Bizə yazın

Baku

-°C

USD

-

SABİR RÜSTƏMXANLI: DƏYİŞMƏZ VƏ ƏBƏDİ ÜNVANIMIZ — Sabir Abdin YAZIR 

Söz adamı 20 May 2026, 11:53

3395

Əslində Sabir Rüstəmxanlı dünyaya göz açdığı, çırağı haqdan yanan o balaca qartal yuvası ev, ocaq, böyüdüyü, qol-qanad açdığı kənd, o taylı, bu taylı böyük Azərbaycan, qüdrətli, nəhəng Türk dünyası və nəhayət,  ucsuz-bucaqsız kainatımızın özü boyda bir coğrafiyadır, silinməz, bölünməz bir xəritədir, yeriyən, yürüyən Vətəndir.

Sabir Rüstəmxanlı əbədidir.

Biz Sabir bəyin bənzərsiz, dillər əzbəri olan şeirləriylə, sözlərinə yazılmış nəğmələrlə  böyümüşük, pərvazlanmışıq, o uzaq dağ kəndlərindən bu adın, bu odun işığını tutub gəlmişik. 

Sabir Rüstəmxanlının bənzərsiz yaradıcılığı, şəxsiyyəti, Azərbaycan uğrunda mübarizə dolu həyatı gəncliyimiz üçün, şəxsən mənim üçün nümunə olmuşdur.

Yaxşı yadımdadır, ağır və təlatümlü 90-cı illərin əvvəllərində Kürdəmir rayon prokurorluğunda çalışırdım.  Bir nəfər barəsində aparılan araşdırma ilə əlaqədar yanıma gəlmişdi. Hüquqlarının pozulduğunu və buna heç bir əhəmiyyət verilmədiyindən gileyləndi. Arada Sabir Rüstəmxanlının yerlisi olduğumu öyrəndiyini və ədalətə böyük ümid bəslədiyini bildirdi. Etiraf edim, Sabir bəyə olan bu böyük hörmət, ehtiram, sonsuz sevgi məni çox təsirləndirdi, ürəyimi fərəh, qürur hissiylə doldurdu. Elə bil böyük məsuliyyət dolu imtahan qarşısandaydım. O işi diqqətlə, ədalətli şəkildə araşdırdım. Şikayətçi araşdırmanın nəticəsindən məmnun qaldı və razı halda sağollaşıb getdi.

Mingəçevir şəhərində, Füzuli rayonunda və Baş Prokurorluqda çalışdığım vaxtlarda da oxşar hadisələrin şahidi oldum. Dəfələrlə Sabir Rüstəmxanlının adını deyib haqq, ədalət soraqlayanların hayına, harayına çatdım.

İllər uzunu qazanılan bu halal, təmənnasız sevgi, ehtiram, xalq məhəbbəti həm də Sabir bəyi yetirən o uzaq dağ kəndinə olan ehtiram, məhəbbət idi.   

… 2000-ci illərin əvvəllərində Rusiyanın Yeleznovodsk şəhərindəki “Telman” sanatoriyasında müalicə alırdım. Qaldığım mərtəbənin dəhlizində yaşlı bir qadınla tez-tez rastlaşırdım. Ayaqlarında problem var idi. Həmişə ona pilləkənləri düşməkdə kömək edirdim. Rus dilli idi və simasından onu qeyri millətlərdən bilirdim. Bir dəfə söhbətlərimiz əsnasında mənə Bakılı olduğunu bildirdi. Bu söhbətdən bir neçə gün sonra təsadüfən sanatoriyanın həyətində Məmməd İsmayılla rastlaşdıq. Salamlaşdım və bildirdim ki, 80-ci illərdə Azərbaycan Dövlət Universitetində tələbələrlə görüş zamanı onun yaradıcılığı haqqında çıxış etmişəm.

 Həmin vaxtlar o, “İşıq” nəşriyyatının direktoru idi və mən onun yaradıcılığı barədə edəcəyim çıxışla əlaqədar bir neçə dəfə şairin xidməti otağında onunla həmsöhbət olmuşdum. O, məni tanıdı və köhnə dostlar kimi qucaqlaşıb görüşdük. Məmməd müəllim söylədi ki, o da Yesentuku şəhərində müalicə alır və bura həyat yoldaşı ilə görüşməyə gəlib.  

Bir azdan mənim kömək etdiyim qadın asta addımlarla bizə yaxınlaşdı. Onlar görüşdülər və o, həmin qadını mənimlə tanış etmək istəyəndə, qadın bildirdi ki, Məmməd, narahat olma, biz tanışıq və bu cavan oğlan həmişə mənə yardımçı olur. Həmin vaxt bildim ki, həmin qadın Məmməd müəllimin həyat yoldaşıdır. Məmməd müəllimlə söhbət əsnasında Yardımlıdan olduğumu biləndə çöhrəsinə xoş təbəssüm qondu. Dedi ki, oğul, sən mənim böyük dostum Sabir Rüstəmxanlının həmyerlisisən, dağlar oğlusan. başqa cür ola bilməzsən. 

Belə xatirələrim çoxdu və düşünürəm ki, böyük insanlar haqqında nə yaxşı ki xatirələrim var.

Musa Yaqub, Seyran Səxavət, Zəlimxan Yaqub, Mətləb Misir, İntiqam Mehdizadə, Zülfüqar Şahsevənli, Tofiq Hüseyn və neçə-neçə başqa ədəbiyyat adamları və ictimai xadimlərlə görüşlərimizdə söhbətimizin ana xətti yenə də Yardımlı, yenə də Sabir Rüstəmxanlı olub. Bu illər ərzində tam əmin olmuşam ki, Sabir bəy özünün şərəfli və nümunəvi həyat yolu ilə həm də bizim dəyişməz və əbədi ünvanımız olub.

...70-ci illərdə ucqar və uzaq Yardımlının dağlara söykənən balaca kəndlərində göy üzü kimi saf, təmiz kövrək uşaqlar böyüyürdü. Həmin vaxtlar kəndimizdə cəmi bir neçə adamın evində ağ-qara televizorlar var idi. Sabir bəy verilişlərdə çıxış edərkən bütün kənd adamları, o cümlədən biz uşaqlar televizorlu evlərə qaçışardıq, onun çıxışlarını həsrətlə, məhəbbətlə izləyərdik. Həmin vaxtlar Sabir bəyin şeirləri çıxan qəzetlər əldən - ələ, evdən - evə, kənddən - kəndə gəzərdi. Onun kitablarını əldə edən, özünü görən uşaqlar isə ən xoşbəxt uşaqlar idilər.

Mən xoşbəxtəm ki, Sabir bəyin döğulub boya-başa çatdığı Hamarkənd orta məktəbinin məzunu olmuşam, balaca və kasıb görünməyinə baxmayaraq, dünyanın ən böyük evlərindən biri saydığım onun ata yurdundakı evlərində dəfələrlə qonaq, qardaşlarından biri ilə sinif yoldaşı, biri ilə tələbə yoldaşı, digər qardaşları ilə də dost  olmuşam.

Tale elə gətirib ki, mən də Sabir adını daşıyıram və adımla fəxr edirəm. Dünyada Sabir adında iki böyük şairim var: Mirzə Ələkbər Sabir və Sabir Rüstəmxanlı. Bütün bunlara görə də çox xoşbəxtəm.

Əziz qardaşım, 80 yaşın mübarək! Sən əbədiyyət yolçularından birisən. Həmişə yoldasan... Özün də sonu görünməyən  bir yolsan. Sən həm də bütöv Azərbaycanımızın bir parçası, ürəyinin dayanmayan daim həssas, titrək, döyünən, duyğulu damarısan. 

... “Ömür kitabı”ndakı suallar mənim də ömür yoluma işıq saçıb. “Baba yurdu müqəddəs əmanətdir! Onu necə qoruyursan, üstündə hansı ürəklə yaşayırsan, öz ömrünlə onun ömrünə nə calayırsan? Onun oğlu olmağa layiqsənmi?”

Mən də bu sualların cavabını axtara-axtara yollara çıxdım, mənalı bir ömür yaşadım. Məndən sonra gələn cığırlara, yollara çıxacaq övladlarım, nəvələrim var. Deməli, “Ömür kitabı”nın yeni-yeni səhifələri bizdən sonra gələn nəsillərin əlləriylə  yazılacaq hələ. 

Özün nə gözəl demisən: 

Ümidlər könlümlə qoşa boy atan,

Əzablı günüm də bal dadır, nədir?

Sədası Cənubu Şimala qatan

Ən böyük sevincim hələ öndədir.

Dərin hörmət və ehtiramla:   Sabir Abdin

20.05.2026.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Səməd Vurğun yaradıcılığı milli ədəbi fikrin və mənəvi dəyərlərin mühüm qaynağıdır – Xalq yazıçısı Anar

Səməd Vurğun Azərbaycan poeziyasının, milli ədəbi fikrin inkişafında misilsiz xidmətləri olan qüdrətli söz ustasıdır. Görkəmli şairin zəngin yaradıcılığı təkcə bədii-estetik xüsusiyyətləri ilə deyil, həmçinin humanizm və yüksək mənəviyyat ideyalarının təbliği baxımından bu gün aktuallığını qoruyub saxlayır.

01 Avqust 2026, 12:13

Onu Nil çayına bənzədirəm... 

Bu gün dünya şöhrətli neftçi-alim, akademik, görkəmli ictimai xadim, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, AMEA-nın həqiqi üzvü və sabiq vitse-prezidenti,  Dövlət mükafatı laureatı, müstəqil Azərbaycanın ikinci Dövlət katibi Midhət Abasovun 100 illik yubileyidir.Tanınmış publisist Bahəddin Həzinin Midhət Abasova həsr etdiyi və "Bizim yol" saytında dərc etdiyi yazını oxucularımızın diqqətinə təqdim edirikDemişdim, həyatda elə adamlarla qarşılaşırsan, görürsən, nə dostluğa yarayır, nə düşmənçiliyə.Bir qism adam var, onlara lap ürəyim yanır: ha çalışır, ha vuruşur, nəticə yoxdur. Günün sonunda əli boş qalıb; nəinki sevgi, heç nifrət də qazana bilməyib.Niyə?!Niyəsini deyim: o cür adamları saya salıb, heç nifrət eləyən də olmur...Bəli, insan üçün ən...

31 İyul 2026, 13:55

Corc Bernard Şoundan unudulmaz kəlamlar

O, Nobel nitqinə zarafatyana dediyi bu cümlə ilə başlamışdı: "Bilirəm ki, siz bu mükafatı mənə verib bura çıxışa çağırmaqda əsas məqsədiniz odur ki, görəsiniz ki, 70 yaşında bir qoca necə səyləyir.."    Bu gün (26 iyul) həmin dahi "qoca"nın, Nobelin pul mükafatının qəpiyinə dəymədən hamısını “Gənc yazarlar” klubuna verən böyük ingilis dramaturqu və romançısı Corc Bernard Şounun (1856-1950) doğum günüdür. B.Şou "Piqmalyon" kimi ölməz əsərlərin müəllifi və Nobel mükafatı laureatı (1925), ictimai xadim, London iqtisadi və siyasi elmlər məktəbinin əsasını qoyanlardan biri, Şekspirdən sonra ingilis teatrında ən məşhur dramaturq, "Oskar" mükafatçısı (1939) idi.Öz açıq fikirləri ilə zəmanəsini qabaqlayan B.Şou...

26 İyul 2026, 13:52

Tanrıya ucalan səs itmədi! Əmir Pəhlivan yazır...

Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşada anadan olmuşdur. Atası böyük fikir adamı, ideoloq, hüquq professoru Əhməd bəy Ağaoğlu ilə birlikdə 1910-cu ildə Türkiyəyə mühacirət etmişdir. Uşaqlıq və gənclik illəri Türkiyə milliyyətçi ocaqları və Mustafa Kamal Paşa Atatürkün yaxın dostları arasında keçmişdir. Bir neçə dəfə atası Əhməd bəy Ağaoğlu ilə birlikdə Mustafa Kamal Atatürklə şəxsən görüşmüşdür.Türkiyənin ilk qadın vəkili, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu İstanbul Hüquq Fakültəsini bitirdiktən sonra ömrünün sonuna qədər vəkilliklə məşğul olmuşdur.1950-ci ildə Alman hüquqşünas Werner Taschenbreker ilə ailə qurmuşdur. Lakin bu izdivacdan onların övladı olmamışdır.Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti...

24 İyul 2026, 12:34

Nazim Əhmədli - ŞEİR

Üzünü qoy sinəm üstə,gör səni necə yandırır;ürəyim gündüz üşüyür,həsrətim gecə yandırır;gün addıyır, düşür gecə,dəli sevgi bir işgəncə;çınqısı çatıb indicəhələ,  təzəcə yandırır;bu dərd mənə gəldi, kimdən,qaçdım loğmandan, həkimdən;alovu qalxır içimdən,məni gizlicə yandırır;bilmədim nə sirr eliyib,qovub, lap yesir eliyib;könlümü əsir eliyib,dərd içə-içə yandırır;mən dəli sevda adamı,həsrət qırıb inadımı;sındırıb qol-qanadımı,doldurub peçə yandırır;ağ buludlar lələk-lələk,ruhum bir adsız kəpənək;ömrümüzü çərxi-fələk,yandırır, heçə yandırır.

24 İyul 2026, 11:30

ÜÇ ARİF - Əlabbas Bağırov yazır...

SiqaretƏvvəl-əvvəl Arifi tanıdım, sonra Arif Məmmədovu, axırda da Arif Əmrahoğlunu. Məndən ötrü bu üç imzanın hər biri fərdi dəyərlərə sahib başqa-başqa insanlar idi. Bilməyənlər üşün deyim ki, Arif tələbə yoldaşım olub, beş il – 73-78 arası ADU-nun (indiki BDU) filologiya fakültəsində bir yerdə oxuyub, elə bir o qədər də xatirələri hələ də soyumayan tələbə yataqxanasında qapıbir qonşu olmuşuq. O illərdən çoxlarında çox şeyin, hətta sifətinəcən belə dəyişdiyini gördüm, amma elə şeylər oldu, onu heç ölüm də Arifə tərgidə bilmədi.Onu ılk dəfə 1973-cü il sentyabr ayının 1-də, o vaxt Azərbaycanda yeganə olan universitetin Kommunist küçəsində yerləşən binasının ikinci mərtəbəsinin uca dəhlizində,...

24 İyul 2026, 10:32