Həccə getmək istəyənlərə ŞAD XƏBƏR
Cəmiyyət 25 Aprel 2025, 14:26
21038
Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti mayın 10-dək uzadılıb.
CityPost.az bildirir ki, bunu “Report” sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.
Onun sözlərinə görə, bu il kvota sayı 1200-1300 arası müəyyənləşdirilib və hazırda kvota 96 fazidən çox dolub.
Həmçinin oxuyun
Qeyd edək ki, azərbaycanlı zəvvarların Həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir. QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İyunun 29-dək hava şəraiti qeyri-sabit qalacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında iyunun 24-ü axşamdan 25-i səhərədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata əsasən, Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin iyunun 29-dək davam edəcəyi gözlənilir.Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur....
23 İyun 2026, 16:40
Arif Hacılının ölkədən çıxışına qadağa qoyuldu
Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub.Citypost.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.O, bildirib ki, bu gün Avstriyanın paytaxtı Vyanaya səfər etməli imiş: “Səfər çərçivəsində Azərbaycanın iqtidar və müxalifət nümayəndələrinin, eləcə də Milli Məclis üzvlərinin iştirakı ilə Cənubi Qafqaz regionuna dair məsələlərin müzakirə olunacağı tədbirdə iştirak etməsi nəzərdə tutulurdu”.Lakin hava limanında sərhəd nəzarəti zamanı ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilib.A.Hacılı ölkədən çıxışına qadağanın nə ilə bağlı olduğunu və bunun səbəbini də hələlik öyrənə bilmədiyini əlavə edib....
23 İyun 2026, 16:30
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon buğda göndərilir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda yola salınacaq.Citypost.az xəbər verir ki, bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon buğda göndərilir.
23 İyun 2026, 16:03
Nazirlik "General Hospital"ın lisenziyasını ləğv etdi
Bir müddət əvvəl saytlarda"General Hospital" tərəfindən vətəndaşa saxta sağlamlıq arayışı verilməsinə dair xəbər yayımlamışdıq. Xəbərin ictimailəşməsindən sonra Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) həmin özəl tibb müəssisəsində araşdırmaya başlamışdı."Unikal"ın əldə etdiyi məlumata görə, aşkarlanan nöqsanlardan sonra "General Hospital"ın lisenziyası İqtisadiyyat Nazirliyi tərəfindən ləğv edilib. Həmin klinika artıq özəl tibb müəssisəsi kimi fəaliyyət göstərə bilməyəcək.Məlumatı İqtisadiyyat Nazirliyindən saytımıza təsdiqləyiblər.
23 İyun 2026, 15:45
Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri İyunun 23-də başa çatıb.Citypost.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu yola salıb.
23 İyun 2026, 15:21
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər
Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Şuşada birgə nahar ediblər.Citypost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
23 İyun 2026, 15:20