Sabah 34 dərəcə isti olacaq
Cəmiyyət 22 Sentyabr 2026, 12:34
404
Sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb.
Citypost.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-21° isti, gündüz 27-30° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında gözlənilən hava
Həmçinin oxuyun
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 29-34° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezident: Azərbaycan sülh və təhlükəsizliyə önəm verir
Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsini və əməkdaşlığın genişləndirilməsini əsas prioritetlərdən hesab edir.Citypost.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciətində qeyd olunub."Ölkəmiz müxtəlif beynəlxalq və regional platformalarda təhlükəsizlik məsələləri ilə bağlı dialoqun təşviqinə, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə mühüm əhəmiyyət verir. Bakı Təhlükəsizlik Forumunun keçirilməsi də bu məqsədlərə xidmət edərək konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və qarşılıqlı etimadın daha da möhkəmləndirilməsinə şərait yaradır", - Prezident İlham Əliyev qeyd edib.İlham Əliyev...
22 Sentyabr 2026, 12:38
İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb.Citypost.az xəbər verir ki, müraciətdə deyilir:"Hörmətli Forum iştirakçıları!Sizi “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusunda IV Bakı Təhlükəsizlik Forumunda səmimi-qəlbdən salamlayıram.Artıq dördüncü dəfə Bakıda keçirilən bu Forum müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbər və nümayəndələrini bir arayagətirməklə beynəlxalq təhlükəsizlik sahəsində fikir mübadiləsi və qarşılıqlı əməkdaşlığın inkişafı üçün mühüm imkan yaradır. Forumun iştirakçı coğrafiyasının ildən-ilə genişlənməsi və müzakirə olunan məsələlərin aktuallığı Bakı platformasının beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisidir. Əminəm ki, builki tədbir də təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı, qarşılıqlı fikir və təcrübə mübadiləsi baxımından əhəmiyyətli...
22 Sentyabr 2026, 12:38
DYP-dən kənd təsərrüfatı texnikaları ilə bağlı XƏBƏRDARLIQ
"Mövsümlə əlaqədar avtomobil yollarında kənd təsərrüfatı texnikalarının sayı artmaqdadır. Lakin, bir sıra hallarda bu tip nəqliyyat vasitələri ilə yük və sərnişin daşıma qaydalarının pozulması, onların texniki tələblərə cavab verməməsi ağırlıq dərəcəsi yüksək olan yol qəzalarına şərait yaradır".Citypost.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.Qeyd olunub ki, texniki-təhlükəsizlik baxımından istifadəyə yararsız, xarici işıq cihazları nasaz, tələblər pozulmaqla əlavə avadanlıq quraşdırılmış, yaxud dövlət qeydiyyat nişanları yerində olmayan kənd təsərrüfatı texnikası ilə daşımaların həyata keçiriməsi sürücü ilə yanaşı digər hərəkət iştirakçıları üçün də ciddi təhlükədir:"Əkin sahələrində çalışan insanların qanunvericiliyə uyğun təchiz edilməmiş yük avtomobillərində, traktor və ya qoşqularda...
22 Sentyabr 2026, 12:37
İlham Əliyevdən süni intellektlə bağlı XƏBƏRDARLIQ
Müasir texnologiyaların və yeni imkanların terrorçuluğun fəaliyyət dairəsinin genişləndirilməsi üçün istifadə olunması ciddi narahatlıq doğurur.Citypost.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciətində qeyd olunub."Rəqəmsal imkanlardan, o cümlədən süni intellektin bədniyyətli istifadəsi radikal ideyaların yayılmasına, terrorçu şəbəkələrin maliyyə mənbələrinin genişlənməsinə və yeni tərəfdarların cəlb edilməsinə təkan verərək terrorçuluğa qarşı mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır. Bu şəraitdə terrorçuluğa qarşı mübarizə yalnız ayrı-ayrı ölkələrin səyləri ilə məhdudlaşmamalı, beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin mühüm istiqamətlərindən biri olaraq qalmalıdır", - deyə dövlət başçısı qeyd edib....
22 Sentyabr 2026, 12:35
Qafqaz Albaniyası irsi: tariximizə yiyə duraq
İkinci Qarabağ savaşından alınan dərslər Azərbaycan ərazisində yaranmış ən qədim dövlət olan Qafqaz Albaniyasının irsinə münasibət məsələsini yenidən aktuallaşdırdı. Döyüş meydanında ağır məğlubiyyətə uğrayan “əzabkeş” qonşularımızın birdən-birə çağdaş tarix səhnəsindən çıxıb pərdə arxasına çəkilməsi, qədimliyin mamırlamış divarları arasında – alban məbədlərində sığınacaq tapmağa çalışması bizə istər-istəməz bir acı gerçəkliyi xatırlatdı: onlar torpaqlarımızı zəbt eləməmişdən o torpaqların altında-üstündə yatan tariximizə müştəri çıxmışdılar.Niyə məhz tarixdən başlamışdılar? Aydın məsələdir ki, bununla özlərinin sonrakı qanunsuz əməllərinə legitimlik qazandırmaq, Azərbaycan xalqını doğma torpaqlarında, halalca mülkündə yad, naməhrəm olduğuna inandırmaq, millətimizin yaddaşını qayçılamaq, onun öz keçmişinə sevgisini, güvəncini zəhərləmək məqsədi güdürdülər. Xalqımız doğma tarixinin kölgəsində özünü...
22 Sentyabr 2026, 12:22
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafı müzakirə edildi
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib.Citypost.az xəbər verir ki, dövlət başçısı tədbirdə çıxış edib.
22 Sentyabr 2026, 12:00