Bizə yazın

Baku

-°C

USD

-

“Eyyubovlar işi” haqda mühüm xəbər: Yeni həbslər var - ADLAR

Cəmiyyət 23 Yanvar 2026, 23:12

4444

Beynəlxalq axtarışa verilmiş daha iki şəxs Azərbaycana ekstradisiya olunub.

CityPost.az  xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Əbülfət Həsən oğlu İsmayılzadə və Amal Sarvan oğlu Əzizovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib.

Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Gürcüstanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

***

Gürcüstandan Azərbaycana ekstrasidiya olunan şəxslər Amal Əzizov və Əbülfət İsmayılzadə Dövlət Gömrük Komitəsində qaçaqmaqmalçılığa görə başlanmış cinayət işi üzrə axtarışa verilən şəxslər olub.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfidən başlanmış cinayət işinə görə həmin şəxslər qrup şəxs halında cinayət əlaqəsinə girməklə ümumilikdə 1 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsində Xəzər dənizinin sahilində qanunsuz olaraq inşa olunmuş qeydiyyatsız yanalma körpüsündən keçirməklə qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən və ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ramana qəsrində muzey fəaliyyətə başlayıb

Azərbaycanın dünya əhəmiyyətli tarixi-memarlıq abidələrindən biri olan Ramana qəsri yeni muzey konsepsiyası ilə fəaliyyətə başlayıb.Citypost.az  xəbər verir ki, “Tarixə açılan pəncərə” konsepsiyası əsasında yaradılan muzeydə qəsrin tarixi və memarlıq xüsusiyyətləri müasir muzey yanaşmaları və rəqəmsal texnologiyalarla təqdim olunur. Layihə çərçivəsində abidənin autentikliyinin qorunmasına xüsusi diqqət yetirilib.Muzeyin ekspozisiyası Ramana qəsrinin tarixi, Abşeronun orta əsr müdafiə sistemi, hərb sənəti, gündəlik həyat və mədəniyyəti haqqında təsəvvür yaratmaq prinsipi əsasında qurulub. Ekspozisiyanın mühüm hissəsini 2024–2026-cı illərdə qəsrin ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri təşkil edir.“Seyri-Tarix”, “Seyri-Silah”, “Seyri-Tərz” və “Seyri-Həyat” bölmələrində orta əsr müdafiə sistemi, silahlar, məişət və sənətkarlıq nümunələri, eləcə də...

21 Sentyabr 2026, 14:38

Gənc stomatoloq əməliyyatdan sonra vəfat etdi

Avqustun 31-i Bakıda cərrahi əməliyyat keçirən 1995-ci il təvəllüdlü Şahin Tofiq oğlu Tağıyev vəfat edib.Citypost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həkim-stomatoloq olan Ş.Tağıyev əməliyyatdan sonra səhhətinin ağırlaşması səbəbindən həyatını itirib.Yaxınları bildiriblər ki, ötən ayın son günündə Şahin Tağıyev Dövlət Sərhəd Xidmətinin hospitalında ödündəki problemə görə əməliyyat olunub. Lakin bundan sonra onun səhhətində ağırlaşma başlayıb və özəl klinikaya köçürülüb. Daxili qanaxma və digər ağırlaşmalar səbəbindən gənc həkim xeyli vaxt reanimasiyada saxlanılıb, ona 80 nəfərə yaxın şəxs qan verib.Lakin yaxınlarının cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.Qeyd edək ki, NDU-nun ilk “Stomatologiya” ixtisası məzunlarından olan Şahin Tağıyev Bakı və Sumqayıt şəhərlərində...

21 Sentyabr 2026, 14:20

Axı niyə bunlar tarixdən ibrət dərsi almırlar?!   

CityPost.az  Mətbuat Şurasının sədri Rəşad Məcidin paylaşımını təqdim edir:Bir neçə gündür məlum və bədnam qonşularımızın sosial mediada ağlayıb-sızlamalarına baxıram. Düşünürəm və zehnimdə sanki cavabı çoxdan bəlli olan suallar bu dəfə nidaqarışıq baş qaldırıb dolaşır:Axı niyə bunlar tarixdən ibrət dərsi almırlar?! Vicdan deyilən bunlarda da varsa, niyə azacıq qımıldanıb oyanmır?! 2023-ün 20 sentyabrında evlərini itirdiklərini ağlaşma qurub dünyaya car çəkənlər, bu üçcə ili dözülməz kimi qələmə verənlər bizim 30 il çəkdiklərimizin fərqində deyildilər?! Öz dəhşətli əməllərini - yüz minlərlə insanı evsiz-eşiksiz qoymalarını, şəhər və kəndlərimizi bünövrədən viran etmələrini niyə yada salmırlar?! Biz qürurlu millətik: dərdimizi bəyan etsək də, heç vaxt belə ağlaşmalarla kiminsə bizə...

21 Sentyabr 2026, 13:49

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib 

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 26-27 sentyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək.Bu barədə Citypost.az-a ADY-dən məlumat verilib.Bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.

21 Sentyabr 2026, 13:43

Özbəkistan hərbçiləri “Birliyin Gücü – 2026” təliminə gəldi 

Özbəkistan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti “Birliyin Gücü – 2026” birgə hərbi təlimində iştirak etmək üçün Azərbaycan Respublikasına gəlib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Heyətin Füzuli Beynəlxalq Hava Limanında qarşılanması, təlim ərazisində yerləşdirilməsi, məişət və təminat məsələlərinin həlli üzrə müvafiq işlər yerinə yetirilib.

21 Sentyabr 2026, 13:35

Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər monastırına səfər ediblər

Alban-Udi xristian dini icmasının üzvlərinin Gəncəsər monastır kompleksinə səfərləri başlayıb.Citypost.az xəbər verir ki, Alban-Udi xristian dini icmasının üzvlərinin rayonun Vəngli kəndində yerləşən Gəncəsər monastırını ziyarət ediblər.XIII əsrə aid olan Gəncəsər monastır kompleksi Alban xristian irsinin mühüm nümunələrindən biri hesab edilir. Xaçın çayının sol sahilində yerləşən monastır orta əsrlərdə Alban Kilsəsinin mərkəzi iqamətgahlarından biri olub. Monastırın əsası 1216-cı ildə qoyulub və tikinti işləri XIII əsrdə tamamlanıb.Gəncəsər monastırını ilk dəfə ziyarət edən nümayəndələr burada dini ayinləri icra edirlər....

21 Sentyabr 2026, 13:00