Bakıda payız sərgi mövsümü başlayır
Cəmiyyət 21 Sentyabr 2026, 19:58
284
2026-cı ilin payızında Bakı yenidən müxtəlif strateji sahələr üzrə beynəlxalq biznes dialoqunun əsas görüş məkanlarından birinə çevriləcək. “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri sentyabr-dekabr aylarında müdafiə sənayesi, daxili təhlükəsizlik, tikinti, şəhər infrastrukturu və idman sahəsini əhatə edən beynəlxalq sərgilər təşkil edəcəklər.
Citypost.az xəbər verir ki, Bakı Ekspo Mərkəzində keçiriləcək tədbirlər dövlət qurumlarını, yerli və xarici şirkətləri, istehsalçıları, təchizatçıları, investorları və sahə mütəxəssislərini bir araya gətirəcək.
Payız sərgi mövsümünə sentyabrın sonunda Qafqaz regionun müdafiə sənayesi sahəsində nəhəng tədbiri ADEX - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi start verəcək. Oktyabr ayında mövsüm Xəzər İnşaat Həftəsi və “Road & Traffic” ilə davam edəcək, ilin son aylarında isə iki yeni sərgi təşkil ediləcək. Sərgi təqviminə noyabr ayında idman sənayesinin müxtəlif istiqamətlərini özündə əks etdirən ExpoSport Azerbaijan sərgisi ilə yekun vurulacaq. Bütün tədbirlər müvafiq dövlət qurumlarının və sahələr üzrə məsul strukturların dəstəyi ilə keçiriləcək.
Müdafiə sənayesi və təhlükəsizlik üzrə regionun əsas görüş məkanı
30 sentyabr-2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzi ADEX - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə ev sahibliyi edəcək. ADEX sərgisi ilə eyni tarixlərdə paralel olaraq “Securex Caspian” - 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi təşkil olunacaq.
Təşkil olunduğu ilk illərdən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ADEX-i ziyarət edərək yaxından tanış olması, tədbirin iştirakçıları və qonaqlarına salamlama məktubu ünvanlaması sərgiyə dövlət səviyyəsində yüksək diqqətin təzahürüdür. Bu, sərgiyə böyük etimadı nümayiş etdirməklə yanaşı, onun Azərbaycanın beynəlxalq nüfuza malik milli brendi statusunu təsdiqləyir.
ADEX tarixində ilk dəfə olaraq 2026-cı ildə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə veriləcək. Ekspozisiya sahəsinin rekord səviyyədə genişlənməsi sərgiyə artan beynəlxalq marağın və ADEX-in müdafiə sənayesində möhkəmlənən mövqeyinin göstəricisidir. İndiyədək 29 ölkədən 270-dən çox şirkət iştirakını təsdiqləyib. Belarus, Çexiya, İtaliya, Türkiyə və Slovakiya milli ekspozisiyalarla çıxış edəcəklər. Bu il Böyük Britaniya, Almaniya və Rumıniya isə ADEX-də ilk dəfə iştirak edəcək ölkələr sırasındadır.
Azərbaycanın müdafiə-sənaye kompleksinin gücü və texnoloji potensialı da ADEX 2026-da geniş təqdim olunacaq. Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonu ilk dəfə tam şəkildə milli ekspozisiya üçün ayrılacaq.
Şəhərsalma, inşaat və nəqliyyat infrastrukturu vahid platformada
14-16 oktyabr tarixlərində regionun inşaat sektorunda aparıcı sənaye platformalarından biri olan Xəzər İnşaat Həftəsi (“Caspian Construction Week”) keçiriləcək. 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi fonunda Caspian Construction Week” dayanıqlı şəhər inkişafı, müasir memarlıq yanaşmaları, innovativ tikinti texnologiyaları və infrastrukturun modernləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 30 illik tarixə malik Xəzər İnşaat Həftəsi bu gün artıq milli brend kimi beynəlxalq şirkətlərin işgüzar təqvimində özünə layiqli yer tutub.
Həmçinin oxuyun
Həftə çərçivəsində “BakuBuild” - 31-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi, “Rebuild Garabagh” - 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi, “Aquatherm Baku” - 18-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi və “Plastex Caspian” - 5-ci Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi Sərgisi bir məkanda – Bakı Ekspo Mərkəzində təşkil olunacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Rebuild Garabagh” sərgisinin iştirakçı və qonaqlarına salamlama məktubu ünvanlayır və məktub sərginin rəsmi açılış mərasimində səsləndirilir.
Hazırda 200-dən çox şirkət Xəzər İnşaat Həftəsində iştirakını təsdiqləyib. İştirakçılar arasında Azərbaycanla yanaşı, Belarus, Çin, İran, İtaliya, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələrdən olan şirkətlər yer alır. İtaliya, Özbəkistan və Rusiya sərgidə milli pavilyonlarla təmsil olunacaq. 2026-cı ildə İtaliya sərgidə iştirakını genişləndirərək iki pavilyonla çıxış edəcək. Onlardan biri Siciliyanın potensialını və məhsullarını nümayiş etdirən ayrıca ekspozisiya olacaq. Bir neçə sərginin eyni məkanda keçirilməsi iştirakçılara tikinti, memarlıq, mühəndis sistemləri, su təchizatı, sənaye istehsalı və infrastruktur sahələrində daha geniş peşəkar auditoriyaya çıxış imkanı yaradacaq.
Payız sərgi mövsümünün yeni idman tədbiri – ExpoSport Azerbaijan
2026-cı ilin payız sərgi mövsümünün mühüm yeniliklərindən biri 26–28 noyabr tarixlərində keçiriləcək “ExpoSport Azerbaijan” – Azərbaycan Beynəlxalq İdman, Fitnes, Sağlamlıq və Aktiv Həyat Tərzi Sərgisi olacaq. Sərgi Bakı Kristal Zalında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə təşkil olunacaq.
Sərginin məhz 2026-cı ildə keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakının idman infrastrukturunu yüksək qiymətləndirərək şəhəri 2026-cı il üçün dünyanın “İdman Paytaxtı” seçib. Bu status kütləvi idmanın, ictimai sağlamlığın və aktiv həyat tərzinin təşviqi ilə yanaşı, Bakının idman turizmi potensialının genişləndirilməsi və paytaxtda idman sənayesinə həsr olunmuş yeni tədbirlərin keçirilməsi üçün əlverişli zəmin yaradır.
Məhz bu kontekstdə təşkil olunan “ExpoSport Azerbaijan” idman sənayesinin müxtəlif istiqamətlərini vahid məkanda birləşdirəcək. Sərgidə idman federasiyaları və assosiasiyaları, peşəkar və həvəskar idman klubları, idman geyimləri və aksesuarları, idman qidaları və əlavələri, idman təbabəti, sağlamlıq və reabilitasiya xidmətləri, idman texnologiyaları və avadanlıqları, idman obyektlərinin tikintisi və təchizatı, idman turizmi, tədbir təşkilatçıları, ixtisaslaşmış təhsil müəssisələri, eləcə də e-idman və interaktiv oyun həlləri təqdim olunacaq.
2026-cı ilin payız sərgiləri ölkə iqtisadiyyatına verdiyi bu töhfənin davamı olaraq, Bakının beynəlxalq biznes mərkəzi kimi mövqeyini daha da möhkəmləndirməyə xidmət edəcək. Müdafiə və təhlükəsizlikdən tikinti və şəhər infrastrukturuna, həyat tərzi və istehlak sənayelərinədək geniş sahələri əhatə edən tədbirlər yeni texnologiyaların, investisiyaların və tərəfdaşlıqların Azərbaycana cəlb olunmasına, region ölkələri arasında işgüzar dialoqun genişlənməsinə və ölkənin investisiya cəlbediciliyinin artmasını təşviq edəcəkdir.
Foto
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Rövşən Rzayev Lənkəranda qəbul keçirib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev sentyabrın 21-də Lənkəranda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, qəbulda, əsasən Lənkəran, Lerik, Masallı və Astara rayonlarında məskunlaşmış keçmiş məcburi köçkünlər iştirak ediblər. Vətəndaşların müraciətlərində, əsasən Böyük Qayıdış, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və digər şəxsi xarakterli müraciətlər üstünlük təşkil edib.Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasının,...
21 Sentyabr 2026, 20:05
Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində zəlzələ qeydə alınıb.Bu barədə Citypost.az-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.Bildirilib ki, zəlzələ yerli vaxtla saat 18:13-də, 46 km dərinlikdə, 4.1 bal gücündə baş verib.
21 Sentyabr 2026, 19:02
Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.Citypost.az xəbər verir ki, Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir.Eyni zamanda, valideynlər və ya digər qanuni nümayəndələr övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə...
21 Sentyabr 2026, 18:04
Vilayət Eyvazov sıra baxışı keçirib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 21-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 203 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib....
21 Sentyabr 2026, 18:03
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Nazirlər Kabineti "Bakı Biznes Mərkəzi" MMC-nin Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi və 30 noyabr 2010-cu il tarixli qərarı ilətəsdiq edilmiş "İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda və 17 iyun 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında qərar qəbul edib.Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.İqtisadiyyat Nazirliyi və Mədəniyyət Nazirliyi qərardan irəli gələn məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etməlidir....
21 Sentyabr 2026, 17:25
Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq
Sabah Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.Bu barədə Citypost.az "Azəriqaz"a istinadən xəbər verir."Təmir-quraşdırma işləri ilə əlaqədar 22.09.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun M. Hadi, A. Rəhimov küçələrinin, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrinin, Babək prospektinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq", - məlumatda qeyd olunur.
21 Sentyabr 2026, 17:20