Bizə yazın

Baku

-°C

USD

-

FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edib 

Cəmiyyət 20 Mart 2025, 11:00

32421

Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə təkrar müraciət edib.

Bu barədə CityPost.az-a nazirlikdən məlumat verilib.

Müraciətdə bildirilib ki, xalqımız milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan Novruz bayramını böyük təntənə ilə qeyd edir.

"Lakin bu bayramla əlaqədar keçirilən mərasimlər, xüsusilə tonqalların qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi sonda arzuolunmaz nəticələrə gətirib çıxarır.

Belə ki, təəssüflə qeyd olunmalıdır ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən bu istiqamətdə aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən edilən çoxsaylı müraciətlərə baxmayaraq, təkcə İlaxır çərşənbə zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması nəticəsində 19 yanğın hadisəsi qeydə alınıb.

Göstərilənləri, xüsusilə ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin davam edəcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, Novruz bayramı ilə bağlı mərasimlərdə aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır:

- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda və müvafiq təhlükəsizlik tədbirləri görülməklə yandırılmalı;

- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.

Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

NARGİN ADASINA BƏNZƏYƏN NİZAMİ CƏFƏROVLAR...   

Bu gün bu ölkədə “çağdaş ziyasızlığın ətaləti” patogenezinin müəlliflərindən birinin — Nizami Cəfərovun doğum günüdür.Yəqin ki, hər birinizə bu isim tanış gəldi... İstər siyasi, istərsə də ədəbi arenada ağ işığın, ilahi prinsiplərin alnını, surətini nişan alan, azadlıq harmoniyasına xəlvət-xəlvət tətik çəkən həmin akademiki deyirəm.Yaxşı xatirimdədir, Yazıçılar Birliyinin Sibirüzlü 13-cü qurultayı idi. Məlum qurultay başlar-başlamaz, adəti üzrə öz təbiəti ilə daim “edam kötüyündə təzim” əsərini, “səcdə nəzəriyyəsi”ni yaratmağa nail olan həmin bu Nizami Cəfərov həzrətləri çıxış üçün söz alıb, Tanrının qanına bulaşmış əlahəzrət səhnəyə ayaq basıb, “Anarizm səddi”ndən (“diktatorlar quyusu”ndan!) boylana-boylana, başladı “Biz öz sədrimizi çoxdan seçmişik” başlıqlı “mütilik mühazirəsi” oxumağa...Ümumiyyətlə...

21 Sentyabr 2026, 22:15

Rövşən Rzayev Lənkəranda qəbul keçirib 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev sentyabrın 21-də Lənkəranda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, qəbulda, əsasən Lənkəran, Lerik, Masallı və Astara rayonlarında məskunlaşmış keçmiş məcburi köçkünlər iştirak ediblər. Vətəndaşların müraciətlərində, əsasən Böyük Qayıdış, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və digər şəxsi xarakterli müraciətlər üstünlük təşkil edib.Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasının,...

21 Sentyabr 2026, 20:05

Bakıda payız sərgi mövsümü başlayır

2026-cı ilin payızında Bakı yenidən müxtəlif strateji sahələr üzrə beynəlxalq biznes dialoqunun əsas görüş məkanlarından birinə çevriləcək. “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri sentyabr-dekabr aylarında müdafiə sənayesi, daxili təhlükəsizlik, tikinti, şəhər infrastrukturu və idman sahəsini əhatə edən beynəlxalq sərgilər təşkil edəcəklər.Citypost.az xəbər verir ki, Bakı Ekspo Mərkəzində keçiriləcək tədbirlər dövlət qurumlarını, yerli və xarici şirkətləri, istehsalçıları, təchizatçıları, investorları və sahə mütəxəssislərini bir araya gətirəcək.Payız sərgi mövsümünə sentyabrın sonunda Qafqaz regionun müdafiə sənayesi sahəsində nəhəng tədbiri ADEX - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi start verəcək. Oktyabr ayında mövsüm Xəzər İnşaat Həftəsi və “Road & Traffic” ilə davam edəcək, ilin son...

21 Sentyabr 2026, 19:58

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ qeydə alınıb.Bu barədə Citypost.az-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.Bildirilib ki, zəlzələ yerli vaxtla saat 18:13-də, 46 km dərinlikdə, 4.1 bal gücündə baş verib.

21 Sentyabr 2026, 19:02

Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib

Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.Citypost.az  xəbər verir ki, Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir.Eyni zamanda, valideynlər və ya digər qanuni nümayəndələr övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə...

21 Sentyabr 2026, 18:04

Vilayət Eyvazov sıra baxışı keçirib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 21-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 203 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib....

21 Sentyabr 2026, 18:03