Ceyhun Bayramov diplomatik xidmət orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Cəmiyyət 09 İyul 2025, 07:55
3736
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov diplomatik xidmət orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.
CityPost.az xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkə hesabında paylaşım edib.
"9 iyul – Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günündə, milli maraqlarımızın qorunması və beynəlxalq aləmdə mövqeyimizin gücləndirilməsi istiqamətində əzmlə çalışan diplomatlarımıza davamlı nailiyyətlər arzulayıram. Peşə bayramınız mübarək!", - paylaşımda deyilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Radiasiya təhlükəsizliyi ilə bağlı tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri davam etdirilir.Citypost.az FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Agentlik ilə Sumqayıt Regional Mərkəzi arasında imzalanmış “Qarşılıqlı fəaliyyət planı” çərçivəsində birgə tədbir keçirilib.Tədbirdə Mərkəzin əhatə etdiyi rayonların icra hakimiyyətlərinin nümayəndələri, ionlaşdırıcı şüalanma ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri, eləcə də FHN-in yerli qurumlarının nümayəndələri iştirak edib.Tədbiri giriş sözü ilə açan Agentliyin rəis müavini Xəzər Əmiraslanov Agentliyin fəaliyyəti, qarşıda duran məsələlər, regional mərkəzlərlə birgə həyata keçirilən tədbirlər barədə məlumat verib.Ümumilikdə 30 nəfərdən artıq nümayəndənin qatıldığı tədbirdə tənzimləyici qurum...
25 İyun 2026, 14:35
İlham Əliyev hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi haqqında dəyişikliyi təsdiqləyib
Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək.Citypost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklikləri imzalaması ilə mümkün olub.Sənədə əsasən, onlar hərbi xidmət keçdikləri dövlət orqanları, onların strukturuna daxil olan qurumlar tərəfindən şəxsi jetonla təmin ediləcəklər. Buna görə də qanunvericiliyə "şəxsi jeton" anlayışı və istifadə qaydaları əlavə edilib.Bundan başqa, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna çağırışaqədərki hazırlıq sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi məqsədilə 9.4-cü maddə əlavə olunub. Bu maddəyə əsasən, gənclərin çağırışaqədərki hazırlığının təşkili və həyata keçirilməsi ilə bağlı əsasnamənin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən...
25 İyun 2026, 14:17
Azərbaycan XİN zəlzələ ilə bağlı Venesuelaya başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi zəlzələ ilə bağlı Venesuelaya başsağlığı verib.Citypost.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında bildirilib.“Venesuelada baş vermiş, çoxsaylı insan itkisinə və genişmiqyaslı dağıntılara səbəb olmuş dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, bu ağır günlərdə Venesuela xalqı və hökuməti ilə həmrəy olduğumuzu bildiririk. Zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzulayırıq”, - başsağlığında qeyd olunub.Xatırladaq ki, Venesuelada baş verən 7.2-7.5 ballıq zəlzələ nəticəsində 32 nəfər həyatını itirib, yüzlərlə insan xəsarət alıb....
25 İyun 2026, 13:41
Aİ Ukraynaya 90 mlrd. avroluq kredit çərçivəsində ilk tranşın köçürülməsinə başlayıb
Avropa İttifaqı Ukrayna üçün nəzərdə tutulan 90 milyard avroluq kredit proqramı çərçivəsində 3,2 milyard avro məbləğində ilk tranşın köçürülməsinə başlayıb.APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Ukraynanın Bərpası üzrə Konfransda çıxışı zamanı məlumat verib.“Ötən il ərzində biz Ukraynanın iqtisadi təməllərini gücləndirdik. Onun Avropa yolunda irəliləyişinə dəstək verdik və inkişaf üçün yeni imkanlar yaratdıq. İndi Ukraynaya investisiya qoymağın vaxtıdır”, – Avropa Komissiyasının Prezidenti bildirib.Aİ-nin 90 milyard avroluq dəstək paketi Ukraynanın 2026–2027-ci illərdəki büdcə və müdafiə ehtiyaclarının maliyyələşdirilməsinə yönəlib. Proqram çərçivəsində vəsaitlərin bir hissəsi makromaliyyə dəstəyinə, digər hissəsi isə müdafiə sənayesinin gücləndirilməsinə ayrılacaq....
25 İyun 2026, 13:28
Su polisi dəniz sahilində narkotikə qarşı əməliyyat keçirib
Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.DİN-dən Citypost.az-a verilən məlumata görə, İdarəyə xidməti ərazi olan Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası adlanan ərazidə narkotiklərin satışının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub.Həyata keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunan Vüqar Tahirov saxlanıb. Həmin şəxsdən külli miqdarda narkotik vasitə olan marixuana aşkarlanıb.Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində araşdırmalar davam etdirilir."Qeyd edək ki, su polisləri tərəfindən Xəzər dənizi və xidməti ərazi olan digər su hövzələrində qanunazidd halların qarşısının alınması məqsədilə nəzarət tədbirləri sahil boyu davam etdirilir. İdarə əməkdaşları tərəfindən Xəzər...
25 İyun 2026, 13:15
Sabah intensiv yağış yağacaq
İyunun 26-da gözlənilən hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 19-23° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 55-60 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi...
25 İyun 2026, 13:00