Bizə yazın

Baku

-°C

USD

-

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib 

Cəmiyyət 19 Yanvar 2026, 13:22

215

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü ərəfəsində Şəhidlər xiyabanını ziyarət ediblər.

Bu barədə Citypost-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, 20 Yanvar şəhidlərinin məzarları üzərinə gül dəstələri düzülüb, Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda canlarını fəda etmiş vətəndaşların xatirəsi hörmət və ehtiramla yad olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ölkədə evlənənlərin sayı AZALIB 

Ötən ilin yanvar-noyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44996 nikah və 18832 boşanma halları qeydə alınıb.Citypost.az  xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-dekabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.Qeyd edilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,9-dan 4,8-ə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb....

19 Yanvar 2026, 14:40

Bu şəxslərdə köçkünlük statusu ləğv EDİLİR

Bu il Qarabağ və Şərqi Zəngəzura köç edən və 3 il müddətinə burada məskunlaşan şəxslərin məcburi köçkünlük statusu və aylıq sosial müavinəti ləğv edilir. Citypost.az xəbər verir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tətbiq edilən güzəşt və imtiyazlar qanunvericiliklə müəyyən edilmiş müddət ərzində qüvvədə qalır. Qanuna uyğun olaraq, məcburi köçkünlər üçün nəzərdə tutulan sosial müdafiə tədbirləri onların əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şərait yarandığı tarixdən etibarən üç il müddətində tətbiq olunur.İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşların məcburi köçkün statusu və onlara verilən aylıq sosial ödənişlər...

19 Yanvar 2026, 14:37

İTV-nin Yayım Şurasına yeni namizədlər müəyyənləşib 

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni namizədlər müəyyənləşib.Citypost.az  xəbər verir ki, bununla bağlı Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi"ndə öz əksini tapıb.Sənədə əsasən, Yayım Şurasına idman federasiyaları tərəfindən Azərbaycan Cüdo Federasiyasının İcraçı vitse-prezidenti Rəşad Rəsullu, Şahmat üzrə qadınlar yığma komandasının kapitanı İlahə Qədimovanın namizədliyi irəli sürülüb.Dini konfessiyalar tərəfindən isə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov namizəd kimi təqdim edilib.Sənədə əsasən, Yayım Şurasında yaradıcılıq təşkilatları tərəfindən Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü Həcərxanım...

19 Yanvar 2026, 14:34

Elşad Xose həbsdən AZAD olundu

Tanınmış reper Elşad Xose həbsdən azadlığa buraxılıb.Citypost.az xəbər verir ki, reper polisin müvəqqəti saxlanma yerindən sərbəst buraxılıb.Qeyd edək ki, 47 yaşlı sənətçi bir neçə gün əvvəl Yasamal rayonunda xuliqanlıq hərəkətlərinə görə saxlanılmışdı. Yasamal məhkəməsi ona 15 sutkalıq həbs vermişdi.Repçi qərardan apelyasiya şikayəti verərək tanınmış şəxs olduğunu və xəstəlikdən müalicə olunduğunu bildirərək sərbəst buraxılmasını tələb etmişdi. Lakin Apelyasiya Məhkəməsi 15 sutkalıq həbs qərarını qüvvədə saxlamışdı. (Mənbə "news24.az")...

19 Yanvar 2026, 14:33

Layiq Mehdiyev kimdir? Prokuror yoxsa...  

Citypost.az saytına əri polis baş-leytenantı Sərvər Abbasov,atası Eldar Dadaşov və qardaşı Uğur Dadaşov Qarabağ Müharibəsində qəhrəmancasına şəhid olmuş Hicran Dadaşova  tərəfindən müraciət daxil olub. O, müraciətində bildirir: “Həyat yoldaşım,atam və qardaşım– hər üçü Qarabağ Müharibəsi şəhidləridir. NZS qəsəbəsindəki Mingəçevir küçəsi 22-də yerləşən baxımsız vəziyyətdə olan ərazini öz hesabımıza zibillərdən və digər məişət tullantılarından təmizləməklə, kiçik də olsa mebel sexi qurmuşuq. Çətinliklə də olsa ailəmizi birtəhər dolandırırıq. Bir neçə gün əvvəl özünü Baş Prokurorluğun məsul işçisi kimi təqdim edən Layiq Mehdiyev adlı şəxs sexə gəlib orada inzibati işləri həyata keçirən Eltac Şəmiyevə guya sexin yerləşdiyi ərazinin ona məxsus olduğunu bildirib. O, E.Şəmiyevə...

19 Yanvar 2026, 14:32

General Kərim Vəliyev Qətərdə SƏFƏRDƏDİR

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Silahlı Qüvvələri tərəfindən təşkil edilən 9-cu Doha Beynəlxalq Dəniz Müdafiə sərgisi və konfransında ("DIMDEX 2026") iştirak etmək məqsədilə bu ölkədə səfərdədir.Citypost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Dəniz təhlükəsizliyi və müdafiə sahəsində beynəlxalq təcrübə mübadiləsi üçün mühüm platforma hesab olunan "DIMDEX 2026" sərgisinin rəsmi açılış mərasimindən sonra general-polkovnik K.Vəliyev və digər ölkələrdən olan rəsmi nümayəndə heyətləri sərgi pavilyonlarında yerləşən stendlərə baxış keçiriblər....

19 Yanvar 2026, 14:30