Bizə yazın

Baku

-°C

USD

-

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb 

Cəmiyyət 06 May 2026, 10:30

343

Mayın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 3 pulemyot, 1 tapança, 14 qumbara, 1 mərmi, 6 tüfəng, 13 patron darağı və 310 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

FHN hotellərin WUF13-ə hazırlığını yoxlayıb 

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) hazırlıq çərçivəsində paytaxtda insanların kütləvi toplaşdığı məkanlarda, o cümlədən hotellərdə yanğın təhlükəsizliyi mövzusunda təlimlər keçirib.Citypost.az  xəbər verir ki, bu barədə FHN məlumat yayıb.Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq canlı qüvvə və texnikalarının cəlb edildiyi təlimlərin keçirilməsində məqsəd işçi heyətə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması, habelə şəxsi heyətin belə obyektlərdə baş verə biləcək fövqəladə hadisələrin nəticələrinin çevik aradan qaldırılması istiqamətində praktiki bacarıqlarının artırılmasıdır.Keçirilmiş təlimlərdə şərti yanğın zamanı "Həyəcan" siqnalı verildikdən sonra FHN-in qüvvələri operativ qaydada...

06 May 2026, 10:57

Osman Gündüz: SDU-ya rektor təyinatı uğurlu seçimdir

Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz Sumqayıt Dövlət Universitetinə yeni rektor təyinatı ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, ekspert bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə professor Nurəli Yusifbəylinin bu vəzifəyə təyin olunması uğurlu seçimdir. Onun sözlərinə görə, Nurəli Yusifbəyli uzun illərin təcrübəsinə malik, həm elmi, həm də mühəndislik sahəsində ciddi nəticələr əldə etmiş peşəkar mütəxəssisdir. “Əməkdar mühəndis” və “Əməkdar elm xadimi” kimi fəxri adlar da bunu təsdiqləyir. Osman Gündüz qeyd edib ki, bu tip peşəkar profilə malik şəxslərin universitet rəhbərliyinə gətirilməsi ali təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından müsbət siqnaldır. O əlavə edib ki, Nurəli Yusifbəyli son...

06 May 2026, 10:34

Baş Prokurorluq Milli Onkologiya Mərkəzində partlayışda xəsarət alan həkimin ölümü ilə bağlı məlumat yayıb 

"Milli Onkologiya Mərkəzində törədilən partlayışla əlaqədar ağır xəsarətlər almış həmin tibb müəssisəsinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Nəsirli mayın 5-də saat 21:45-də müalicə aldığı xəstəxanada vəfat edib".Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.Bildirilib ki, faktla bağlı Yasamal rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir."Sosial şəbəkə istifadəçiləri və media nümayəndələrindən xahiş edirik ki, qeyd olunan hadisə ilə bağlı məlumatları yayarkən yalnız rəsmi mənbələrə istinad olunsun, təqdim edilən informasiyanın düzgünlüyü müvafiq dövlət qurumları ilə dəqiqləşdirilmədən ictimailəşdirilməsin. Xüsusilə vurğulayırıq ki, istintaq sirrini təşkil edən məlumatların qorunması və yayılmasının qarşısının alınması, eləcə də cinayət təqibi iştirakçılarının hüquq və qanuni mənafelərinə hörmətlə yanaşılması...

06 May 2026, 10:06

Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl göndəriləcək 

Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək.Bu barədə Citypost.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.Bildirilib ki, söhbət 4 vaqon gübrə və 4 vaqon taxıldan gedir.Vaqonların saat 11:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.

06 May 2026, 09:40

Bu gündən uşaqların I sinfə qəbulu prosesi başlayır 

Mayın 6-sı saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.AZƏRTAC xəbər verir ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Valideynlər eyni tarixdən başlayaraq məktəb və müəllim seçimini həyata keçirə biləcəklər. Seçim mərhələsi iyunun 5-i saat 11:00-dək davam edəcək. Prioritet bölgələr sırasında Abşeron, Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərləri yer alır.Tədrisi digər dillərdə aparılan bölmələr üzrə isə müsahibəyə qeydiyyat mayın 6-sı saat 11:00-da başlayacaq və mayın 18-i saat 18:00-dək davam edəcək.Müsabiqə yolu ilə qəbul aparılan məktəblər üçün qeydiyyat mayın 6-sı saat 15:00-dan iyunun 5-si saat 18:00-dək açıq olacaq. Bu kateqoriyaya Bakı Avropa Liseyi,...

06 May 2026, 09:12

Qarabağ müharibəsi şəhidi Ziya Ağayevin xatirəsi anılıb

Zirə Mədəniyyət Mərkəzində Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış Birinci Qarabağ müharibəsi şəhidi Ziya Ağayevin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.Citypost.az xəbər verir ki, tədbirdə şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.Tədbirin təşkilatçısı, şəhidin adını daşıyan nəvəsi Ziyad Ağayev çıxışı zamanı şəhidlərin xatirəsinin yaşadılmasının, onların keçdiyi şərəfli həyat yolunun gələcək nəsillərə çatdırılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu qeyd edib.Tədbirdə çıxış edən Türk Dünyası Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və sosial-iqtisadi hüquqların müdafiəsi şöbəsinin müdiri Tural Süleymanov, Xəzər rayon Ziyalılar Şurasının sədri Təvəkkül Səlimov və Zirə Cümə məscidinin...

06 May 2026, 09:00