Əlillər üçün fövqəladə hadisələrlə bağlı tətbiqlər yaradılacaq
Cəmiyyət 13 Noyabr 2025, 11:00
3228
Fövqəladə Hallar Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əlilliyi olan şəxslərin fövqəladə hadisələrin qarşısının alınması, hazırlıq və nəticələrinin aradan qaldırılması sahəsində hüquqlarının təmin olunmasına dair 2025-2030-cu illər üzrə Birgə Fəaliyyət Planı imzalanıb.
FHN-dən verilən xəbərə görə, sənəd BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasından irəli gələn müvafiq öhdəliklərin icrası məqsədinə xidmət edir.
Fəaliyyət Planına əsasən, əlilliyi olan və onlara qulluq edən şəxslər üçün fövqəladə hallarla bağlı davranış qaydalarına dair maarifləndirmə tədbirləri həyata keçiriləcək.
Həmçinin oxuyun
Eləcə də Fövqəladə Hallar Nazirliyinin xilasedici və yanğınsöndürənlərinin əlilliyi olan şəxslərə yardım göstərilməsi üzrə bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi ilə bağlı təlimlər təşkil olunacaq və əlilliyi olan şəxslərin “112” qaynar telefon xəttinə müraciətlərinin qəbul edilməsi üzrə müasir texnologiya və üsulların tətbiqi imkanları araşdırılacaq.
Sənəddə əlilliyi olan şəxslər üçün erkən xəbərdarlıq, o cümlədən SMS xidməti və məlumatlandırma üzrə tətbiqlərin yaradılması, fövqəladə hadisə baş verdikdə əlilliyi olan şəxslərin reabilitasiya və sosial xidmət müəssisələri barədə məlumat mübadiləsinin aparılması, onların təxliyəsi, qeydiyyatı, müvəqqəti yerləşdirilməsi və digər tədbirlər də nəzərdə tutulub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb
Azərbaycanda plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında dəyişiklik edilib.Citypost.az "Report"a istinadən xəbər verir, say 46-dan 51-ə çatdırılıb.Siyahıya Əliyev Amin Müzakir oğlu, İsmayılov Turab Qurbanəli oğlu, Həsənov Ülvi Tofiq oğlu, Xudiyev Xudu Füzuli oğlu, Əsədov Mehdi Eldar oğlu əlavə edilib.
22 Sentyabr 2026, 18:46
Azərbaycan Almaniya ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib
Azərbaycan və Almaniya arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə çərçivəsində enerji əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib.Citypost.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.Bu barədə müzakirələr P. Şahbazovun Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke ilə görüşdə aparılıb.O bildirib ki, Azərbaycan qazının Almaniyaya tədarükü, bərpa olunan enerji və "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb....
22 Sentyabr 2026, 18:36
Hümmət Əliyevin erməni biznesmenlə gizli işbirliyi üzə çıxdı
Rusiya Teatr Sənəti İnstitutu (GİTİS) keçmiş azərbaycanlı prorektoru Hümmət Əliyevlə bağlı araşdırma davam edir.Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, yeni məlumatlarda Əliyevin GİTİS-dəki fəaliyyəti və onun ətrafındakı şəxslərlə bağlı yeni detalların müəyyənləşdirildiyi bildirilir.Son məlumatlarda onun erməni əsilli iş adamı Konstantin Avetovla birlikdə İnstituta məxsus bir sıra ərazilərin kommersiya məqsədilə qanunsuz özəlləşdirilməsinə dair faktlar var. Belə ki, Avetov uzun illər GİTİS-də Hümmət Əliyevin yaxın çevrəsində olub və institutdakı maliyyə əməliyyatları ilə bağlı proseslərdə iştirak edib. Hətta onun Əliyevin qeyri-rəsmi maliyyə vəsaitlərini idarə edən şəxslərdən biri olduğu iddia edilir. Yayılan məlumatlarda Avetovun bu vəsaitləri ailə üzvlərinin adına olan əmlaklar vasitəsilə leqallaşdırdığı...
22 Sentyabr 2026, 18:28
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1" yarışı səbəbilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək.Citypost.az Report-a istinadla xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək.Bu iş rejimi "Formula 1" trekinin həmin ərazidən keçməsi ilə əlaqədardır.Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.\
22 Sentyabr 2026, 18:20
Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə birgə təlimi müzakirə edib
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanda səfərdə olan Türkiyə Baş Qərargahının Beynəlxalq Müştərək Strateji Komandanlığının rəhbəri general-polkovnik Sebahattin Kılınç ilə iki ölkə arasında keçirilən birgə təlimi müzakirə edib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, general-polkovnik K.Vəliyev Azərbaycan-Türkiyə arasında münasibətlərin tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirib.Tərəflər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən birgə təlimlərin şəxsi heyətin peşə hazırlığının yüksəldilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və ordular arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd ediblər.Görüşdə həmçinin hərbi, hərbi təhsil, hərbi-texniki, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra...
22 Sentyabr 2026, 18:07
Ramiz Mehdiyevi hansı cəza gözləyir? Vəkil AÇIQLADI
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayıb. O Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə ittiham edilir.Görəsən, bu maddələrlə Ramiz Mehdiyevə nə qədər iş düşür?Citypost.az xəbər verir ki, Vəkil Vamiq Şükürov “Bakupost”a açıqlamasında həmin maddələr üzrə cinayətlərin törədilməsinə görə məhkəmə tərəfindən ömürlük azadlıqdan məhrumetmə cəzasının verilə biləcəyini deyib“Cinayət Məcəlləsinin 278-ci maddəsində hakimiyyətin zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməsi məsələləri yer alıb.278.1-ci maddəsi Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin...
22 Sentyabr 2026, 17:57