Bizə yazın

Baku

-°C

USD

-

Bakıda sabah sulu QAR YAĞACAQ

Cəmiyyət 19 Yanvar 2026, 12:53

217

Bakıda və Abşeron yarımadasında yanvrın 20-də havanın soyuq və arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, sulu qara, nisbətən yüksək ərazilərdə isə qara keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, mülayim şimal küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə və gündüz 0-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə isə 13-18 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta olacaq.

Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib 

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü ərəfəsində Şəhidlər xiyabanını ziyarət ediblər.Bu barədə Citypost-a nazirlikdən məlumat verilib.Bildirilib ki, 20 Yanvar şəhidlərinin məzarları üzərinə gül dəstələri düzülüb, Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda canlarını fəda etmiş vətəndaşların xatirəsi hörmət və ehtiramla yad olunub.

19 Yanvar 2026, 13:22

Lerikdə AĞIR durum qar yağdı - 80 kənd işıqsız qaldı 

Lerikdə yağan güclü qar bir sıra fəsadlara səbəb olub.Citypost.az  xəbər verir ki, Lerik rayonunun mərkəzinə 40 sm, dağlara isə 80 sm. hündürlüyündə qar yağıb. Güclü qar bir sıra problemlərə səbəb olub, elektrik enerjisinin verilişində fasilə yaranıb.Lerik Rayon Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikov isə bildirib ki, hazırda Lənkəran-Lerik yolu açıqdır. Təbii qaz, su təchizatında hər hansı problem olmasa da, elektrik enerjisinin verilişində müəyyən fasilələr yaranıb. Səhər saatlarında 35/10 kv-luq hava xəttində nasazlıq aradan qaldırılıb. Amma hazırda 80 kəndə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Günün sonuna kimi həmin kəndlərə enerji verilişinin bərpa olunması istiqamətində işlər aparılır.Hazırda rayon ərazisində qarlı hava davam...

19 Yanvar 2026, 12:48

DİN tapılan silahlarla bağlı açıqlama yaydı

Azərbaycanda həftəsonu polis əməkdaşları tərəfindən 18 avtomat silahı, 4 tapança aşkarlanaraq götürülüb.Bu barədə   Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, yanvarın 17-də və 18-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 18 avtomat silahı, 4 tapança, 3 qumbara, 1 qumbaraatan, 30 tüfəng, 12 patron darağı və 492 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

19 Yanvar 2026, 12:48

Ombudsman bəyanat verdi 

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar bəyanat verib.Citypost.az  xəbər verir ki, Ombudsmanın bəyanatı bu gün keçirilən tədbirdə ölkə və dünya ictimaiyyətinə çatdırılıb.Bəyanatda deyilir:"1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ silahlı qüvvələri tərəfindən Azərbaycan xalqının milli iradəsinin və müstəqillik tələblərinin zorakılıq yolu ilə boğulması məqsədilə mülki əhaliyə qarşı həyata keçirilmiş hərbi müdaxilədən 36 il ötür.İnsanlıq əleyhinə törədilmiş bu qanlı hadisə nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın, habelə insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulmuşdur. Kütləvi itkilərlə nəticələnən 20...

19 Yanvar 2026, 12:45

7 Azərbaycan vətəndaşı Rusiyadan deportasiya edildi 

Son üç gündə Rusiyanın Novosibirsk vilayətinin məhkəmə orqanları Rusiyaya giriş və ya qalma qaydalarını pozan 97 əcnəbini deportasiya edib. Citypost.az xəbər verir ki, onların arasında 7 nəfər Azərbaycan vətəndaşı da var. Məlumata görə, Özbəkistan (41), Tacikistan (29), Qırğızıstan (16) və Qazaxıstan (4) vətəndaşları ölkədən xaric olunub. Qanuna görə, onlar qərarın qüvvəyə mindiyi andan etibarən beş il ərzində Rusiyaya qayıda bilməyəcəklər. (Unikal.az)

19 Yanvar 2026, 12:23

Diplomatlar Şəhidlər xiyabanını ziyarət edib  

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri bu gün Şəhidlər xiyabanını ziyarət edib.APA xəbər verir ki, diplomatlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər.Qeyd edək ki, 20 Yanvar faciəsindən 36 il ötür.

19 Yanvar 2026, 12:04