Bizə yazın

Baku

-°C

USD

-

Cəlilabadda 7 il əvvəl itkin düşən şəxsin qətli açıldı

Hadisə 21 Sentyabr 2026, 10:50

382

Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb.

Citypost.az  xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb.

Məlumata görə, 2019-cu ilin mart ayında Cəlilabad rayonunun Göytəpə şəhər sakini Məmmədov Nadir Bahadır oğlunun həmin ilin mart ayında yaşadığı evdən çıxdıqdan sonra geri qayıtmaması barədə rayon polis şöbəsinə müraciət daxil olub.

Müraciət əsasında Nadir Məmmədovun itkin düşməsi ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri araşdırma və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aparılmış araşdırmanın nəticələri üzrə toplanmış material üzrə Cəlilabad rayon prokurorluğunda 8 avqust 2019-cu il tarixdə cinayət işi başlanılıb.

İş üzrə aparılmış ibtidai istintaq zamanı çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri icra olunub, lakin görülmüş tədbirlərə baxmayaraq, həmin dövrədək Nadir Məmmədovun olduğu yeri aşkarlamaq mümkün olmadığından, cinayət işi üzrə icraat sonuncu dəfə 18 oktyabr 2022-ci il tarixdə dayandırılıb.

Sonrakı dövrdə Cəlilabad rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən peşəkarlıqla davam etdirilən koordinasiyalı istintaq və əməliyyat-axtarış tədbirləri, o cümlədən toplanmış sübutların qarşılıqlı və hərtərəfli təhlili nəticəsində Nadir Məmmədovun itkin düşməsinin qəsdən adam öldürmə cinayəti ilə əlaqəli olduğu təsdiqlənib.

İbtidai istintaqla Nadir Məmmədovun əvvəldən tanıdığı 1959-cu il təvəllüdlü Ələkbərov Ramiz Dadaş oğlu tərəfindən ondan qisas almaq məqsədilə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, 23 mart 2019-cu il tarixdə Nadir Məmmədovun spirtli içkinin təsiri altında olmasından istifadə edən Ramiz Ələkbərov onu Göytəpə şəhəri ərazisində idarə etdiyi avtomobilə əyləşdirərək Masallı rayonunun Təzə Alvadı kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə aparıb.

Həmin gün təxminən saat 22 radələrində avtomobildə əyləşən Nadir Məmmədovu boğaraq qəsdən öldürən Ramiz Ələkbərov törətdiyi cinayəti gizlətmək məqsədilə onun meyitini həyətyanı sahədə yerləşən istifadəsiz su quyusuna atıb.

20 sentyabr 2026-cı il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəllənin 120.1-ci maddəsinə (qəsdən adam öldürmə) tövsif edilib.

Ramiz Ələkbərov həmin tarixdə cinayət işi üzrə şübhəli şəxs qismində tutulub və müdafiəçisinin iştirakı ilə dindirilərkən ona elan edilmiş ittiham üzrə ifadə verərək cinayətin törədilməsini etiraf edib.

Həmçinin Ramiz Ələkbərovun iştirakı ilə hadisə yerinə baxış keçirilərkən, onun əyani olaraq göstərdiyi istifadəyə yararsız su quyusunda qazıntı işləri aparılıb və qazıntı zamanı insana məxsus olması ehtimal edilən sümük fraqmentləri aşkar olunaraq götürülüb.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması Baş Prokurorluq tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla, aidiyyəti dövlət qurumları, o cümlədən Daxili İşlər Orqanları ilə birgə kompleks tədbirlər davam etdirilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bilgəhdə dənizdə batan şəxslərin kimliyi məlum oldu

Bilgəhdə dənizdə batan şəxslərin kimliyi məlum olub.Citypost.az xəbər verir ki,  Bilgəh qəsəbəsinin dəniz çimərliyində Qusar rayon sakini 2008-ci il təv. Elmin Elmar oğlu Əmirəliyev və Bərdə rayon sakini 2008-ci il təv. Əlipaşa Natiq oğlu Əlizadə suda boğulub.Onların meyitlərinin sudan çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

21 Sentyabr 2026, 11:05

Tranzit yükdə 80 kiloqrama yaxın marixuana aşkarlandı

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.Citypost.az  xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.Məlumata görə, Astara gömrük postunda İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” və “kərəviz” yükü aparan yük nəqliyyat vasitəsi idxal yoxlama xəttində saxlanılaraq gömrük nəzarətinə cəlb edilib.Nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilərək kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb, yükdə gizlədilən bağlamaların olduğu müəyyən edilib.Aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən 230 ədəd "kərəviz" formalı qablaşdırmada xalis təmiz çəkisi 79 kq 740 qram narkotik vasitə - marixuana aşkar...

21 Sentyabr 2026, 09:26

Bakıda yaşayış binasında yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, C. Naxçıvanski küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.Bu barədə Citypost.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.Yanğın nəticəsində ümumi sahəsi 95 m² olan dördotaqlı mənzilin mətbəxinin və eyvanının yanar konstruksiyaları 15 m² sahədə yanıb.Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.Hadisə nəticəsində xəsarət alan olmayıb....

19 Sentyabr 2026, 16:55

İki ay əvvəl Həkəri çayında boğulan 64 yaşlı kişinin meyiti tapılıb

Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun meyiti FHN-in xilasediciləri tərəfindən suda tapılıb.FHN-dən Citypost.az-a verilən məlumata görə, onun meyiti aidiyyəti üzrə təhvil verilib.Qeyd edək ki, N. Həsənov 4 iyul 2026-cı il tarixində Həkəri çayında batmışdı.

19 Sentyabr 2026, 16:10

Ağdərədə gənc oğlanı "tok" vuraraq öldürüb

Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.Citypost.az xəbər verir ki, hadisə rayonun Həsənriz kəndində qeydə alınıb. Belə ki, Goranboy rayon sakini, 1998-ci il təvəllüdlü Mütəllimov Raqif Allahyar oğlu Həsənriz kəndində elektirik xətti çəkərkən cərəyanın vurması nəticəsində ölüb.Faktla bağlı araşdırma aparılır.

19 Sentyabr 2026, 13:20

Cinayətdə şübhəli bilinən 73 nəfər saxlanıldı

Sentyabrın 18-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   DİN-in Mətbuat Xidmətindən Citypost.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 159, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb....

19 Sentyabr 2026, 11:05