Bizə yazın

Baku

-°C

USD

-

Deputat tıxaclarla bağlı sərt danışdı: “Qurumlar üzr istəməlidirlər”

Cəmiyyət 21 Sentyabr 2026, 11:14

316

“İclasa ilk dəfə gecikdiyim üçün üzr istəyirəm, amma şəhərdəki tıxacları hələ də çözə bilməyənlər vətəndaşlardan üzr istəməlidir”.

Citypost.az  xəbər verir ki,  bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Arzuxan Əlizadə deyib.

"Tıxaclar dözülməz həddə çatıb. Bu məsələni diqqətə almaq lazımdır. Gecikmələr xüsusilə iş yerlərində işçi ilə rəhbərlik arasında problemlərə səbəb olur”, - deyə deputat bildirib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Səyyad Aran: “Xalqın əli çatan deputatdır, amma səlahiyyətimiz yoxdur”

Milli Məclisin deputatlarının seçici müraciətlərinin həlli ilə bağlı səlahiyyətləri genişləndirilməlidir.Citypost.az  xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Səyyad Aran deyib.Deputat bildirib ki, vətəndaşlarla birbaşa ünsiyyətdə olan və onların problemlərini dinləyən əsas şəxslər deputatlardır. Lakin onların qaldırılan məsələlərin həllinə təsir imkanları məhduddur.“Sənin hünərin çatır, ay nazir, camaatın içinə çıxmağa? Get, özün camaatın içinə çıx. Xalqın əli çatan deputatdır. Bizim isə səlahiyyətimiz yoxdur. Qurumlar bizə deyirlər ki, siz yol çəkən deyilsiniz. Bəs bizi niyə rayonlara, camaatın içinə göndərirsiniz? Deyirlər, gedin, vətəndaşları dinləyin. Dinləyirik, bizə deyirlər ki, iş verin”, – Səyyad Aran vurğulayıb. ...

21 Sentyabr 2026, 11:21

“Şamaxinka”da 5 marşrut dayanmayacaq – SİYAHI

Azərbaycanda bəzi marşrutlar "Şamaxinka" dayanacaq məntəqəsindən çıxarılır.Bu barədə Citypost.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.Belə ki, Moskva prospekti, "Şamaxinka" adlanan ərazidə müntəzəm marşrut xətləri üzrə hərəkətin optimallaşdırılması məqsədilə 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar mövcud dayanacaq məntəqəsindən çıxarılır. Bu marşrutların sərnişinləri "Azərbaycanfilm Kinostudiyası" dayanacaq məntəqəsindən istifadə edə bilərlər."Şamaxinka" adlanan ərazidə isə dayanacaq məntəqəsi qruplaşdırılaraq 3 hissəyə ayrılacaq və sərnişinlərin rahatlığı üçün müvafiq nişanlarla işarələnəcək. Bununla da ərazidə avtobusların dayanacaq ətrafında yaratdığı əlavə sıxlığın qarşısı alınacaq."Həyata keçirilən tədbirlər paytaxtın yol-nəqliyyat infrastrukturunda hərəkətin səmərəliliyinin artırılmasına, ictimai nəqliyyatın hərəkətinin sürətləndirilməsinə və sərnişinlərin mənzil başına...

21 Sentyabr 2026, 11:20

Zakir Həsənov hərbi polis idarəsinin ön əməliyyat bazasında olub

Müdafiə Nazirliyinin rəhbər heyəti Hərbi Polis İdarəsinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) bölüyünün ön əməliyyat bazasında icra olunan fəaliyyətlərlə tanış olub.Citypost.az MN-ə istinadən xəbər verir ki, nazirliyin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini - Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev müdafiə naziri general-polkovnik Zakir Həsənova hərbi polisin fəaliyyəti, ön əməliyyat bazası və qoşun xidmətinin təşkili barədə məruzə edib.Bildirilib ki, ƏİK bazasında icra olunan tədbirlər NATO-nun müvafiq standartlarına uyğunlaşdırılıb və sülhməramlı əməliyyatlarda qarşılıqlı fəaliyyət qabiliyyətinin təmin edilməsinə yönəldilib.Bölmənin ərazisində yaradılan şəraitlə tanış olan rəhbər heyət yataqxanaya, idman və atəş şəhərciklərinə, mühəndis, kəşfiyyat və sürücülük hazırlıqları üzrə təlim mərkəzlərinə, eləcə...

21 Sentyabr 2026, 10:55

 Kimsə atanı, kimsə oğulu qınayır. Sizə nə dəxli?  

Hamı əxlaq qoruyucusuna, əxlaq gözətçisinə çevrilib❗️Biz, niyə bunu müzakirə etməliyik ki? Kimin nəyinə lazımdır? Kimsə atanı, kimsə oğulu qınayır. Sizə nə dəxli? Fazil Mustafa: “Mirçingiz Ağayev məni də toyuna dəvət etmişdi, iştirak etdim. İnsandır, bəlkə, müəyyən dəstək lazımdır? Belə şeyləri bu formada müzakirə etməyi doğru saymıram. Bu cür yanaşmalar cəmiyyətdə, həqiqətən, ciddi deqradasiyadan xəbər verir. Kimsə kiminsə toyuna gedə bilər, ailəiçi münasibətlərdə birinin digərinə münasibəti fərqli ola bilər. Biz niyə bunu müzakirə etməliyik ki? Kimin nəyinə lazımdır? Kimsə atanı, kimsə oğulu qınayır. Sizə nə dəxli? Gedin öz ailənizlə, uşaqlarınızla, onların həyatı ilə məşğul olun!”Bu sözləri açıqlamasında Milli Məclisin İctimai birliklər və...

21 Sentyabr 2026, 10:18

FHN-dən həftəlik statistika: 62 nəfər xilas edildi

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.Citypost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 442 yanğına çıxış, 54 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 20-si azyaşlı olmaqla 62...

21 Sentyabr 2026, 10:00

İradə İsakdan dodaq estetikası ilə bağlı sərt irad: “Bu assimetriyanı kim icad edib?”

Tanınmış aparıcı və jurnalist İradə İsak son dövrlər geniş yayılan dodaq estetikası ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki,İ.İsak bəzi qadınların etdirdiyi estetik müdaxilələr nəticəsində üst dodağın həddindən artıq qalınlaşdırılmasını tənqid edib. O, təbii üz quruluşunda üst dodağın alt dodaqdan daha incə olduğunu qeyd edərək bu nisbətin dəyişdirilməsinə etiraz edib.Jurnalist paylaşımında dodaqların həddindən artıq böyüdülməsinin üz cizgilərinin təbii görünüşünü pozduğunu bildirib və bu tendensiyanı sərt ifadələrlə tənqid edib. O, “Bu assimetriyanı kim icad edib?” sualını verərək estetik müdaxilələrin ifrat həddə çatdığını vurğulayıb.İ.İsak həmçinin sosial mediada və müxtəlif platformalarda bu cür estetik görünüşlərin həddindən artıq nümayiş etdirilməsindən narazılığını ifadə edib.Turan...

21 Sentyabr 2026, 09:40