Əsl ziyalılıq nümunəsi - Xatirə Xatun YAZIR...
Söz adamı 07 Aprel 2026, 10:26
2309
Azərbaycanın ictimai-siyasi salnaməsində və müasir nəsrinin saflığında öz dəst-xətti olan şəxsiyyətlər var ki, onların yubileyləri sadəcə təqvim hadisəsi deyil, bir mənəviyyat hesabatıdır. Bu il 85 illik zirvəsinə boylandığımız Yaşar Rzayev, taleyini həm Sözün qüdrətinə, həm də Dövlətin məsuliyyətinə bağlamış nadir ziyalılardan biridir. O, bu gün də aramızda, öz işıqlı təfəkkürü və ağsaqqal müdrikliyi ilə mənəvi yol göstərməkdədir.
Yaşar Rzayev adını ən yeni Azərbaycan tarixinə müstəqilliyin memarlarından biri kimi də yazdırıb.Onun siyasi portreti Azərbaycanın ən fırtınalı və həlledici illəri ilə birbaşa bağlıdır. 1991-ci ilin oktyabrında o, Azərbaycanın Dövlət Müstəqilliyi Aktına imza atan İstiqlalçı deputatlar sırasındaydı. Bu imza onun üçün sadəcə bir vəzifə borcu deyil, həm də bir filoloq alim kimi illərlə tədqiq etdiyi milli azadlıq şüurunun praktik təsdiqi idi.
O, həm Ali Sovetin, həm də Milli Məclisin deputatı olduğu illərdə dövlətçilik maraqlarını hər şeydən uca tutdu. Lənkəranın rəhbəri olduğu dövrlərdə isə sübut etdi ki, əsl rəhbər xalqın içindən gələn, onun ağrısını öz ağrısı kimi hiss edən insandır. Yaşar müəllimin idarəçilik fəlsəfəsində insan amili hər zaman mərkəzdə dayanırdı. Onun qəbul otaqları deyil, ürəyinin qapıları hər kəsə açıq idi. Və bu gün də həmin illərin xatirəsi Lənkəranın hər küçəsində, hər evində ehtiramla anılır. Əminliklə demək olar ki, Yaşar Rzayev Lənkəranın idarəçilik tarixində adı həmişə ehtiramla anılan və fəaliyyəti, şəxsiyyəti barədə heç bir mənfi rəy eşidilməyən bəlkə də yeganə rəhbər olub. O, qədirbilən və mühafizəkar lənkəranlıların yaddaşında təmiz adı və ziyalı kimliyi ilə silinməz iz qoyub.
Bir yazıçı kimi Yaşar Rzayev Azərbaycan ədəbiyyatına ,,altmışıncılar" nəslinin gətirdiyi yeni nəfəsi, mənəvi axtarışları və daxili azadlığı daşıdı. Onun "Dünya mənim" romanı, "Dəryada gəmim qaldı", "Yay əhvalatı" kimi povestləri oxucunu səs-küylü süjetlərlə deyil, ruhun dərin qatlarına enən səmimi söhbətlərlə cəlb edir. Yaşar Rzayevin yaradıcılığı Azərbaycan ədəbiyyatında rəsmiyyətdən uzaq, insan ruhuna yaxın və milli yaddaşa söykənən bir xətt təşkil edir. Onun əsərləri sadəcə bədii mətnlər deyil, həm də bir dövrün mənəvi-etik mənzərəsidir. "Dünya mənim" romanı müəllifin yaradıcılığında xüsusi çəkisi olan, fəlsəfi ümumiləşdirmələrlə zəngin bir əsərdir.Roman fərdin cəmiyyətdəki yerini, insanın daxili azadlıq axtarışlarını və mənəvi dünyasının hüdudlarını araşdırır.
"Dəryada gəmim qaldı" povesitində Lənkəranın dəniz kənarındakı həyatı, balıqçıların taleyi və sahil insanının xarakteri bu əsərin ruhunu təşkil edir. Əsər həm regional koloritini qoruyub saxlayır, həm də ümumbəşəri kədər və ümid motivlərini birləşdirir. İnsanın təbiət qarşısındakı mübarizəsi və dözümü burada böyük ustalıqla təsvir olunub.
"Yay əhvalatı" və "Payız gələndə"-Bu silsilə hekayə və povestlər müəllifin insan psixologiyasına dərindən nüfuz etmə qabiliyyətini göstərir.Təbiət hadisələri ilə insan duyğularının paralel təsviri bu əsərlərdə lirik bir ab-hava yaradır. Müəllif sübut edir ki, ən böyük dramlar və sevinclər insanın gündəlik, sadə həyatının içində gizlənib.
Yaşar Rzayevin "Yaddaşa qayıdış" kitabı onun həm bir yazıçı, həm də bir ictimai xadim kimi keçdiyi zəngin ömür yolunun bədii-publisistik salnaməsidir. Bu əsər müəllifin öz keçmişinə, xatirələrinə və şahidi olduğu tarixi hadisələrə baxışını əks etdirən çoxqatlı bir kitabdır.Kitabın fəlsəfəsi və kredosu çox maraqlıdır. Yaşar müəllim bu əsərdə hər bir hadisəyə və şəxsiyyətə ədalət tərəzisindən baxmağa çalışıb.
"Yaddaşa qayıdış" sadəcə xatirələr toplusu deyil, bura müəllifin illər ərzində qələmə aldığı müxtəlif oçerklər, publisistik yazılar və reportajlar daxildir.Kitabda Azərbaycanın müstəqillik dövrü, parlament fəaliyyəti və mühüm dövlət qərarlarının qəbulu zamanı pərdəarxası məqamlar, doğma yurdun təbiəti, insanları və oradakı idarəçilik illərində qazanılan təcrübələr, müəllifin yaxından tanıdığı görkəmli elm və mədəniyyət xadimləri haqqında qiymətli qeydlər öz əksini tapmışdır.Mənim haqqımda da kitabda bəzi qeydlər var və fürsətdən istifadə edib bu yazı vasitəsilə hörmətli yazarımıza dərin təşəkkürlərimi bildirirəm.Və əlavə olaraq onu da qeyd etmək istəyirəm ki, bu kitab Yaşar Rzayevi tanımaq istəyənlər üçün bir növ bələdçi rolunu oynayır. Burada o, həm vəzifə pillələrində qətiyyətli bir rəhbər, həm də dəniz sahilində doğulan, ana həsrəti və vətən sevgisi ilə dolu həssas bir qəlbli yazıçı kimi görünür.
Yaşar Rzayevin əsərlərinin əsas əhəmiyyəti onların ziyalı səmimiyyəti üzərində qurulmasındadır. O, istər bədii nəsrində, istər elmi işində, istərsə də xatirələrində hər zaman insan amilini, doğruluğu və vətən sevgisini ön plana çəkir. Bu yaradıcılıq yolu gənc yazıçılar üçün həm dilin rəvanlığı, həm də mövzuya vicdanlı yanaşma baxımından əsl örnəkdir. Onun nəsri bir həyat dərsliyi kimidir. O, qəhrəmanlarını ideallaşdırmır, onları bütün ziddiyyətləri, sevincləri və kədərləri ilə təsvir edir. Yaşar müəllimin dilindəki o rəvanlıq, doğma yurdu Lənkəranın şirin ləhcəsindən süzülüb gələn o xalq ruhu, onun yazılarını oxunaqlı edən əsas amildir. O, yazmır, sanki bir ağsaqqal müdrikliyi ilə həyatın bizə demək istədiklərini kağıza köçürür. 85 yaşın ucalığından baxanda o sətirlər bu gün daha çox məna kəsb edir, çünki bu mətni yazan qələmin arxasında ləkəsiz bir ömür dayanır.
Yaşar Rzayev təkcə bədii nəsr yazmaq yaratmaqla yanaşı, həm də ədəbiyyatın fəlsəfəsini dərindən bilir. Filologiya üzrə fəlsəfə doktoru kimi onun tədqiqat obyekti təsadüfi seçilməmişdi: 1960–1980-ci illər ədəbiyyatında milli azadlıq ideyaları. O, hələ sovet senzurasının hökm sürdüyü illərdə ədəbiyyatımızdakı o gizli üsyanı, milli kimlik axtarışlarını duyur və elmi müstəvidə müdafiə edirdi. Bu elmi bazası onun bədii yaradıcılığına da bir təmkinlik, dərinlik və tarixi uzaqgörənlik qatmışdır. "Milli azadlıq şüuru və 60-80-ci illər Azərbaycan ədəbiyyatı" elmi- tədqiqat əsəri Yaşar Rzayevin bir alim kimi ədəbiyyatşünaslıq elminə verdiyi ən böyük töhfədir.Bu tədqiqat ədəbiyyatın xalqın azadlıq ideallarına necə xidmət etdiyini elmi metodologiya ilə izah edir. O, ədəbi mətnlərdəki gizli alt qatları və milli kimlik axtarışlarını üzə çıxarmaqla müasir tənqidçilik məktəbinə yeni baxış gətirmişdir.
Bu gün Yaşar Rzayev 85 yaşını bir canlı əfsanə kimi, xalqın sevgisi ilə əhatə olunmuş şəkildə qarşılayır. Onun irsi təkcə kitab rəflərində deyil, həm də müstəqil Azərbaycanın bünövrə daşlarındadır.Bu yubiley bizə bir neçə mühüm gerçəyi xatırladır -bir ömür boyu seçdiyi yola, dövlətinə və qələminə xəyanət etməmək, 85 yaşda belə sözün enerjisini itirməmək, hələ də yeni fikir və mülahizələrlə gənc nəslə örnək olmaq və sözü çəkisi ilə demək, hər addımı ilə nümunə olmaq.
Yaşar Rzayev bizə sübut etdi ki, həm yüksək kürsülərdə oturub xalqa xidmət etmək, həm də ağ kağız qarşısında oturub vicdanın səsi ilə yazmaq mümkündür. O, zamanın sınağından keçmiş həqiqi ziyalı obrazıdır.
85-ci baharınız mübarək olsun, dəyərli Yaşar müəllim! Sizin ucaltdığınız mənəviyyat zirvəsi, qələminizdən süzülən hikmət ziyası hər zaman yolumuzu aydınlatsın. Sağlamlıq və yeni yaradıcılıq uğurları Sizinlə olsun!
XATİRƏ XATUN ( şair -publisist, AYB və AJB üzvü, ,,Qızıl Qələm" mükafatı laureatı)
6 aprel 2026-cı il, LƏNKƏRAN
Həmçinin oxuyun
“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ
Buqələmun - Şahin Qurbanovu da Vilyam Hacıyevin taleyi gözləyir?
Şahin Qurbanov yaxşı kabab bişirir... Xəstəxana direktoru ifşa olundu
Deputat Zaur Şükürov: "Azərbaycan cənub marşrutlarındakı riskləri balanslaşdıran əsas qovşaqdır"
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
71 ili aşan 701 gün - Əkbər Qoşalı yazır
1918-ci ilin 28 may günü! Günə sığmayan gün!O gün – bir millətin öz yığvalını öz əlinə alma iradəsinin, susdurulmuş bir haqqın, içində köz kimi qorunan dövlətçilik ruhunun yenidən alovlandığı gündür. O gün, Yerin Gündoğarında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dünyaya duyuruldu. Tarixdə elə günlər var, onlar təqvimdən daha dərində – ulusun alın yazısında yaşayır. 28 May bax belə bir gündür.Bu tarix bir dövlətin quruluşundan daha artıq anlam daşıyır. Bu, bir ulusun “mən varam” deməsi idi. Çar imperiyasının dağıntıları içində, siyasi xaosun, savaşların, işğalların, aclığın və qeyri-müəyyənliyin hökm sürdüyü bir zamanda Azərbaycan aydınları, milli düşüncə adamları, istiqlal mücahidləri tarix...
28 May 2026, 08:34
Mircəlal Paşayev, Səməd Vurğun-Azərbaycan ədəbiyyatının ölməz manifesti- Sayman Aruz yazır
Azərbaycan ədəbiyyatı daxilindəki ədəbi münasibətlər ədiblər və oxucular üçün hər zaman həm əhəmiyyətli, həm də maraqlı olmuşdur. Misal üçün Məhəmmədhüseyn Şəhriyar və Bəxtiyar Vahabzadə arasındakı dostluq və məktublaşma müasir ədəbiyyat tarixinin ən parlaq səhifələrində yer almaqdadır. Eləcə də, Mir Cəlal Paşayev ilə Səməd Vurğun arasındakı münasibətlər Azərbaycan ədəbi mühitində həm yaradıcı dostluq, həm də qarşılıqlı intellektual təsir baxımından maraqlı mövzulardan biridir. Onların əlaqələri təkcə şəxsi münasibətlər çərçivəsində deyil, həm də XX əsr Azərbaycan ədəbiyyatının formalaşması və inkişafı kontekstində dəyərləndirilir.Mir Cəlal müəllim tanımış bir nasir, alim və pedaqoq kimi poeziyaya və xüsusilə, Səməd Vurğunun yaradıcılığına böyük diqqətlə yanaşırdı. O, Səməd Vurğunun...
25 May 2026, 15:21
SABİR RÜSTƏMXANLI: DƏYİŞMƏZ VƏ ƏBƏDİ ÜNVANIMIZ — Sabir Abdin YAZIR
Əslində Sabir Rüstəmxanlı dünyaya göz açdığı, çırağı haqdan yanan o balaca qartal yuvası ev, ocaq, böyüdüyü, qol-qanad açdığı kənd, o taylı, bu taylı böyük Azərbaycan, qüdrətli, nəhəng Türk dünyası və nəhayət, ucsuz-bucaqsız kainatımızın özü boyda bir coğrafiyadır, silinməz, bölünməz bir xəritədir, yeriyən, yürüyən Vətəndir.Sabir Rüstəmxanlı əbədidir.Biz Sabir bəyin bənzərsiz, dillər əzbəri olan şeirləriylə, sözlərinə yazılmış nəğmələrlə böyümüşük, pərvazlanmışıq, o uzaq dağ kəndlərindən bu adın, bu odun işığını tutub gəlmişik. Sabir Rüstəmxanlının bənzərsiz yaradıcılığı, şəxsiyyəti, Azərbaycan uğrunda mübarizə dolu həyatı gəncliyimiz üçün, şəxsən mənim üçün nümunə olmuşdur.Yaxşı yadımdadır, ağır və təlatümlü 90-cı illərin əvvəllərində Kürdəmir rayon prokurorluğunda çalışırdım. Bir nəfər barəsində aparılan...
20 May 2026, 11:53
Fatimə Novruzova: “Yalan insanı öz həqiqətindən uzaqlaşdırır”
İnsan həyatda çox seçimlərlə qarşılaşır. Bu seçimlərdən ən önəmlilərindən biri isə doğru ilə yalan arasında edilən seçimdir. Bəzən bir söz insanın taleyini dəyişə, bir həqiqət münasibətləri qoruya, bir yalan isə illərlə qurulan etibarı məhv edə bilər. Müasir dövrdə insanlar çox zaman həqiqəti gizlətməyi çıxış yolu hesab etsələr də, dürüstlük hər zaman insanın mənəvi dəyərini müəyyən edən əsas xüsusiyyətlərdən biri olaraq qalır. Mənim fikrimcə, yalan yalnız başqasını aldatmaq deyil, həm də insanın öz vicdanına qarşı etdiyi ən böyük haqsızlıqdır. Məhz buna görə “Yalan mənim üçün nədir?” sualı mənim daxili dünyamda xüsusi məna daşıyır.Citypost.az xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universitetinin...
19 May 2026, 10:21
O, rəhbər olmaq üçün doğulub... Elman Eldaroğlu yazır...
"Yardımlı Xeyriyyə Cəmiyyəti"nə rəhbərlik etdiyim vaxtlarda Yardımlı rayon Mərkəzi Xəstəxanasında çox olmuşam. Həmin vaxtlar hər il ramazan bayramında oraya həkim briqadaları apararaq cərrahiyyə əməliyyatlarına, müxtəlif xəstəliklərdən əziyyət çəkən onlarla yerli sakinin təmənasız şəfa tapmasında vasitəçi olmuşam. Onda mərkəzi xəstəxananın baş həkimi, hörmətli eloğlum Rasim Əkbərov, direktoru isə Mir Əbülfəz ağa idi. Haqqında söhbət açmaq istədiyim Ravil Qənbərov ilə isə tanışlığım olmayıb. Buna baxmayaraq, 2025-ci ildə Yardımlı rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilən Ravil bəy haqqında fikirlərimi sizinlə bölüşmək istəyirəm. Axı, mayın 14-ü Ravil Qənbərovun ad günüdür. Gənclərə diqqət göstərmək biz yaşlı nəslin borcudur...Ravil bəy 1988-ci ilin may ayına düşən şənbə...
14 May 2026, 08:56
Ağrı və iradənin dialoqu. Şəmsi Qoca yazır...
Gecənin ən qatı sükutunda, saatın əqrəbləri "üç"ün üzərində donub qalanda, otağın küncündə iki kölgə üz-üzə gəldi. Biri ağır, boğucu və amansız idi – Ağrı. Digəri isə yorğun, amma gözlərində sönməz bir atəş daşıyan İradə.Ağrı qəddar bir gülümsəmə ilə pıçıldadı:— "Hələ də yorulmadınmı? Artıq bir il yarımdır ki, mən sənin bədənində hər hüceyrəyə bir zəncir vurmuşam. Gecələrini yuxusuzluğa, gündüzlərini isə mənə məhkum etmişəm. Niyə hələ də o qələmi əlindən yerə qoymursan? Görürsən ki, mən hər gün bir az daha böyüyürəm, sən isə hər gün bir az daha kiçilirsən."İradə sakit, amma sarsılmaz bir səslə cavab verdi:— "Sən mənim bədənimi zəncirləyə bilərsən, amma...
11 May 2026, 12:29