ümumiyyətlə, numeroloji inancda 38 yaş, arzu olunan nəticələri insanın öz həyatında reallaşdıra biləcəyini xatırladan bir mesaj kimi şərh olunur...
Nə isə, eloğlumu 38 yaşı münasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, həkimlərə heç vaxt işinin düşməməsini arzulayıram...
Hörmətlə, Elman Eldaroğlu
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Səməd Vurğun yaradıcılığı milli ədəbi fikrin və mənəvi dəyərlərin mühüm qaynağıdır – Xalq yazıçısı Anar
Səməd Vurğun Azərbaycan poeziyasının, milli ədəbi fikrin inkişafında misilsiz xidmətləri olan qüdrətli söz ustasıdır. Görkəmli şairin zəngin yaradıcılığı təkcə bədii-estetik xüsusiyyətləri ilə deyil, həmçinin humanizm və yüksək mənəviyyat ideyalarının təbliği baxımından bu gün aktuallığını qoruyub saxlayır.
01 Avqust 2026, 12:13
Onu Nil çayına bənzədirəm...
Bu gün dünya şöhrətli neftçi-alim, akademik, görkəmli ictimai xadim, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, AMEA-nın həqiqi üzvü və sabiq vitse-prezidenti, Dövlət mükafatı laureatı, müstəqil Azərbaycanın ikinci Dövlət katibi Midhət Abasovun 100 illik yubileyidir.Tanınmış publisist Bahəddin Həzinin Midhət Abasova həsr etdiyi və "Bizim yol" saytında dərc etdiyi yazını oxucularımızın diqqətinə təqdim edirikDemişdim, həyatda elə adamlarla qarşılaşırsan, görürsən, nə dostluğa yarayır, nə düşmənçiliyə.Bir qism adam var, onlara lap ürəyim yanır: ha çalışır, ha vuruşur, nəticə yoxdur. Günün sonunda əli boş qalıb; nəinki sevgi, heç nifrət də qazana bilməyib.Niyə?!Niyəsini deyim: o cür adamları saya salıb, heç nifrət eləyən də olmur...Bəli, insan üçün ən...
31 İyul 2026, 13:55
Corc Bernard Şoundan unudulmaz kəlamlar
O, Nobel nitqinə zarafatyana dediyi bu cümlə ilə başlamışdı: "Bilirəm ki, siz bu mükafatı mənə verib bura çıxışa çağırmaqda əsas məqsədiniz odur ki, görəsiniz ki, 70 yaşında bir qoca necə səyləyir.." Bu gün (26 iyul) həmin dahi "qoca"nın, Nobelin pul mükafatının qəpiyinə dəymədən hamısını “Gənc yazarlar” klubuna verən böyük ingilis dramaturqu və romançısı Corc Bernard Şounun (1856-1950) doğum günüdür. B.Şou "Piqmalyon" kimi ölməz əsərlərin müəllifi və Nobel mükafatı laureatı (1925), ictimai xadim, London iqtisadi və siyasi elmlər məktəbinin əsasını qoyanlardan biri, Şekspirdən sonra ingilis teatrında ən məşhur dramaturq, "Oskar" mükafatçısı (1939) idi.Öz açıq fikirləri ilə zəmanəsini qabaqlayan B.Şou...
26 İyul 2026, 13:52
Tanrıya ucalan səs itmədi! Əmir Pəhlivan yazır...
Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşada anadan olmuşdur. Atası böyük fikir adamı, ideoloq, hüquq professoru Əhməd bəy Ağaoğlu ilə birlikdə 1910-cu ildə Türkiyəyə mühacirət etmişdir. Uşaqlıq və gənclik illəri Türkiyə milliyyətçi ocaqları və Mustafa Kamal Paşa Atatürkün yaxın dostları arasında keçmişdir. Bir neçə dəfə atası Əhməd bəy Ağaoğlu ilə birlikdə Mustafa Kamal Atatürklə şəxsən görüşmüşdür.Türkiyənin ilk qadın vəkili, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu İstanbul Hüquq Fakültəsini bitirdiktən sonra ömrünün sonuna qədər vəkilliklə məşğul olmuşdur.1950-ci ildə Alman hüquqşünas Werner Taschenbreker ilə ailə qurmuşdur. Lakin bu izdivacdan onların övladı olmamışdır.Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti...
24 İyul 2026, 12:34
Nazim Əhmədli - ŞEİR
Üzünü qoy sinəm üstə,gör səni necə yandırır;ürəyim gündüz üşüyür,həsrətim gecə yandırır;gün addıyır, düşür gecə,dəli sevgi bir işgəncə;çınqısı çatıb indicəhələ, təzəcə yandırır;bu dərd mənə gəldi, kimdən,qaçdım loğmandan, həkimdən;alovu qalxır içimdən,məni gizlicə yandırır;bilmədim nə sirr eliyib,qovub, lap yesir eliyib;könlümü əsir eliyib,dərd içə-içə yandırır;mən dəli sevda adamı,həsrət qırıb inadımı;sındırıb qol-qanadımı,doldurub peçə yandırır;ağ buludlar lələk-lələk,ruhum bir adsız kəpənək;ömrümüzü çərxi-fələk,yandırır, heçə yandırır.
24 İyul 2026, 11:30
ÜÇ ARİF - Əlabbas Bağırov yazır...
SiqaretƏvvəl-əvvəl Arifi tanıdım, sonra Arif Məmmədovu, axırda da Arif Əmrahoğlunu. Məndən ötrü bu üç imzanın hər biri fərdi dəyərlərə sahib başqa-başqa insanlar idi. Bilməyənlər üşün deyim ki, Arif tələbə yoldaşım olub, beş il – 73-78 arası ADU-nun (indiki BDU) filologiya fakültəsində bir yerdə oxuyub, elə bir o qədər də xatirələri hələ də soyumayan tələbə yataqxanasında qapıbir qonşu olmuşuq. O illərdən çoxlarında çox şeyin, hətta sifətinəcən belə dəyişdiyini gördüm, amma elə şeylər oldu, onu heç ölüm də Arifə tərgidə bilmədi.Onu ılk dəfə 1973-cü il sentyabr ayının 1-də, o vaxt Azərbaycanda yeganə olan universitetin Kommunist küçəsində yerləşən binasının ikinci mərtəbəsinin uca dəhlizində,...
24 İyul 2026, 10:32