Bizə yazın

Baku

-°C

USD

-

​​​​​​​Bakıda saxlanılan Rusiya vətəndaşlarının həbs müddəti uzadılıb 

Cəmiyyət 27 Yanvar 2026, 15:20

160

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar verilib.

Citypost.az xəbər verir ki, bununla bağlı təqdimatlara Xətai Rayon Məhkəməsində baxılıb.

Vəkil Cavad Cavadlı APA-ya bildirib ki, bu gün keçirilən proseslərdə dəstə üzvlərinin hər biri barəsində olan həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Cavad Cavadlı müdafiə etdiyi Rusiya vətəndaşı ilə bağlı qərardan apellyasiya şikayəti verəcəyini deyib.

Qeyd edək ki, həmin şəxslər Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlar barəsində ötən il iyulun 1-də Səbail rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. 28 oktyabrda Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs müddəti 3 ay uzadılmışdı.

(APA)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib 

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib.Citypost.az xəbər verir ki, elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım Sumqayıt Texnologiyalar Parkından yola salınıb.Humanitar yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib.Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.

27 Yanvar 2026, 15:59

Rauf Aslanovun Bayram Afurcalını təhdid etməsinin səbəbi bəlli oldu  

Tanınmış fotojurnalist,Azərbaycan Yazıçılar Birliyinin üzvü Bayram Afurcalı CityPost.az-a zəng edərək saytda barəsində gedən xəbərə aydınlıq gətirib.O,deyib: "AYB sədrinin müşaviri və Mənzil Komissiyasının sədri Rauf Aslanovla aramızda baş vermiş insident bir neçə il əvvələ təsadüf edir.O,mənə Birliyin inzibati binasında və "Natəvan"adına klubunda keçirilən tədbirlər zamanı fotoşəkil çəkməyi qadağan etmək istəyirdi.Əks halda əldə etdiyim gəlirin müəyyən bir qismini ona verməyimi tələb edirdi.Mən gördüyüm işə görə,heç kəsdən təmənna ummadığımı bildirdim.Məsələ ilə bağlı Anar müəllimi məlumatlandırdım.O,R.Aslanova mövqeyindən çəkinməyi tapşırsa da,axırıncı "buraların ağası mənəm,kimə istəyirsən get şikayət et",deyərək məni ölümlə hədələdi və AYB-nin üzvü Saday Şəkərli və digərləri kimi həbsə atdıracağı ilə qorxutmağa çalışdı.Mən onu...

27 Yanvar 2026, 15:27

Ceyhun Bayramov Çinə səfərə getdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Çinə rəsmi səfərə yola düşüb.Citypost.az  xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.Səfər çərçivəsində Ceyhun Bayramovun sabah çinli həmkarı Van İ ilə görüşünün keçirilməsi nəzərdə tutulub.

27 Yanvar 2026, 12:55

Sabah hava necə olacaq? - PROQNOZ 

Bakıda və Abşeron yarımadasında yanvarın 28-də bəzi yerlərdə fasilələrlə havanın yağıntılı olacağı gözlənilir."Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 2-4, gündüz 5-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə...

27 Yanvar 2026, 12:29

Cənubi Azərbaycan ədəbiyyatının əhəmiyyəti və vahid milli ədəbi məkanın zərurəti barədə

Azərbaycan ədəbiyyatı coğrafi sərhədlərlə məhdudlaşan bir hadisə deyil. O, tarixi yaddaşın, dilin, mədəni kodların və milli kimliyin daşıyıcısıdır. Bu baxımdan Cənubi Azərbaycan ədəbiyyatı ümumi Azərbaycan ədəbi prosesinin periferiyası yox, onun ayrılmaz və strateji hissəsidir. Bu ədəbiyyat təkcə regional yaradıcılıq sahəsi deyil, milli ədəbi bütövlüyün qorunmasında və gələcək istiqamətinin müəyyənləşməsində əsas sütunlardan biridir.Cənubi Azərbaycan ədəbiyyatı – milli yaddaşın qoruyucusu kimi  uzun müddət: dil məhdudiyyətləri, mədəni təzyiqlər, nəşr və təhsil imkanlarının darlığışəraitində formalaşıb. Bu çətin mühit ədəbiyyatı zəiflətməyib, əksinə ona xüsusi bir missiya yükləyib: o da  kimliyi qorumaq missiyasıdır. Burada ədəbiyyat sadəcə estetik hadisə olmayıb. O: ana dilinin yaşadılması, tarixi yaddaşın ötürülməsi,...

27 Yanvar 2026, 12:18

MEDİA: Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb 

Sosial şəbəkə platformalarında fəaliyyət göstərən bir sıra hesablar vasitəsilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adından “deepfake” texnologiyası tətbiq olunmaqla hazırlanmış, reallığı əks etdirməyən və saxta məzmunlu video yayılıb.CityPost.az  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.Qeyd edilib ki, süni intellektin köməyi ilə hazırlanmış, ictimai rəyi çaşdırmağa yönələn bu dezinformasiya nümunəsi Azərbaycan və Türkiyə arasında olan münasibətləri zədələməyə, iki qardaş ölkə arasında mövcud olan strateji müttəfiqliyə xələl gətirməyə və qarşılıqlı etimadı sarsıtmağa xidmət edir:"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara...

27 Yanvar 2026, 12:05