Bizə yazın

Baku

-°C

USD

-

“Uzaq sahillərdə” filmi Berlində bərpa olunub    

Cəmiyyət 25 Aprel 2025, 10:48

17210

Azərbaycanın Almaniyadakı səfirliyinin sifarişi ilə “Uzaq sahillərdə” filminin (1958) alman dilindəki versiyası Berlində rəqəmsallaşdırılaraq bərpa edilib, filmin görüntü və səs keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.

Bu barədə CityPost.az-a Azərbaycanın Almaniyadakı səfirliyindən məlumat verilib.

Qeyd edək ki, “Uzaq sahillərdə” filmi 1959-cu ildə Almaniyanın DEFA studiyası tərəfindən Berlində alman dilinə dublyaj edilərək, “Damals in Triest” adı ilə nümayiş etdirilib. Səfirliyin DEFA studiyası və arxivlərlə apardığı iş nəticəsində filmin alman dilindəki versiyası aşkarlanaraq, Berlində klassik filmlərin bərpası ilə məşğul olan şirkət tərəfindən yüksək keyfiyyətdə bərpa edilib.

Filmin bərpa olunmuş versiyası aprelin 23-də səfirliyin təşkilatçılığı ilə Berlinin tanınmış Urania elm mərkəzinin kinoteatrında nümayiş etdirilib. Nümayiş İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 80-ci ildönümünə həsr olunub. Tədbirdə Almaniya dövlət qurumlarının nümayəndələri, müxtəlif ölkələrin səfirləri, elm və mədəniyyət xadimləri, kinoşünaslar, jurnalistlər, həmçinin Almaniyada yaşayan Azərbaycan, türk və digər dost icmaların üzvləri iştirak ediblər.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında “Uzaq sahillərdə” filminin qəhrəman partizan Mehdi Hüseynzadənin və onun doğma Vətəni Azərbaycanın qətiyyətini, fədakarlığını və sarsılmaz iradəsini əks etdirdiyini vurğulayıb. O, M.Hüseynzadənin fədakar döyüşçü olmaqla yanaşı, beynəlxalq həmrəyliyin, Vətənindən uzaqda faşizmə qarşı mübarizə aparan qəhrəmanlıq rəmzi olduğunu və bu amallar uğrunda canından keçdiyini qeyd edib.

Səfir faşizm üzərində tarixi Qələbəyə Azərbaycanın verdiyi mühüm töhfələrdən bəhs edərək bildirib ki, təxminən 700 min azərbaycanlı müharibəyə yollanıb, onların 300 mindən çoxu həlak olub. 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla, o cümlədən 130 nəfər “Sovet İttifaqı Qəhrəmanı” adı ilə təltif olunub. Bildirilib ki, azərbaycanlı çağırışçılardan və könüllülərdən ibarət milli atıcı diviziyalar Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçiblər.

N.Ağayev xüsusi olaraq qeyd edib ki, Azərbaycan faşizmə qarşı mübarizədə təkcə insan resursları ilə deyil, həm də zəngin enerji ehtiyatları ilə iştirak edib və Qələbənin əldə olunmasında həlledici rol oynayıb.

Sonra nümayiş etdirilən film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Almaniyanın nüfuzlu “Berliner Zeitung” qəzeti tədbir haqda geniş məqalə dərc edərək, film, eləcə də Qələbənin qazanılmasına Azərbaycanın verdiyi töhfələr barədə oxucuları məlumatlandırıb. TV Berlin televiziya kanalı, eləcə də Stimme der Hauptstadt portalı da tədbir haqda ətraflı reportajlar yayımlayıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İyunun 29-dək hava şəraiti qeyri-sabit qalacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyunun 24-ü axşamdan 25-i səhərədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata əsasən, Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin iyunun 29-dək davam edəcəyi gözlənilir.Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur....

23 İyun 2026, 16:40

Arif Hacılının ölkədən çıxışına qadağa qoyuldu 

Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub.Citypost.az  xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.O, bildirib ki, bu gün Avstriyanın paytaxtı Vyanaya səfər etməli imiş: “Səfər çərçivəsində Azərbaycanın iqtidar və müxalifət nümayəndələrinin, eləcə də Milli Məclis üzvlərinin iştirakı ilə Cənubi Qafqaz regionuna dair məsələlərin müzakirə olunacağı tədbirdə iştirak etməsi nəzərdə tutulurdu”.Lakin hava limanında sərhəd nəzarəti zamanı ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilib.A.Hacılı ölkədən çıxışına qadağanın nə ilə bağlı olduğunu və bunun səbəbini də hələlik öyrənə bilmədiyini əlavə edib....

23 İyun 2026, 16:30

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon buğda göndərilir 

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda yola salınacaq.Citypost.az xəbər verir ki, bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon buğda göndərilir.

23 İyun 2026, 16:03

Nazirlik "General Hospital"ın lisenziyasını ləğv etdi

Bir müddət əvvəl saytlarda"General Hospital" tərəfindən vətəndaşa saxta sağlamlıq arayışı verilməsinə dair xəbər yayımlamışdıq. Xəbərin ictimailəşməsindən sonra Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) həmin özəl tibb müəssisəsində araşdırmaya başlamışdı."Unikal"ın əldə etdiyi məlumata görə, aşkarlanan nöqsanlardan sonra "General Hospital"ın lisenziyası İqtisadiyyat Nazirliyi tərəfindən ləğv edilib. Həmin klinika artıq özəl tibb müəssisəsi kimi fəaliyyət göstərə bilməyəcək.Məlumatı İqtisadiyyat Nazirliyindən saytımıza təsdiqləyiblər.

23 İyun 2026, 15:45

Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb 

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri İyunun 23-də başa çatıb.Citypost.az  xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu yola salıb.

23 İyun 2026, 15:21

Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər 

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Şuşada birgə nahar ediblər.Citypost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

23 İyun 2026, 15:20