İTV-nin Yayım Şurasına yeni namizədlər müəyyənləşib
Cəmiyyət 19 Yanvar 2026, 14:34
173
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni namizədlər müəyyənləşib.
Citypost.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi"ndə öz əksini tapıb.
Sənədə əsasən, Yayım Şurasına idman federasiyaları tərəfindən Azərbaycan Cüdo Federasiyasının İcraçı vitse-prezidenti Rəşad Rəsullu, Şahmat üzrə qadınlar yığma komandasının kapitanı İlahə Qədimovanın namizədliyi irəli sürülüb.
Dini konfessiyalar tərəfindən isə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov namizəd kimi təqdim edilib.
Həmçinin oxuyun
Sənədə əsasən, Yayım Şurasında yaradıcılıq təşkilatları tərəfindən Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü Həcərxanım Babayeva və Azərbaycan Milli Konservatoriyasının dosenti Aytən Babayevanın namizədliyi irəli sürülüb.
Qeyd edək ki, hazırda Yayım Şurasının sədri filologiya üzrə elmlər doktoru, akademik Teymur Kərimlidir. Şuranın üzvləri Həsən Cəfərov (Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası), Azər Əliyev (gənclər təşkilatları), Azər Həsrət (Mətbuat Şurası), Vüqar Zeynalov (Sahibkarlar Şurası), Yusif Babanlı (idman federasiyaları), Salman Musayev (dini konfessiyalar), Sevil Yusifova (qadın cəmiyyətləri), Zemfira Qafarovadır (yaradıcılıq təşkilatları).
Yayım Şurasının üzvlərinin səlahiyyət müddəti 6 ildir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezident İlham Əliyev 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qaliblərinin adlarını açıqlayıb.Citypost.az xəbər verir ki, mükafata layiq görülənlər arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də var.Bu barədə Şeyx Zayed Fondunun rəsmi internet səhifəsində məlumat verilib. Məlumatda qeyd edilir ki, bu mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan - “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə verilib.2026-cı ilin mükafatçıları dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər və mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilib.“Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər komitəsinin üzvü və...
19 Yanvar 2026, 16:19
Səfərbərlik Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib
20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov və Xidmətin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib.Bu barədə Citypost.az-a SHXÇDX-dən məlumat verilib.Bildirilib ki, Azərbaycanın azadlığı uğrunda canlarından keçən şəhidlərin müqəddəs xatirəsi ehtiramla yad edilib, məzarlarına qərənfillər düzülüb.Sonra "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.
19 Yanvar 2026, 16:16
Türkiyədə qarı yağışını rəqs edərək qeyd etdilər
Türkiyənin Balıkesir vilayətinin Edremit rayonun Kazdağlarının Hanlar ərazisinə yağan qar, bazar günü və semestr tətili ilə üst-üstə düşüb. Uzun müddətdir şəhər mərkəzində qar görməyən Edremitlilər ağ örpəyə bürünmüş təbiətin dadını çıxarmaq üçün əraziyə axışıb.Citypost.az Türkiyə mediasına istinadən xəbər verir ki, vətəndaşların bir qismi musiqi sədaları altında əylənərək qar yağışını qeyd edib, digərləri isə manqal qalayaraq vaxt keçirib. Tətilə təsadüf edən qar yağışı uşaqlar üçün də əsl sevincə çevrilib – onlar qar topu oynayıb, xizəklə sürüşüblər.Bölgəyə çox sayda avtomobilin gəlməsi Kazdağlarının bir neçə hissəsində sıxlığa səbəb olub, bəzi məqamlarda hərəkət çətinləşib. Səlahiyyətli qurumlar sürücüləri diqqətli olmağa və yol hərəkəti qaydalarına əməl...
19 Yanvar 2026, 15:57
Prezident birinci xanımla İsveçrədə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfərə gəlib.Citypost.az xəbər verir ki, dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava limanında rəsmi şəxslər qarşıladılar.
19 Yanvar 2026, 15:16
Mədəniyyət Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
20 yanvar – Ümumxalq Hüzn Günü münasibətilə Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi, mədəniyyət ocaqlarının, idarə və müəssisələrin, yaradıcılıq təşkilatlarının nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər. Citypost.az xəbər verir kİ,Milli mücadilə uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları önünə güllər düzülüb, ölməz ruhlarına ehtiram ifadə olunub. 1990-cı ilin 20 yanvarında – 36 il öncə Bakıda baş verən hadisələr Azərbaycan tarixinin təkcə faciə yox, həm də qürur və şərəf səhifəsidir. 70 illik mürtəce imperiyanın pəncəsindən qurtulmağa çalışan, ərazi bütövlüyünün pozulmasına etiraz edən, suveren hüquqlarının müdafiəsinə qalxan Azərbaycan xalqının milli iradəsini qırmağa çalışdılar. Yanvarın 20-nə keçən gecə Sovet ordusu əliyalın insanlara qarşı misli görünməmiş qəddarlıq nümayiş...
19 Yanvar 2026, 14:43
Ölkədə evlənənlərin sayı AZALIB
Ötən ilin yanvar-noyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44996 nikah və 18832 boşanma halları qeydə alınıb.Citypost.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-dekabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.Qeyd edilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,9-dan 4,8-ə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb....
19 Yanvar 2026, 14:40