Uzun sürən burun axıntısına DİQQƏT: beyin mayesi sızıntısı ola bilər
Tibb 23 Yanvar 2026, 15:35
246
Üç həftədən çox davam edən burun axıntısı adi soyuqdəymə əlaməti olmaya bilər. Mütəxəssislər bu vəziyyətin ciddi sağlamlıq problemlərindən xəbər verə biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.
Citypost.az-ın məlumatına görə uzun müddət keçməyən burun axıntısının səbəbləri arasında beyin-omurilik mayesinin sızması, burun daxili şişlər, allergiya və reflü də yer alır. O bildirib ki, beyin mayesi sızması zamanı beyinlə burun arasında açıqlıq yaranır və bu, menenjit kimi ağır xəstəliklərə yol aça bilər.
Mütəxəssislər qeyd edirlər ki, erkən mərhələdə aşkarlandıqda bu problemin müalicəsi mümkündür. Lakin şikayətlərin gözardı edilməsi ciddi fəsadlara səbəb ola bilər.
Həmçinin oxuyun
Eyni zamanda burun daxilində kütlə və ya şişlərin də davamlı axıntıya yol aça biləcəyi vurğulanır. Həkimlər allergik xəstəliklər və mədə reflüsünün də bu cür şikayətlərə səbəb ola biləcəyini bildirərək, uzunmüddətli burun axıntısı olan şəxslərə mütləq həkimə müraciət etməyi tövsiyə edirlər.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ürək tutmaları niyə “cavanlaşır”? Kardioloqdan CİDDİ XƏBƏRDARLIQ
Son illər ürək tutması nəticəsində həyatını itirənlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur. Əvvəllər əsasən yaşlı insanlarda rast gəlinən bu hallar artıq 40 yaşdan aşağı, hətta 30 yaşına çatmamış gənclər arasında da qeydə alınır. Mütəxəssislər bu tendensiyanı ciddi siqnal kimi dəyərləndirir və əsas səbəblərin vaxtında aradan qaldırılmasının vacibliyini vurğulayırlar.Mövzu ilə bağlı kardioloq Emil Hasilov saytımıza açıqlama verib. Onun sözlərinə görə, son dövrlərdə gənc yaşlarda ürək-damar xəstəlikləri ilə xəstəxanaya müraciət edənlərin sayı əhəmiyyətli dərəcədə artıb.“Son zamanlar 30–40 yaş arası ürək-damar xəstəlikləri ilə təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya gətirilən pasiyentlərin sayında artım müşahidə edirik. Bunun əsas səbəblərindən biri COVID-19 pandemiyasının yaratdığı fəsadlardır....
22 Yanvar 2026, 15:55
Testosteronun azalması kişilərdə gizli təhlükə yaradır - HƏKİM RƏYİ
Son illər həkimlər kişilər arasında səbəbsiz yorğunluq, həvəssizlik və psixoloji eniş hallarının artdığını bildirirlər. Mütəxəssislərin fikrincə, bu problemlərin arxasında çox zaman testosteron hormonunun azalması dayanır. Bir çox kişi isə bunu yaş, stress və ya iş yorğunluğu ilə əlaqələndirərək real səbəbi görməzdən gəlir.Uroloq-androloq Xaliq Rzayevin Citypost.az-a verdiyi məlumata görə testosteron yalnız cinsi hormon hesab edilmir. Bu hormon kişinin enerjisini, fiziki gücünü, özünə inamını və ümumi həyat həvəsini müəyyən edən əsas amillərdən biridir. Səviyyəsi azaldıqda kişi səhərlər halsız oyanır, gün ərzində tez yorulur, işə və həyata marağı azalır.Testosteron çatışmazlığı libido azalması, əzələlərin zəifləməsi və qarın piylənməsi ilə yanaşı, emosional problemlərə də yol...
21 Yanvar 2026, 17:45
Alimlər depressiya üçün köhnə hədəfi yenidən kəşf etdi
Koreya Universitetinin alimləri ağır depressiv pozuntunun (MDD) müalicəsi üçün yeni yanaşma irəli sürüblər. Tədqiqatda əvvəllər ümidverici hesab edilsə də, sonradan uğursuz klinik nəticələrə görə kənara qoyulan neyrokinin-1 (NK1) reseptoru yenidən diqqət mərkəzinə gətirilib.Citypost.az-ın məlumatına görə araşdırma göstərir ki, problem reseptorun özündə deyil, əvvəl istifadə olunan dərman molekullarının kimyəvi quruluşunda olub. Alimlər NK1 reseptorunun antagonistlərinin strukturunu yenidən dizayn edərək, siçanlar üzərində aparılan sınaqlarda depressiyaya bənzər davranışı və neyroiltihabı azaldan yeni birləşmələr əldə ediblər.“Experimental & Molecular Medicine” jurnalında dərc olunan tədqiqatda kompüter modelləşdirməsi və süni intellektdən istifadə olunaraq milyonlarla molekul analiz edilib. Seçilən aparıcı birləşmələrdən biri stress və iltihabla bağlı depressiya modellərində...
21 Yanvar 2026, 16:22
Alimlər daha çox yeyib kökəlməməyin YOLUNU AÇIQLADI
Alimlər gündəlik qidalanmada daha çox yemək, lakin buna baxmayaraq çəki almamaq mümkün olduğunu müəyyən ediblər. Qidalanma üzrə ekspertlərin apardığı və The American Journal of Clinical Nutrition jurnalında dərc olunan yeni araşdırma göstərir ki, tam və minimal emaldan keçmiş məhsullara əsaslanan rasion insanın qida çəkisi baxımından daha çox yeməsinə, amma eyni zamanda xeyli az kalori qəbul etməsinə imkan yaradır.Citypost.az-ın məlumatına görə tədqiqatın yenidən işlənmiş geniş klinik məlumatlarının təhlili nəticəsində məlum olub ki, təbii, bütöv məhsullarla qidalanan iştirakçılar ultra-emal olunmuş məhsullara (UPF) əsaslanan rasionla müqayisədə gündəlik orta hesabla 330 kilokalori daha az, bəzi hallarda isə 57 faizə qədər az kalori qəbul ediblər....
21 Yanvar 2026, 10:11
Nevroloqdan yuxu ilə bağlı vacib AÇIQLAMA
Yaş artdıqca yuxu problemləri bir çox insanın gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərməyə başlayır. Xüsusilə yaşlı insanlarda yuxuya getmədə çətinlik, gecə yuxularının tez-tez bölünməsi və səhər yorğun oyanmaq halları geniş yayılıb. Mütəxəssislər bildirir ki, bu problemlər təkcə psixoloji deyil, əsasən fizioloji və sağlamlıqla bağlı amillərlə əlaqədardır.Nevroloq Röyanə Quluzadə mövzu ilə bağlı CityPost.az-a açıqlamasında qeyd edir ki, yaşlı insanlarda yuxu pozuntularının əsas səbəblərindən biri beyində yuxu hormonlarının ifrazına cavabdeh olan epifiz vəzinin yaşla əlaqədar olaraq kiçilməsi və funksiyasının zəifləməsidir. Onun sözlərinə görə, yaş artdıqca beyində ümumi atrofiya prosesi getdiyi kimi, epifiz vəzidə də atrofiya baş verir və nəticədə yuxu hormonunun ifrazı...
20 Yanvar 2026, 21:47
Qızdırma zamanı qıcolma təhlükəlidirmi?
Qızdırma zamanı uşaqlarda müşahidə olunan qıcolmalar valideynlər arasında ciddi narahatlıq yaradır. Xüsusilə bu cür halların gələcəkdə epilepsiya xəstəliyinə səbəb olub-olmaması ən çox verilən suallardandır. Mövzu ilə bağlı CityPost.az-a nevroloq Röyanə Quluzadə açıqlama verib.Həkimin sözlərinə görə, qızdırma fonunda baş verən qıcolmalar tibbdə febril qıcolmalar adlanır və əksər hallarda təhlükəli hesab edilmir. Röyanə Quluzadə bildirir ki, sadə febril qıcolmalar adətən 15 dəqiqədən az davam edir, uşaq qısa müddətdə özünə gəlir və qıcolmadan sonra hər hansı nevroloji fəsad müşahidə olunmur. Belə hallarda gələcəkdə epilepsiya xəstəliyinin yaranma riski demək olar ki, olmur.Nevroloq qeyd edir ki, bəzi febril qıcolmalar isə daha ağır keçə və risk...
20 Yanvar 2026, 21:44