Rövşən Rzayev Lənkəranda qəbul keçirib
Cəmiyyət 21 Sentyabr 2026, 20:05
297
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev sentyabrın 21-də Lənkəranda vətəndaşları qəbul edib.
Citypost.az xəbər verir ki, qəbulda, əsasən Lənkəran, Lerik, Masallı və Astara rayonlarında məskunlaşmış keçmiş məcburi köçkünlər iştirak ediblər. Vətəndaşların müraciətlərində, əsasən Böyük Qayıdış, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və digər şəxsi xarakterli müraciətlər üstünlük təşkil edib.
Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasının, məşğulluğunun artırılmasının prioritet istiqamət olduğu, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi qəbulda vətəndaşlara bir daha xatırladılıb. Qeyd edilib ki, hazırda dövlətimizin başçısının qarşıya qoyduğu ən mühüm vəzifə onların işğaldan azad edilmiş ərazilərə, doğma yurda qayıdışını sürətləndirmək, orada təhlükəsiz və layiqli həyat şəraiti yaratmaqdır.
Həmçinin oxuyun
Qayıdış prosesinin uğurla davam etdiyi, mərhələli qaydada aparılan bu prosesdə ilk növbədə müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanların köçürülməsinə üstünlük verildiyi onların diqqətinə çatdırılıb. Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub. Müraciətlərdə vurğulanan digər məsələlərin qısa müddətdə araşdırılacağı, həmçinin aidiyyəti üzrə dövlət qurumlarına çatdırılacağı bildirilib.Lənkəran rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakıda payız sərgi mövsümü başlayır
2026-cı ilin payızında Bakı yenidən müxtəlif strateji sahələr üzrə beynəlxalq biznes dialoqunun əsas görüş məkanlarından birinə çevriləcək. “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri sentyabr-dekabr aylarında müdafiə sənayesi, daxili təhlükəsizlik, tikinti, şəhər infrastrukturu və idman sahəsini əhatə edən beynəlxalq sərgilər təşkil edəcəklər.Citypost.az xəbər verir ki, Bakı Ekspo Mərkəzində keçiriləcək tədbirlər dövlət qurumlarını, yerli və xarici şirkətləri, istehsalçıları, təchizatçıları, investorları və sahə mütəxəssislərini bir araya gətirəcək.Payız sərgi mövsümünə sentyabrın sonunda Qafqaz regionun müdafiə sənayesi sahəsində nəhəng tədbiri ADEX - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi start verəcək. Oktyabr ayında mövsüm Xəzər İnşaat Həftəsi və “Road & Traffic” ilə davam edəcək, ilin son...
21 Sentyabr 2026, 19:58
Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində zəlzələ qeydə alınıb.Bu barədə Citypost.az-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.Bildirilib ki, zəlzələ yerli vaxtla saat 18:13-də, 46 km dərinlikdə, 4.1 bal gücündə baş verib.
21 Sentyabr 2026, 19:02
Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.Citypost.az xəbər verir ki, Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir.Eyni zamanda, valideynlər və ya digər qanuni nümayəndələr övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə...
21 Sentyabr 2026, 18:04
Vilayət Eyvazov sıra baxışı keçirib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 21-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 203 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib....
21 Sentyabr 2026, 18:03
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Nazirlər Kabineti "Bakı Biznes Mərkəzi" MMC-nin Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi və 30 noyabr 2010-cu il tarixli qərarı ilətəsdiq edilmiş "İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda və 17 iyun 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında qərar qəbul edib.Citypost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.İqtisadiyyat Nazirliyi və Mədəniyyət Nazirliyi qərardan irəli gələn məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etməlidir....
21 Sentyabr 2026, 17:25
Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq
Sabah Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.Bu barədə Citypost.az "Azəriqaz"a istinadən xəbər verir."Təmir-quraşdırma işləri ilə əlaqədar 22.09.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun M. Hadi, A. Rəhimov küçələrinin, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrinin, Babək prospektinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq", - məlumatda qeyd olunur.
21 Sentyabr 2026, 17:20