Bizə yazın

Baku

-°C

USD

-

Zaur Əliyev: Şiltberqerin əsərində Azərbaycan türklərinin kimliyi və tarixi təsviri

Söz adamı 06 May 2026, 10:20

1364

Azərbaycan türkləri söz verdisə, canı bahasına olsa da, o sözü yerinə yetirər:- Alman əsgər və səyyah İohann Şiltberqer

Sizlərə maraqlı bir kitab təqdim edirəm. Müəllifi alman Marko Polosu kimi tanınan İohann Şiltberqerin yazdığı bu kitab onun 30 il Şərqdə yaşaması və gördükləri əsasında hazırlanıb. Kitabın tam adı “Bavariyalı İohann Şiltberqerin Avropa, Asiya və Afrikada əsarəti və səyahətləri, 1394-1427” və PDF forması 

https://archive.org/details/bondagetravelsof00schirich ilə tanış ola bilərsiniz. 

Qeyd edim ki, bu kitab Azərbaycan barədə qiymətli əsərlərdən sayılır, çünki müəllifi buranın  müxtəlif şəhərlərində (Təbriz, Bakı, Şamaxı) olmuş və Qarabağın yaylaqlarında qalıb. Orta əsr Azərbaycanının coğrafiyası, etnik tərkibi və adət-ənənələri haqqında müəllif bir birindən dəyərli məlumatları kitabda toplayıb. Əsirlikdə olduğu müddətdə topladığı materialları 1428-ci ildə Bavariyaya qayıdıb kitab kimi çap edir.

Bu əraziləri qarış-qarış gəzən Şiltberqer kitabında Azərbaycan coğrafiyasının əhalisinin böyük hissəsini Türk (tatar, türkmən) adlandırır və əsas dil kimi də Türk dilini qeyd edir. 

Coğrafiyada başqa xalqların da yaşamasını yazan müəllif təsdiq edir ki, Azərbaycanın hərbi gücü və idarəçiliyi tamamilə türklərin əlindədir.

Alman əsir bölgədəki müsəlman əhalinin danışdığı dili türk dili kimi qeyd edir və kitabına bu dildən nümunələr əlavə edir. Bu, o dövrdə Azərbaycan xalqının kimliyinin dil baxımından artıq tam formalaşdığını qeyd edir. 

Şiltberqer Azərbaycan Bibliya rəvayətlərində istinad edilən əsas hadisələrin baş verdiyi coğrafiya olaraq yazır. O, Ağrı dağını və onun ətrafındakı bölgələri (o cümlədən Naxçıvan və Cənubi Azərbaycanın şimalını) bəşəriyyətin yenidən məskunlaşdığı qədim yerlər kimi təsvir edir. Müəllif kitabında xüsusi olaraq qeyd edir ki, 

“Bu torpaqlar dünyanın ən qədim məskunlaşma mərkəzlərindən biridir”

Müəllif digər səhifədə yazır:

“Türklər at üstündə geriyə dönərək ox atma bacarığına görə qeyri adi hərbiçilərdir, onlar,  Avropa cəngavərlərindən fərqli olaraq çox intizamlıdırlar”

O, türkləri dünyanın ən cəsur döyüşçüləri hesab edir.

O, Azərbaycandan Hindistana, Sibirdən Misirə qədər türk dilinin  geniş yayıldığını yazır və   bildirir ki, bir insan bu dili bildiyi təqdirdə bütün bu ərazilərdə sərbəst ünsiyyət qura bilər.

O, Azərbaycanın hüdudlarını çox geniş təsvir edir. Şimalda Dərbənddən cənubda Marağa və Təbrizə qədər olan ərazini vahid bir mərkəz kimi görür.

Şiltberqerin kitabında ən maraqlı məqam yerli insanların mənəviyyatıdır. O yazır ki, Azərbaycanlılar öz dinlərinə çox sadiqdirlə,  lakin eyni zamanda xristian əsirlərə qarşı çox vaxt mərhəmətli davranırlar. O, əsir olmasına baxmayaraq, xəstələnəndə ona necə qulluq edildiyini və yemək paylaşıldığını minnətdarlıqla xatırlayır.

Şiltberqer yazır ki, bu torpaqlar həm Babək dövründə, həm də onun öz dövründə mərkəzi xilafətə və  digər imperiyalara qarşı müxalif olaraq daima mübarizə aparmağı seçiblər.  O, Azərbaycan türklərinin özünəməxsus dini-fəlsəfi dünyagörüşünü təsvir etməklə, xürrəmiliklə qızılbaşlığın eyni kökdən — yerli türk-sosial müqavimətindən yarandığını xüsusilə qeyd edir. 

Şiltberqer üçün Armenia müstəqil bir dövlətdən ziyədə, daha çox coğrafi bir addır. O, bu ərazilərin demək olar ki, hamısının Osmanlı, Teymuri və ya digər türk dövlətlərinin tərkibində olduğunu aydın şəkildə ifadə edir. Azərbaycan barədə son qeydləri belədir:

“Azərbaycanda yaşayan türklər yüksək əxlaqi keyfiyyətləri olan insanlardır” 

Prof.Dr.Zaur Aliyev

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

SABİR RÜSTƏMXANLI: DƏYİŞMƏZ VƏ ƏBƏDİ ÜNVANIMIZ — Sabir Abdin YAZIR 

Əslində Sabir Rüstəmxanlı dünyaya göz açdığı, çırağı haqdan yanan o balaca qartal yuvası ev, ocaq, böyüdüyü, qol-qanad açdığı kənd, o taylı, bu taylı böyük Azərbaycan, qüdrətli, nəhəng Türk dünyası və nəhayət,  ucsuz-bucaqsız kainatımızın özü boyda bir coğrafiyadır, silinməz, bölünməz bir xəritədir, yeriyən, yürüyən Vətəndir.Sabir Rüstəmxanlı əbədidir.Biz Sabir bəyin bənzərsiz, dillər əzbəri olan şeirləriylə, sözlərinə yazılmış nəğmələrlə  böyümüşük, pərvazlanmışıq, o uzaq dağ kəndlərindən bu adın, bu odun işığını tutub gəlmişik. Sabir Rüstəmxanlının bənzərsiz yaradıcılığı, şəxsiyyəti, Azərbaycan uğrunda mübarizə dolu həyatı gəncliyimiz üçün, şəxsən mənim üçün nümunə olmuşdur.Yaxşı yadımdadır, ağır və təlatümlü 90-cı illərin əvvəllərində Kürdəmir rayon prokurorluğunda çalışırdım.  Bir nəfər barəsində aparılan...

20 May 2026, 11:53

Fatimə Novruzova: “Yalan insanı öz həqiqətindən uzaqlaşdırır”

İnsan həyatda çox seçimlərlə qarşılaşır. Bu seçimlərdən ən önəmlilərindən biri isə doğru ilə yalan arasında edilən seçimdir. Bəzən bir söz insanın taleyini dəyişə, bir həqiqət münasibətləri qoruya, bir yalan isə illərlə qurulan etibarı məhv edə bilər. Müasir dövrdə insanlar çox zaman həqiqəti gizlətməyi çıxış yolu hesab etsələr də, dürüstlük hər zaman insanın mənəvi dəyərini müəyyən edən əsas xüsusiyyətlərdən biri olaraq qalır. Mənim fikrimcə, yalan yalnız başqasını aldatmaq deyil, həm də insanın öz vicdanına qarşı etdiyi ən böyük haqsızlıqdır. Məhz buna görə “Yalan mənim üçün nədir?” sualı mənim daxili dünyamda xüsusi məna daşıyır.Citypost.az xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universitetinin...

19 May 2026, 10:21

O, rəhbər olmaq üçün doğulub...  Elman Eldaroğlu yazır...

"Yardımlı Xeyriyyə Cəmiyyəti"nə rəhbərlik etdiyim vaxtlarda Yardımlı rayon Mərkəzi Xəstəxanasında çox olmuşam. Həmin vaxtlar hər il ramazan bayramında oraya həkim briqadaları apararaq cərrahiyyə əməliyyatlarına, müxtəlif xəstəliklərdən əziyyət çəkən onlarla yerli sakinin təmənasız şəfa tapmasında vasitəçi olmuşam. Onda mərkəzi xəstəxananın baş həkimi, hörmətli eloğlum Rasim Əkbərov, direktoru isə Mir Əbülfəz ağa idi. Haqqında söhbət açmaq istədiyim Ravil Qənbərov ilə isə tanışlığım olmayıb. Buna baxmayaraq, 2025-ci ildə Yardımlı rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilən Ravil bəy haqqında fikirlərimi sizinlə bölüşmək istəyirəm. Axı, mayın 14-ü Ravil Qənbərovun ad günüdür. Gənclərə diqqət göstərmək biz yaşlı nəslin borcudur...Ravil bəy 1988-ci ilin may ayına düşən şənbə...

14 May 2026, 08:56

Ağrı və iradənin dialoqu. Şəmsi Qoca yazır...

Gecənin ən qatı sükutunda, saatın əqrəbləri "üç"ün üzərində donub qalanda, otağın küncündə iki kölgə üz-üzə gəldi. Biri ağır, boğucu və amansız idi – Ağrı. Digəri isə yorğun, amma gözlərində sönməz bir atəş daşıyan İradə.Ağrı qəddar bir gülümsəmə ilə pıçıldadı:— "Hələ də yorulmadınmı? Artıq bir il yarımdır ki, mən sənin bədənində hər hüceyrəyə bir zəncir vurmuşam. Gecələrini yuxusuzluğa, gündüzlərini isə mənə məhkum etmişəm. Niyə hələ də o qələmi əlindən yerə qoymursan? Görürsən ki, mən hər gün bir az daha böyüyürəm, sən isə hər gün bir az daha kiçilirsən."İradə sakit, amma sarsılmaz bir səslə cavab verdi:— "Sən mənim bədənimi zəncirləyə bilərsən, amma...

11 May 2026, 12:29

Bolşeviklər Gəncə üsyanından sonra Bülbülü niyə öldürmədilər ?  Zaur Əliyev yazır...

Bülbül – Murtuza Məşədi Rza oğlu 1897-ci ildə Şuşada anadan olmuşdur. 1914-cü ildə Bülbül Gəncəyə köçür və Gəncə həyatı onun müğənnilik həyatında böyük rol oynayır. O, ilk dəfə Gəncədə böyük sənətkar Cəmil Əmirovun “Seyfəlmülk ” adlı opera tamaşasında çıxış edir. Murtuza Məmmədov "Bülbül" adını Gəncədə alıb. Cavad Xanın nəvəsi Şirinbəyim xanım Ziydxanlı o adı verib.1920-ci ildə 28 mayı Gəncədə böyük coşğu ilə keçirildiyi zaman orda mahnı ifa edir. Belində silahla  Bülbül Azərbaycan himnin ifa edir. Qeyd edim ki, Nuru Paşanın rəhbərliyi ilə Türk ordusu Bakını azad etməyə gələndə, Bülbül onları "Azərbaycan marşı" və milli mahnılarla qarşılayan  şəxslərdən biri idi.  Rusların Gəncəni bombalaması,...

11 May 2026, 12:07

Əhmədağa Muğanlınin 100 illiyi: “İllər keçəcək, onu filmləri yaşadacaq”

Bu gün Əhmədağa Muğanlının 100 illiyidir…“Kaş oğlu Araz Qurbanov atasının 100 illiyi ilə bağlı hər hansı bir tədbir keçirib, oxucularını dəvət edəydi. Heç olmazsa, mərasim evlərinin birində ehsan süfrəsi açıb, Əhmədağasevərləri bir araya gətirəydi…”XX əsr Azərbaycan ədəbiyyatının tərəqqi dövrü olub. Sözsüz ki, həmin dövr ədəbiyyatımıza çox böyük şəxsiyyətlər bəxş edib. Onlardan Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Mirzə Fətəli Axundovun, Məmməd Səid Ordubadinin, Mehdi Hüseynin, Mirzə İbrahimovun, Süleyman Rüstəmin, Əliağa Vahidin, Səməd Vurğunun, Məmməd Arazın, İlyas Əfəndiyevin, İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin, Musa Yaqubun, Əhmədağa Muğanlının və s. yazarlarımızın adlarını çəkə bilərik...Bildiyiniz kimi “Atları yəhərləyin” filmi Süleyman Rüstəmin “Qaçaq Nəbi” mənzum pyesinin...

11 May 2026, 11:50