Azərbaycan və İranın XİN rəhbərləri regional prosesləri nəzərdən keçiriblər
Siyasət 22 Sentyabr 2026, 23:10
264
Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.
Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
Görüş zamanı ikitərəfli və çoxtərəfli gündəlik, regional proseslər nəzərdən keçirilib.
Nazirlər davamlı yüksək səviyyəli təmasların, qarşılıqlı hörmətin və mehriban qonşuluq münasibətlərinin vacibliyini vurğulayıblar.
Həmçinin oxuyun
Azərbaycan və İran prezidentlərinin 2026-cı ilin avqustunda Bişkekdə keçirilən görüşü ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində daha bir mühüm addım kimi qabardılıb.
Diplomatiya və dialoqun əhəmiyyəti, həmçinin sülh və sabitliyin təşviq edilməsi, regional təhlükəsizlik məsələləri də müzakirə olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan-BMT əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri Xəlilür Rəhmanla görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.Tərəflər BMT və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.Görüş zamanı Azərbaycanın BMT-nin fəaliyyətində fəal iştirakı və aktual qlobal çağırışların həllində çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfə xüsusi vurğulanıb....
22 Sentyabr 2026, 22:56
Azərbaycan-Serbiya əməkdaşlığının inkişafı müzakirə edildi
Azərbaycanın Serbiyadakı səfiri Tahir Tağızadə bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) dövlət katibi Damyan Yoviç ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib.Citypost.az xəbər verir ki, görüşdə Serbiya ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinə diqqət çəkilib.Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə, xüsusilə iqtisadi istiqamətdə əməkdaşlığın daha da intensivləşdirilməsinə hazır olduqlarını bildiriblər.T.Tağızadə ilə D.Yoviç Belqrad–Bakı birbaşa aviareysinin açılmasını alqışlayıb və bu xəttin turizm sektorunun inkişafına, həmçinin iki ölkənin iş adamları arasında əlaqələrin genişlənməsinə töhfə verəcəyinə ümid etdiklərini ifadə ediblər. (Report)...
22 Sentyabr 2026, 17:45
Əlövsət Ağalarov: “Azərbaycan ayıq-sayıqlığını itirməməlidir”
Əməkdar jurnalist, naşir və sabiq deputat Əlövsət Ağalarov Azərbaycan-Ermənistan münasibətləri və sülh prosesi ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki,Ə.Ağalarov sosial şəbəkə hesabında Ermənistan cəmiyyətində Qarabağla bağlı revanşist çağırışların artdığını iddia edib. O, sosial şəbəkələrdə Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışların intensivləşdiyini bildirərək buna cavab olaraq bir sıra addımların atılmasını təklif edib.Jurnalist Ermənistan istiqamətində yanacaq, ərzaq və digər məhsulların göndərilməsinin dayandırılmasını, sülh danışıqlarının təxirə salınmasını və vətəndaş cəmiyyəti nümayəndələrinin gediş-gəlişinə məhdudiyyət qoyulmasını təklif edib. O, həmçinin Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıb.Ə.Ağalarov Qarabağın yenidən qurulmasına ayrılan vəsaitin müəyyən hissəsinin ordunun silah-sursat və digər təminatının artırılmasına yönəldilməsini də təklif edib. O, eyni...
22 Sentyabr 2026, 09:58
Sabir Rüstəmxanlı: “Soydaşlarımız doğma Vətəndən uzaq düşməməlidir”
Müharibə dövründə fəaliyyətimizdə fasilə yaransa da Dünya Azərbaycanlıları konqresinin səfərləri, bir-birindən əhəmiyyətli görüşlərimiz çox geniş bir coğrafiyanı əhatə etmişdir. “Azərbaycan adından” adlı kitabımın böyük bir hissəsi həmin səfərlərə və görüşlərimizə həsr olunub:“….ABŞ, Kanada, Belçika, Niderland, Almaniya, İsveç, Avstriya, Türkiyə... indi də, Avstraliya... yəni dünyanın dörd qitəsi. Turist təşkilatlarının həsəd aparacağı bir coğrafi genişlikdir. Lakin DAK bir turist şirkəti deyil və biz bu səfərlərə xoşbəxtlikdən, əhli-keflilikdən getmirik. Əksinə, belə uzun və çətin yollar, bu qədər uzaq nöqtələrdə görüşlər xalqımızın taleyinin və üzləşdiyi faciələrin daha bir göstəricisidir.Bu səfərlərdə həmin ölkələrin diplomatları, məclis üzvləri, dövlət xadimləriylə yanaşı, minlərlə soydaşımızla görüşürük. Hər birinin həyatı Azərbaycan...
22 Sentyabr 2026, 09:52
Politoloq: “Fransa Azərbaycana qarşı yanaşmasını açıq şəkildə göstərir”
Politoloq Yeganə Hacıyeva Fransanın Azərbaycana səfərlərlə bağlı xəbərdarlığını yeniləməsinə münasibət bildirib.Citypost.az xəbər verir ki, Y.Hacıyeva sosial şəbəkə paylaşımında qeyd edib ki, Fransa hökuməti BMT-nin Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü sessiyası ərəfəsində Azərbaycana səfərlərlə bağlı verdiyi xəbərdarlığı “Formula 1” tədbiri ərəfəsində yeniləyib.Politoloqun sözlərinə görə, əvvəllər Azərbaycana qarşı informasiya kampaniyaları vasitəsilə beynəlxalq tədbirlərin gündəminə təsir göstərməyə çalışılırdı. O bildirib ki, hazırda bu yanaşma daha açıq şəkildə, hökumətlər səviyyəsində ifadə olunur.“Əvvəllər Azərbaycana qarşı kampaniya aparırdılar. İndi isə artıq öz adları ilə ‘Azərbaycana getməyin’ deyirlər”, – deyə Y.Hacıyeva yazıb.Turan...
22 Sentyabr 2026, 09:44
Cevdet Yılmaz Azərbaycan səfiri ilə sülh prosesini müzakirə edib
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz vəzifəsinə yeni başlayan Azərbaycanın Ankaradakı səfiri Rəşad Aslanovu qəbul edib.Citypost.az xəbər verir ki, görüş zamanı Azərbaycan-Ermənistan sülh və Türkiyə-Ermənistan normallaşma prosesləri müzakirə olunub.“Qardaşlıq təməlinə söykənən münasibətlərimizi, iqtisadiyyat, enerji və nəqliyyat sahələrində əməkdaşlığımızı, Azərbaycan-Ermənistan sülh və Türkiyə-Ermənistan normallaşma proseslərini müzakirə etdik”, - Cevdet Yılmaz qeyd edib.
21 Sentyabr 2026, 19:15