Yazıçılar Birliyindəki Rauf Aslanov kimdir? - O nə üçün yazıçılara qənim kəsilib...
Cəmiyyət 26 Yanvar 2026, 14:41
3227
Azərbaycan Yazıçılar Birliyi ətrafında baş verən qalmaqallar səngimək bilmir. İş o həddə çatıb ki, yazıçı və şairlər öz doğma ocaqlarından üz döndərirlər. Onların sırasında Kəramət Böyükçöl, Zahid Sarıtorpaq, Şərif Ağayar, Qismət, Babək Göyüş, İlham Qəhrəman, Aqşin Yenisey kimi tanınmış istedadlı qələm adamlarının olması çox ağrılıdır.
CİtyPost.az xəbər verir ki,Yazıçılar Birliyindən üz döndərənlərin əksəriyyəti səbəb kimi AYB sədrinin müşaviri və Mənzil Komissiyasının sədəri Rauf Aslanovla aralarında problem yaranmasını və ya onlardan pul tələb edilməsini göstəriblər.
Mənzil və təqaüd vermək üçün rüşvət tələb etməkdə və ya qeyri-qanuni sələmçilik fəaliyyətində adı mətbuatda daha çox hallanan Rauf Aslanovdan bundan əvvəl də bir neçə AYB üzvü (Ramiq Muxtar, Fəzail İsmayıl, Saday Şəkərli, Vüsalə Abdullayeva) ilə analoji problemi olduğu üçün iş məhkəmə müstəvisinə qədər gedib çıxmışdır. Citypost.az-a daxil olan məlumata görə Rauf Aslanovun AYB-nin digər üzvü, fotojurnalist Bayram Afurcalıya birliyin inzibati binasına girməyi qadağan edib. O, Bayram Afurcalını ölümlə hədələyərək əgər ona qarşı çıxış edərsə, digər yazışı Saday Şəkərli kimi həbs etdirəcəyini söyləyib.
Həmçinin oxuyun
Xüsusi qeyd: Citypost.az-a Rauf Aslanovla iş birliyində olmuş və ondan xeyli miqdarda faizlə pul almış, Azad adlı şəxsin yaxınları zəng edib bildiriblər ki, əslən Yardımlı rayonundan olan Azad, Rauf Aslanovdan faizlə aldığı pulları vaxtında ödəyə bilmədiyi üçün onun şikayəti əsasında həbs edilib. O, Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 17 saylı Cəza Çəkmə Müəssisəsində dünyasını dəyişib. Həmin şəxslər yaxın günlərdə Citypost.az-a rəsmi müraciət edəcəklərini və iddialarına dair əllərində olan sənədləri təqdim edəcəklərini bildiriblər.
Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
ANAMA əməkdaşı vəfat etdi
Kamboca Krallığında keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dair beynəlxalq təlimlərdə iştirak edən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Orxan Məhərrəmov səhhətində yaranan problemlə əlaqədar vəfat edib.Citypost.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.ANAMA Orxan Məhərrəmovun vəfatı ilə bağlı ailəsinə başsağlığı verib
26 Yanvar 2026, 15:40
Bakıda avtomobil YANDI
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, M.Rüstəmov küçəsində avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub.Citypost.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bir-birinə bitişik tikilmiş 12 boksdan ibarət avtomobil təmiri sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən bokslara və ərazidə yerləşən mebel sexinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.Yanğın nəticəsində ümumi sahəsi 5kv.m. olan gözətçi köşkünün və sexin ərazisində təmirə dayanmış “VAZ-2107” markalı minik avtomobilinin yanar konstruksiyaları yanıb.Avtomobil təmiri...
26 Yanvar 2026, 15:39
İlk pensiya harada və nə zaman tətbiq edilib?
Tarixdə ilk əmək və qocalıq pensiyaları (təqaüdləri) 1889-cu ildə Almaniyada Otto fon Bismarkın təşəbbüsü ilə tətbiq edilib. Belə ki, 35 il iş stajına malik olan və 70 yaşına çatmış hər bir şəxs pensiya ala bilərdi. Daha sonra əmək qəzalarından və xəstəliklərdən sığorta haqqında da Qanun qəbul edildi. Almaniyadan sonra bu Qanun 1891-ci ildə Danimarkada da qəbul edildi. Bəs,dünya ölkələrində vətəndaşlar neçə yaşından pensiyaya çıxır? Sinqapur və Malayziyada pensiya yaşı 55 -dir. Daha sonra sırada Hindistan, Səudiyyə Ərəbistanı və İndoneziyadır. Bu hər 3 ölkədə həm qadınlar, həm də kişlər üçün pensiya yaşı 58 ildir. Azərbaycanda isə ilk dəfə pensiya XIX əsrin 60-cı illərində Rusiyanın tərkibinə...
26 Yanvar 2026, 15:30
Ceyhun Bayramov İsrailə səfərə dəvət edilib
İsrailin xarici işlər naziri Gideon Saar azərbaycanlı həmkarı Ceyhun Bayramovu ölkəsinə səfərə dəvət edib.Citypost.az "Report"-a xəbər verir ki, nazir bu dəvəti Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə Bakıda keçirilən mətbuat üçün brifinqdə edib.
26 Yanvar 2026, 13:27
Daşaltı şəhidlərinin xatirəsi anılıb
1992-ci il yanvarın 25-26-da Daşaltı əməliyyatı zamanı və yanvarın 28-də erməni terrorçuları tərəfindən Şuşa səmasında vurulan “Mİ - 8” helikopterində şəhid olanların əziz xatirəsi Şuşa Şəhidlər xiyabanında yad olunub.Citypost.az xəbər verir ki, şəhidlərin anım mərasimində Xüsusi nümayəndəliyin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları, Şuşada fəaliyyət göstərən, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhidlərin ailə üzvləri, qazilər, müharibə veteranları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Qeyd edək ki, Azərbaycan Ordusunun həyata keçirdiyi Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də başlayıb və yanvarın 26-da uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədilə həyata keçirilən əməliyyat zamanı Azərbaycan Ordusu onlarla şəhid verib....
26 Yanvar 2026, 13:25
İcra başçısı iki müdiri işdən çıxardı, baş mühasibə yeni vəzifə verdi
Nizami Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikliyi ilə əlaqədar olaraq yeni kadr islahatı həyata keçirilib.İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Coşqun Cəbrayılov müvafiq əmrlər imzalayıb.Belə ki, ləğv edilən Hüquq şöbəsinin müdiri Sabir Abbasəliyev işdən çıxarılıb. Şöbənin yerinə yaradılan Hüquq və kadr məsələləri sektoruna isə hələlik müdir təyin olunmayıb.Bununla yanaşı ləğv edilən Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rəşad Hüseynov da işini itirib. Yeni yaradılan Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoruna isə Tural Cavadov müdir təyin olunub. O, daha əvvəl isə ləğv edilmiş Rayon təsərrüfatı şöbəsinin müdiri işləyib.İnformasiya təminatı və təhlil sektorunu ləğv edildiyindən isə onun...
26 Yanvar 2026, 12:54